çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

Xatirə Kitabı redaksiyasının daha bir uğuru... - FOTO

Image


Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində oktyabrın 6-dan 10-dək keçirilən VII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində oktyabrın 8-də Respublika Xatirə Kitabı Redaksiyasının (RXK)  nəşr etdiyi “İgid ömrü” kitabının təqdimat mərasimi keçirildi. “İgir ömrü” Azərbaycanın Milli Qəhrəmanı Füzuli Rüstəmovun vətənpərvərlik dolu qısa və mənalı həyatından, döyüş yolundan və misilsiz qəhrəmanlığından bəhs edir. Tanınmış jurnalist-publisist Nəzirməmməd Zöhrablının yüksək peşəkarlıqla, incəliklə və həssaslıqla qələmə aldığı “İgid ömrü” kitabının başqa kitablardan fərqi böyükdür. O mənada ki, N.Zöhrablının qəhrəmanı, müəllifin özü demişkən, başqa Milli Qəhrəmanlarımızdan fəqrli bir insan olub. Füzuli Salah Rüstəmov Xocalının düşməndən müdafiəsində müstəsna qəhrəmanlıqlar göstərib və xocalılıların xilası uğrunda canından keçib...

Heç şübhəsiz, Vətənimizin ərazi bütövlüyü yolunda şəhid olan hər bir Vətən övladının ruhu xalqımız üçün əzizdir, bu torpağın üstünə tökülən şəhid qanı müqəddəsdir. Yaxşı bir deyim var: “Torpaq su ilə qarışanda palçıq, qan ilə qarışanda Vətən olur”.

 “Füzuli Rüstəmov bəlkə də yeganə Milli Qəhrəmandır ki...”

İgid ömrü”nün müəllifi Nəzirməmməd Zöhrablı Milli Qəhrəman haqqında yazdığı kitabın necə ərsəyə gəldiyindən danışdı. “Doğru deyirlər ki, təsadüflər olmur, bütün təsadüflər əlahəzrət zərurətin bətnindən doğulur. Xatirə Kitabı redaksiyasının baş redaktoru Nəzakət Məmmədovanın təsadüfən əslən Xocalıdan olan Azərbaycanın Milli Qəhrəmanı Füzuli Rüstəmovun bacısı Fiqurə Rüstəmova ilə görüşməsi bu kitabın ərsəyə gəlməsinə bir vəsilə oldu. Biz Füzuli Rüstəmov haqqında araşdırma apararkən məlum oldu ki, o bütün Milli Qəhrəmanlardan fərqli bir insandır. Füzuli Rüstəmov heç bir mübaliğəyə, heç bir şişirtməyə ehtiyacı olmayan Milli Qəhrəmandı. Füzuli Rüstəmov bəlkə də yeganə Milli Qəhrəmandır ki, Xocalı camaatı ellikcə ayağa qalxıb ona Milli Qəhrəman adının verilməsini tələb edib. Füzulinin həyatda yeganə bir bacısı qalıb...”

F.Rüstəmovun qəlbən Xocalıya, Azərbaycana bağlı olduğunu vurğulayan N.Zöhrablı qeyd etdi ki, kitabın yazılması gecikdiyi üçün çapı da gecikib, amma bu gecikmə kitaba ziyan vurmayıb, əksinə, onun yeni səhifələrinin yaranmasına səbəb olub. Zəfərlə başa çatan 44 günlük müharibənin qələbə sorağı da F.Rüstəmov haqqında yazdığı kitabın səhifələrində canlandırılıb: “Füzulinin ən böyük arzusu olan Qarabağın azadlığı bu kitabın yazılması məqamına düşdü və biz də bunu həvəslə kitabımıza saldıq. Nəzakət xanım dedi ki, bu kitaba daxil edilsin. Bu bizim üçün böyük xoşbəxlikdi, bu məqamı kitabın redaktoru Əlirza Xələfli də xüsusi həvəslə qeyd edib. Füzulinin arzularının doğulması bu kitabda öz əksini tapdı. Xatirə Kitabı redaksiyası bütün şəhidlərimizi tanıtmaqla məşğuldur”.

N.Zöhrablı qeyd etdi ki, Milli Qəhrəmanların həyatı, döyüş yolu araşdırılmalı və kitablaşdırılmalıdır, çünki onların döyüş yolu Azərbaycanın qəhrəmanlıq salnaməsidir. Azərbaycan xalqının yaddaş etalonunda bu mövzuda yazılan kitabların xüsusi yeri olduğunu deyən N.Zöhrablı bildirdi ki, bunlar dərsliklərdə, filimlərdə və sairdə də öz əksini daha parlaq şəkildə tapacaq.

 “Mən o görüşdə Fiqurə xanıma söz verdim ki...”

Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova isə bildirdi ki, Xatirə Kitabı redaksiyası 22 ildir şəhdirlərimizin xatirəsini kitablaşdırmaqla, onlara ədəbi abidə qoymaq işi ilə məşuldur.  N.Məmmədova çıxışında qeyd etdi ki, Milli Qəhrəman Füzuli Rüstəmova həsr edilən  “İgid ömrü” sənədli povesti rəhbərlik etdiyi redaksiya ilə “Bakı-Xəbər” qəzetinin birgə layihəsi əsasında “Şəhidlər ölməz, Vətən bölünməz” seriyasından çap olunan növbəti kitabdır. “Bu seriyadan nəşrə hazırladığımız və bu gün sizə təqdim etdiyimiz növbəti kitabımız Azərbaycanın Milli Qəhrəmanı Füzuli Rüstımovun həyat və döyüş yoluna həsr olunub. Tədbirlərdən birində təsadüf nəticəsində Füzuli Rüstəmovun bacısı Fiqurə Rüstəmova ilə tanış olduq. O mənə dedi ki, hamı haqqında yazılır, amma mənim qardaşım yada düşmür, o qeyri-adi qəhrəman idi. Ona Milli Qəhrəman adı verilməsini xocalılılar tələb edib... Bu kitabı oxuyanda siz də Füzulinin keçdiyi qəhrəmanlıq yolu ilə  tanış olacaqsınız. Füzuli Xocalıdan öz ailəsini də, qonşularını da çıxarmışdı, amma bununla kifayətlənməyib, daha çox insanı çıxarmaq üçün  yenə geri qayıdırdı. Deyirdi ki, hələ kənddə qalanlar var, arvad-uşaq, qız-gəlin orada qalıb, mən onları da xilas etməliyəm, onlar ermənilərin əlinə düşməməlidir. İnanın ki, qəhrəman Füzuli bilə-bilə özünü ölümün pəncəsinə atdı, o, insanları xilas edərkən şəhid olacağını bilirdi. Amma yolundan dönmədi, son nəfəsinə qədər insanları xilas etdi...

Mən o görüşdə Fiqurə xanıma söz verdim ki, Respublika Xatirə Kitabı ilə “Bakı-Xəbər” qəzetinin birgə layihəsi əsasında “Şəhidlər ölməz, Vətən bölünməz” seriyasından çap olunan növbəti kitablardan birini Füzuli Rüstəmova həsr edəcəyik. Fiqurə xanım demişdi ki, qardaşım Milli Qəhrəman olsa da, onun haqqında hələ bir qəzet yazısı da olmayıb. Bu kitabın çap edilməsi Fiqurə xanımın ən böyük arzusi idi və kitab da çap olundu. Bu kitaba Nəzirməmməd Zöhrablı ürək qoydu, can qoydu, xəstələnməyinə baxmayaraq bu kitabı başa çatdırdı,  Füzulinin ürəyindən keçən o böyük qələbəni kitabda ifadə edə bildi”.

Milli Qəhrəman Füzuli Rüstəmovun bacısı Fiqurə Rüstəmovanın çıxışı isə tədbir iştirakçılarını göz yaşına boğdu. Əvvəlcə Xatirə Kitabı Redaksiyasının rəhbərinə, kollektivinə və kitabın müəllifinə öz təşəkkürünü bildirdi. Həyatda yeganə qardaşını itirən Fiqurə xanımın titrək və həyəcanlı səsindən böyük ağrı ilə süzülən sözlərin içinə bir çimdik sevinc də qatılmışdı. İşıqlı dünyada qəhrəman adından başqa heç bir nişanəsi qalmayan, bəy gərdəyi qurulmayan, toyu çalınmayan qardaşının adına bağışlanan “İgid ömrü” kitabının çapı Fiqurə xanıma sanki bir təsəllidir, kitablaşan, dastanlaşan qəhrəman Füzulinin ətrini artıq o kitabdan alar bacısı. F.Rüstəmovun 26 illik ömür yolunun bu kitabda ifadə olunduğunu deyən F.Rüstəmova bildirdi ki, qardaşı haqqında danışmaq onun üçün çox çətindi. “Qardaşımın iki adı vardı, el arasında ona Zamin deyirdilər, sənəddə isə adı Füzuli yazılırdı. Mən onun həyat yolundan danışmaq istəyəm. Biz çox kiçik yaşlarımızda valideynlərimizi itirmişik, yetim olmuşuq və bizi ana nənə-babamız öz himayəsinə götürüb. Xalamız Səkinə ana paltarını  geyinib bizə analıq edib (Füzuli Rüstəmovu böyüdən qəhrəman qadın Səkinə ana da tədbirdə idi. Göz yaşları bulaq kimi qaynayırdı ağsaçlı, ağüzlü ananın. Füzulisindən və Xocalısından ayrı düşmək ananın ürəyində dərin yaralar açıb. Biz hamımız ağsaçlı qəhrəman ananın, Füzuli kimi oğul böyüdən bu nur çöhrəli, möhtəşəm qadının ürəyindən öpürük-İ.S ). Biz yetim olmuşuq, ata-anamız olmayıb. Qardaşım orta məktəbi bitirdikdən sonra Xocalı şəhərində sovxozda işləyib, sonra isə Sovet ordusunda xidmət edib, əsgərliyini başa vurandan sonra Xocalıya qayıdıb. 1988-ci ilin yanvar ayının 3-dən ermənilər “Dağlıq Qarabağ” məsələsini qaldırmağa  və Qarabağı, Xankəndini Ermənistana birlışdirmək barədə separatçı çağırışlar etməyə başladılar. Ermənilərin separatçı hərəkətləri, əsassız ərazi iddiaları qarşısında hamı kimi qardaşım Füzuli Rüstəmov da ayağa qalxdı. O zaman silah da yox idi, camaat balta, yaba, ling, bel götürüb ermənilərə müqavimət göstərirdi”.

F.Rüstəmova qardaşının xocalılıların xilasında göstərdiyi mislsiz qəhrəmanlıqlardan danışdı. O dedi ki, qardaşı Xocalının müdafiəsi üçün Ağdamdan atla silah daşıyıb camaatı silahlandırırdı. Qardaşının bir neçə dəfə xocalılıları Xocalıdan çıxardığını deyən Fiqurə xanım növbəti qayıdışında Füzulinin boynundan vurulduğunu qeyd etdi. Qəhrəman qardaşının yaralı halda vurulduğu ərazidən çıxarıldığını deyən F.Rüstəmova onun həyatını xilas etməyin mümkün olmadığını bildirdi.

Atasız-anasız böyüyən Füzuli-Zamin Xocalının şərəfini, xocalılıların namusunu-qeyrətini qoruyan, bunun üçün özünü ölümə atan bir Vətən oğludur. O, 50 milyonluq Azərbaycan xalqının qürur duyduğu oğuldur. Yetim və öksüz böyüsə də, Milli Qəhrəmanımız Füzuli Rüstəmov Azərbaycan boyda vüqarlı bir ananın oğlu kimi əbədiyyən yaşayacaq...Füzulinin ruhu şaddı, çünki Ali Baş Komandanımızın rəhbərliyi ilə müzəffər Ordumuz torpaqlarımızı işğaldan azad edib, Füzuli kimi oğulların ruhu da azaddır, şaddır...

Azad ruhun şad olsun, igid ömrü yaşayan Milli Qəhrəman!

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 16:41
Trampın və Netanyahunun çıxışı qəti sübut etdi ki, BMT ölüb, yerdən götürən yoxdur"...

29.09.2026 / 16:08
İranın qarşı çıxdığı TRİPP-ə ehtiyacı artır...

29.09.2026 / 15:52
Xətainin heykəlinin üzərindəki yazı ilə bağlı araşdırma başladı...

29.09.2026 / 15:37
Tramp İrana qarşı sanksiyaların azaldılması ilə bağlı xəbərləri təkzib etdi…

29.09.2026 / 14:42
Məkkə sazişi elə sınaq anında “sarsıntı keçirdi”... Husilər Səudiyyəni dağldır...

29.09.2026 / 14:21
Prezident İlham Əliyev Pezeşkianı təbrik etdi

29.09.2026 / 13:52
Trampın İranla bağlı iştahı xeyli artdı – “Onlarla belə sazişi 1 il əvvəl imzalamaq olardı, indi yox”...

29.09.2026 / 13:37
İrəvan bələdiyyəsinə qəti tapşırıq - Ararat dağını göstərən videolar yaymayın…

29.09.2026 / 13:22
Qalibafdan ABŞ-a təhdid kimi mesaj – biz neft sata bilmiriksə, regionda heç bir ölkə sata bilməz…

29.09.2026 / 13:07
Ukrayna Rusiyanın daha bir Kasta radar stansiyasını vurdu…

29.09.2026 / 12:45
Bakıya gələn Qazaxıstan vətəndaşının üzərindən 4 milyonluq brilyant çıxdı

29.09.2026 / 12:30
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr... - FOTO

29.09.2026 / 12:16
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO

29.09.2026 / 12:14
Almaniyanın XI naziri Lavrova 2 aydın mesaj verdi - Tramp bunu bilsə, aləm yenə qarışacaq...

29.09.2026 / 11:37
Lənkəranda vətəndaşların 150 min manatdan çox pulunu ələ keçirən şıxs yaxalandı

29.09.2026 / 11:20
ABŞ Yunanıstanda çevriliş hazırlayır? - Afinadakı səfirdən ŞOK AÇIQLAMA …

29.09.2026 / 10:55
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlandı

29.09.2026 / 10:48
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayət törətməkdə ittiham edilən şəxslərdən danışdı

29.09.2026 / 10:36
9 milyonluq bir ölkə ABŞ-ı idarə edir - Amerikalı jurnalistdən Tramp administrasiyasına sərt sözlər…

29.09.2026 / 10:20
Bir ayda at arabalarının iştirakı ilə iki qəza baş verib - Yol polisindən xəbərdarlıq...

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ