çərşənbə axşamı günü, 20 oktyabr 2026
     

“Novostroyka” sahibi olan tikinti şirkətləri “göydəngötürmə” kommunal qiymətlərlə əsl istismar üsulu tapıblar

Image


Rəşad Həsənov: “Əsassız ödənişlərin qarşısı alına, tikinti şirkətləri gizli gəlir mənbəyindən məhrum ola bilərlər”

 

Son vaxtlar çoxmənzilli yaşayış binalarında kommunal xidmət haqları məsələsi yenidən gündəmə gəlib. Tikinti şirkətləri sakinlərdən qanunvericilikdə nəzərdə tutulmayan kommunal xidmət haqları tələb edir, yaxud da göstərilən xidmətə görə qiymətlər xeyli şişirdilir. Əvəzində isə heç bir xidməti iş aparmırlar.

Halbuki, sadə vətəndaşlar üçün kifayət qədər böyük həcmdə olan pulu liftdən istifadə, blokun işıqlandırılması, məişət tullantılarının atılması və binanın girişlərinin təmizlənməsinə görə istəyirlər. Lakin sadalanan xidmətlərin heç biri normal təmin olunmur. Görürsən ki, binanın avtomibillər üçün dayanacaq yeri yoxdur, ətrafı abadlaşdırılmır. Ancaq buna baxmayaraq, heç bir iqtisadi əsası olmadan sakinlərdən yüksək kommunal xidmət haqqı alınır.

Bir sıra mənzil-tikinti korporativləri (MTK) binaları istifadəyə verdikdən sonra idarəçiliyini də özləri həyata keçirirlər ki, bu da sakinlərlə korporativlər arasında narazılıqların yaranmasına səbəb olur. Korporativlər tərəfindən müəyyən olunan kommunal ödənişlərin həcmi və bunun müqabilində göstərilən xidmətlərin keyfiyyəti bir çox hallarda sakinləri qane etmir.

Qeyd edək ki, Nazirlər Kabinetinin 10 mart 2000-ci il tarixli, 40 saylı “Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərinə yaşayış sahəsində haqq (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında” Qərarında göstərilən tarif üzrə dövlət və ictimai mənzil fondu üzrə yaşayış sahəsindən istifadə haqqı, özəlləşdirilmiş mənzillərin mülkiyyətçilərindən isə mənzillərin yerləşdiyi evlərin (binaların) saxlanması üçün xidmət haqqı alınır. Qismən özəlləşdirilmiş çoxmənzilli binanın bütün mənzilləri özəlləşdirilənə qədər xidmət dövlət mənzil-istismar sahələri tərəfindən həyata keçirilir. Həmin qərara görə, özəl mənzillərin yerləşdiyi binalardakı mənzillər tamamilə özəlləşdikdən sonra mənzil sahibləri istədikləri təmir-tikinti təşkilatları, şirkət və birliklərlə müqavilə bağlaya bilərlər və bu zaman həmin təşkilatlar onlara lazımi xidmət göstərməlidirlər.

Ümumən neçə ildir davam edən bu problemə necə son qoymaq olar?

Sözügedən məsələni dəyərləndirən iqtisadçı-ekspert Rəşad Həsənovun fikrincə, tikinti şirkətlərinin bu cür fəaliyyəti qanunsuzdur: “Burada heç bir qanundan söhbət gedə bilməz. Hərəsinin bir kompyuteri var. Bildirişlər bu kompyuterlərdə ən primitiv formada, hətta bəzi hallarda tarix belə qeyd olunmadan hazırlanır. Bəziləri isə hətta şifahi ödəniş tələbi əsasında yığımı həyata keçirir. İstədikləri ödəniş məbləğini müəyyən edirlər. Ən maraqlısı isə odur ki, özləri cəza mexanizmləri formalaşdırıblar. Məsələn, ödənişi edə bilməyən bir mənzilin elektrik enerjisi və yaxud suyu, qazı kəsilir. Halbuki, mənzilin bu xidmətlərə heç bir borcu yoxdur. Həmçinin, bunların tikinti şirkətinin kommunal xidmətlərinə heç bir aidiyyəti yoxdur. Bu şirkətlər “qara mühasibatlığın” geniş yayıldığı sahələrdən olaraq, öz fəaliyyətlərinin əsas hissəsini vergidən yayındırmaq yolu ilə dövlət gəlirlərinə, büdcə daxilolmalarına da ciddi zərər verirlər. Digər məqam isə odur ki, vətəndaş müqavilədə nəzərdə tutulduğu kimi, ödəniş etsə də, onun mənzili sayğacla təmin edilmir. Bütün hallarda, kommunal xidmət göstərən istənilən statuslu qurum üçün hesabatlılıq məcburi olmaldır. Bundan başqa, kommunal xidmətin ictimai əsasları nəzərə alınaraq, hər rübdə sakinlərin iştirakı ilə yığıncaq keçirilməlidir. Bu yığıncaqlarda yeni rüb üçün kommunal xidmətin qiyməti müəyyənləşdirilməlidir. Beləliklə də əsassız ödənişlərin qarşısı alına, tikinti şirkətləri gizli gəlir mənbəyindən məhrum ola bilərlər”.

R.Həsənovun sözlərinə görə, Mənzil Məcəlləsinin 109.5-ci maddəsinə görə, MTK inşaat işləri tam başa catdıqdan və mülkiyyət hüququ payçılara tam verildikdən 6 ay sonra ləğv edilməlidir: “Bu isə imkan verir ki, 1 payçının mülkiyyət hüququnu gecikdirməklə MTK-nın fəaliyyəti illərlə davam etdirilsin. Yaxud da həmin Məcəllənin 141.3-cü maddəsində çoxmənzilli binanın idarə edilməsi üsulunun binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında müəyyənləşdirilməli olduğu qeyd edilir. Çoxmənzilli bina sakinləri binanın idarə edilməsinin birmənalı qərarvericisi olmalıdırlar. İyirmi faiz məskunlaşma olan bina üçün Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin yaradılması məcburi xarakter daşımalıdır”.

Vidadi ORDAHALLI 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

19.10.2026 / 16:11
Adnan Əhmədzadədən yeni xəbər var - məhkəmə qarşısına çıxarıldı...

19.10.2026 / 15:55
Zelenski Trampı sərt tənqid etdi - bizi Putinə təslim olmağa məcbur edir...

19.10.2026 / 15:41
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - FOTO

19.10.2026 / 15:26
Sahibə Qafarova Qırğızıstan Joqorku Keneşin sədri ilə görüşdü...

19.10.2026 / 15:12
İran ilk ağır qırıcı təyyarəsini sınaqdan keçirməyə hazırlaşır...

19.10.2026 / 14:44
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradıldı FOTO

19.10.2026 / 14:17
Prezident bir qrup energetiki təltif etdi

19.10.2026 / 13:59
Fransanın daxili işlər naziri polisin böyük şəhərlərdə vəziyyətə nəzarəti itirdiyini etiraf etdi...

19.10.2026 / 13:41
Kreml Kiyev danışıqlarda olmadan Ukraynada sülhü mümkünsüz hesab edir...

19.10.2026 / 13:04
Bu şəxslərin pensiyaları aylıq əlavələrlə artırılacaq...

19.10.2026 / 12:30
AKP-nin bu qədər korrupsiyaya qurşanmış üzvlərini kim himayə edir - 5 TUTARLI FAKT…

19.10.2026 / 12:12
Məktəb direktorunun maşınının yandırılması ilə bağlı daha bir nəfər saxlandı - VİDEO

19.10.2026 / 12:08
Yeni səhiyyə naziri Anar Bayramov KİMDİR? - DOSYE

19.10.2026 / 11:57
Rusiya Qara dənizdə daha bir yük gəmisini vurdu...

19.10.2026 / 11:45
Rubio ABŞ-ın Kiyevə kəşfiyyat dəstəyinin dayandırılmadığını deyir – Zelenski bu məlumatı haradan alıb bilmirəm...

19.10.2026 / 11:42
Baş nazirin müavinlərinin sayı 4-ə çatdı

19.10.2026 / 11:33
Anar Bayramov səhiyyə naziri təyin edildi

19.10.2026 / 11:31
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM

19.10.2026 / 11:29
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - FƏRMAN

19.10.2026 / 11:27
Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü 20 sutka həbs olundu

19.10.2026 / 11:12
Fransada etirazlarda saxlananların sayı 2 mini keçdi – DİN naziri istefa ərizəsi yazdı, Makron qəbul etmədi…

19.10.2026 / 10:54
Əraqçi ABŞ-a xəbərdarlıq etdi - diqqətli olun: bizim də yarımçıq qalmış işlərimiz var…

19.10.2026 / 10:39
Tramp Rusiyaya niyə əlavə sanksiyalar tətbiq etmədiyini açıqladı – onları masadan uzaqlaşdırmaq istəmirəm…

19.10.2026 / 10:30
Rusiya Kiyev metrosunu vurdu - bir nəfər həlak oldu…

19.10.2026 / 10:19
Azərbaycandan Ermənistana ixrac olunan məhsulların SİYAHISI AÇIQLANDI...

19.10.2026 / 09:55
DYP küləkli hava ilə bağlı sürücülərə müraciət etdi

19.10.2026 / 08:40
Təl-Əvivdən Vyanaya uçan təyyarədə bomba həyəcanı - avialayner Sofiyaya məcburi eniş etdi

19.10.2026 / 08:32
Körfəz ölkələri İrandan kompensasiya tələb etdilər - Tehran “tupik”də…

19.10.2026 / 08:25
Trampa qarşı “Kral istəmirik!” etiraz aksiyaları bütün Amerikanı bürüdü

18.10.2026 / 22:26
İran agentləri Almaniyada özlərini ifşa etdi - Azərbaycan himni altında növbəti təxribat... VİDEO

18.10.2026 / 21:44
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

18.10.2026 / 20:56
Husi hücumlarından sonra Ər-Riyaddakı 99 mərtəbəli Kingdom Centre göydələni tam boşaldıldı…

18.10.2026 / 20:32
Ukrayna Leninqrad bölgəsindəki VK data mərkəzinə hücum etdi - bəzi platformalarda problemlər yarandı...

18.10.2026 / 20:05
Dövlət Müstəqilliyimizin Ulu öndər bünövrəsi: 35 illik şanlı yol

18.10.2026 / 19:37
Zelenski Ukraynaya Starlink məhdudiyyətlərinin birbaşa ABŞ hökumətindən gəldiyini deyir

18.10.2026 / 16:20
Türkiyə Prezidenti Azərbaycanı təbrik etdi

18.10.2026 / 15:58
Britaniya səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:50
Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:25
İrana yeni hücum üçün zəmin hazırlanır – Tehran ABŞ-ı vura biləcək ballistik raketlər hazırlayır…

18.10.2026 / 12:47
İğtişaşlardan sonra Fransa daxili işlər nazirinin istefası tələb edildi…

18.10.2026 / 12:14
Rusiya qərbi Ukraynaya hücum etdi - Polşa ordusu hazır vəziyyətə gətirildi, qırıcılar havaya qaldırıldı…

18.10.2026 / 11:28
ABŞ Fransadakı iğtişaşları Qərb ölkələrinin miqrasiya siyasəti ilə əlaqələndirdi - xəbərdarlıqları qulqardına vurdular…

18.10.2026 / 11:10
Makronun yarıtmaz siyasətinə qarşı iğtişaşlar Fransanı bürüdü – tarixi binalar yandırılır, mağazalar talan edilir… FOTO/VİDEO

18.10.2026 / 10:18
Ukrayna Sankt-Peterburqu bombaladı - “Ozon”un logistika mərkəzi, neft terminalı, neft bazası vuruldu…

18.10.2026 / 09:43
Ərdoğanın iqtidar çevrəsində nə baş verir?

18.10.2026 / 09:10
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

18.10.2026 / 08:31
Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ