çərşənbə günü, 19 avqust 2026
     

Problemli kreditlərin bank sektorunun özü üçün yaratdığı məhvedici təhdidlər artır

Image


Ölkənin bank sektoru üçün artıq bir neçə ildir ciddi başağrısına çevrilən məsələlərdən biri də problemli kreditlərlə bağlıdır. Mərkəzi Bankın məlumatlarından belə bəlli olur ki, Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il yanvarın 1-nə 1 milyard  626,7 milyon manat təşkil edib. 2017-ci ilin əvvəlinə nisbətən isə problemli kreditlər 154,1 milyon  manat və yaxud 10,46% artıb.

Ötən ilin sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelindəki payı 13,84% təşkil edib. Ötən ilin əvvəlində isə bu nisbət 8,95% olub.  Qeyd olunan rəqəmlərdən aydın görünür ki, problemli kreditlərin həcmində artım qeydə alınıb. Bu mənada hesab edilir ki, Mərkəzi Bankın və digər müvafiq strukturların problemli kreditlər məsələsinin həlli istiqamətində artıq əməli addımlar atması zəruri şərtə çevrilib. Çünki vəziyyət indiki şəraitdə davam etsə, bu, iqtisadiyyat üçün müəyyən problemlər yarada bilər. İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov məsələ ilə bağlı  «Amerikanın Səsi» radiosuna açıqlamasında qeyd edir ki, problemli kreditlərin həlli ilə bağlı üçtərəfli mexanizmdən istifadə mümkündür: «Əvvəla, bu mexanizmin özəlliyi ondan ibarətdir ki, burada fərqin tərəflər arasında bölüşdürülməsi nəzərdə tutulub. Fərq niyə böyükdür? Devalvasiya problemli kreditin həcminin artmasına təsir göstərən faktorlardan biridir. Amma yeganə faktor deyil. 2014-ci ildən əvvəlki illərdə bankların kredit faizlərinin yüksək olduğunu dəfələrlə vurğulayırdıq. Hətta devalvasiya olmasa da belə, yüksək kredit faizləri problem idi, yəni hesab edin ki, 2014-cü ildən əvvəl bankların kredit faizləri bəzi hallarda 40-45 faizə qədər yüksəlirdi. İllik 45 faiz hər 10 min manata və ya dollara görə 5 min manat və ya dollar illik faiz deməkdir. Kifayət qədər böyük rəqəmdir. Nəticədə bu, bank sektorunda köpüklər yaratmışdı. Devalvasiya həmin köpüklərin daha tez partlamasına imkan verdi. Amma biz 2015-ci ilin martında, ilk devalvasiyadan sonra hökumətə üçtərəfli mexanizm hazırlayıb təklif etdik. Üçtərəfli mexanizmin mahiyyəti ondan ibarətdir ki, fərq üç tərəf arasında -müştəri, bank və dövlət arasında bölüşdürülsün. Əgər kredit 0,78 manat məzənnəsi ilə götürülübsə, o zaman 10 min dollar 7800 manat idisə, indi 10 min dollarlıq kreditin əsas hissəsi 17 min manatdır. Yəni təxminən 9 min manatlıq fərq tərəflər arasında 3 min olmaqla bölünür - vətəndaş 9 min fərqi deyil, 3 min manat ödəyir, 6 min manatı isə digər tərəflər ödəyir. Bunun üstünlüyü ondan ibarətdir ki, hər bir tərəf fərqin üçdə birini üzərinə götürür. Digər tərəflər də üçdə ikisini üzərinə götürdüyünə görə heç bir tərəfə ağırlıq düşmür. Dövlət daha az vəsait ayırmaqla və ciddi maliyyə yükü olmadan problemi həll edə bilir. Banklar gəlir əldə edib, güzəşt etmək imkanına malikdir və üçdə biri üzərinə götürə bilir. Vətəndaş üçün də, təbii ki, hər 9 mindən 6 min güzəşt ciddi bir rəqəmdir».

Ekspert qeyd edir ki, problemli kreditlərlə bağlı kreditorların hüquqlarının qorunması sahəsində addımların atılması çox vacibdir: «Əslində güzəşt mexanizmi də kreditorların hüquqlarının qorunması baxımından çox əhəmiyyətlidir. Güzəşt mexanizmi nəticə etibarı ilə imkan verəcək ki, problemli krediti olub və onu geri qaytara bilməyən vətəndaşlarımız güzəştdən istifadə etsin. Eyni zamanda biz kreditorların hüququ deyəndə yalnız güzəştin tətbiq edilməsini nəzərdə tutmuruq. Burada həm də birbaşa kredit götürən vətəndaşların hüquqlarını müdafiə edən qanunvericiliyin təkmilləşdirilməsindən söhbət gedir. Nəzərə alaq ki, qonşu Rusiyada kreditorların hüquqlarının qorunması üçün fiziki şəxlərin müflis olmaq hüququ var, biz də bunu hökumətə təklif edirik. Yəni təsəvvür edin ki, bank müflis olur, götürdüyü depoziti geri qaytara bilmir. Biz «Dəmirbank»a diqqət yetirsək, bu bankın 28,3 milyon manat qorunmayan əmanəti var idi. «Dəmirbank» həmin vəsaiti depozit formasında vətəndaşdan alıb, istifadə edib, gəlir əldə edib. Amma artıq müflis olub, həmin 28,3 milyon manatın qaytarılması olduqca çətindir. Əvvəlki müflis olmuş bankların təcrübəsi göstərir ki, demək olar, hətta qaytarılması mümkün deyil. Bank depoziti götürüb, istifadə edərək gəlir əldə edib və qorunmadığı üçün onu geri qaytara bilmirsə, nə üçün vətəndaşa müflis olmaq hüququ verilməsin? Bank fəaliyyətini davam etdirə bilmir, özünü müflis elan edir və öhdəliklərdən azad olur. Ona görə kreditorların hüquqlarının qorunması üçün o hüququn tanınmasına ehtiyac var, eyni zamanda bank menecerləri üçün şərltərin daha da ağırlaşdırılması çox vacibdir».

Hələlik isə hesab olunur ki, problemin həllinin tezləşdirilməsi çox vacibdir. Bu, ölkə iqtisadiyyatında vacib rol oynayan bankların rolunun yüksəldilməsi baxımından da çox önəmlidir. Çünki problemli kreditlər nə qədər qalırsa, bu, nəticə etibarı ilə banklara mənfi təsir göstərir. Səbəb odur ki, belə vəziyyətdə banklar depozit cəlb edir, yerləşdirilən əmanətlərə görə faizləri azaldır. Nəticə etibarı ilə kredit portfeli də aşağı düşür. Son olaraq bankın maliyyə gəlirləri də əhəmiyyətli dərəcədə azalır, onun iqtisadiyyatda rolu kiçilir. İndilikdə depozit və kredit portfellərinin azalması, problemli kreditlərin həcminin yüksək olması bank sektorunda çətinliklərin  olmasının real göstəricisidir. Bundan irəli gəlir ki, hazırda funksiyasını tam yerinə yetirə bilməyən banklar var. Bu mənada problemli kreditlər məsələsinin həllinin tezləşdirilməsi vacib sayılır.

NAHİD



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

19.08.2026 / 22:46
Avropadakı ABŞ bazaları İranın hədəfində... Mümkün hücumlara qarşı hazırlıqlar başladı...

19.08.2026 / 22:21
İranla Fransa arasında gərginlik artır - diplomatlar ölkədən qovuldu, Tehran Parisə sərt xəbərdarlıq etdi...

19.08.2026 / 21:50
Moskvanın böyük qorxusu – Qərb "erməni və Moldova metodları" ilə Duma seçkilərinə müdaxilə edəcək...

19.08.2026 / 21:33
Azərbaycanın Sovet dövrü tarixi yenidən yazılmalıdır -Tarixçilər qəti mövqe tutur...

19.08.2026 / 21:15
İlham Əliyevin “Metsamor AES bağlanmalıdır” tələbinə İrəvandan reaksiya...

19.08.2026 / 20:48
Ermənilər İrəvandan Təbrizə təyyarə reyslərini bərpa edirlər...

19.08.2026 / 20:25
Rusiya XİN Azərbaycan baş prokurorluğunun məlumatına çoxbaşlı cavab verdi...

19.08.2026 / 20:09
Tokayev Nazarbayevin hüquqlarını əlindən aldı – xalqa müraciət edə bilməyəcək…

19.08.2026 / 19:41
Rusiya Azərbaycanla münasibətlərini yenidən gərginləşdirir...

19.08.2026 / 19:33
Özəl tərəfdarı millət vəkili CHP-li Keleş tərəfindən bıçaqlandı

19.08.2026 / 19:10
Rusiya və Ukrayna arasında əsir mübadiləsi - 103-nü verib 103-nü aldılar...

19.08.2026 / 18:43
"Azərbaycan ehtiyac içində olan insanlara və ölkələrə humanitar dəstək göstərməkdə davam edir" - XİN

19.08.2026 / 18:30
Bakıda bu kabab evində at DNT-si aşkarlandı - ŞOK...

19.08.2026 / 18:07
İsrail və Türkiyə arasında müharibə təhlükəsi - İsrailin Suriyaya son hücumu ilə bağlı ŞOK İDDİA...

19.08.2026 / 17:40
Əliyevin Rusiya ilə siyasi davranışları Ermənistanda qızğın müzakirə olunmağa başlayıb...

19.08.2026 / 17:27
Xaricdən idarə olunan onlayn kazino şəbəkəsinin rəhbəri Gürcüstanda yaxalanaraq Azərbaycana gətirildi - VİDEO

19.08.2026 / 17:12
Gürcüstanda pul qazanmaqda Azərbaycan Türkiyəni üstələdi, fərq – 550 min dollar...

19.08.2026 / 16:49
Tramp Omanı Amerikanın düşmənləri siyahısına daxil etdi - vurulacaq...

19.08.2026 / 16:25
Azərbaycanın dövlət borcunda dəyişiklik gözlənilir...Nazirlik hesabat yaydı...

19.08.2026 / 16:22
CNN Azərbaycana böhtan atdı, məhkəməyə verildi...

19.08.2026 / 16:11
Ermənistan ordusunda ölüm halları ölkəni yenidən qarışdırdı...

19.08.2026 / 16:06
Paşinyan Türkiyəyə dəmiryolu çəkilişini beynəlxalq tenderə çıxardı...

19.08.2026 / 15:37
Putin “Yabloko”nun adını bütün seçki sənədlərindən silməyi əmr etdi...

19.08.2026 / 15:15
Yevlax Regional Xəstəxanasının baş həkimi vəzifəsindən azad edildi

19.08.2026 / 14:58
Rusiyadan Ermənistana Azərbaycandan vasitəsilə 1 820 ton buğda göndəriləcək

19.08.2026 / 14:44
Mədəniyyət Nazirliyinə yeni aparat rəhbəri təyin olundu, Mustafa Abbasbəyliyə isə yeni vəzifə verildi

19.08.2026 / 14:36
Netanyahu Trampın Qəzza planını rədd etdi, Tramp dözdü - inanmaq olar?..

19.08.2026 / 14:12
Tramp İranla danışıqları dayandırmağı əmr etdi - sərt sanksiyalar gəlir…

19.08.2026 / 13:54
ABŞ münaqişəni qızışdırarsa, İran Avropaya zərbə endirə bilər…

19.08.2026 / 13:39
Rusiya ilə müharibənin Ukraynaya vurduğu ziyan 600 milyard dolları keçdi...

19.08.2026 / 13:25
Ukraynada yüksək vəzifəli məmurların evində axtarış aparılır - Zelenskinin ofis rəhbərinin müavini də təhlükə ilə üzləşdi…

19.08.2026 / 13:10
Prezident Kiçik Qaladərəsi kəndinin gənc sakininin arzusunu gerçəkləşdirdi - VİDEO

19.08.2026 / 12:54
ABŞ Azərbaycanı Çini tariflərdən yayınmağa kömək etməkdə ittiham edir…

19.08.2026 / 12:30
İran iki fransız diplomatı “persona non grata” elan etdi

19.08.2026 / 12:14
Həkim səhvi ilə bağlı mübahisələrdə məhkəmələr nəyə diqqət yetirirlər? - Ali Məhkəmə açıqladı

19.08.2026 / 11:43
Ağdam kənd qəbiristanlığında hərbi sursat aşkarlandı

19.08.2026 / 11:29
30 ilin sirləri - əfqan əsirliyindən qaçan pilotun film kimi hekayəsi

19.08.2026 / 11:16
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlandı

19.08.2026 / 10:57
Şəxsiyyətləri müəyyənləşdirilən daha 5 itkin şəhid dəfn ediləcək

19.08.2026 / 10:31
Siyəzəndə narkotiklərlə bağlı əməliyyatlar - 9 nəfər həbs edildi

19.08.2026 / 07:14
Türkiyədə maraqlı tarixi yer kəşf olundu

19.08.2026 / 06:27
ABŞ-da META şirkəti məhkəməyə verildi - zərərçəkən uşaq və yeniyetmələrdir

18.08.2026 / 22:24
ABŞ-ın keçmiş kəşfiyyat şefi xəbərdarlıq etdi - Rusiya Almaniyaya hücum edə bilər…

18.08.2026 / 21:18
Məkkə Sazişinin tam məzmunu qapalı saxlanılır...

18.08.2026 / 20:48
Naxçıvanda tarixi abidələrlə bağlı ciddi problemlər var - Prezident təsadüfi söz deməz...

18.08.2026 / 20:26
Ermənistanda Avropanın Yeni Missiyasının məqsədləri açıqlandı - hansı maliyyə axını?..

18.08.2026 / 19:56
Yuşşenko Ukraynaya dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür etdi

18.08.2026 / 19:41
Naxçıvanda və Zəngəzurda doğrulmuş yeni idarəçilik Konstitusiyada nə vaxt əks olunacaq...

18.08.2026 / 19:27
Azərbaycan yalan və saxta iddialara görə CNN-i məhkəməyə verdi...

18.08.2026 / 19:15
Macarıstanın yeni hakimiyyəti türk birliyinə münasibətini ilk dəfə ifadə etdi...

18.08.2026 / 18:53
İrandan ABŞ-a net mesaj - blokada və sanksiyalar qaldırılana qədər Hörmüz açılmayacaq...

18.08.2026 / 18:37
İran ABŞ-ın Hörmüz blokadasını qırmaq üçün hücuma hazırlaşır...

18.08.2026 / 18:20
Bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri olub

18.08.2026 / 18:06
Rusiyada yanacaq böhranının ikinci dalğası başladı – YDM-lərin yalnız 28 faizində benzin var…

18.08.2026 / 17:50
Ağ Ev üzvü gizli dipmissiya ilə Rusiyaya gedibmiş - ikitərəfli “mədəni” əlaqələri təşviq etmək üçün…

18.08.2026 / 17:48
Ərdoğanın Avropa Birliyi ilə münasibətlərində qaranlıq şey qalmadı - məsələnin Azərbaycana təsiri olacaq?..

18.08.2026 / 17:34
Rusiya Xəzər dənizi vasitəsilə İrana dron və sursat tədarük edir…

18.08.2026 / 17:19
İndi də İran ABŞ-dan əl çəkmir - ABŞ-la İran rol dəyişdirirlər...

18.08.2026 / 17:02
Tramp Hörmüz boğazının xəritəsini "yeni ABŞ ərazisi" adı ilə paylaşdı…

18.08.2026 / 16:47
Paşinyan Rusiya ilə KTMT mübahisəsini özünə lazımlı sonu görünməyən ritorikaya çevirir...

18.08.2026 / 16:31
Türkiyədə yayın dadı yalnız dənizdə deyil, süfrədə də yaşanır

18.08.2026 / 16:16
Mütəşəkkil köləlik: Rusiyanın sərt miqrant qaydaları

18.08.2026 / 16:05
Doğum sürətlə azalır, ölüm sayı artır...

18.08.2026 / 16:01
Ermənistan-Azərbaycan sərhədində ticarət - Ermənistanın tekstil istehsalı Azərbaycan xammalına əsaslana bilər...

18.08.2026 / 15:56
Rusiyanın Ukraynadakı quru qoşunları ardıcıl şəkildə zəiflədilir... Necə?

18.08.2026 / 15:51
"Təhlükəsizlik bizim gündəliyimizdə prioritet olmağa davam edəcək"" - Prezident

18.08.2026 / 15:49
Kedminin Azərbaycan tarixini hədəfə alan ritorikası - tarixi silmək cəhdi, yoxsa yeni siyasi təxribat?

18.08.2026 / 15:26
Prezident İlham Əliyev Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO

18.08.2026 / 13:58
Türkiyə Qara dənizdə alternativ logistika yaradır - İydərə limanı

18.08.2026 / 13:43
Bəşər Əsədin əmisi oğlu da edam cəzasına məhkum edildi...

18.08.2026 / 13:26
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı...

18.08.2026 / 13:20
Rusiyada miqrantlar üçün giriş tələblərinin daha da sərtləşdirilməsi təklif edildi...

18.08.2026 / 13:07
Tramp Məkkə sazişinə rişxənd elədi...(?)

18.08.2026 / 12:51
Husilər Saudi Aramco neft emalı zavoduna hücum etdi…

18.08.2026 / 12:36
Ukrayna ilk dəfə Rusiya daxilindəki hədəfləri Britaniya dronları ilə vurdu – Moskva Londonu hədələdi…

18.08.2026 / 12:14
Övladlarından ayrı qalan ana iki azyaşlı uşağına qovuşdu

18.08.2026 / 12:02
“Kərkükdən gələn səs”: unudulmuş nəğmələr yenidən səhnəyə qayıdır

18.08.2026 / 12:00
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub

18.08.2026 / 11:46
Mətbuat Şurası Bəyanat yaydı

18.08.2026 / 11:41
Mətbuat Şurası Rusiya KİV-lərində Azərbaycana qarşı təhdidləri pislədi - BƏYANAT

18.08.2026 / 11:30
Hörmüz boğazında daha bir gəmiyə atəş açıldı – ölən var…

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ