çərşənbə axşamı günü, 20 oktyabr 2026
     

Azərbaycanın neft-qaz tranzit imkanları Qazaxıstana geniş “Avropa pəncərəsi” açır...

Image


Günel Fərhadqızı: “Deyilən istiqamətdə qurulacaq əməkdaşlığın hər iki ölkə üçün böyük əhəmiyyəti olacaq”

 

Azərbaycanın artan tranzit imkanları, müxtəlif növ yüklərin daşınması üçün ölkəmizdə yaradılan infrastruktur Orta Asiya dövlətlərinin də diqqətini getdikcə daha çox ölkəmizə cəlb etməyə başlayır. Ümumiyyətlə, real vəziyyətin təhlili göstərir ki, Azərbaycanın Orta Asiya ölkələri üçün tranzit əhəmiyyəti getdikcə artır.

Artıq məlumdur ki, Bakı-Tiflis-Qars dəmir yolu xətti işə düşdükdən sonra Qazaxıstan öz ixracının bir hissəsini bu marşrut üzrə həyata keçirir. Gələn ilin əvvəlindən analoji addımın Özbəkistan və Türkmənistan tərəfindən də atılması gözlənir.

Bununla yanaşı, Azərbaycan Orta Asiya dövlətlərinin enerji resurslarının dünya bazarlarına alternativ xətlə çıxarılması üçün də bu gün böyük əhəmiyyət kəsb edir. Məsələn, Türkmənistan  “Transxəzər” kəmərinin çəkilməsi ilə Azərbaycan üzərindən qazını Avropaya çıxarmağa indi daha çox diqqət yetirməyə başlayıb. Qazaxıstan isə bu istiqamətdə artıq əməli addımlar atmağa hazırlaşır. Qazaxıstanın energetika naziri Kanat Bozumbayev bildirib ki, ölkəsi ortamüddətli perspektivdə karbohidrogen ehtiyatlarının gözlənilən artımı ilə əlaqədar yeni neft ixracı marşrutlarını öyrənir. Nazirin sözlərinə görə, baxılan variantlardan biri Azərbaycan ərazisindən keçən boru kəmərləri və dəmir yolu daşımalarıdır: “Biz hələ yalnız proqnoz balansını hesablamalıyıq - nə qədər hasil edəcəyik, haraya ixrac edəcəyik, Azərbaycan tərəfi hansı imkanlara malikdir. Gələcəkdə hansı tariflər ola bilər, onlar rəqabətlidirmi...”. O əlavə edib ki, Azərbaycan karbohidrogenlərin nəqli üçün bir neçə variant təklif edə bilər: “Orada çox imkanlar var. Bakı-Supsa (Batumi limanınadək boru kəməri), Bakı-Tiflis-Ceyhan (Türkiyənin Ceyhan limanınadək boru xətti), daha sonra dəmir yolu vasitəsilə bizim aşırma limanına nəql oluna bilər. İmkanlar çoxdur, məsələ tariflərin rəqabətqabiliyyətliliyindədir”. Xatırladaq ki, dekabrın əvvəlində Bakı və Astana Qazaxıstan neft-qazının nəqli məsələləri üzrə iki işçi qrupun yaradılması barədə razılığa gəliblər. İşçi qrup məhz Qazaxıstan neftinin Azərbaycan vasitəsilə dünya bazarlarına nəqlinin rəqabətqabiliyyətliliyini öyrənir.

Əldə olunan razılaşma, faktiki olaraq, Orta Asiya ölkələrinin karbohidrogen ehtiyatlarının Azərbaycan üzərindən dünya bazarına çatdırılmasını nəzərdə tutur. Qazaxıstanla ölkəmiz arasında bu istiqamətdə əldə olunan razılaşmanın nə kimi əhəmiyyəti var?

Ekspert Günel Fərhadqızının sözlərinə görə, Qazaxıstan və digər Orta Asiya ölkələrinin belə təşəbbüslə çıxış etməsi Azərbaycanın artan imkanları ilə bağlıdır: “Bu yolu Azərbaycan uzun illərdən bəri qət edir. Asan başa gəlməyib. Öncə onu vurğulamaq istərdim ki, Azərbaycan iqtisadiyyatının diversifikasiyasının mühüm istiqamətlərindən olan tranzit imkanlarının genişlənməsinə, nəqliyyat dəhlizlərinin inkişafına daim böyük önəm verirdi. Təsadüfi deyil ki, hələ 1998-ci ilin sentyabrında Bakıda 9 ölkənin (Azərbaycan, Bolqarıstan, Gürcüstan, Qırğızıstan, Moldova, Rumıniya, Türkiyə, Özbəkistan, Ukrayna) dövlət başçısı, 13 beynəlxalq təşkilatın və 32 dövlətin nümayəndə heyətinin iştirak etdiyi tarixi İpək yolunun bərpasına həsr olunmuş beynəlxalq konfrans keçirilib, Avropa İttifaqının TRASEKA proqramı əsasında “Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında əsas çoxtərəfli Saziş” imzalanıb və Bakı Bəyannaməsi qəbul edilib. Saziş 12 ölkənin dövlət və hökumət başçıları tərəfindən imzalanıb. İran İslam Respublikası 2009-cu ildə TRASEKA proqramına qoşulub. Əsas çoxtərəfli sazişin müddəalarına uyğun olaraq, TRASEKA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Bakıda yerləşməsi qərara alınıb və 2001-ci il fevralın 21-də rəsmi açılışı olub.

Xüsusi olaraq qeyd edilməlidir ki, Bakı-Tiflis-Ceyhan əsas ixrac neft boru kəməri Azərbaycanın enerji ehtiyatlarının dünya bazarlarına çıxarılması ilə yanaşı, ölkənin tranzit imkanlarının genişləndirilməsi baxımından da strateji əhəmiyyət daşıyır.

Azərbaycan digər istiqamətlərdə olduğu kimi, tranzit potensialının gücləndirilməsi sahəsində də işi uğurla davam etdirir. Ölkəmizdə nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı irimiqyaslı layihələr həyata keçirilir, bu sahəyə böyükhəcmli dövlət investisiyaları yönəldilir. Körpülərin, avtomobil və dəmir yolları xətlərinin, Bakıda və regionlarda beynəlxalq hava limanlarının tikintisi Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafında əhəmiyyətli rol oynamaqla yanaşı, ölkəmizin tranzit potensialını daha da artırır.

Nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi ilə yanaşı, “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən və bu baxımdan əlverişli geostrateji mövqeyə malik olan Azərbaycanın tranzit daşımaları sahəsində potensialını reallaşdırmaq məqsədilə nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində mühüm işlər görülür. Bu baxımdan Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizi xüsusi önəm kəsb edir. Bu dəhliz məsafə baxımından Çinlə Avropa arasında ən qısa marşrut olduğundan, tranzit və yükdaşıma baxımından səmərəlidir.

Asiya və Avropa arasında ticarət əlaqələrinin genişlənməsi Azərbaycandan keçən bu dəhlizin inkişafına böyük imkanlar yaradır. “Dəmir ipək yolu” adlandırılan Bakı-Tiflis-Qars dəmir yolunun istifadəyə verilməsindən sonra isə dəhliz quru xətlə birbaşa Avropaya çıxış imkanı yaradacaq.

Azərbaycan, həmçinin, alternativ dəhlizlərdən üstünlüyü ilə seçilən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafı ilə bağlı işləri fəal şəkildə davam etdirir.

Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi də tranzit dəhlizlərinin rəqabət qabiliyyətinin artırılmasına əhəmiyyətli töhfə verəcək. Bakı Beynəlxalq Dəniz Ticarət Limanında bərə terminalı tikilərək istifadəyə verilib.

Qeyd edək ki, ölkəmizdə, eləcə də xarici ölkələrdə keçirilmiş tədbirlərdə Azərbaycanın tranzit imkanları iştirakçı ölkələr tərəfindən yüksək qiymətləndirilir. Bütün bu imkanlar Azərbaycanı Qazaxıstan üçün də cəlbedici edir. Bu baxımdan da deyilən istiqamətdə qurulacaq əməkdaşlığın hər iki ölkə üçün böyük əhəmiyyəti olacaq”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

19.10.2026 / 16:11
Adnan Əhmədzadədən yeni xəbər var - məhkəmə qarşısına çıxarıldı...

19.10.2026 / 15:55
Zelenski Trampı sərt tənqid etdi - bizi Putinə təslim olmağa məcbur edir...

19.10.2026 / 15:41
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - FOTO

19.10.2026 / 15:26
Sahibə Qafarova Qırğızıstan Joqorku Keneşin sədri ilə görüşdü...

19.10.2026 / 15:12
İran ilk ağır qırıcı təyyarəsini sınaqdan keçirməyə hazırlaşır...

19.10.2026 / 14:44
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradıldı FOTO

19.10.2026 / 14:17
Prezident bir qrup energetiki təltif etdi

19.10.2026 / 13:59
Fransanın daxili işlər naziri polisin böyük şəhərlərdə vəziyyətə nəzarəti itirdiyini etiraf etdi...

19.10.2026 / 13:41
Kreml Kiyev danışıqlarda olmadan Ukraynada sülhü mümkünsüz hesab edir...

19.10.2026 / 13:04
Bu şəxslərin pensiyaları aylıq əlavələrlə artırılacaq...

19.10.2026 / 12:30
AKP-nin bu qədər korrupsiyaya qurşanmış üzvlərini kim himayə edir - 5 TUTARLI FAKT…

19.10.2026 / 12:12
Məktəb direktorunun maşınının yandırılması ilə bağlı daha bir nəfər saxlandı - VİDEO

19.10.2026 / 12:08
Yeni səhiyyə naziri Anar Bayramov KİMDİR? - DOSYE

19.10.2026 / 11:57
Rusiya Qara dənizdə daha bir yük gəmisini vurdu...

19.10.2026 / 11:45
Rubio ABŞ-ın Kiyevə kəşfiyyat dəstəyinin dayandırılmadığını deyir – Zelenski bu məlumatı haradan alıb bilmirəm...

19.10.2026 / 11:42
Baş nazirin müavinlərinin sayı 4-ə çatdı

19.10.2026 / 11:33
Anar Bayramov səhiyyə naziri təyin edildi

19.10.2026 / 11:31
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM

19.10.2026 / 11:29
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - FƏRMAN

19.10.2026 / 11:27
Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü 20 sutka həbs olundu

19.10.2026 / 11:12
Fransada etirazlarda saxlananların sayı 2 mini keçdi – DİN naziri istefa ərizəsi yazdı, Makron qəbul etmədi…

19.10.2026 / 10:54
Əraqçi ABŞ-a xəbərdarlıq etdi - diqqətli olun: bizim də yarımçıq qalmış işlərimiz var…

19.10.2026 / 10:39
Tramp Rusiyaya niyə əlavə sanksiyalar tətbiq etmədiyini açıqladı – onları masadan uzaqlaşdırmaq istəmirəm…

19.10.2026 / 10:30
Rusiya Kiyev metrosunu vurdu - bir nəfər həlak oldu…

19.10.2026 / 10:19
Azərbaycandan Ermənistana ixrac olunan məhsulların SİYAHISI AÇIQLANDI...

19.10.2026 / 09:55
DYP küləkli hava ilə bağlı sürücülərə müraciət etdi

19.10.2026 / 08:40
Təl-Əvivdən Vyanaya uçan təyyarədə bomba həyəcanı - avialayner Sofiyaya məcburi eniş etdi

19.10.2026 / 08:32
Körfəz ölkələri İrandan kompensasiya tələb etdilər - Tehran “tupik”də…

19.10.2026 / 08:25
Trampa qarşı “Kral istəmirik!” etiraz aksiyaları bütün Amerikanı bürüdü

18.10.2026 / 22:26
İran agentləri Almaniyada özlərini ifşa etdi - Azərbaycan himni altında növbəti təxribat... VİDEO

18.10.2026 / 21:44
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

18.10.2026 / 20:56
Husi hücumlarından sonra Ər-Riyaddakı 99 mərtəbəli Kingdom Centre göydələni tam boşaldıldı…

18.10.2026 / 20:32
Ukrayna Leninqrad bölgəsindəki VK data mərkəzinə hücum etdi - bəzi platformalarda problemlər yarandı...

18.10.2026 / 20:05
Dövlət Müstəqilliyimizin Ulu öndər bünövrəsi: 35 illik şanlı yol

18.10.2026 / 19:37
Zelenski Ukraynaya Starlink məhdudiyyətlərinin birbaşa ABŞ hökumətindən gəldiyini deyir

18.10.2026 / 16:20
Türkiyə Prezidenti Azərbaycanı təbrik etdi

18.10.2026 / 15:58
Britaniya səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:50
Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:25
İrana yeni hücum üçün zəmin hazırlanır – Tehran ABŞ-ı vura biləcək ballistik raketlər hazırlayır…

18.10.2026 / 12:47
İğtişaşlardan sonra Fransa daxili işlər nazirinin istefası tələb edildi…

18.10.2026 / 12:14
Rusiya qərbi Ukraynaya hücum etdi - Polşa ordusu hazır vəziyyətə gətirildi, qırıcılar havaya qaldırıldı…

18.10.2026 / 11:28
ABŞ Fransadakı iğtişaşları Qərb ölkələrinin miqrasiya siyasəti ilə əlaqələndirdi - xəbərdarlıqları qulqardına vurdular…

18.10.2026 / 11:10
Makronun yarıtmaz siyasətinə qarşı iğtişaşlar Fransanı bürüdü – tarixi binalar yandırılır, mağazalar talan edilir… FOTO/VİDEO

18.10.2026 / 10:18
Ukrayna Sankt-Peterburqu bombaladı - “Ozon”un logistika mərkəzi, neft terminalı, neft bazası vuruldu…

18.10.2026 / 09:43
Ərdoğanın iqtidar çevrəsində nə baş verir?

18.10.2026 / 09:10
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

18.10.2026 / 08:31
Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ