Bazar ertəsi günü, 19 oktyabr 2026
     

Azərbaycan yükdaşımalardan tranzit gəlirin miqdarına görə Avrasiya lideri rolunda…

Image


Bu gün dünya miqyasında Azərbaycanı diqqət mərkəzinə gətirən ən mühüm məqamlardan biri də ölkənin nəqliyyat daşımalarında beynəlxalq miqyasda əsas qovşaqlardan birinə çevrilməsidir. Proseslərin gedişi göstərir ki, “Şimal-Cənub”, “ Cənub-Qərb”, “Şərq-Qərb”  nəqliyyat dəhlizlərinin tam işə düşməsindən sonra Azərbaycanın təkcə yükdaşımalardan gəlirləri milyardlarla dollar həcmində olacaq.

Eyni zamanda ölkə dünya miqyasında əsas nəqliyyət mərkəzlərindən biri statusunu alacaq. Bu vəziyyət isə regional, qlobal təhlükəsizlik baxımından da çox önəmli faktor sayılır. Bunu  ATƏT-in Parlament Assambleyasının sədri Giorgi Tsereteli də xüsusi olaraq vurğulayır: "Azərbaycanın böyük nəqliyyat layihələrini dəstəkləməsi regionun təhlükəsizliyinə mühüm töhfədir". Onun sözlərinə görə, məsələn, Bakı-Tiflis-Qars kimi nəqliyyat layihələri çox vacibdir: "Azərbaycanın bu cür layihələrlə regiondakı rolu çox önəmlidir".

Eyni mövqe gürcü politoloq Tengiz Txilava tərəfindən də sərgilənir. O, Azərbaycan, İran, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin martın 15-də Bakıda keçiriləcək dördtərəfli görüşü fonunda bildirir ki, Bakının təşəbbüsü ilə region ölkələri daha sıx inteqrasiya edir. Ekspert vurğulayır ki, elə dörd ölkənin xarici işlər nazirlərinin Bakıda keçiriləcək dördtərəfli görüşü yeni formatdır: “Düşünürəm ki, bu format regional əməkdaşlığın hərtərəfli inkişafına təkan verəcək. Bu gün Azərbaycan, Gürcüstan və Türkiyə regionda Bakı-Tiflis-Qars dəmir yolu, Bakı-Tiflis-Ceyhan neft, Bakı-Tiflis-Ərzrum qaz kəmərləri, TAP, TANAP kimi böyük layihələr həyata keçirir. Bu layihələr təkcə bizim region üçün deyil, dünya üçün faydalıdır və mühüm əhəmiyyət kəsb edir. Fikrimcə, zəngin karbohidrogen ehtiyatlarına malik olan İranın iştirakı ilə yeni siyasi formatın yaranması uğurlu perspektivlər vəd edir”. Onun sözlərinə görə, üçtərəfli siyasi formatın genişlənməsi, İran kimi ölkənin bu formata qoşulması, regionun iqtisadi inkişafı ilə yanaşı, həm də təhlükəsizlik və sülhə xidmət edəcək: “Türkiyə və İran regionda çox böyük gücə malikdir. Onların Azərbaycan və Gürcüstanla birgə layihələrdə iştirakına böyük ümidlə baxıram. Hesab edirəm ki, yeni format tərəflərin hər biri üçün faydalı olacaq”.

 Qazaxıstan hökumətinin təmsilçisi, Bakı və Astananın birgə yaratdığı  Bakı Taxıl Terminalının idarə heyətinin sədr müavini Erjan Baymuhametov da ölkəmizin həyata keçirdiyi nəqliyyat layihələrinin böyük əhəmiyyət kəsb etdiyini, təhlükəsizliyə vacib töhfələr verdyini vurğulayır. O qeyd edir ki, məhz bu layihələr Qazaxıstana dünya bazarlarına daha çox məhsul çıxarmağa imkan verir: "Bu il Qazaxıstan taxılını “Şimal-Cənub” nəqliyyat dəhlizinin, eləcə də Bakı-Tiflis-Qars dəmir yolu marşrutunun imkanlarından istifadə edərək Türkiyə və Yaxın Şərq bazarlarına çıxarmaq planımız var. Dənli bitkilərin terminal vasitəsilə ixracına gəldikdə isə, biz "Prodkorporasiya" şirkəti ilə işləyirik. Şirkət Azərbaycana dənli bitkilər ixrac edir. Biz, həmçinin, bizim terminal vasitəsilə İran tərəfinə taxıl nəqlində maraqlı olan Azərbaycan və Rusiya treyderləri ilə əməkdaşlıq edirik".

Perspektivdə digər Orta Asiya ölkələrinin də Azərbaycanın nəqliyyat dəhlizlərinə qoşulması Bakıya əlavə dividendlər vəd edir. Digər tərəfdən, iqtisadi məqamlarla yanaşı,  təhlükəsizlik baxımından da bu layihələr böyük əhəmiyyət kəsb etdiyindən,  onlara dünya miqyasında xüsusi diqqət yetirilir.

Eyni zamanda Azərbaycanın özü üçün bu layihələr, qeyd olunan məqamlarla yanaşı, Ermənistanın təcrid vəziyyətinin dərinləşdirilməsi baxımından da vacib əhəmiyyət kəsb edir. Xüsusən də “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin formalaşması Ermənistan üçün olduqca böyük zərbə sayılır. Avropanı və Cənub-Şərqi Asiya dövlətlərini, ümumiyyətlə, dünyanın iki böyük qitəsini birləşdirəcək nəqliyyat dəhlizinin Azərbaycan üzərindən keçməsi ölkəmizin beynəlxalq miqyasda önəməini xeyli artırır. Azərbaycan öz iqtisadi potensialından istifadə edərək bu istiqamətdə böyük işlər görür. Astara (Azərbaycan) – Astara (İran) dəmir yolu xəttinin qısa zaman kəsiyində tikilərək istifadəyə verilməsi, İran Astarasında yük terminalının tikintisində Bakının fəal iştirakı qeyd olunanların sübutudur. İrana Qəzvin-Rəşt dəmir yolunun Astara (İran) şəhərinə kimi çəkilməsi üçün 500 milyon dollar güzəştli kredit ayırması da Bakının “Şimal-Cənub” dəhlizinin formalaşmasına əlavə töhfəsidir. Yaxın gələcəkdə isə Hindistanın Mumbay limanından çıxan yük gəmiləri İranın Fars körfəzindəki Bəndər-Abbas limanına yan alacaq. Buradan isə yüklər Qəzvin-Rəşt-Astara dəmir yolu vasitəsilə Azərbaycan üzərindən keçməklə Rusiya və Avropa ölkələrinə daşınacaq. Bütün bunlar, İran və Rusiya ilə yanaşı, Avropa və Cənub-Şərqi Asiya dövlətləri tərəfindən də dəstəklənir. Azərbaycan isə Asiya ilə Avropanı birləşdirən nəqliyyat məntəqəsinə çevrilir. Halbuki, bir vaxtlar İranla əməkdaşlıq sayəsində bu rola Ermənistan iddia edirdi. Amma Azərbaycan erməni tərəfinin bu niyyətini gözündə qoydu.

NAHİD



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

19.10.2026 / 12:30
AKP-nin bu qədər korrupsiyaya qurşanmış üzvlərini kim himayə edir - 5 TUTARLI FAKT…

19.10.2026 / 12:12
Məktəb direktorunun maşınının yandırılması ilə bağlı daha bir nəfər saxlandı - VİDEO

19.10.2026 / 12:08
Yeni səhiyyə naziri Anar Bayramov KİMDİR? - DOSYE

19.10.2026 / 11:57
Rusiya Qara dənizdə daha bir yük gəmisini vurdu...

19.10.2026 / 11:45
Rubio ABŞ-ın Kiyevə kəşfiyyat dəstəyinin dayandırılmadığını deyir – Zelenski bu məlumatı haradan alıb bilmirəm...

19.10.2026 / 11:42
Baş nazirin müavinlərinin sayı 4-ə çatdı

19.10.2026 / 11:33
Anar Bayramov səhiyyə naziri təyin edildi

19.10.2026 / 11:31
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM

19.10.2026 / 11:29
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - FƏRMAN

19.10.2026 / 11:27
Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü 20 sutka həbs olundu

19.10.2026 / 11:12
Fransada etirazlarda saxlananların sayı 2 mini keçdi – DİN naziri istefa ərizəsi yazdı, Makron qəbul etmədi…

19.10.2026 / 10:54
Əraqçi ABŞ-a xəbərdarlıq etdi - diqqətli olun: bizim də yarımçıq qalmış işlərimiz var…

19.10.2026 / 10:39
Tramp Rusiyaya niyə əlavə sanksiyalar tətbiq etmədiyini açıqladı – onları masadan uzaqlaşdırmaq istəmirəm…

19.10.2026 / 10:30
Rusiya Kiyev metrosunu vurdu - bir nəfər həlak oldu…

19.10.2026 / 10:19
Azərbaycandan Ermənistana ixrac olunan məhsulların SİYAHISI AÇIQLANDI...

19.10.2026 / 09:55
DYP küləkli hava ilə bağlı sürücülərə müraciət etdi

19.10.2026 / 08:40
Təl-Əvivdən Vyanaya uçan təyyarədə bomba həyəcanı - avialayner Sofiyaya məcburi eniş etdi

19.10.2026 / 08:32
Körfəz ölkələri İrandan kompensasiya tələb etdilər - Tehran “tupik”də…

19.10.2026 / 08:25
Trampa qarşı “Kral istəmirik!” etiraz aksiyaları bütün Amerikanı bürüdü

18.10.2026 / 22:26
İran agentləri Almaniyada özlərini ifşa etdi - Azərbaycan himni altında növbəti təxribat... VİDEO

18.10.2026 / 21:44
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

18.10.2026 / 20:56
Husi hücumlarından sonra Ər-Riyaddakı 99 mərtəbəli Kingdom Centre göydələni tam boşaldıldı…

18.10.2026 / 20:32
Ukrayna Leninqrad bölgəsindəki VK data mərkəzinə hücum etdi - bəzi platformalarda problemlər yarandı...

18.10.2026 / 20:05
Dövlət Müstəqilliyimizin Ulu öndər bünövrəsi: 35 illik şanlı yol

18.10.2026 / 19:37
Zelenski Ukraynaya Starlink məhdudiyyətlərinin birbaşa ABŞ hökumətindən gəldiyini deyir

18.10.2026 / 16:20
Türkiyə Prezidenti Azərbaycanı təbrik etdi

18.10.2026 / 15:58
Britaniya səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:50
Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:25
İrana yeni hücum üçün zəmin hazırlanır – Tehran ABŞ-ı vura biləcək ballistik raketlər hazırlayır…

18.10.2026 / 12:47
İğtişaşlardan sonra Fransa daxili işlər nazirinin istefası tələb edildi…

18.10.2026 / 12:14
Rusiya qərbi Ukraynaya hücum etdi - Polşa ordusu hazır vəziyyətə gətirildi, qırıcılar havaya qaldırıldı…

18.10.2026 / 11:28
ABŞ Fransadakı iğtişaşları Qərb ölkələrinin miqrasiya siyasəti ilə əlaqələndirdi - xəbərdarlıqları qulqardına vurdular…

18.10.2026 / 11:10
Makronun yarıtmaz siyasətinə qarşı iğtişaşlar Fransanı bürüdü – tarixi binalar yandırılır, mağazalar talan edilir… FOTO/VİDEO

18.10.2026 / 10:18
Ukrayna Sankt-Peterburqu bombaladı - “Ozon”un logistika mərkəzi, neft terminalı, neft bazası vuruldu…

18.10.2026 / 09:43
Ərdoğanın iqtidar çevrəsində nə baş verir?

18.10.2026 / 09:10
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

18.10.2026 / 08:31
Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ