Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdiyi əməliyyat tədbiri nəticəsində şəhər sakini Daşqın Məhərrəmov saxlanıb. Şəxsi axtarış zamanı ondan çəkisi 2,5 qram heroin, 1,4 qram tiryək, 2 ədəd şpris və çətənə toxumları aşkar edilib.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun evindən əlavə olaraq marixuana, həmçinin 1 ədəd pnevmatik tüfəng, 1 ədəd beşbarmaq və 4 ədəd bıçaq aşkar edilərək götürülüb.
Saxlanan şəxs götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanıb.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı