Bazar ertəsi günü, 19 oktyabr 2026
     

Dünyanın inkişaf etmiş ölkələrinin Kürdəmir məhsullarına tələbatı artır

Image


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasət, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası, respublikamızın bütün bölgələrində olduğu kimi, Kürdəmir rayonunda da sosial-iqtisadi sahələrdə diqqətəlayiq nəticələrin qazanılmasına səbəb olub, rayonun sosial-iqtisadi göstəriciləri yüksəlib, qeyri-neft sektorunun, xüsusilə də kənd təsərrüfatının inkişafında uğurlu nəticələrə nail olunub.

Vurğulamaq yerinə düşər ki, respublikamızın ərzaq təhlükəsizliyinin təmin olunmasını iqtisadi strategiyanın əsas hədəflərindən biri hesab edən dövlətimiz aqrar sahədə istehsal imkanlarının daha da yaxşılaşdırılması üçün davamlı addımlar atır. Xüsusən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair imzaladığı Dövlət Proqramı əhalinin ərzaq təhlükəsizliyinin təminatı cəhətdən xüsusi əhəmiyyət daşıyır. Aqrar sahənin inkişafını ölkənin strateji məqsədi kimi qiymətləndirən Prezident İlham Əliyevin 2008-ci il oktyabrın 30-da kənd təsərrüfatı işçilərinə onların peşə bayramları ilə əlaqədar müraciətində də qeyd edildiyi kimi, əhalinin ərzaqla etibarlı təminatına dair Dövlət Proqramının qəbulu Azərbaycanda aqrar islahatların yeni-növbəti mərhələsidir. Göründüyü kimi, Azərbaycanda ərzaq təhlükəsizliyinin təminatı ilə bağlı möhkəm əsaslar yaradılıb. Prezident İlham Əliyev 2011-ci il mayın 3-də Azərbaycanda aqrar sahədə idarəçiliyin təkmilləşdirilməsi və aqrar elmin inkişaf etdirilməsi ilə bağlı sərəncam imzalayıb. Sərəncamda Azərbaycanda aparılan aqrar islahatların davamı kimi bu sahədə idarəçiliyin təkmilləşdirilməsi və aqrar elmin yenidən təşkili istiqamətində müvafiq tədqiqat institutlarının, eləcə də digər aidiyyəti qurumların fəaliyyətinin  səmərəliliyinin artırılması zərurətinin yarandığı bildirilib. Məhz bu baxımdan regionlarda, o cümlədən Kürdəmir rayonunda da aqrar sektorun inkişaf etdirilməsi, bu sahədə işlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində ciddi tədbirlər görülür.

144,1 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub

Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov bildirir ki, rayon rəhbərliyi “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq aqrar sektorun inkişafını daim diqqət mərkəzində saxlayır. Çünki Prezident İlham Əliyevin qeyd etdiyi kimi, kənd təsərrüfatının hər bir sahəsi bizim üçün cox vacibdir: “Odur ki, biz çalışmalı, kənd təsərrüfatının bütün sahələrini maksimum dərəcədə inkişaf etdirməli, ixracyönümlü məhsulların istehsalına daha çox diqqət yetirməliyik”.

Rayon rəhbərinin dediyinə görə, kənd təsərrüfatı ölkə iqtisadiyyatının mühüm tərkib hissəsini təşkil edir. Ona görə də “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq rayonun aqrar bölməsi 2017-ci ili uğurla başa vurub: “Belə ki, rayonumuzda kənd təsərrüfatının bütün sahələrinin inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılıb. Dövlət tərəfindən fermerlər üçün bir sıra güzəştlər müəyyən edilib. Yəni fermer və sahibkarlar güzəştli şərtlərlə kredit, toxum, lizinq yolu ilə satılan gübrə, texnika, damazlıq mal-qara almaq imkanlarına malikdirlər. Eyni zamanda əkin sahəsinin becərilməsində istifadə olunan yanacağın və motor yağlarının dəyərinin ödənilməsi, kənd təsərrüfatı məhsullarının istehsalının stimullaşdırılması üçün dövlətimiz tərəfindən onlara subsidiyalar verilib. Bunların nəticəsidir ki, Kürdəmirdə keçən il aqrar sektorun inkişafı istiqamətində ciddi irəliləyişə nail olunub. Belə ki, 2017-ci ildə rayonumuzda 144 milyon 915,5 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub. Yəni görülmüş tədbirlər nəticəsində ötən il 14 min 795 ton kartof, 22 min 550 ton tərəvəz, 69 min 833 ton bostan, 23 ton yerfındığı, 875 ton şəkər çuğunduru, 20 ton günəbaxan, 100 ton soya, 103 ton qarabaşaq, 26 min 176 ton meyvə istehsal edilib. Bir sözlə, rayonda ümumi məhsul buraxılışının 40,6 faizi kənd təsərrüfatının payına düşüb. İstehsal olunan bu məhsullar nəinki rayonun, eləcə də ölkə əhalisinin tələbatının ödənilməsində, respublikada ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır”.
Fermerlər və fiziki şəxslər taxıl istehsalını 2 dəfəyədək artıracaqlar

İcra başçısı qeyd edir ki, ərzaq təhlükəsizliyi üçün xüsusi önəm kəsb edən taxılçılığın inkişafı sahəsində ciddi səylər göstərilir. Ötən il 39 min 360 hektar sahənin taxılı optimal müddətdə minimum itkilərlə yığılıb, 80 min 700 tonadək dən götürülüb: “Taxıl istehsalının qarğıdalı dəni hesabına artırılması tədbirləri görülüb və nəticədə 12 min 239 ton qarğıdalı dəni istehsal olunub. Kürdəmirdə bu ilin məhsulu üçün payızlıq taxıl əkini başa çatıb və 43 min 208 hektarda səpin aparılıb.
Qeyd edim ki, bu il Kürdəmir rayonunda yeni aqroparkların yaradılması, əkin üçün əlavə torpaq sahələrinin ayrılması nəticəsində taxıl əkini sahələri ötən ildəkindən 3848 hektar çox olub. Sahələrin 14 min 196 hektarı buğda, 29 min 12 hektarı isə arpadır. Ötən mövsüm 80 min 700 tonadək taxıl istehsal edən fermerlər və fiziki şəxslər düzgün aparılmış aqrotexniki qulluq nəticəsində bu il taxıl istehsalını 2 dəfəyədək artımağı qarşılarına məqsəd qoyublar”.

Kürdəmir sarımsağı Rusiya bazarlarında çox məşhurdur

Rayon rəhbəri qeyd edir ki, ölkəmizdə aqrar sahəyə göstərilən dövlət dəstəyi, edilən güzəştlər Kürdəmirdə ənənəvi əkin sahələrinin dirçəlməsi və inkişafı üçün geniş imkanlar yaradıb. Son illər rayonda kənd təsərrüfatının gəlirli sahələrindən olan kartofçuluq və sarımsaq əkininə maraq artıb. Onun dediyinə görə, kartofçuluq Kürdəmirdə ailə təsərrüfatında mühüm yer tutur. Təsadüfi deyil ki, ailə büdcəsinə gəlir gətirən bu sahə ildən-ilə inkişaf edir: “Təkcə ötən il 1119 hektardan 13 min 737 ton kartof istehsal olunub. Kürdəmirdə kartof əkini kampaniyasına başlanıb və builki mövsümdə 1125 hektardan çox sahədə əkin aparılacağı gözlənir. Kürdəmirli fermerlər və kəndlilər tərəfindən rayonun 15 kəndində, ümumilikdə, 80 hektar sahədə sarımsaq əkilib. Şaxtaya davamlılığı ilə seçilən sarımsaq yüksək məhsuldarlığı ilə fərqlənir. Gəlirli sahə hesab edilən və bir çox xəstəliklərin dərmanı olan sarımsağın becərilməsi prosesi may ayınadək davam edəcək. Mütəxəssislərin sözlərinə görə, sarımsağı yaxşı becərəndə və vaxtında suvaranda hər hektardan 15-20 ton məhsul götürmək mümkündür. Bir kiloqram sarımsaq müştərilərə 3-5 manata satılır. İş adamları kəndlilərdən aldıqları sarımsağı əsasən Rusiya bazarlarına aparırlar. Dövlət qayğısından bəhrələnən kəndlilər ixracyönümlü məhsul olan sarımsağın əkin sahələrini ildən-ilə xeyli artırırlar”.

Nar bağlarının sahələri genişləndirilir

Başçı deyir ki, Kürdəmirdə narçılıq da gəlirli sahələrdəndir. Rayonda 3000 hektardan çox plantasiya şəklində nar bağı salınıb. 2017-ci ildə Ukrayna və Rusiyaya 174 ton nar, Rusiya və Litvaya isə 47 ton nar şirəsi ixrac olunub: “Rayonumuzda fəaliyyət göstərən “Mars FK ltd” MMC-nin nar bağları 490 hektara yaxın sahəni əhatə edir. Narçılıqla bağlı qurulmaqda olan emal sahəsi 3500 ton gücündə olacaq. Burada nar qabığından 10 ton palet alınması hədəflənir. Palet əsasən ətriyyat sahəsində istifadə olunur. Nar tumundan isə yağ alınacaq. Əlavə edim ki, üzümçülük məhsullarının istehsalı və emalının genişləndirilməsi sahəsində ardıcıl işlər aparılıb və 2967 ton üzüm istehsal olunub. Ötən il rayonumuzdan Gürcüstana 125 ton buğda kəpəyi, Ukrayna və Rusiyaya 553 ton xurma, Rusiyaya 25 ton heyva və 5 ton əzgil ixrac edilib”.

Mal-qaranın cins tərkibi yaxşılaşdırılır

Rayon rəhbəri vurğulayır ki, maldarlığın inkişaf etdirilməsi, bu sahədə damazlıq işinin keyfiyyətinin yüksəldilməsi istiqamətində ciddi tədbirlər görülür. Müasir heyvandarlıq kompleksləri yaradılır, sahibkarlara lizinq yolu ilə güzəştli şərtlərlə yüksək məhsuldar damazlıq heyvanlar satılır, heyvanlar arasında aparılan süni mayalama tədbirləri genişləndirilir: “Kürdəmir rayonunda heyvandarlıqla məşğul olan fermerlər son illər mal-qaranın cins tərkibinin süni mayalandırma yolu ilə dəyişdirilərək daha məhsuldar heyvanlarla əvəz edilməsində maraqlıdırlar. Üstəlik, süni mayalandırma yolu ilə doğulan hər buzov üçün dövlət tərəfindən 100 manat subsudiyanın verilməsi heyvandarlıqda bu işə marağı daha da artırıb. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanıb. Belə ki, Kürdəmirdə məhsuldar cins heyvanların artırılması məqsədilə lizinq yolu ilə alınmış 365 baş cins düyə artırılaraq 650 başa çatdırılıb. Rayonda 1593 baş inək süni mayalandırılıb, 955 baş cinsi yaxşılaşdırılmış bala alınıb. Cins heyvanların yüksək texnologiya ilə saxlanması təmin edilib. Hazırda iribuynuzlu mal-qaranın sayı 64 min 785 başı, qoyun-keçilərin sayı 135 min 861 başı, quşların sayı isə 382 min başı ötüb. 2017-ci ildə diri çəkidə 9877 ton ət, 42 min 834 ton süd, 15 milyon 599 min ədəd yumurta, 225 ton yun istehsal edilib. Əlavə edim ki, rayonumuzda heyvandarlığın inkişafında “AzərSun  Holdinq” Şirkətinin Kürdəmir Süd emalı zavodu da mühüm rol oynayır və bu zavodun sutkalıq istehsal gücü 120 tondur. Zavodun tərkibində 500 başlıq heyvandarlıq  kompleksi yaradılıb. Hazırda zavod 10 çeşiddə süd məhsulları istehsal edir”.
9893 ton biyan kökünün duzu İran, Gürcüstan və Hindistana aparılıb

Kürdəmirdə becərilən texniki bitkilər arasında biyan xüsusi olaraq seçilir. Biyandan əczaçılıqda və ətriyyat sənayesində geniş istifadə olunur. Ona görə də təkcə ötən il Kürdəmirdən İran, Gürcüstan və Hindistana 9893 ton biyan kökünün duzu aparılıb.

Kürdəmir rayonunda biyanın tədarükünü, emal və ixracını həyata keçirən “Azbiyan” MMC-nin direktoru Nizami Nəsirov isə deyir ki, biyan emalı zavoduna xammal daha çox Kürdəmir rayonundan alınır. Əlavə zərurət yarandıqda isə İmişli, Sabirabad, Zərdab, Saatlı, Göyçay, Ucar rayonlarından məhsul gətirilir. İstehsalçılardan biyan kökünün 1 tonu 150 manata qəbul olunur və nağd şəkildə ödəniş edilir: “Yaponiya şirkəti ilə bağlanmış 10 illik müqavilənin şərtlərinə əsasən, məhsul başqa ölkəyə satıla bilməz. Burada emal olunan biyan duzu yalnız Tokionun nəhəng əczaçılıq şirkətlərindən birinə satılır. Müəssisəyə əvvəlcədən bazar qiymətinə uyğun ödənişi etməklə məhsulu alırlar. Burada yarımfabrikat halında hazırlanan biyan duzu daha çox əczaçılıq sənayesində istifadə olunur. Əsasən ən təhlükəli xəstəliklərdən olan hepatitlə bağlı preparatlar hazırlanır. Ətriyyat sənayesi də biyan kökünün tətbiq sahələrindəndir. Əlavə olaraq bu kökdən istifadə olunmadan siqaret istehsalı mümkün deyil. Müəssisədə il ərzində 90-110 ton arasında biyan duzu istehsal olunur. İndiyədək emal edilərək ixraca yönəldilən isə 400 tona yaxın olub. Bu da təxminən ölkəmizə həmin məhsulun ixracından daxil olan 5,5 milyon dollarlıq vəsait deməkdir. Hazırda istehsal bütün sutka ərzində davam edir. Anbarda ehtiyat da var”.
Emin Pənəhov

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

19.10.2026 / 16:11
Adnan Əhmədzadədən yeni xəbər var - məhkəmə qarşısına çıxarıldı...

19.10.2026 / 15:55
Zelenski Trampı sərt tənqid etdi - bizi Putinə təslim olmağa məcbur edir...

19.10.2026 / 15:26
Sahibə Qafarova Qırğızıstan Joqorku Keneşin sədri ilə görüşdü...

19.10.2026 / 15:12
İran ilk ağır qırıcı təyyarəsini sınaqdan keçirməyə hazırlaşır...

19.10.2026 / 14:44
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradıldı FOTO

19.10.2026 / 14:17
Prezident bir qrup energetiki təltif etdi

19.10.2026 / 13:59
Fransanın daxili işlər naziri polisin böyük şəhərlərdə vəziyyətə nəzarəti itirdiyini etiraf etdi...

19.10.2026 / 13:41
Kreml Kiyev danışıqlarda olmadan Ukraynada sülhü mümkünsüz hesab edir...

19.10.2026 / 13:04
Bu şəxslərin pensiyaları aylıq əlavələrlə artırılacaq...

19.10.2026 / 12:30
AKP-nin bu qədər korrupsiyaya qurşanmış üzvlərini kim himayə edir - 5 TUTARLI FAKT…

19.10.2026 / 12:12
Məktəb direktorunun maşınının yandırılması ilə bağlı daha bir nəfər saxlandı - VİDEO

19.10.2026 / 12:08
Yeni səhiyyə naziri Anar Bayramov KİMDİR? - DOSYE

19.10.2026 / 11:57
Rusiya Qara dənizdə daha bir yük gəmisini vurdu...

19.10.2026 / 11:45
Rubio ABŞ-ın Kiyevə kəşfiyyat dəstəyinin dayandırılmadığını deyir – Zelenski bu məlumatı haradan alıb bilmirəm...

19.10.2026 / 11:42
Baş nazirin müavinlərinin sayı 4-ə çatdı

19.10.2026 / 11:33
Anar Bayramov səhiyyə naziri təyin edildi

19.10.2026 / 11:31
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM

19.10.2026 / 11:29
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - FƏRMAN

19.10.2026 / 11:27
Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü 20 sutka həbs olundu

19.10.2026 / 11:12
Fransada etirazlarda saxlananların sayı 2 mini keçdi – DİN naziri istefa ərizəsi yazdı, Makron qəbul etmədi…

19.10.2026 / 10:54
Əraqçi ABŞ-a xəbərdarlıq etdi - diqqətli olun: bizim də yarımçıq qalmış işlərimiz var…

19.10.2026 / 10:39
Tramp Rusiyaya niyə əlavə sanksiyalar tətbiq etmədiyini açıqladı – onları masadan uzaqlaşdırmaq istəmirəm…

19.10.2026 / 10:30
Rusiya Kiyev metrosunu vurdu - bir nəfər həlak oldu…

19.10.2026 / 10:19
Azərbaycandan Ermənistana ixrac olunan məhsulların SİYAHISI AÇIQLANDI...

19.10.2026 / 09:55
DYP küləkli hava ilə bağlı sürücülərə müraciət etdi

19.10.2026 / 08:40
Təl-Əvivdən Vyanaya uçan təyyarədə bomba həyəcanı - avialayner Sofiyaya məcburi eniş etdi

19.10.2026 / 08:32
Körfəz ölkələri İrandan kompensasiya tələb etdilər - Tehran “tupik”də…

19.10.2026 / 08:25
Trampa qarşı “Kral istəmirik!” etiraz aksiyaları bütün Amerikanı bürüdü

18.10.2026 / 22:26
İran agentləri Almaniyada özlərini ifşa etdi - Azərbaycan himni altında növbəti təxribat... VİDEO

18.10.2026 / 21:44
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

18.10.2026 / 20:56
Husi hücumlarından sonra Ər-Riyaddakı 99 mərtəbəli Kingdom Centre göydələni tam boşaldıldı…

18.10.2026 / 20:32
Ukrayna Leninqrad bölgəsindəki VK data mərkəzinə hücum etdi - bəzi platformalarda problemlər yarandı...

18.10.2026 / 20:05
Dövlət Müstəqilliyimizin Ulu öndər bünövrəsi: 35 illik şanlı yol

18.10.2026 / 19:37
Zelenski Ukraynaya Starlink məhdudiyyətlərinin birbaşa ABŞ hökumətindən gəldiyini deyir

18.10.2026 / 16:20
Türkiyə Prezidenti Azərbaycanı təbrik etdi

18.10.2026 / 15:58
Britaniya səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:50
Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:25
İrana yeni hücum üçün zəmin hazırlanır – Tehran ABŞ-ı vura biləcək ballistik raketlər hazırlayır…

18.10.2026 / 12:47
İğtişaşlardan sonra Fransa daxili işlər nazirinin istefası tələb edildi…

18.10.2026 / 12:14
Rusiya qərbi Ukraynaya hücum etdi - Polşa ordusu hazır vəziyyətə gətirildi, qırıcılar havaya qaldırıldı…

18.10.2026 / 11:28
ABŞ Fransadakı iğtişaşları Qərb ölkələrinin miqrasiya siyasəti ilə əlaqələndirdi - xəbərdarlıqları qulqardına vurdular…

18.10.2026 / 11:10
Makronun yarıtmaz siyasətinə qarşı iğtişaşlar Fransanı bürüdü – tarixi binalar yandırılır, mağazalar talan edilir… FOTO/VİDEO

18.10.2026 / 10:18
Ukrayna Sankt-Peterburqu bombaladı - “Ozon”un logistika mərkəzi, neft terminalı, neft bazası vuruldu…

18.10.2026 / 09:43
Ərdoğanın iqtidar çevrəsində nə baş verir?

18.10.2026 / 09:10
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

18.10.2026 / 08:31
Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ