02/07/2020 23:55
728 x 90

Pandemiya dövründə də şou-biznes adamları pozucu işlərindən qalmır – iftar süfrələri yenə işə düşüb…

İsmayıl Əhməd: “Karantin rejimi ilə əlaqədar olaraq kütləvi iftar məclislərinin təşkil olunması düzgün deyil”

img

Son günlər mediada ölkədə koronavirus pandemiyasına görə tətbiq edilən karantin qaydalarını pozaraq kütləvi şəkildə iftar məclisləri təşkil edənlərlə bağlı məlumatlar yer alır.

İftar məclislərini təşkil edib sosial şəbəkədə yayanlar isə şou-biznes nümayəndələridir. Onlar öz həmkarları ilə bir araya gəlib iftar süfrəsində iştirak edirlər. Ancaq karantin qaydalarını pozduqlarının fərqində belə deyillər. Hətta təşkil etdikləri kütləvi iftar məclislərini öz “Instagram” hesablarından paylaşırlar.

Qeyd edək ki, hazırda Azərbaycanda karantin rejimi davam edir. Dövlət tərəfindən tətbiq edilən karantin qaydalarına əsasən, bir yerdə beş nəfərdən artıq toplaşmaq, ara məsafəsi gözləməmək, maska və əlcəklərdən istifadə etməmək qadağandır. Lakin bəzi şou-biznes təmsilçiləri bu qaydanı pozurlar.

  • “Koronavirusla əlaqədar insanlar özlərini qorumalı və bu qısa müddət ərzində iftarı evdə açmalıdırlar”

İlahiyyatçı İsmayıl Əhməd bildirdi ki, karantin rejimi ilə əlaqədar olaraq kütləvi iftar məclislərinin təşkil olunması düzgün deyil: “Məlumdur ki, hazırda karantin rejimində yaşadığımız üçün dini ayinlərin icrası ilə də bağlı müəyyən dəyişikliklər edilir. Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsinin də fətvasında qeyd olunurdu ki, bu il Qədr gecəsi məclisləri, əhya mərasimləri camaatla birgə, kütləvi şəkildə icra olunmayacaq. Din xadimləri canlı yayım vasitəsilə insanlara müraciət edirlər. İnsanlar da evlərində həmin ayinləri icra edirlər. Ona görə də kütləvi iftar məclislərinin təşkil olunması düzgün deyil”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, iftar süfrələrində hər bir insanın öz ailəsi, doğmaları və yaxınları iştirak edə bilər. Koronavirusla əlaqədar insanlar özlərini qorumalı və bu qısa müddət ərzində iftarı evdə açmalıdırlar. İftar süfrəsi bəhanəsi ilə həddindən artıq kütləvi məclislərin keçirilməsi düzgün deyil.

Günel CƏLİLOVA

Son xəbərlər