Bazar günü günü, 18 oktyabr 2026
     

OPEK çərçivəsində Azərbaycanın xidmətləri Səudiyyə və Rusiya ilə bərabər tutuldu

Image


Dünya bazarlarında neftin qiymətinin indiki optimal həddə qalmasında OPEK və qeyri-OPEK ölkələrinin (OPEK+) əməkdaşlığının müstəsna rol oynaması danılmaz həqiqətdir. Bu prosesə töhfə verən ölkələrdən biri qismində isə Azərbaycanın da adı getdikcə daha çox hallanır. Elə OPEK-in baş katibi Məhəmməd Barkindo da ölkəmizin təşkilatda rolunu yüksək qiymətləndirir.

Onun sözlərinə görə, Azərbaycanla Neft İxrac edən Ölkələr Təşkilatı arasında əməkdaşlıq daha da güclənir: “Azərbaycan Prezidenti İlham Əliyevin OPEK və qeyri-OPEK ölkələrinin əməkdaşlığına göstərdiyi dəstəyə görə çox məmnunuq. Bu il iyunun 21-22-də Avstriyanın paytaxtı Vyanada keçiriləcək OPEK Nazirlər Şurasının 174-cü iclası, eləcə də OPEK və OPEK+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin 9-cu iclası zamanı Azərbaycanın energetika naziri Pərviz Şahbazovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşəcəyəm. Azərbaycan iclas çərçivəsində keçiriləcək OPEK-in 7-ci Beynəlxalq Seminarında da təmsil ediləcək. İştirakçılar arasında SOCAR da olacaq. Seminarda nazir Pərviz Şahbazovun çıxışı da gözlənir”. O, bu ilin mart ayında Bakıda olarkən Prezident İlham Əliyevlə görüşünü xatırlayaraq qeyd edib ki, dövlət başçısı həmin görüşdə OPEK və qeyri-OPEK ölkələrinin əməkdaşlığına olan davamlı dəstəyini bir daha bəyan edib.

Səudiyyə Ərəbistanı və Rusiyanın OPEK və qeyri-OPEK ölkələri ilə əldə edilən neft hasilatının azaldılmasına dair Vyana sazişi çərçivəsindəki əməkdaşlığı barədə suala cavabında isə M.Barkindo bildirib: “Həmin ölkələr, yəni Səudiyyə Ərəbistanı və Rusiya OPEK və qeyri-OPEK ölkələrinin “Əməkdaşlıq Bəyannaməsi”nin əsas sütunlarıdır”. Bununla belə, baş katib Azərbaycan kimi ölkələrin də prosesdə mühüm rol oynadığını xüsusi vurğulayır. Barkindo qeyd edir ki, Azərbaycan neft hasilatının məhdudlaşdırılması haqqında OPEK+ sazişinin şərtlərini davamlı olaraq ən yüksək səviyyədə icra edən ölkələrdən biridir. O bildirir ki, Azərbaycan OPEK-ə üzv dövlətlər və kartelə daxil olmayan ölkələr arasında neft hasilatının məhdudlaşdırılması haqqında sazişin əldə olunmasında da aparıcı rol oynayıb: "Biz Azərbaycana bir neçə il əvvəl OPEK üzvləri və kartelə daxil olmayan ölkələrin səylərinin birləşdirilməsinin zəruri olduğu barədə görüşlərinə görə gələcəkdə də minnətdar olacağıq. Mən Azərbaycana OPEK-lə əməkdaşlığınıza və hasilatın könüllü şəkildə dəyişdirilməsinə dəstəyinizə və sadiqliyinə görə də minnətdarlığımı bildirmək istərdim". Baş katib vurğulayıb ki, OPEK Azərbaycanla əməkdaşlığın genişləndirilməsi üçün istənilən imkanlara baxmağa hazırdır.

Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEK üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Daha sonra quruma üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul edilib. OPEK və qeyri-OPEK ölkələrinin bu yeni razılaşmasına Azərbaycan da qoşulub. Gündəlik neft hasilatının 834 min barrel həcmində saxlanmasına dair razılaşma qarşılığında Azərbaycan hasilatı sutkada 35 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi ötən müddətdə tam yerinə yetirib.

İndi razılaşmada əldə olunan məqamların yerinə yetrilməsi dünyada neftin qiymətini artıran əsas amillərdən biridir. Belə görünür ki, baş verənlər qarşıdakı dövr ərzində də neftin qiymətini yüksəltməkdə davam edəcək. Rusiyanın energetika naziri Aleksandr Novak bunu həm də onunla əsaslandırır ki, dünya üzrə kommersiya neft ehtiyatları sıfıra yaxınlaşır. Nazir bildirib ki, qlobal neft ehtiyatları keçən il son 5 ilin orta göstəricisi ilə müqayisədə 323 milyon barrel çox idi. Hazırda bu göstərici 20 milyon barrel azdır: “Neft İxrac edən Ölkələr Təşkilatına üzv və bəzi qeyri-OPEK ölkələri ilə əldə edilən neft hasilatının azaldılmasına dair saziş qlobal neft ehtiyatların azalmasına təsir edən əsas amil olub”. Rusiyanın ən böyük neft istehsalçısı olan “Rosneft”in idarə heyətinin sədri İqor Seçin isə diqqəti həm də ona yönəldir ki, ABŞ-ın İranla bağlı nüvə razılaşmasından çıxması qərarı ilə əlaqədar dünya neft istehsalının 5 faizində sanksiya risqi yaranıb. ABŞ-ın bu siyasəti nəticəsində neftin qiymətində yeni rekordlar görülə bilər. O bildirib ki, neftin qiymətindəki artıma OPEK-lə əldə olunan istehsalın azaldılması razılaşmasından savayı sanksiyalar öz təsirini göstərib: “İran ətrafında formalaşan böhran qlobal neft bazarının yenidən formalaşmasına yol aça bilər. Karbohidrogen bazarına istiqamətlənən sanksiyaların qiymət üzərində yuxarı istiqamətli təzyiqi artırması qaçılmazdır. Müəyyən bir müddət sonra ABŞ-ın güddüyü sanksiya siyasəti səbəbilə neftin qiymətində yeni rekordlar görülə bilər”. Hazırda  OPEK və qeyri-OPEK ölkələri ilə əldə edilən neft hasilatının azaldılmasına dair Vyana sazişi, eləcə də geosiyasi müstəvidə baş verənlər neftin qiymətini yüksək həddə saxlamaqda davam edir. Bu gedişlə qiymətlərin 100 dollarlıq həddə çatması da tamamilə gözlənilən sayılır.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

18.10.2026 / 14:25
İrana yeni hücum üçün zəmin hazırlanır – Tehran ABŞ-ı vura biləcək ballistik raketlər hazırlayır…

18.10.2026 / 12:47
İğtişaşlardan sonra Fransa daxili işlər nazirinin istefası tələb edildi…

18.10.2026 / 12:14
Rusiya qərbi Ukraynaya hücum etdi - Polşa ordusu hazır vəziyyətə gətirildi, qırıcılar havaya qaldırıldı…

18.10.2026 / 11:28
ABŞ Fransadakı iğtişaşları Qərb ölkələrinin miqrasiya siyasəti ilə əlaqələndirdi - xəbərdarlıqları qulqardına vurdular…

18.10.2026 / 11:10
Makronun yarıtmaz siyasətinə qarşı iğtişaşlar Fransanı bürüdü – tarixi binalar yandırılır, mağazalar talan edilir… FOTO/VİDEO

18.10.2026 / 10:18
Ukrayna Sankt-Peterburqu bombaladı - “Ozon”un logistika mərkəzi, neft terminalı, neft bazası vuruldu…

18.10.2026 / 09:43
Ərdoğanın iqtidar çevrəsində nə baş verir?

18.10.2026 / 09:10
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

18.10.2026 / 08:31
Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ