Bazar ertəsi günü, 19 oktyabr 2026
     

Qaradağ rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər

Image


Hər şey “Qaradağ... Fondu” barədə İlham Əliyevin təklifindən başladı

 

Körpələr öz analarını dünyanın ən gözəl varlığı olaraq gördüyü kimi, istənilən “vətən daşı” üçün də öz ölkəsi bu dünyadakı cənnətin bir parçasıdır. Lakin elə ölkələr də var ki, Yaradanın lütfü sayəsində həqiqətən daha aşırı gözəlliklərə, zənginliklərə layiq görülüb ki, gözəlim Azərbaycan da məhz belə seçilmişlərdəndir. Doqquz iqlimdən yeddisinin Azərbaycanda olması, malik olduğu yeraltı və yerüstü sərvətlər və ən əsası, bu nemətlərin qədrini bilib onu yaşadacaq və gələcək nəsillərə ərmağan edəcək geniş ürəkli və kökünə bağlı aborigen topluma sahib olması Azərbaycanın “seçilmişlər” sırasında olmasına ən tutarlı sübutdur.

Bəli, bu ölkənin xain qonşuların “iştah dişi”nə keçmiş dilbər guşəsi - “Qara bağı” da var, təkcə son onillikdə ərazisində baş tutan irimiqyaslı layihələrlə dünya çapında adını bəlli etmiş “Qara dağı” da. Hələlik, bəlli səbəblər üzündən Qarabağımızdan uzaq düşmüşük, lakin əvəzində Qaradağımızda son illər regional miqyasda önəm daşıyan layihələrin icrası Azərbaycanı sevməyən xəbis ürəklərin yuxusunu ərşə çəkib. Elə bu yazımızda da dostların qürurla baxdığı, yaman gözlərə gözdağı olmuş Qaradağdan danışacağıq. O Qaradağdan ki, illər öncə ərazisi ucsuz-bucaqsız düzəngahdan ibarət sıradan bir sənaye rayonu idi. İndi isə...

“Mesopotomiyadan daha qədim tarixə malik mədəniyyət incisi” – Qaradağın qürur yeri...

Bir zamanlar Qaradağ deyəndə göz önündə ucsuz-bucaqsız düzənliklərin əhatəsində sanki yeganə ürəkaçan məkan kimi Qobustan qayalıqları canlanırdı. Elə bil, rayonun adı unikal petroqliflərin qorunduğu bu açıq səma altındakl muzeylə assosiasiya olunurdu. O muzeylə ki, hər daşının altında bir tarix yatır. Əslində Qobustan Milli Tarixi Bədii Qoruğu əsrarəngiz tarixi mirası ilə hələ sovetlər dönəmindən tarixçilərin, səyyahların diqqətini cəlb edirdi. Lakin dünya mədəni irsi onu geniş anlamda Azərbaycan müstəqillik əldə etdikdən sonra kəşf etdi. 2007-ci ildə UNESCO-nun Ümumdünya qeyri-maddi irs siyahısına daxil edilən bu unikal məkan artıq sovetlər dönəmindəki baxımsız ərazi, “ilan mələyən” düzəngah deyil və nəinki əsrlərə dayanan tarixi, həm də abadlığı, səliqə-sahmanı ilə ölkəmizə il-ildən daha çox gələn turistləri heyrətdə qoymaqda davam edir.

Məşhur norveçli səyyah, etnoqraf və alim-antropoloq Tur Heyerdal 1981- 1994-cü illərdə Azərbaycana səfərləri zamanı Qobustan qayalarındakı günəş təsvirli qədim rəsmlərə heyranlığını gizlədə bilməyərək, Xəzər sahillərini böyük bir sivilizasiyanın beşiyi, Qobustan mədəniyyətini isə “Mesopotomiyadan daha qədim tarixə malik mədəniyyət incisi” adlandırdı, bununla da Odlar Yurdunun necə qədim tarixə malik olduğunu dünya ictimaiyyətinə bir daha göstərmiş oldu.

“Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” necə gündəmə gəldi...

Əslində Qaradağ rayonu və onun bir zamanlar çözümünü gözləyən çoxsaylı problemləri hələ 1995-ci ildə ölkənin gündəminə gəlmişdi. Belə ki, həmin ildə bu rayondan Milli Məclisə deputat seçilən hazırkı Prezident İlham Əliyev sakinlərin qayğı və problemləri ilə tanışlıqdan sonra “Qaradağ rayonunun sosial-iqtisadi inkişafına yardım Fondu”nun yaradılması təşəbbüsü ilə çıxış edir.  Rayonların tarixində belə bir Fondun yaradılması təcrübəsi bir ilk olsa da, tezliklə məhz bu Fondun yaradılması rayonun bir çox problemlərinin həllinə yardımçı olur. Onun sayəsində cəmi bir neçə il ərzində rayonda bir sıra sosial, mədəni-məişət obyektləri tikilərək istifadəyə verilir. 1999-cu ildə isə rayon ərazisində məskunlaşmış məcburi köçkünlər üçün hər cür infrastruktur şəraiti nəzərə alınmaqla “Ümid” qəsəbəsi salınır və beləliklə Qaradağ rayonu həm də elindən-obasından didərgin salınmış soydaşlarımızın ümid ocağı - yurd yeri olur. Maraqlıdır ki, İlham Əliyevin rəhbərlik etdiyi Milli Olimpiya Komitəsi həmin dövrdə respublikada start verdiyi olimpiya hərəkatı fonunda ilk Olimpiya İdman Kompleksini də məhz Qaradağda inşa etdirib. Görülən bu işlər isə davamlı olur və 2004-cü ildən dövlət siyasətinin strateji xətti kimi “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” qəbul olunaraq ölkə miqyasında onun həyata keçirilməsinə başlanır. Prezident İlham Əliyev o dövrü belə xatırlayır: “Bilirsiniz ki, Qaradağ rayonuna mənim həmişə xüsusi diqqətim olub. 1995-ci ildə qaradağlılar mənə etimad göstərmiş, Milli Məclisə deputat seçmişlər. Mən də çalışırdım ki, bu etimadı doğruldum. Dəfələrlə Qaradağ rayonuna gəlmişəm, vəziyyətlə tanış olmuşam. Bu gün ölkə Prezidenti kimi çalışıram ki, Bakının ən böyük rayonu olan Qaradağ rayonunun inkişafı üçün öz köməyimi göstərim”.

Bu sözlərin təsdiqi üçün isə uzaq illərə baş vurmağa ehtiyac yoxdur. Elə son illərdə Bakının Qaradağ rayonu ərazisində təməli qoyulan, açılışı olan və hazırda tikintisi gedən iqtisadi və nəqliyyat infrastruktur layihələri və onların həyata keçirilməsi statistikasına nəzər salmaq kifayətdir ki, sözügedən Dövlət Proqramının bu rayonda hansı əsaslı dəyişikliklərə gətirdiyinin şahidi olasan. Bu inkişafın əsasında isə 2006-2007-ci və 2011-2013-cü illəri əhatə edən “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair” iki Dövlət Proqramı durur.

Qaradağ rayonunda son illərin nəhəng iqtisadi layihələri sırasında ilk yeri 2007-ci ildə Bakı şəhərinin və Abşeron yarımadasının enerji təhlükəsizliyinin möhkəmləndirilməsi üçün nəzərdə tutulan, 300 meqavatt gücündə modul tipli Səngəçal elektrik stansiyasının tikintisi tutur. Bu elektrik stansiyasının tikintisindən sonra Qaradağda müasir Gəmiqayırma zavodunun,  Beynəlxalq Dəniz Ticarəti Limanının, Cənubi Qafqazda ən nəhəng özəl müəssisələrdən olan Metanol zavodunun, “Holcim-Azərbaycan”, “Norm” yeni sement zavodlarının və bir sıra digər sənaye obyektlərinin tikintisi həyata keçirilib ki, bununla da rayonun tam yeni və müasir infrastruktura malik bir sənaye mərkəzinə çevrilməsinə nail olunub.

Qaradağ rayonu üçün ötən 2017-ci i xüsusilə əlamətdar olub. Belə ki, il ərzində ölkə başçısı rayona 3 dəfə səfər edib və təbii ki, bu səfərlərin hər biri ölkə həyatının çiçəklənməsinə öz töhfəsini verəcək nəhəng layihələrlə bağlı olub. 2017-ci il mayın 18-də Qaradağ rayonunda SOCAR-ın “Caspian Drilling” Şirkətinin dəniz təchizat və logistika bazasında Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılış mərasimində iştirak edən Prezident İlham Əliyev deyib ki, 1994-cü ildə xarici tərəfdaşları Azərbaycana investisiya qoymağa cəlb etməsəydik, bu gün Azərbaycanın iqtisadi vəziyyəti tam fərqli ola bilərdi: ”1994-cü ildə “Əsrin kontraktı”nın imzalanması tarixi hadisə idi və mən o günləri yaxşı xatırlayıram. Bu mərasimdə iştirak edən hörmətli Xoşbəxt müəllimlə birlikdə biz danışıqlarda iştirak etmişik. Biz 1994-cü ilin may ayında İstanbulda, iyul-avqust aylarında isə Amerikanın Hyuston şəhərində danışıqlar aparırdıq ki, Azərbaycan üçün ən məqbul şərtləri təmin edək. Eyni zamanda elə edək ki, xarici investorlar da qaçmasın və onlar üçün də yaxşı şərait yaradılsın. Hesab edirəm ki, biz hər iki tərəf üçün məqbul variantı əldə etdik. Gərgin danışıqlar nəticəsində 1994-cü ilin sentyabrında “Əsrin kontraktı” imzalandı və bu gün uğurla icra edilir. “Əsrin kontraktı” imzalanmasaydı, indi Azərbaycan bu qədər inkişafa nail ola bilməzdi. Bunu hamı bilməlidir”.

Qədim İpək Yolunun Bakı-Tiflis-Qars müasirliyi...

Qaradağ rayonunun tarixinə ötən ilin ən parlaq səhifəsi isə Bakı-Tiflis-Qars dəmir yolunun təntənəli açılışı ilə yazıldı. Qədim İpək Yolunun polad magistrallar üzərində bərpası adlandırılan bu layihənin reallaşdırılması Azərbaycanın regionda önəmini atrıqmaqla, onun dünya gündəmində yer almasına, böyük dövlətlərin diqqət mərkəzinə gəlməsinə səbəb oldu. Çünki Şərqlə Qərbi birləşdirən bu nəhəng  logistik layihə tək Azərbaycana deyil, region və digər ölkələrə də böyük iqtisadi fayda vəd edir. Artıq BTQ yükdaşımaları daha tez və əlverişli qiymətlərlə həyata keçirməkdədir. Yaxın gələcəkdə isə sözügedən magistral sərnişindaşımada da uğurlara imza atmaq əzmindədir. Beləliklə, on bir qəsəbəni özündə birləşdirən Qaradağ rayonunun sürətli inkişafını şərtləndirən əsas amillərdən birinin respublikanın aparıcı nəqliyyat arteriyasının onun ərazisindən keçməsilə bağlı olduğunu deyə bilərik. Bu arteriyanın daha bir qolu isə 2010-cu il noyabrın 3-də Prezident İlham Əliyevin təməlqoyma mərasimində iştirak etdiyi, 2014-cü il sentyabrın 22-də açılışı olan Ələt Beynəlxalq Dəniz Ticarəti Limanıdır. Yerləşdiyi ərazinin böyük üstünlüklərə malik olması sayəsində yeni liman Azərbaycanda nəqliyyatın təhlükəsizliyi məsələlərini uğurla həll etməyə, Bakını Xəzər hövzəsində çox müasir və böyük logistika-nəqliyyat mərkəzinə çevirməyə, Xəzəryanı ölkələr arasındakı əməkdaşlığı dərinləşdirməyə, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin tam gücü ilə işləməsinə əlverişli imkanlar açır. Bu ilin yanvar ayında isə Limanın Ro-Ro terminalı istifadəyə verilib ki, bu terminalın yaradılmasında əsas hədəf Qara Dəniz hövzəsi ilə Orta Asiya arasındakı TIR daşımalarının 60 %-dən çoxunu Bakı Beynəlxalq Dəniz Ticarət Limanı vasitəsilə həyata keçirməkdir. Ro-Ro terminalı, eyni zamanda, Bakı-Tiflis-Qars dəmiryol xətti üçün önəmli yükcəmləyici funksiyasını yerinə yetirməyi hədəfləyir. Belə ki, Azərbaycana 4 istiqamət üzrə gətirilən yüklər məhz burda cəmlənərək Bakı-Tiflis-Qars dəmiryol xəttilə Avropaya daşınacaq. Bütün bu nəhəng layihələrin arxasında isə gərgin zəhmət, əzmkarlıq və ən önəmlisi - vətəndaşlıq mövqeyi durur ki, bunda rayon rəhbərliyinin də payı az deyil...

Qaradağın humanitar layihələri...

Qaradağ rayonunda gerçəkləşdirilən humanitar layihələrdən danışarkən IDEA İctimai Birliyinin burada inşa etdirdiyi Sahibsiz Heyvanlar üçün Xilasetmə və Sığınacaq Mərkəzini qeyd etməmək olmaz. Mərkəzin rəsmi təməlqoyma mərasimi Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə 9 oktyabr 2014-cü il tarixində baş tutub. Müasir texniki avadanlıqlarla təchiz edilmiş və beynəlxalq standartlara cavab verən sığınacaq kompleksində sahibsiz heyvanlara peyvənd, sterilizə və zəruri hallarda əməliyyat xidmətləri göstərilir.

Ötən il Qaradağ rayonu ərazisində məskunlaşmış qaçqın və məcburi köçkün soydaşlarımız üçün də əlamətdar olub. Belə ki, həmin il mayın 30-da rayonun Lökbatan qəsəbəsində qaçqın və məcburi köçkün ailələr üçün 1026 mənzilli yeni yaşayış kompleksinin təməlqoyma mərasimi keçirilib və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva həmin tədbirdə iştirak edib.

Ümumiyyətlə, Qaradağ rayonu insan amilinə hər zaman önəm verən ölkə rəhbərliyinin humanitar layihələrindən kənarda qalmır. Bunun göstəricilərindən biri də cari il fevralın 12-dən, respublikanın bütün bölgələrində olduğu kimi, Qaradağ rayonunda da əhalinin tibbi müayinədən keçirilməsidir. Əhalinin sağlamlığının qorunması, xəstəliklərin erkən mərhələdə aşkarlanması və onunla mübarizə məqsədi daşıyan aksiyanın mütəşəkkilliyinin təmin olunması üçün Qaradağ Rayon İcra Hakimiyyətində müvafiq komissiya yaradılaraq, xüsusi tədbirlər planı hazırlanıb. Bu xoşməramlı kampaniyanın uğurla və heç bir neqativ hal baş vermədən həyata keçirilməsinin Rayon İcra Hakimiyyətinin prioritetlərindən olması isə şübhəsizdir və yəqin elə bu səbəbdəndir ki, burada şikayət və təklifləri dinləmək üçün “Qaynar xətt” yaradılıb.

Bütün bu deyilənlər isə düşünməyə əsas verir ki, məhz Azərbaycan dövlətinin məqsədyönlü sosial-iqtisadi siyasəti nəticəsində Bakının ərazisinə görə ən böyük rayonu olan Qaradağ son illər özünün məhz ağ günlərini yaşayır.

Uğurlar ola...

Samirə SƏFƏROVA

Qaradağ Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

18.10.2026 / 22:26
İran agentləri Almaniyada özlərini ifşa etdi - Azərbaycan himni altında növbəti təxribat... VİDEO

18.10.2026 / 21:44
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

18.10.2026 / 20:56
Husi hücumlarından sonra Ər-Riyaddakı 99 mərtəbəli Kingdom Centre göydələni tam boşaldıldı…

18.10.2026 / 20:32
Ukrayna Leninqrad bölgəsindəki VK data mərkəzinə hücum etdi - bəzi platformalarda problemlər yarandı...

18.10.2026 / 20:05
Dövlət Müstəqilliyimizin Ulu öndər bünövrəsi: 35 illik şanlı yol

18.10.2026 / 19:37
Zelenski Ukraynaya Starlink məhdudiyyətlərinin birbaşa ABŞ hökumətindən gəldiyini deyir

18.10.2026 / 16:20
Türkiyə Prezidenti Azərbaycanı təbrik etdi

18.10.2026 / 15:58
Britaniya səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:50
Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:25
İrana yeni hücum üçün zəmin hazırlanır – Tehran ABŞ-ı vura biləcək ballistik raketlər hazırlayır…

18.10.2026 / 12:47
İğtişaşlardan sonra Fransa daxili işlər nazirinin istefası tələb edildi…

18.10.2026 / 12:14
Rusiya qərbi Ukraynaya hücum etdi - Polşa ordusu hazır vəziyyətə gətirildi, qırıcılar havaya qaldırıldı…

18.10.2026 / 11:28
ABŞ Fransadakı iğtişaşları Qərb ölkələrinin miqrasiya siyasəti ilə əlaqələndirdi - xəbərdarlıqları qulqardına vurdular…

18.10.2026 / 11:10
Makronun yarıtmaz siyasətinə qarşı iğtişaşlar Fransanı bürüdü – tarixi binalar yandırılır, mağazalar talan edilir… FOTO/VİDEO

18.10.2026 / 10:18
Ukrayna Sankt-Peterburqu bombaladı - “Ozon”un logistika mərkəzi, neft terminalı, neft bazası vuruldu…

18.10.2026 / 09:43
Ərdoğanın iqtidar çevrəsində nə baş verir?

18.10.2026 / 09:10
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

18.10.2026 / 08:31
Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ