çərşənbə axşamı günü, 20 oktyabr 2026
     

Aydın Əliyev İƏT Gömrük Xidməti Rəhbərləri Şurasının 8-ci İslamabad iclasında Azərbaycanın uğur və təkliflərini təqdim etdi...

Image


Noyabrın 14-də Pakistan İslam Respublikasının paytaxtı İslamabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatı Gömrük Xidməti Rəhbərləri Şurasının 8-ci iclası keçirilib. Dövlət Gömrük Xidmətinin mətbuat xidmətindən “Bakı-Xəbər”ə daxil olan məlumata görə, tədbirə Azərbaycan, İran, Qazaxıstan, Pakistan, Tacikistan, Türkiyə gömrük xidmətlərinin nümayəndələri qatılıb.

İclasda Azərbaycan Respublikasını Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.

Toplantının açılış mərasimində Pakistan İslam Respublikası Baş nazirinin gəlirlər üzrə müşaviri, dövlət naziri Harun Axtar Xan, İqtisadi Əməkdaşlıq Təşkilatı Baş katibinin müavini Kənan Nəzərov və Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kuniyo Mikuriya giriş sözü ilə çıxış edib.

Mərasimdə gömrük xidmətlərinin üzləşdiyi problemlərin həllində İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin gömrük xidmətləri arasında əməkdaşlığın rolu vurğulanıb, eləcə də gömrük məlumatlarının mübadiləsinin və potensialın gücləndirilməsinin əhəmiyyətinə toxunulub.

Sonra iclasda nümayəndə heyəti rəhbərlərinin ölkələr üzrə hesabatları dinlənib.

Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev təqdimatla çıxış edərək Azərbaycan iqtisadiyyatında, eləcə də gömrük sahəsində son illər əldə olunan uğurlardan danışıb. Komitə sədri öncə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin İqtisadi Əməkdaşlıq Təşkilatının 2002-ci ildə İstanbulda keçirilən 7-ci sammitindəki nitqindən misal çəkərək xatırladıb ki, Heydər Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında əməkdaşlığı inkişaf etdirməyin və birgə layihələrin həyata keçirilməsinin önəmini qeyd etmiş, bunun regionda yoxsulluq səviyyəsinin aşağı salınması üçün zəruriliyini vurğulamışdı. “Bu baxımdan, İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində təcrübə mübadiləsi üzv dövlətlərin gömrük xidmətlərinin də effektiv qarşılıqlı fəaliyyəti üçün vacibdir”, - deyə Aydın Əliyev əlavə edib.

Azərbaycanın əlverişli coğrafi ərazidə yerləşdiyini, Asiya və Avropa arasında logistik mərkəz olduğunu diqqətə çatdıran Aydın Əliyev buradan Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin keçdiyini bildirib. Komitə sədri Azərbaycanda son illər logistik potensialın inkişaf etdirilməsi üçün mühüm layihələrin həyata keçirildiyini, eləcə də Bakı Beynəlxalq Dəniz Ticarət Limanının önəmini vurğulayıb.

Bu il oktyabrın sonunda istifadəyə verilən Bakı-Tiflis-Qars dəmir yolu xəttinin tarixi və strateji əhəmiyyətli bir layihə olduğunu da söyləyən DGK sədri uzunluğu təxminən 850 kilometr olan bu yolun 504 kilometrinin Azərbaycan ərazisindən keçdiyini bildirib. Qeyd edilib ki, Bakı-Tiflis-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur. Bu yolun fəaliyyəti nəticəsində yol boyunca yerləşən ölkələr arasındakı ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşu artacaq.

Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı ilə bağlı tapşırıqlarına əsasən, enerji daşıyıcılarının satışından əldə olunan gəlirlərdən asılılığın azaldılması məqsədilə son illər ölkə iqtisadiyyatının şaxələndirilməsi siyasəti həyata keçirilir. Belə ki, Azərbaycan dünya bazarını enerji daşıyıcıları ilə təchiz edən ölkələrdən biridir və neftin qiymətinin aşağı düşməsilə əlaqədar bu tendensiya daha dəqiq və konkret forma alıb. Bu ilin son 9 ayı ərzində iqtisadiyyatın qeyri-neft sektoru 2,5 faiz, xarici ticarət dövriyyəsi 7 faiz artıb.

Aydın Əliyev son illər Azərbaycanda gömrük sahəsində müxtəlif istiqamətlərdə aparılan islahatlara da toxunaraq qeyd edib ki, Azərbaycan gömrük orqanlarının fəaliyyət strategiyası ölkədə münbit ticarət-investisiya mühitinin yaradılmasına yönəlib və bu istiqamətdə köklü islahatlar həyata keçirilib. Eyni zamanda, “Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 4 mart 2016-cı il tarixli sərəncamının rolu vurğulanıb və bu sərəncamın Azərbaycan gömrük orqanlarına bütün bəyannamələri elektron formada qəbul edərək məmur-vətəndaş təmasını minimuma endirməyə imkan yaratdığı bildirilib.

Komitə sədri deyib ki, Azərbaycanın gömrük orqanları xarici ticarət iştirakçıları ilə qarşılıqlı fəaliyyətə xüsusi diqqət yetirir. Azərbaycan Gömrük Xidmətinin rəsmi internet səhifəsində yaradılan xidmətlər xarici iqtisadi fəaliyyət iştirakçılarına malları və nəqliyyat vasitələrini gömrük orqanlarına əvvəlcədən bəyan etməyə, eləcə də gömrük rəsmiləşdirilməsi üçün müraciət, şikayət və təkliflər bildirməyə və s. imkan verir. Hazırda Komitənin internet saytında 15 gömrük xidməti elektron formada təqdim olunur. Bu xidmət tətbiq edildiyi vaxtdan indiyədək mallar üzrə təxminən 1,5 milyon elektron gömrük bəyannaməsi təqdim olunub.

Aydın Əliyev çıxışında “Yaşıl dəhliz” və digər buraxılış sistemlərinin tətbiqindən də bəhs edərək bu sistemlərin tətbiqi sayəsində idxal-ixrac əməliyyatlarının sadələşdirildiyini, bunun da, öz növbəsində ticarətin asanlaşdırılması və tranzit yüklərin daşınmasının sürətləndirilməsində mühüm rol oynadığını bildirib.

Məlumat verilib ki, ölkə ərazisində investisiya fəaliyyətinin genişləndirilməsi, əlverişli biznes mühitinin yaradılması, sənaye istehsalının həcminin artırılması, daxili bazarın qorunması, həmçinin milli istehsal həcminin artırılması üçün 2016-cı ildə dövlət başçısı tərəfindən investisiyaların təşviqilə bağlı əlavə tədbirlər barədə sərəncam imzalanıb və investisiyaların təşviqi haqqında sənədin verilməsi qaydası təsdiq olunub. Bununla əlaqədar, investisiyaların təşviqi haqqında sənəd almış şəxslər və fərdi sahibkarların ölkəyə idxal etdiyi texnoloji avadanlıq və qurğular 7 il müddətinə əlavə dəyər vergisi və gömrük rüsumlarından azad edilir. Analoji imtiyazlı şərtlər 7 il müddətinə həmçinin - qeydiyyatdan keçdikləri andan etibarən sənaye məhəllələri və texnologiya parklarının rezidentlərinə, o cümlədən sənaye məhəllələri və texnologiya parklarının tikintisi, elm-tədqiqat və təcrübə-konstruktor işlərində tətbiq məqsədilə texnika, texniki avadanlıq və qurğular idxal edən fərdi sahibkarlara da təqdim olunur.

Bundan başqa, Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzinin fəaliyyəti daim təkmilləşdirilir və 2015-ci ildən etibarən bu müəssisə Ümumdünya Gömrük Təşkilatının Regional Kinoloji Mərkəzi statusunu alıb. Mərkəz beynəlxalq standartlara uyğun infrastruktura malikdir ki, bu da mütəxəssis-kinoloqların, eləcə də xidməti itlərin daha keyfiyyətli və yüksək səviyyəli hazırlıq keçməsinə şərait yaradır. Azərbaycan tərəfi Mərkəzin bazasında, beynəlxalq əməkdaşlıq çərçivəsində, bir sıra dövlətlətin gömrük xidmətləri üçün təlimlər təşkil edib, eləcə də onlara narkotiklərin axtarışı üzrə xidməti itlər hədiyyə olunub.

Aydın Əliyev Azərbaycan Gömrük Xidmətinin ikitərəfli və çoxtərəfli əməkdaşlığa xüsusi diqqət ayırdığını vurğulayaraq onu da bildirib ki, gömrük prosedurlarının sadələşdirilməsi və dövlət sərhədlərindən keçirilən mallar və nəqliyyat vasitələrinin rəsmiləşdirilməsinin sürətləndirilməsi üçün ilkin məlumatların elektron mübadiləsi sahəsində bir neçə saziş imzalanıb.

Bu il Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında avtomobil nəqliyyatı ilə tranzit daşımalar haqqında ilkin elektron məlumat mübadiləsi sisteminin yaradılmasına dair imzalanan hökumətlərarası saziş, həmçinin Azərbaycan və Qazaxıstan gömrük xidmətləri arasında mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsinin təşkilinə dair saziş ilkin elektron məlumat mübadiləsi yolu ilə mallar və nəqliyyat vasitələrinin gömrük sərhədlərindən keçirilməsi prosesini, o cümlədən tranzit daşımaları sürətləndirmək məqsədi daşıyır. Bundan əlavə, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında gömrük məsələlərində qarşılıqlı inzibati yardım haqqında hökumətlərarası sazişə əsasən, iki ölkənin dövlət sərhədlərindən keçirilən mallar və nəqliyyat vasitələri haqqında məlumat mübadiləsi sisteminin yaradılmasına dair texniki şərtlər imzalanıb.

DGK sədri “Qaçaqmalçılıq və gömrük qaydalarının pozulmasına dair İqtisadi Əməkdaşlıq Təşkilatının məlumat bazasının yaradılması və fəaliyyəti barədə” 2005-ci il iyulun 7-də İstanbul şəhərində imzalanmış sazişə də toxunaraq məlumat verib ki, bu sənəd artıq Azərbaycan Respublikasının müvafiq qanunu ilə təsdiqlənib. Aydın Əliyev ümidvar olduğunu bildirib ki, sözügedən sazişin tətbiqi ilə İƏT üzv ölkələrinin gömrük xidmətləri arasında əməkdaşlıq daha konstruktiv və səmərəli olacaq.

Həmçinin qeyd edilib ki, “Gömrük məsələlərində qarşılıqlı inzibati yardım haqqında” saziş layihəsi Azərbaycan Respublikasının müvafiq dövlət qurumlarının rəy və təklifləri nəzərə alınmaqla Azərbaycan Gömrük Xidməti tərəfindən İqtisadi Əməkdaşlıq Təşkilatının Katibliyinə təqdim olunub. Ümid edirik ki, sözügedən saziş layihəsi tezliklə razılaşdırılaraq imzalanacaq və gömrük xidmətləri arasında əməkdaşlığın genişlənməsinə öz töhfəsini verəcək.

Təqdimatın sonunda Aydın Əliyev Azərbaycan Gömrük Xidmətinin gömrük sahəsində elm, tədris və tədqiqat fəaliyyətinə də toxunaraq gömrük işçilərinin gələcək potensialının yaradılması üçün institusional inkişafa xüsusi önəm verildiyini vurğulayıb. 2016-cı və 2017-ci illərdə beynəlxalq tələbə konfranslarının təşkil edildiyi diqqətə çatdırılıb. Artıq ənənəyə çevrilən bu konfranslarda məqsədin dünyada gömrük profili üzrə ixtisaslaşmış ali təhsil müəssisələrinin tələbələrinə və professor-müəllim heyətinə təcrübə mübadiləsi, fikir və bilik mübadiləsi aparmaq üçün platforma yaratmaq olduğu bildirilib.

Nümayəndə heyəti rəhbərlərinin ölkə hesabatlarından  sonra iclasda “İqtisadi Əməkdaşlıq Təşkilatının Qaçaqmalçılıq və Gömrük Cinayətlərinə dair Məlumat Bankının yaradılması və fəaliyyəti üzrə Saziş”ə qoşulma ilə bağlı son nailiyyətlər barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Pakistan İslam Respublikasına səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri ikitərəfli görüşlər də keçirib.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin ilk görüşü Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kuniyo Mikuriya ilə baş tutub. Daha sonra DGK sədri Pakistan İslam Respublikası Baş nazirinin gəlirlər üzrə müşaviri, dövlət naziri Harun Axtar Xanla,  Pakistan İslam Respublikasının Federal Gəlirlər Bürosu Gömrük Xidmətinin rəhbəri Məhəmməd Zahidlə, İran İslam Respublikası İqtisadi İşlər və Maliyyə Nazirliyi Gömrük Administrasiyasının prezidenti Foroud Asgari ilə görüşüb.

Görüşlərdə qarşılıqlı faydalı əlaqələrə toxunulub, o cümlədən iqtisadi-ticari münasibətlərdən söhbət açılıb.  

Aydın Əliyev Pakistan İslam Respublikasının “The News” nəşrinə müsahibə də verib. A.Əliyev müsahibədə Azərbaycan-Pakistan münasibətləri, o cümlədən iki ölkənin gömrük xidmətləri arasında əməkdaşlıq əlaqələrinin hazırkı səviyyəsi və perspektivlər barədə fikirlərini bölüşüb. Komitə sədri Azərbaycan Gömrük Xidmətinin fəaliyyəti barədə də danışıb.

Müsahibədə vurğulanıb ki, Azərbaycanın bütün sahələrdə əməkdaşlıq əlaqələrinin ildən-ilə inkişafına xüsusi önəm verdiyi ölkələrdən biri də Pakistan İslam Respublikasıdır. Bu ilin iyun ayında iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin tamam olduğu və diplomatik münasibətlərin uğurla qurulmasında xalqlarımızın tarixi bağlılığının da mühüm rol oynadığı bildirilib.

Aydın Əliyev xatırladıb ki, Pakistanın hələ orta əsrlərdə dünya ticarət mərkəzlərindən biri olan Multan şəhərindən Azərbaycana, xüsusilə Bakı şəhərinə tacirlər səfər edərdilər. Təxminən beş yüz il öncə Bakı hökmdarları Multan tacirləri üçün karvansara - Multan karvansarası inşa etdirmişdi. O vaxtlar Multandan olan tacirlər bu günədək adını qoruyub saxlamış karvansarada qalaraq, buranın əvəzolunmaz qonaqpərvərlik imkanlarından istifadə edirdilər. Multan karvansarası dəyərli mədəni və tarixi irs kimi hazırda Azərbaycan hökuməti tərəfindən mühafizə edilir.

“Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Pakistan, həmçinin, Azərbaycanda Səfirliyini açan ilk ölkələr sırasındadır”, - deyə müsahibədə bildirən DGK sədri onu da əlavə edib ki, ölkələrimiz arasında münasibətlər inkişaf edir, beynəlxalq məsələlərdə hər iki ölkə bir-birinin mövqeyini dəstəkləyir.

Qeyd edilib ki, bu əlaqələrin inkişafında Azərbaycan və Pakistan rəhbərlərinin xüsusi rolu olub. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan-Pakistan münasibətlərinə misilsiz töhfələr verib. Heydər Əliyevin 1996-cı ilin aprelində Pakistana tarixi rəsmi səfəri və səfər zamanı imzalanan sənədlər toplusu ölkələrarası münasibətlərin bazasını təşkil edir. Azərbaycan Prezidenti İlham Əliyevin Pakistana rəsmi səfəri, eləcə də sonrakı illərdə Azərbaycan və Pakistan rəhbərləri arasında baş tutan görüşlər bu əlaqələri daha da gücləndirmək baxımından uğurlu olub.

Pakistanın Azərbaycan torpaqlarını işğal edən Ermənistanı bir dövlət kimi tanımamasının Azərbaycan dövləti və xalqı tərəfindən yüksək qiymətləndirildiyi, Azərbaycanın da hər zaman Pakistanın yanında olduğu, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında Kəşmir məsələsi üzrə beynəlxalq forumlarda Pakistanın mövqeyini müdafiə etdiyi bildirilib.

Aydın Əliyev onu da əlavə edib ki, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın müxtəlif bölgələrində həyata keçirilən humanitar və sosialyönümlü layihələr xalqlarımız arasında mövcud qardaşlıq münasibətlərinin inkişafına xüsusi töhfə verir və bu layihələr gələcəkdə də davam etdiriləcək.

Azərbaycan və Pakistan gömrük xidmətləri arasında əməkdaşlıq əlaqələrinə toxunan DGK sədri öncə diqqətə çatdırıb ki, iki ölkə arasında möhkəm siyasi münasibətlərlə yanaşı, iqtisadi-ticari və digər sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş potensial və imkanlar var.

“İndi qarşıda duran əsas vəzifələr sırasında ikitərəfli iqtisadi münasibətləri də strateji tərəfdaşlıq səviyyəsinə çatdırmaq, bu istiqamətdə əməkdaşlığı genişləndirməkdir. Bu baxımdan, iqtisadi-ticari əlaqələrin inkişafı, birgə müəssisələrin təsis edilməsi, eləcə də investisiyaların cəlbi, nəqliyyat layihələrinə qoşulma və s. məsələlərə çox diqqət yetirməli, çox geniş və səmərəli əməkdaşlıq aparmalıyıq. Ümidvaram ki, Azərbaycan və Pakistan rəhbərlərinin səmimi dostluq münasibətləri əlaqələrimizin bütün sahələrdə dərinləşməsinə xüsusi təkan verəcək”, - deyə Aydın Əliyev müsahibədə bildirib.

Azərbaycan və Pakistan gömrük xidmətləri arasında əməkdaşlıq əlaqələrinə gəlincə, diqqətə çatdırılıb ki, hələ 2004-cü il iyulun 8-də Bakı şəhərində “Azərbaycan Respublikası Hökuməti və Pakistan İslam Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” Saziş imzalanıb. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Pakistan İslam Respublikasının Federal Gəlirlər Bürosu gömrük hüquqpozmaları, eləcə də narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə, gömrük işinin təşkili və digər sahələrdə qarşılıqlı əməkdaşlıq edir. Hazırda bu əlaqələri qarşılıqlı maraq doğuran bütün sahələrdə dərinləşdirmək zəruridir.

Müsahibədə müstəqil Azərbaycan gömrüyü haqda ayrıca məlumat verən Aydın Əliyev bildirib ki, Dövlət Gömrük Komitəsinin əsası 30 yanvar 1992-ci ildə qoyulub. Onun gəlirlərin toplanması, gömrük nəzarəti və hüquq-mühafizə fəaliyyəti kimi ənənəvi gömrük, eləcə də gömrük sərhədində baytarlıq, sanitar və fitosanitar funksiyaları var. Hüquqi bazaya ölkə Konstitusiyası və qanunları, Prezidentin sərəncam və fərmanları, Gömrük Məcəlləsi, Nazirlər Kabinetinin qərarları, Azərbaycanın tərəfdar olduğu beynəlxalq sazişlər və digər hüquqi aktlar daxildir.

Qeyd edilib ki, bu gün Azərbaycanın bütün gömrük-sərhəd buraxılış məntəqələri yenidən qurularaq ən müasir yoxlama avadanlıqları ilə təchiz edilib. Bundan əlavə, ölkənin bütün gömrük ərazilərində gömrük hüquq-mühafizə və mobil bölmələri, eləcə də “Hədəf” mərkəzi fəaliyyət göstərir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin həyat fəaliyyətinin bütün sahələrində, o cümlədən gömrük xidmətində inkişafa nail olunub. Ölkəmizdə aparılan dərin islahatlar gömrük sistemində də müsbət dəyişikliklərə səbəb olub. Azərbaycan Prezidentinin hərtərəfli dəstəyi sayəsində gömrük xidməti qarşıdakı tapşırıqlar və yeni çağırışlara uyğun olaraq daim dəyişir. Azərbaycan Gömrük Xidmətinin ən sonuncu Gömrük Məcəlləsi 2011-ci ildə qəbul edilib və 2012-ci ildə qüvvəyə minib. Həmin Məcəllə ÜGT-nin Kioto Konvensiyası və Avropa İttifaqının gömrük qanunvericilik normaları daxil olmaqla, qabaqcıl gömrük təcrübələri və standartları əsasında tərtib edilib.

Daha sonra məlumat verilib ki, idxal və ixrac əməliyyatlarının asanlaşdırılması üzrə atılan mühüm addımlardan biri sərhəd-buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin daşınması məqsədilə “Yaşıl dəhliz” və digər sürətli keçid sistemlərinin tətbiqidir. Gömrük bəyannaməsinin təqdim edilməsi daxil olmaqla, bir çox gömrük xidmətləri elektron əsasda göstərilir, eyni zamanda, ÜGT-nin Malların Buraxılış Vaxtının Ölçülməsinə dair Təlimat metodologiyasından istifadə etməklə, Malların Buraxılış Vaxtının Ölçülməsi layihəsi hazırlanıb və Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminə inteqrasiyası təmin edilib. Layihə gömrük prosedurlarındakı və mallar və nəqliyyat vasitələrinin sərhəd boyu hərəkətindəki boşluqları müəyyən etməyə imkan yaradır.

Azərbaycanın gömrüklə əlaqəli bir sıra beynəlxalq tədbirlərə evsahibliyi etməsi barədə də danışan Aydın Əliyev qeyd edib ki, Azərbaycan Gömrük Xidməti bir sıra beynəlxalq və regional təşkilatların üzvüdür, o cümlədən ÜGT ilə fəal əməkdaşlıq edir. Azərbaycanda ÜGT-nin üç regional strukturu - Tədris Mərkəzi, Potensialın Gücləndirilməsi üzrə Avropa Ofisi və Kinoloji Mərkəzi yerləşir. Bakı şəhərində ÜGT-nin Konteyner və Karqo üzrə Təlim Mərkəzi, bundan başqa, Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin Regional Ofisi də fəaliyyət göstərir.  

Müsahibənin sonunda Dövlət Gömrük Komitəsinin sədri ümidvar olduğunu bildirib ki, İqtisadi Əməkdaşlıq Təşkilatı Gömrük Xidməti Rəhbərlərinin İclasında iştirak etmək üçün Pakistana edəcəyi səfər ölkələrimizin gömrük xidmətləri arasında da əlaqələrin bütün sferalarda uğurla inkişafına xidmət edəcək. Eyni zamanda, bu səfər iki ölkə arasında münasibətlərin daha da inkişafına, xalqlarımız arasında tarixən mövcud olmuş əlaqələrin bundan sonra da genişlənməsinə töhfəsini verəcək.

Baki-xeber.com



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

20.10.2026 / 10:15
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir

20.10.2026 / 09:26
Vens açıq danışdı – Ukrayna NATO-da olmamalıdır...

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

19.10.2026 / 16:11
Adnan Əhmədzadədən yeni xəbər var - məhkəmə qarşısına çıxarıldı...

19.10.2026 / 15:55
Zelenski Trampı sərt tənqid etdi - bizi Putinə təslim olmağa məcbur edir...

19.10.2026 / 15:41
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - FOTO

19.10.2026 / 15:26
Sahibə Qafarova Qırğızıstan Joqorku Keneşin sədri ilə görüşdü...

19.10.2026 / 15:12
İran ilk ağır qırıcı təyyarəsini sınaqdan keçirməyə hazırlaşır...

19.10.2026 / 14:44
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradıldı FOTO

19.10.2026 / 14:17
Prezident bir qrup energetiki təltif etdi

19.10.2026 / 13:59
Fransanın daxili işlər naziri polisin böyük şəhərlərdə vəziyyətə nəzarəti itirdiyini etiraf etdi...

19.10.2026 / 13:41
Kreml Kiyev danışıqlarda olmadan Ukraynada sülhü mümkünsüz hesab edir...

19.10.2026 / 13:04
Bu şəxslərin pensiyaları aylıq əlavələrlə artırılacaq...

19.10.2026 / 12:30
AKP-nin bu qədər korrupsiyaya qurşanmış üzvlərini kim himayə edir - 5 TUTARLI FAKT…

19.10.2026 / 12:12
Məktəb direktorunun maşınının yandırılması ilə bağlı daha bir nəfər saxlandı - VİDEO

19.10.2026 / 12:08
Yeni səhiyyə naziri Anar Bayramov KİMDİR? - DOSYE

19.10.2026 / 11:57
Rusiya Qara dənizdə daha bir yük gəmisini vurdu...

19.10.2026 / 11:45
Rubio ABŞ-ın Kiyevə kəşfiyyat dəstəyinin dayandırılmadığını deyir – Zelenski bu məlumatı haradan alıb bilmirəm...

19.10.2026 / 11:42
Baş nazirin müavinlərinin sayı 4-ə çatdı

19.10.2026 / 11:33
Anar Bayramov səhiyyə naziri təyin edildi

19.10.2026 / 11:31
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM

19.10.2026 / 11:29
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - FƏRMAN

19.10.2026 / 11:27
Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü 20 sutka həbs olundu

19.10.2026 / 11:12
Fransada etirazlarda saxlananların sayı 2 mini keçdi – DİN naziri istefa ərizəsi yazdı, Makron qəbul etmədi…

19.10.2026 / 10:54
Əraqçi ABŞ-a xəbərdarlıq etdi - diqqətli olun: bizim də yarımçıq qalmış işlərimiz var…

19.10.2026 / 10:39
Tramp Rusiyaya niyə əlavə sanksiyalar tətbiq etmədiyini açıqladı – onları masadan uzaqlaşdırmaq istəmirəm…

19.10.2026 / 10:30
Rusiya Kiyev metrosunu vurdu - bir nəfər həlak oldu…

19.10.2026 / 10:19
Azərbaycandan Ermənistana ixrac olunan məhsulların SİYAHISI AÇIQLANDI...

19.10.2026 / 09:55
DYP küləkli hava ilə bağlı sürücülərə müraciət etdi

19.10.2026 / 08:40
Təl-Əvivdən Vyanaya uçan təyyarədə bomba həyəcanı - avialayner Sofiyaya məcburi eniş etdi

19.10.2026 / 08:32
Körfəz ölkələri İrandan kompensasiya tələb etdilər - Tehran “tupik”də…

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ