Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini R.Əliyevin “VAZ-2106” markalı avtomobilini qaçırmaqda şübhəli bilindiklərinə görə saxlanan şəhər sakinləri Sərxan Mahmudov, əvvəllər məhkum olunmuşlar - Tural Rüstəmov və Məcid Sultanovun digər cinayət əməllərinin də üstü açılıb.
Ətraflarında Baş Cinayət Axtarışı İdarəsi, Kəpəz və Nizami rayon polis idarələri əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri ilə onların aprelin 12-də və 15-də şəhər ərazisində 3 avtomobildən akkumulyator, habelə digər “VAZ-2106” markalı avtomobilin dövlət qeydiyyat nişanlarını oğurladıqları da müəyyən edilib.
Araşdırma aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı