Cümə axşamı günü, 20 avqust 2026
     

Dünya Bankından unikal qiymət – TANAP regional ticarətə təkan verəcək faktor kimi...

Image


İlham Şaban:2018-ci ildə beynəlxalq miqyasda da müxtəlif enerji layihələri baş tutacaq
Zakir Əhmədov: “Bu, region ölkələri arasında ticarət əlaqələrinin daha da genişlənməsinə təkan verəcək”

 

2018-ci il yanvarın 1-dək Dünya Bankı Transanadolu boru kəmərinin (TANAP) tikintisi üçün nəzərdə tutulmuş kreditin 83,4 faizini və ya 667,27 milyon dollar ayırıb. Bu barədə bankın statistik məlumatlarında deyilir. 2016-cı il dekabrın 20-də Dünya Bankının Direktorlar Şurası tərəfindən təsdiq olunmuş 800 milyon dollarlıq kreditin benefisiarları “Cənub Qaz Dəhlizi” QSC (Azərbaycan) və BOTAŞ (Türkiyə) olub.

DB bildirir ki, TANAP təkcə rəqabətqabiliyyətliliyi artırmayacaq, həm də regional ticarəti inkişaf etdirəcək və Türkiyə ilə Avropanın enerji təhlükəsizliyini təmin edəcək. Layihə, həmçinin, Azərbaycana qaz satışı bazarını şaxələndirməyə, Türkiyəyə isə enerji tədarükünü təhlükəsizləşdirməyə imkan verəcək: “Azərbaycan, Gürcüstan, Türkiyə və Cənub-Şərqi Avropa ölkələri üçün bu, prioritet infrastruktur layihələrindən biridir”.

Dünya Bankından o da əlavə olunub ki, layihə banka Azərbaycanla tərəfdaşlıqda strateji hədəflərə nail olmağa, o cümlədən ölkənin regional və Avropa enerji bazarlarına inteqrasiyasına yardım edir.

Onu da qeyd edək ki, sözügedən layihənin bu ilin yay aylarında istifadəyə verilməsi gözlənir. TANAP yalnız Türkiyə və Azərbaycan üçün deyil, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi baxımından ən önəmli layihələrdən biridir. TANAP-ın tikintisi üzrə ilk mərhələ sona çatdırılıb və hazırda ikinci mərhələ üzrə işlər davam etdirilir. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var.

Bütün bunlar TANAP-ın vaxtında hazır olmasına nə kimi təkan verir? Bunun regional ticarətə təsiri necə olacaq?
Sözügedən məsələni dəyərləndirən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın fikrincə, bütün bunlar layihəyə göstərilən diqqətin nəticəsidir. O hesab edir ki, beynəlxalq maliyyə qurumlarının diqqəti bu istiqamətdə işlərin gedişinə müsbət təsir göstərir: “Ötən il iki platforma tikilib və bu platformalar dənizə yola salınıb. Dayaq blokları üzərində quraşdırılan bu platformaların test işləri həyata keçirildi. Bundan başqa, ötən ilin sonunda “Şahdəniz-2” çərçivəsində işlər 99 faiz etibarilə başa çatıb. Sualtı işlər faktiki olaraq sınaqdan keçirilib, o cümlədən infrastruktur və digər mühüm məsələlər yekunlaşdırılıb. Digər tərəfdən, Sanqaçalda qaz terminalının genişləndirilməsi layihəsi də yekunlaşıb. Dövlət Neft Şirkəti özünün neft emalı sahəsində hələ 2015-ci ildən başladığı Heydər Əliyev adına neft emalı zavodunun modernləşdirilməsi işlərini davam etdirib. Sumqayıtda “SOCAR-Karbomid” və “SOCAR-Polimer” zavodlarının işlərində xeyli irəliləyişlər əldə olunub. Qaradağdakı qaz anbarlarının tutumunun artırılması, modernləşdirilməsi layihəsi çərçivəsində işlər davam etdirilib. Bundan əlavə, Azərbaycan ərazisində Cənubi Qafqaz boru kəmərinin tikintisi tam başa çatdırılıb. Bütün bunlar ümumilikdə Azərbaycanın enerji sektorunda görülən işlərdir. Görülən işlərin davamı olaraq 2018-ci ildə “Şahdəniz-2” layihəsi çərçivəsində ilk qaz hasil ediləcək və o qazın ixracı həyata keçiriləcək. Həmçinin, Sumqayıtda “SOCAR-Polimer” layihəsi çərçivəsində iki zavodun istifadəyə verilməsi gözlənir. Abşeron yatağında ilk hasilat quyusunun qazılmasına da start veriləcək. 2018-ci ildə beynəlxalq miqyasda da müxtəlif enerji layihələri baş tutacaq. Buna misal olaraq TANAP boru kəmərinin açılışını deyə bilərik. Əlbəttə, bütün bunların ərsəyə gəlməsində beynəlxalq maliyyə qurumlarının ayırdığı kreditlərin, bu istiqamətdə görülən işlərin mühüm rolu var”.

Digər ekspert Zakir Əhmədovun fikrincə, TANAP böyük layihə olduğu üçün, bundan bir sıra ölkələr faydalanacaq: “Sözügedən qaz kəməri bir sıra ölkələrin ərazisindən keçir. Bu da, öz növbəsində, region ölkələri arasında ticarət əlaqələrinin daha da genişlənməsinə təkan verəcək. Xüsusən də kəmər hazır olandan sonra regional ticarətin daha da artması gözlənir. Nəzərə almaq lazımdır ki, bir sıra region ölkələri layihənin ərsəyə gəlməsində bu və ya digər dərəcədə iştirak edirlər. Yəni bütün bunlar bir-birilə bağlı olan məsələlərdir. O baxımdan hesab edirəm ki, sözügedən layihənin istismara verilməsi region ölkələri arasında iqtisadi əlaqələrin daha da genişlənməsinə təsir göstərəcək”.

Vidadi ORDAHALLI 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

19.08.2026 / 22:46
Avropadakı ABŞ bazaları İranın hədəfində... Mümkün hücumlara qarşı hazırlıqlar başladı...

19.08.2026 / 22:21
İranla Fransa arasında gərginlik artır - diplomatlar ölkədən qovuldu, Tehran Parisə sərt xəbərdarlıq etdi...

19.08.2026 / 21:50
Moskvanın böyük qorxusu – Qərb "erməni və Moldova metodları" ilə Duma seçkilərinə müdaxilə edəcək...

19.08.2026 / 21:33
Azərbaycanın Sovet dövrü tarixi yenidən yazılmalıdır -Tarixçilər qəti mövqe tutur...

19.08.2026 / 21:15
İlham Əliyevin “Metsamor AES bağlanmalıdır” tələbinə İrəvandan reaksiya...

19.08.2026 / 20:48
Ermənilər İrəvandan Təbrizə təyyarə reyslərini bərpa edirlər...

19.08.2026 / 20:25
Rusiya XİN Azərbaycan baş prokurorluğunun məlumatına çoxbaşlı cavab verdi...

19.08.2026 / 20:09
Tokayev Nazarbayevin hüquqlarını əlindən aldı – xalqa müraciət edə bilməyəcək…

19.08.2026 / 19:41
Rusiya Azərbaycanla münasibətlərini yenidən gərginləşdirir...

19.08.2026 / 19:33
Özəl tərəfdarı millət vəkili CHP-li Keleş tərəfindən bıçaqlandı

19.08.2026 / 19:10
Rusiya və Ukrayna arasında əsir mübadiləsi - 103-nü verib 103-nü aldılar...

19.08.2026 / 18:43
"Azərbaycan ehtiyac içində olan insanlara və ölkələrə humanitar dəstək göstərməkdə davam edir" - XİN

19.08.2026 / 18:30
Bakıda bu kabab evində at DNT-si aşkarlandı - ŞOK...

19.08.2026 / 18:07
İsrail və Türkiyə arasında müharibə təhlükəsi - İsrailin Suriyaya son hücumu ilə bağlı ŞOK İDDİA...

19.08.2026 / 17:40
Əliyevin Rusiya ilə siyasi davranışları Ermənistanda qızğın müzakirə olunmağa başlayıb...

19.08.2026 / 17:27
Xaricdən idarə olunan onlayn kazino şəbəkəsinin rəhbəri Gürcüstanda yaxalanaraq Azərbaycana gətirildi - VİDEO

19.08.2026 / 17:12
Gürcüstanda pul qazanmaqda Azərbaycan Türkiyəni üstələdi, fərq – 550 min dollar...

19.08.2026 / 16:49
Tramp Omanı Amerikanın düşmənləri siyahısına daxil etdi - vurulacaq...

19.08.2026 / 16:25
Azərbaycanın dövlət borcunda dəyişiklik gözlənilir...Nazirlik hesabat yaydı...

19.08.2026 / 16:22
CNN Azərbaycana böhtan atdı, məhkəməyə verildi...

19.08.2026 / 16:11
Ermənistan ordusunda ölüm halları ölkəni yenidən qarışdırdı...

19.08.2026 / 16:06
Paşinyan Türkiyəyə dəmiryolu çəkilişini beynəlxalq tenderə çıxardı...

19.08.2026 / 15:37
Putin “Yabloko”nun adını bütün seçki sənədlərindən silməyi əmr etdi...

19.08.2026 / 15:15
Yevlax Regional Xəstəxanasının baş həkimi vəzifəsindən azad edildi

19.08.2026 / 14:58
Rusiyadan Ermənistana Azərbaycandan vasitəsilə 1 820 ton buğda göndəriləcək

19.08.2026 / 14:44
Mədəniyyət Nazirliyinə yeni aparat rəhbəri təyin olundu, Mustafa Abbasbəyliyə isə yeni vəzifə verildi

19.08.2026 / 14:36
Netanyahu Trampın Qəzza planını rədd etdi, Tramp dözdü - inanmaq olar?..

19.08.2026 / 14:12
Tramp İranla danışıqları dayandırmağı əmr etdi - sərt sanksiyalar gəlir…

19.08.2026 / 13:54
ABŞ münaqişəni qızışdırarsa, İran Avropaya zərbə endirə bilər…

19.08.2026 / 13:39
Rusiya ilə müharibənin Ukraynaya vurduğu ziyan 600 milyard dolları keçdi...

19.08.2026 / 13:25
Ukraynada yüksək vəzifəli məmurların evində axtarış aparılır - Zelenskinin ofis rəhbərinin müavini də təhlükə ilə üzləşdi…

19.08.2026 / 13:10
Prezident Kiçik Qaladərəsi kəndinin gənc sakininin arzusunu gerçəkləşdirdi - VİDEO

19.08.2026 / 12:54
ABŞ Azərbaycanı Çini tariflərdən yayınmağa kömək etməkdə ittiham edir…

19.08.2026 / 12:30
İran iki fransız diplomatı “persona non grata” elan etdi

19.08.2026 / 12:14
Həkim səhvi ilə bağlı mübahisələrdə məhkəmələr nəyə diqqət yetirirlər? - Ali Məhkəmə açıqladı

19.08.2026 / 11:43
Ağdam kənd qəbiristanlığında hərbi sursat aşkarlandı

19.08.2026 / 11:29
30 ilin sirləri - əfqan əsirliyindən qaçan pilotun film kimi hekayəsi

19.08.2026 / 11:16
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlandı

19.08.2026 / 10:57
Şəxsiyyətləri müəyyənləşdirilən daha 5 itkin şəhid dəfn ediləcək

19.08.2026 / 10:31
Siyəzəndə narkotiklərlə bağlı əməliyyatlar - 9 nəfər həbs edildi

19.08.2026 / 07:14
Türkiyədə maraqlı tarixi yer kəşf olundu

19.08.2026 / 06:27
ABŞ-da META şirkəti məhkəməyə verildi - zərərçəkən uşaq və yeniyetmələrdir

18.08.2026 / 22:24
ABŞ-ın keçmiş kəşfiyyat şefi xəbərdarlıq etdi - Rusiya Almaniyaya hücum edə bilər…

18.08.2026 / 21:18
Məkkə Sazişinin tam məzmunu qapalı saxlanılır...

18.08.2026 / 20:48
Naxçıvanda tarixi abidələrlə bağlı ciddi problemlər var - Prezident təsadüfi söz deməz...

18.08.2026 / 20:26
Ermənistanda Avropanın Yeni Missiyasının məqsədləri açıqlandı - hansı maliyyə axını?..

18.08.2026 / 19:56
Yuşşenko Ukraynaya dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür etdi

18.08.2026 / 19:41
Naxçıvanda və Zəngəzurda doğrulmuş yeni idarəçilik Konstitusiyada nə vaxt əks olunacaq...

18.08.2026 / 19:27
Azərbaycan yalan və saxta iddialara görə CNN-i məhkəməyə verdi...

18.08.2026 / 19:15
Macarıstanın yeni hakimiyyəti türk birliyinə münasibətini ilk dəfə ifadə etdi...

18.08.2026 / 18:53
İrandan ABŞ-a net mesaj - blokada və sanksiyalar qaldırılana qədər Hörmüz açılmayacaq...

18.08.2026 / 18:37
İran ABŞ-ın Hörmüz blokadasını qırmaq üçün hücuma hazırlaşır...

18.08.2026 / 18:20
Bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri olub

18.08.2026 / 18:06
Rusiyada yanacaq böhranının ikinci dalğası başladı – YDM-lərin yalnız 28 faizində benzin var…

18.08.2026 / 17:50
Ağ Ev üzvü gizli dipmissiya ilə Rusiyaya gedibmiş - ikitərəfli “mədəni” əlaqələri təşviq etmək üçün…

18.08.2026 / 17:48
Ərdoğanın Avropa Birliyi ilə münasibətlərində qaranlıq şey qalmadı - məsələnin Azərbaycana təsiri olacaq?..

18.08.2026 / 17:34
Rusiya Xəzər dənizi vasitəsilə İrana dron və sursat tədarük edir…

18.08.2026 / 17:19
İndi də İran ABŞ-dan əl çəkmir - ABŞ-la İran rol dəyişdirirlər...

18.08.2026 / 17:02
Tramp Hörmüz boğazının xəritəsini "yeni ABŞ ərazisi" adı ilə paylaşdı…

18.08.2026 / 16:47
Paşinyan Rusiya ilə KTMT mübahisəsini özünə lazımlı sonu görünməyən ritorikaya çevirir...

18.08.2026 / 16:31
Türkiyədə yayın dadı yalnız dənizdə deyil, süfrədə də yaşanır

18.08.2026 / 16:16
Mütəşəkkil köləlik: Rusiyanın sərt miqrant qaydaları

18.08.2026 / 16:05
Doğum sürətlə azalır, ölüm sayı artır...

18.08.2026 / 16:01
Ermənistan-Azərbaycan sərhədində ticarət - Ermənistanın tekstil istehsalı Azərbaycan xammalına əsaslana bilər...

18.08.2026 / 15:56
Rusiyanın Ukraynadakı quru qoşunları ardıcıl şəkildə zəiflədilir... Necə?

18.08.2026 / 15:51
"Təhlükəsizlik bizim gündəliyimizdə prioritet olmağa davam edəcək"" - Prezident

18.08.2026 / 15:49
Kedminin Azərbaycan tarixini hədəfə alan ritorikası - tarixi silmək cəhdi, yoxsa yeni siyasi təxribat?

18.08.2026 / 15:26
Prezident İlham Əliyev Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO

18.08.2026 / 13:58
Türkiyə Qara dənizdə alternativ logistika yaradır - İydərə limanı

18.08.2026 / 13:43
Bəşər Əsədin əmisi oğlu da edam cəzasına məhkum edildi...

18.08.2026 / 13:26
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı...

18.08.2026 / 13:20
Rusiyada miqrantlar üçün giriş tələblərinin daha da sərtləşdirilməsi təklif edildi...

18.08.2026 / 13:07
Tramp Məkkə sazişinə rişxənd elədi...(?)

18.08.2026 / 12:51
Husilər Saudi Aramco neft emalı zavoduna hücum etdi…

18.08.2026 / 12:36
Ukrayna ilk dəfə Rusiya daxilindəki hədəfləri Britaniya dronları ilə vurdu – Moskva Londonu hədələdi…

18.08.2026 / 12:14
Övladlarından ayrı qalan ana iki azyaşlı uşağına qovuşdu

18.08.2026 / 12:02
“Kərkükdən gələn səs”: unudulmuş nəğmələr yenidən səhnəyə qayıdır

18.08.2026 / 12:00
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub

18.08.2026 / 11:46
Mətbuat Şurası Bəyanat yaydı

18.08.2026 / 11:41
Mətbuat Şurası Rusiya KİV-lərində Azərbaycana qarşı təhdidləri pislədi - BƏYANAT

18.08.2026 / 11:30
Hörmüz boğazında daha bir gəmiyə atəş açıldı – ölən var…

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ