Cümə axşamı günü, 08 oktyabr 2026
     

Əbədiyaşarlar... O simalar daha neçə minilliyə iz qoyacaq…

Image


Ömür insana yalnız bir dəfə verilir. Bu bir dəfənin idarəsi isə, qismən də olsa, bizim öz ixtiyarımıza həvalə edilir. Biz nəyi, niyə və necə edəcəyimizə bəzən ani, bəzən isə uzunmüddətli düşüncə prosesi ilə qərar veririk. İnsanların içərisində bir qrup isə yaradıcılıq qabiliyyətilə secilir. Əgər düşünsək ki, yaradan öz yaratdıqlarına yaratmaq qabiliyyətini bəxş edir, deməli bu, zəkaüstü bir istedad və ya fitriyyət hesab edilir. Yaradıcı insanların baxış tərzi, düşüncəsi tam fərqli səmtdə yol alır. Ən azı ona görə ki, elmin və texnikanın inkişaf etmədiyi zamanlarda belə onların beyin məhsulları milyonlara yol tapır. O kəslər məsafələrə meydan oxuyaraq sevilirlər.

Sənət əsəri əkinçinin torpağa səpdiyi toxum kimidir. Sevgi və zəhmətin vəhdətindən yaranan əməyin qarşılığı hər zaman möhtəşəm olur. Ən əsası isə, torpağa düşən bir toxum böyük bir tarlaya çevrilir. İnsan zəkasında isə neçə yeni fidan boy atır. Bəli, məhz belə ərsəyə gəlir hər kəsi heyran edən sənət inciləri. Hər dövrün qadağalarına meydan oxumaq qüdrətində olub tikanlı məftilləri qıra bilən beyinləri tanıyır və onların böyüklüyünə səcdə edirik. Çünki, məhz o zəkaların məhsulu olan əsərlər əsrlərin qaranlığında belə özünə yol tapır.

Odlar diyarında əsrlərin o tayından çatılan nifrət tonqallarına belə təslim olmadan varlığını qoruyan sənət əsərləri və sənətkarlar hafizəmdə canlandı bu an. Hələ XII əsrdə yaşayan Şeyx Nizaminin göz nuru olan “Xəmsə” adlı sənət incilərinin vəhdəti... Çox maraqlıdır. Hər əsərin məzmunu və mövzusu əsrlərə meydan oxumağa necə nail olub? Azərbaycan adlı bir məmləkətdən “Leyli və Məcnun” dastanı səs salıb dünyaya. Bu dastanın qüdrətimi ilham verib yaradanlara, yoxsa yaradanların eşqinə yer üzünün ən ali yaradanı ölümsüz sevgilərin timsalında xəlq eləyib bu dastanı? Əslində çoxşaxəli cavab silsiləsində itmək yerinə bu eşqin axınına təslim edək varlığımızı. Qoy o özü bizi tanımadığımız diyarlara aparsın. O diyarın dili eşq, nəfəsi sevgi, həvəsi isə ülviyyət olsun. Bax bu həvəslə iki gənc şərq qəhrəmanının gözlərinin sehrinə qapılan neçə-neçə sənətkar da əlinə qələm alıb xəyalının təsvirini köçürsün ağ kağıza. Füzulinin qələmindən süzülən “Leyli və Məcnun”un ilhamı notlara da yol tapdı. Üzeyir bəyin duyğuları ilə musiqi aləminə də səfər edən bu sevginin sərhədləri miqyassız oldu. Məhz bu eşqin gücü ilə imza atıldı ilk operaya.

“Xosrov və Şirinin” adı süd arxının bəyazlığında aydınlıq tapdı. Əsrlərə tab edərək “Fərhadnamə” imzası qoyuldu ədəbiyyat səltənətində. Abdulla Şaiq XX əsrdə yazdı “Nüşabə”ni, dünyanın hər diyarından olan “7 gözəl”in dilindən söylənən nağıllar bir hökmüdarı deyil, neçə sevdalı ürəyi fəth etdi. Qara Qarayev nota köçürərək ahəngin və harmoniyanın ağuşuna əmanət etdi o gözəlləri. Bax, beləcə ölümsüzlük qazandı Koroğlu adlı el qəhrəmanı da. Adına nəğmələr yaranıb, şeirlər qoşulan neçə şəxsiyyətin yaddaşlara qazınan portireti kimi. Hələ ötən minilliyin ilk əsrində xaqandan aldığı təxəllüsə belə boyun əyməyən və Mədainin xarabalıqlarını təsvir edən Xaqanini də qeyd etmək yerinə düşər zənnimizcə. Bir zamanlar iki cahanı qəlbinə sığdırmaq qüdrətində olsa da zərrəsi olduğu cahana sığmadığını zikr edən laməkan şairimiz Nəsimi ölümə belə ölümsüzlük öyrətmədimi? Bəlkə elə o məktəbin qüdrətindən İsa Muğanna, Qabil və neçə ustadın qələmində təkrar oyandı əsla röyada olmayan şairin dünyası? Yoxsa sayılan və sayılmayan neçə qüdrətli sənətkarın və ölümsüzlük qazanan əsərin nəhəngliyinin gücü də məhz budur? Görəsən, bizimlə mavi dalğalarda belə görüşən bu əsərlərin dəyərini yetərincə dərk edə bilirikmi? Çox zaman bəlli bir dəb axınına tuş gəlib mənasının dərinliklərinə belə varmadan əlimizdə tutduğumuz Avropa müəlliflərinin yazılarını mütaliə edərcəsinə nəzərdən keçirəndə özümüzdə var olan möhtəşəm sənət xəzinəsini xatırlayıb müqayisə edirikmi? Əziz oxucu, mənim bu ritorik mahiyyətli sualım səndə mənə qarşı ikrah yaratmasın. Çünki mən əsla incidici və ya kinayəli duyğular altında işlətmədim o fikri. Buna nə niyyətim olar, nə də həddim. Mənim əsl istəyim öz milli dəyərlərimizin qüdrətini qələmə almaq idi. Daha doğrusu, bu an duyğularım mənə bunu diqtə etdi.

Azərbaycan mədəniyyəti və incəsənəti bir günə, bir saata və ya bir kitaba sığdırıla bilməz. Mənim kimi gənc qələm sahibi bir neçə səhifəlik yazıda bu heyranlığını sərgiləyə bilər sadəcə. Çünki mən də minlərlə oxucu kimi o əsərlərdən öyrənmişəm doğulub böyüdüyüm, havasını udub, suyunu içib, adına vətən dediyim məmləkətin başıbəlalı tarixini. Məhz o müəlliflərin uzun və yorucu əməyi nəticəsində yaranan kitabların səhifələrində sərgilənən qəhrəmanların dastanlara sığmayan əzmini, qürurunu. Onları özümə ideal seçərək atılmaq istəmişəm həyat yarışının ər meydanına. Bəli əziz oxucu, biz tarix kitablarından tanıdığımız şəxsiyyətləri romanlarda, povestlərdə daha çox sevmişik. Özü boyda bir tarixə möhür vuran kəslərin şəninə yazılan şeirlərin odlu nitqlərdə səslənməsi riqqətə gətirib bizi. Bu rövnəqlənmənin əsiri olmuşuq. Bəxtiyar “Gülüstan” la həbs edib yaddaşımıza tarixi, Əzizənin dilindən hopdurmuşuq içimizə Seyidi, Sabiri. Daha əvvəllər Nərimanov tanıddırıb Nadiri. İblisi belə göstərib bizə Cavid əfəndi.

Bəli sevgili oxucu, axı mən yuxarıda qeyd etmişdim Azərbaycan dünyasının əsərlərlə yox, əsrlərlə hüdudlana biləcəyini. Elə ona görə də sözümü çox uzatmadan nöqtələsəm yerinə düşər məncə. Amma yazımın sonunda fikrimin ana xəttinə toxunmaq istərdim.

“Əbədiyaşarlar” yalnız bir dövr üçün gəlmir bu cahana. Onların gəlişi yaradır yer üzündə aydınlığı. O aydınlıq bizlərə də şəfəq saçır. O simalar daha neçə minilliyə iz qoyacaq, bu, tarixin biləcəyi işdir. Bizim payımıza isə o dəyərləri tanımaq və tanıtmaq düşür.

Rəfiqə NƏSİROVA

Mədəniyyət Üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin əməkdaşı

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi.

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ