çərşənbə axşamı günü, 20 oktyabr 2026
     

Azərbaycan üç mühüm Orta Asiya ölkəsinin Avropaya əsas tranzit mərkəzinə çevrilir…

Image


Azərbaycanın artan tranzit imkanları, müxtəlif növ yüklərin daşınması üçün ölkəmizdə yaradılan infrastruktur Orta Asiya dövlətlərinin də diqqətini getdikcə daha çox ölkəmizə cəlb etməyə başlayır. Ümumiyyətlə, real vəziyyətin təhlili göstərir ki, Azərbaycanın Orta Asiya ölkələri üçün tranzit əhəmiyyəti getdikcə artır. Artıq məlumdur ki, Bakı-Tiflis-Qars dəmir yolu xətti işə düşdükdən sonra Qazaxıstan öz ixracının bir hissəsini bu marşrut üzrə həyata keçirir. Gələn ilin əvvəlindən analoji addımın Özbəkistan və Türkmənistan tərəfindən də atılması gözlənir.

Bununla yanaşı, Azərbaycan  Orta Asiya dövlətlərinin enerji resurslarının dünya bazarlarına alternativ xətlə çıxarılması üçün də bu gün böyük əhəmiyyət kəsb edir. Məsələn, Türkmənistan  “Transxəzər” kəmərinin çəkilməsi ilə Azərbaycan üzərindən qazını Avropaya çıxarmağa indi daha çox diqqət yetirməyə başlayıb.  Qazaxıstan isə bu istiqamətdə artıq əməli addımlar atmağa hazırlaşır. Qazaxıstanın energetika naziri Kanat Bozumbayev “İnterfaks-Qazaxıstan” agentliyinə bildirib ki, ölkəsi ortamüddətli perspektivdə karbohidrogen ehtiyatlarının gözlənilən artımı ilə əlaqədar yeni neft ixracı marşrutlarını öyrənir.

Nazirin sözlərinə görə, baxılan variantlardan biri Azərbaycan ərazisindən keçən boru kəmərləri və dəmir yolu daşımalarıdır: “Biz hələ yalnız proqnoz balansını hesablamalıyıq - nə qədər hasil edəcəyik, haraya ixrac edəcəyik, Azərbaycan tərəfi hansı imkanlara malikdir. Gələcəkdə hansı tariflər ola bilər, onlar rəqabətlidirmi”. O əlavə edib ki, Azərbaycan karbohidrogenlərin nəqli üçün bir neçə variant təklif edə bilər: “Orada çox imkanlar var. Bakı-Supsa (Batumi limanınadək boru kəməri), Bakı-Tiflis-Ceyhan (Türkiyənin Ceyhan limanınadək boru xətti), daha sonra dəmir yolu vasitəsilə bizim aşırma limanına nəql oluna bilər. İmkanlar çoxdur, məsələ tariflərin rəqabətqabiliyyətliliyindədir”. Xatırladaq ki, dekabrın əvvəlində Bakı və Astana Qazaxıstan neft-qazının nəqli məsələləri üzrə iki işçi qrupun yaradılması barədə razılığa gəlib. İşçi qrup məhz Qazaxıstan neftinin Azərbaycan vasitəsilə dünya bazarlarına nəqlinin rəqabətqabiliyyətliliyini öyrənir. Kanat Bozumbayev bu xüsusda bildirir: “Qazaxıstan qazının hasilat həcmi artmağa davam edəcək və ixrac marşrutlarından biri kimi Azərbaycan nəzərdən keçirilir. Variantlardan biri kimi, biz Qazaxıstanın qərbində LNG zavodun tikintisini, daha sonra onun məhsulunun Azərbaycan ərazisindən keçməklə dünya bazarlarına daşınmasını nəzərdən keçiririk”.

Nazir bildirib ki, Qazaxıstan və Azərbaycan müvafiq nazirlik və idarələrin nümayəndələrindən ibarət xüsusi işçi qrupların yaradılması barədə razılığa gəlib: ”İşçi qrup bu layihənin nə dərəcədə səmərəli olduğunu yaxın bir necə ayda öyrənəcək və bizə məlumat verəcək”. Bozumbayevin sözlərinə görə, Hökumətlərarası Komissiyanın iclasının yekunlarına əsasən yaradılmış ikinci işçi qrup Qazaxıstan neftinin Azərbaycan ərazisi vasitəsilə dünya bazarlarına daşınmasının rəqabətədavamlılığını öyrənəcək.

O da məlumdur ki, Azərbaycan və Qazaxıstan əlaqələrin intensivləşdirilməsi üzrə “Yol xəritəsi” imzalayıb. İmzalanan sənədi Azərbaycanın energetika naziri, hökumətlərarası komissiyanın həmsədri Pərviz Şahbazov belə şərh edib: “Biz “Yol xəritəsi” formasında tədbirlər planı qəbul etdik. Bu sənəd əsasında bir çox sahələr üzrə konkret əməkdaşlıq edəcəyik. Qazaxıstan prezidenti Nursultan Nazarbayevin bu ilin aprel ayında Azərbaycana səfəri zamanı hər iki ölkənin dövlət başçıları tərəfindən hökumətlərarası komissiyaya Azərbaycan və Qazaxıstan arasında ticarət dövriyyəsinin artırılması, hər iki ölkənin idxal-ixrac imkanlarından istifadə məqsədilə mühüm tapşırıqlar verilmişdi. Bununla bağlı hökumətlərarası komissiyaya tapşırıq verilmişdi ki, bu il ərzində görüşlər keçirilsin və əməkdaşlığın bütün sahələri üzrə konkret razılaşmalar əldə edilsin. Qəbul olunmuş “Yol xəritəsi”nə uyğun olaraq biz Qazaxıstan Respublikası ilə bir çox sahələrdə konkret addımlar atacağıq. Bu sənəd, ticari-iqtisadi əlaqələrlə yanaşı, digər sahələrdə də əməkdaşlığı əhatə edir. Bunlar kənd təsərrüfatı, nəqliyyat, energetika, turizm, təhsil və digər sahələrdir”.

Bununla yanaşı, Qazaxıstan Milli Sahibkarlar Palatasında (“Atamekan” MSP) və Qazaxıstan Nəqliyyatçılar İttifaqında belə hesab edirlər ki, Çin mallarının nəql olunması və Qazaxıstan mallarının Azərbaycan, Gürcüstan vasitəsilə Türkiyəyə və daha sonra Avropaya çatdırılmasına şərait yaradan Bakı-Tiflis-Qars beynəlxalq dəmir yolu dəhlizinin açılışdan sonra Transxəzər beynəlxalq nəqliyyat marşrutunun imkanlarından istifadə olunması üçün böyük perspektivlər yaranıb. “Atamekan” Milli Sahibkarlar Palatasının rəyasət heyətinin üzvü Murat Abenov bu xüsusda bildirir:  “Bizim sahibkarlar üçün logistika marşrutlarının şaxələndirilməsi prosesi gedir və onların istehsal etdikləri malların ixracı məsələlərində böyük imkanlar yaranır. Qazaxıstan biznesi malların daşınmasının maya dəyərinin və yolda olma müddətinin azaldılması hesabına özünün rəqabətqabiliyyətliliyini artırır, çünki bu halda malların dəniz yolu ilə - Qara dənizin Gürcüstan limanlarından Türkiyə limanlarına daşınması istisna edilir. Layihədə Xəzər dənizinin Aktau və Kurık limanlarından istifadə edilməsi də Qazaxıstan üçün müsbət məqamdır”. Bütün bunlar, Qazaxıstan da daxil olmaqla, digər Orta Asiya dövlətləri üçün Azərbaycanın tranzit imkanlarının getdikcə daha çox əhəmiyyət kəsb etdiyini aydın göstərir.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

19.10.2026 / 16:11
Adnan Əhmədzadədən yeni xəbər var - məhkəmə qarşısına çıxarıldı...

19.10.2026 / 15:55
Zelenski Trampı sərt tənqid etdi - bizi Putinə təslim olmağa məcbur edir...

19.10.2026 / 15:41
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - FOTO

19.10.2026 / 15:26
Sahibə Qafarova Qırğızıstan Joqorku Keneşin sədri ilə görüşdü...

19.10.2026 / 15:12
İran ilk ağır qırıcı təyyarəsini sınaqdan keçirməyə hazırlaşır...

19.10.2026 / 14:44
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradıldı FOTO

19.10.2026 / 14:17
Prezident bir qrup energetiki təltif etdi

19.10.2026 / 13:59
Fransanın daxili işlər naziri polisin böyük şəhərlərdə vəziyyətə nəzarəti itirdiyini etiraf etdi...

19.10.2026 / 13:41
Kreml Kiyev danışıqlarda olmadan Ukraynada sülhü mümkünsüz hesab edir...

19.10.2026 / 13:04
Bu şəxslərin pensiyaları aylıq əlavələrlə artırılacaq...

19.10.2026 / 12:30
AKP-nin bu qədər korrupsiyaya qurşanmış üzvlərini kim himayə edir - 5 TUTARLI FAKT…

19.10.2026 / 12:12
Məktəb direktorunun maşınının yandırılması ilə bağlı daha bir nəfər saxlandı - VİDEO

19.10.2026 / 12:08
Yeni səhiyyə naziri Anar Bayramov KİMDİR? - DOSYE

19.10.2026 / 11:57
Rusiya Qara dənizdə daha bir yük gəmisini vurdu...

19.10.2026 / 11:45
Rubio ABŞ-ın Kiyevə kəşfiyyat dəstəyinin dayandırılmadığını deyir – Zelenski bu məlumatı haradan alıb bilmirəm...

19.10.2026 / 11:42
Baş nazirin müavinlərinin sayı 4-ə çatdı

19.10.2026 / 11:33
Anar Bayramov səhiyyə naziri təyin edildi

19.10.2026 / 11:31
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM

19.10.2026 / 11:29
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - FƏRMAN

19.10.2026 / 11:27
Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü 20 sutka həbs olundu

19.10.2026 / 11:12
Fransada etirazlarda saxlananların sayı 2 mini keçdi – DİN naziri istefa ərizəsi yazdı, Makron qəbul etmədi…

19.10.2026 / 10:54
Əraqçi ABŞ-a xəbərdarlıq etdi - diqqətli olun: bizim də yarımçıq qalmış işlərimiz var…

19.10.2026 / 10:39
Tramp Rusiyaya niyə əlavə sanksiyalar tətbiq etmədiyini açıqladı – onları masadan uzaqlaşdırmaq istəmirəm…

19.10.2026 / 10:30
Rusiya Kiyev metrosunu vurdu - bir nəfər həlak oldu…

19.10.2026 / 10:19
Azərbaycandan Ermənistana ixrac olunan məhsulların SİYAHISI AÇIQLANDI...

19.10.2026 / 09:55
DYP küləkli hava ilə bağlı sürücülərə müraciət etdi

19.10.2026 / 08:40
Təl-Əvivdən Vyanaya uçan təyyarədə bomba həyəcanı - avialayner Sofiyaya məcburi eniş etdi

19.10.2026 / 08:32
Körfəz ölkələri İrandan kompensasiya tələb etdilər - Tehran “tupik”də…

19.10.2026 / 08:25
Trampa qarşı “Kral istəmirik!” etiraz aksiyaları bütün Amerikanı bürüdü

18.10.2026 / 22:26
İran agentləri Almaniyada özlərini ifşa etdi - Azərbaycan himni altında növbəti təxribat... VİDEO

18.10.2026 / 21:44
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

18.10.2026 / 20:56
Husi hücumlarından sonra Ər-Riyaddakı 99 mərtəbəli Kingdom Centre göydələni tam boşaldıldı…

18.10.2026 / 20:32
Ukrayna Leninqrad bölgəsindəki VK data mərkəzinə hücum etdi - bəzi platformalarda problemlər yarandı...

18.10.2026 / 20:05
Dövlət Müstəqilliyimizin Ulu öndər bünövrəsi: 35 illik şanlı yol

18.10.2026 / 19:37
Zelenski Ukraynaya Starlink məhdudiyyətlərinin birbaşa ABŞ hökumətindən gəldiyini deyir

18.10.2026 / 16:20
Türkiyə Prezidenti Azərbaycanı təbrik etdi

18.10.2026 / 15:58
Britaniya səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:50
Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:25
İrana yeni hücum üçün zəmin hazırlanır – Tehran ABŞ-ı vura biləcək ballistik raketlər hazırlayır…

18.10.2026 / 12:47
İğtişaşlardan sonra Fransa daxili işlər nazirinin istefası tələb edildi…

18.10.2026 / 12:14
Rusiya qərbi Ukraynaya hücum etdi - Polşa ordusu hazır vəziyyətə gətirildi, qırıcılar havaya qaldırıldı…

18.10.2026 / 11:28
ABŞ Fransadakı iğtişaşları Qərb ölkələrinin miqrasiya siyasəti ilə əlaqələndirdi - xəbərdarlıqları qulqardına vurdular…

18.10.2026 / 11:10
Makronun yarıtmaz siyasətinə qarşı iğtişaşlar Fransanı bürüdü – tarixi binalar yandırılır, mağazalar talan edilir… FOTO/VİDEO

18.10.2026 / 10:18
Ukrayna Sankt-Peterburqu bombaladı - “Ozon”un logistika mərkəzi, neft terminalı, neft bazası vuruldu…

18.10.2026 / 09:43
Ərdoğanın iqtidar çevrəsində nə baş verir?

18.10.2026 / 09:10
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

18.10.2026 / 08:31
Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ