Cümə axşamı günü, 08 oktyabr 2026
     

Azərbaycanın mədəniyyət sisteminin ağlamalı günü...

Image


Bir neçə gün əvvəl Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində apardığı əməliyyatdan sonra bu sistemdə mövcud olan digər neqativ hallar da üzə çıxıb. Mədəniyyət nazirinin müavini Rafiq Bayramovun həbsindən sonra onun kurasiya etdiyi sahələrdən bir neçəsində, daha dəqiq desək, musiqi məktəblərində, klub və mədəniyyət evlərində ciddi faktlar aşkarlanıb.

Yeri gəlmişkən, hələ R.Bayramovun həbsindən xeyli müddət əvvəl onun Bakıda və rayonlardakı musiqi məktəblərinə, klub və mədəniyyət evlərinə “tas” qoyduğu barədə məlumatlar dolaşırdı. Bunun nə dərəcədə həqiqət olub-olmadığını deyə bilmərik. Bu məsələni istintaq aşkara çıxaracaq.

Amma bu arada Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nəzdində H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Mehriban Rüstəmovanın məktəbdə işləyən müəllimlərin əməkhaqlarını mənimsəməsi barədə daxil olmuş məlumatın Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırıldığına dair məlumat yayılıb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən mətbuata     verilən məlumata görə, keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Mehriban Rüstəmovanın vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, məktəbdə çalışan ayrı-ayrı müəllimlərə məxsus əməkhaqqı kartlarını qanunsuz ələ keçirib həmin kartlara köçürülmüş pul vəsaitlərini bankomatdan şəxsən çıxarmaqla, habelə müəllimlərin əməkhaqqı kartlarına köçürülmüş aylıq əməkhaqqının əhəmiyyətli hissəsini tələb edərək, küllü miqdarda pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edildiyindən, fakt üzrə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.

Məhkəmə qərarına əsasən, M.Rüstəmovanın xidməti otağında, ona məxsus, Nəsimi rayonunda yerləşən yaşayış evində və avtomobilində keçirilmiş axtarış nəticəsində rəhbərlik etdiyi musiqi məktəbinin müəllimlərinin adlarına olan 40 ədəd plastik kart, müxtəlif ölkələrin valyutalarında saxlanan 40 min manata yaxın pul vəsaiti, musiqi məktəbinin şagirdlərinin adına olan 36 ədəd şəhadətnamə, məktəbin tarifləşmə və tabel cədvəlləri, əmr kitabı, 1 ədəd "notebook" və iş üçün əhəmiyyət kəsb edən digər sənəd və əşyalar aşkar edilərək götürülüb.

İstintaq zamanı M.Rüstəmovanın müəllimlərin adına olan 40 ədəd əməkhaqqına dair plastik kartı özündə saxlayaraq, həmin kartlara köçürülən pul vəsaitlərini bankomat vasitəsilə ələ keçirərək mənimsəməsi özünün etirafı, eləcə də iş üzrə toplanan digər sübutlarla təsdiqini tapıb.

İlkin sübutlara, həmçinin, M.Rüstəmovanın məktəbin müəllimlərindən qanunsuz yollarla topladığı pul vəsaitinin bir qismini qabaqcadan əldə edilən razılaşmaya uyğun olaraq, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin əməkdaşına verməsi, digər qisminin isə özü tərəfindən mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

Hazırda iş üzrə bütün qanunazidd halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. 

Hesab edirik ki, hüquq-mühafizə orqanları bölgələrdəki regional mədəniyyət idarlərində də ciddi yoxlamalar həyata keçirilməlidirlər. Çünki bu gün mədəniyyət sahəsində ixtisas sahibi olmayan, eyni zamanda da dövlət qulluqçusu statusu qazanmayan insanlar əsasən bölgələrdəki mədəniyyət ocaqlarında ştata götürülüblər.

Mədəniyyətlə bağlı qurumlarda, musiqi məktəblərində bu kimi çirkinliklərin olması təəssüf doğurur.

  • “Mədəniyyətin digər sahələrində olduğu kimi, musiqi məktəblərində də ciddi yeyinti faktları mövcuddur”

İNK baş katibi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov baki-xeber.com-a bildirdi ki, bütün dünya liderləri postpandemiyanın yeni yaşam tərzi, yeni dünya düzəni aşılayacağını bildirirlər. “Bu, dövlət idarəçiliyində də özünü göstərməlidir. Azərbaycan bu prosesə daha tez başladı və bilirsiniz ki, hələ virus yayılmamışdan əvvəl parlament seçkiləri keçirildi, bir çox komitə və nazirliklərin rəhbərliyinə ABŞ, Avropa təhsilli, eyni zamanda da müxtəlif beynəlxalq təşkilatlarda təcrübə keçmiş şəxslər gətirildi. Bununla yanaşı, icra strukturlarında, yerlərdə icra hakimiyyəti başçıları da dəyişdirildilər, onlar da gənclərlə əvəzləndilər. Bu proses cəmiyyətin müxtəlif təbəqələri, hətta radikal müxalifət tərəfindən də dəyərləndirildi, qiymətləndirildi, beynəlxalq təşkilatlar da kadr islahatlarının çox müsbət bir addım olduğunu bildirdilər, hətta müsbət bir təcrübə kimi bu nümunəni başqa ölkələrə də təqdim etdilər. Müxtəlif sahələrdə olduğu kimi, elm, təhsil və mədəniyyət sahəsində də böyük islahatlara start verildi. Başqa sahələrdə bu islahatlar dərk edilsə də, buna elə də müsbət reaksiya verməyən, bu proseslərdən geridə qalan mədəniyyət sahəsi oldu. Son günlər Mədəniyyət Nazirliyi strukturunda baş verən hadisələr, Xidmət rəisinin və nazir müavininin həbs edilməsi, korrupsiya faktlarının ortaya çıxması bu sahədə nə qədər ciddi böhran yaşandığını açıq şəkildə göstərir. Ölkə başçısı dəfələrlə istər mərkəzi, istərsə də yerli icra strukturlarının, nazirliklərin, komitələrin, eləcə də digər qurumların işlərinin tam şəffaf şəkildə qurulmalı, onların ictimaiyyətə açıq olmalı olduğunu, vətəndaş məmnunluğunun təmin edilməsinə çalışmalı olduqlarını qeyd edib. Ölkə başçısının bu barədə etdiyi çağırış və bəyanatlar, əslində, onlara düzgün yol və istiqamət göstərir.

25-30 il nəyinsə, kiminsə xatirinə vəzifədə qalmış iriranqli məmurların xeyli bir qismi ölkə başçısının çağırışlarından nəticə çıxarmaq istəmədi. Əlbəttə, Əbülfəs Qarayevin mədəniyyət sahəsində gördüyü işləri yüksək qiymətləndiririk. Amma onun və onun kimilərin uzun illər eyni vəzifədə qalması mövcud  problemlərin yaranmasına gətirib çıxarır. Eyni zamanda, mədəniyyət qurumlarının, evlərinin yerlərdə icra hakimiyyətlərinə tabe edilməsi və bir çox icra başçısının mədəniyyət idarələrinə haqq qoyması faktları da var. Onlar hətta ən kiçik mədəniyyət müəssisələrinə belə, kitabxanalara, klub və mədəniyyət evlərinə, musiqi məktəblərinə işçilərin götürülməsində qeyri-şəffaflığa yol verirlər, bir sıra hallarda burada korrupsiya meylləri özünü göstərir. Həmçinin də musiqi məktəblərində, kitabxanalarda, klub və mədəniyyət evlərində həmin qurumlara rəhbərlik edənlərin yaxın qohumlarının, ailə üzvlərinin, yaxud da heç bu sahəyə aidiyyəti olmayan müxtəlif şəxslərin adlarına ştatların açılması və onların maaş almaması, bu “işçilər”in adlarına açılan plastik kartlara ödənilən vəsaitin direktorlar tərəfindən mənimsənilməsi halları var. Bu fakt geniş yayılıb və araşdırmalar da göstərir ki, bəzən bir mədəniyyət müəssisəsinin direktorunun əlində “ölü canlar”a aid  30-40 plastik kart var. Bu halın geniş miqyas almasının qarşısının alınması istiqamətində artıq hüquq-mühafizə orqanları hərəkətə keçib və bu istiqamətdə xeyli təmizlənmə işləri aparılıb. Əlbəttə, bütün bunlar dövlət başçısının siyasi iradəsindən irəli gəlir. Dövrün çağırışlarına cavab olaraq, ölkə başçısı bu neqativ halların aradan qaldırılması üçün çevik reaksiya verdi və bu neqativliklərin kökünün kəsilməsi üçün əlaqədar strukturlara göstərişlər verdi”.

A.X.Əbilov vurğuladı ki, son dövlər mədəniyyət işçilərinin əməkhaqqının qaldırılması, onlara dəstək göstərilməsi, açılan sosial iş sahələrində mədəniyyətlə bağlı istiqamətlərə xüsusi önəm verilməsi təqdirəlayiqdir. O qeyd etdi ki, dövlət dəstəyi alan və sosial işlə təmin edilən mədəniyyət işçilərinə əməkhaqqı kart vasitəsilə köçürülüb. “Təəssüflər olsun ki, bəzi məmurlar da Prezidentin tapşırığı ilə yaradılan ictimai-sosial iş yerlərindən sui-istifadə etdilər, kartları ələ keçirib dövlətin külli miqdarda vəsaitini mənimsədilər. Hazırda həmin məmurlarla bağlı cinayət işi açılıb” - deyə ekspert bildirdi.

O, həmçinin, qeyd etdi ki, mədəniyyət sahəsində 25-30 il can qoyan insanların fəxri ad, mükafat ala bilmədiyi təqdirdə, heç bir sənəti, ifası olmayan, barlarda, kafe-restoranlarda oxuyan şəxslərə pul qarşılığında fəxri adlar verilib: “İnanmaq istəyirəm ki, nazirin bundan xəbəri yoxdur. Nazirliyin digər yüksək vəzifəli məmurlarına 10 min, 20-30, 50 min manat pul verib “əməkdar artist”, “xalq artisti” adı alan insanlar peyda olub. Bulanıq suda balıq tutmağa meyl edən bəzi məmurlar onlarla sövdələşməyə, bazarlaşmaya gediblər. Onlar dövlətin mədəni-ictimai siyasətinə qarşı sabotajlarla məşğul idilər. Uzun müddət görkəmli mədəniyyət  adamları bir kənarda qaldı və manıslar, manısçalar, eyni zamanda da sənətə aidiyyəti olmayan adamlara fəxri adlar paylanmağa başlandı. Bu da, əlbəttə ki, narazılıqlara gətirib çıxarırdı. Məlum olduğu kimi, mədəniyyətin digər sahələrində olduğu kimi, musiqi məktəblərində də ciddi yeyinti faktları mövcuddur. Yalnız musiqi məktəblərində deyil bu faktlar. Baxın görün, mədəniyyət mərkəzləri, mədəniyyət evləri, kitabxanalar nə gündədir. Təəssüf ki, Sovet dövründə kəndlərdə, qəsəbələrdə inşa olunan və uzun müddət xalqa xidmət edən mədəniyyət evləri, klublar, aidiyyəti müəssisələr bərbad vəziyyətdədir, bəziləri isə tamamilə bağlanıb, kitabxanalar da qapadılıb. Təsəvvür edin ki, ölkəmizin bir nömrəli kitabxanası olan Milli Kitabxanadan kiril əlifbası ilə olan kitabları kamazlara yığıb maklatura kimi hansısa qurumlara verirdilər və onun da pulunu nə etdiklərini özləri bilirdilər. Dəxli olmayan şəxslərin konsertinə yüzminlərlə pul xərclənirdi, amma mədəniyyətimizin gələcəyi üçün işlər  görənlərə heç bir dəstək göstərilmirdi. Biz dəfələrlə kitabxana.net portalına görə nazirliyə müraciət etdik ki, bizə yer və pul verməyin, sadəcə, bizi müasir avadanlıqlarla, güclü internetlə təmin edin ki, Azərbaycan kitablarını elektronlaşdırıb dünyaya yayaq, amma reaksiya verilmədi”. A.X.Əbilov bildirdi ki, bu neqativ hallar beynəlxalq kitab bayramlarında da özünü göstərirdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi.

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ