çərşənbə axşamı günü, 20 oktyabr 2026
     

Azərbaycanın valyuta ehtiyatları neftin hesabına sürətlə artacaq…

Image


Məlum olduğu kimi, Azərbaycanda gələn il üçün dövlət büdcəsinin tərtibi zamanı neftin baza qiyməti 45 dollar səviyyəsində götürülüb. Sənəddə deyilir ki, gələn il dünya bazarında neftin qiymətinin 50 dollar ətrafında dəyişəcəyi proqnozlaşdırılır.

Bu, 2017-ci ildəki analoji baza qiymətindən 12,5% və yaxud 5 dollar çoxdur. Amma real vəziyyətin təhlili göstərir ki, neftin bu gedişlə minimal qiyməti 60-65 dollar ətrafında dəyişəcək. Bu da, öz növbəsində, neft satışından Azərbaycanın və digər hasilatçı ölkələrin daha çox gəlir əldə etməsi deməkdir.

Elə cari il üçün də ölkəmizin neft gəlirlərinin nəzərdə tutulduğundan artıq olması gözlənir.  Çünki dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edir. Nyu-Yorkun NYMEX birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti artıq 55,78 dollar, Londonun ICE  birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti isə 62,31 dollar təşkil edir. Azərbaycanın dünya bazarına çıxararaq satdığı “AzəriLayt” markalı xam neftin 1 barrelinin də qiyməti 0,73 dollar və yaxud 1,16% artıb. İndi Azərbaycan neftinin qiyməti 64 dollara çatır. Cari ilin dövlət büdcəsində isə neftin bir barrelinin qiyməti 40 dollardan hesablanıb. Yaranmış vəziyyətdə neft gəlirlərinin həcminin daha çox olması gözlənir. Eyni zamanda bu hal ölkənin valyuta ehtiyatlarının həcminin sürətlə artmasına təkan verir. Artıq cari ildə valyuta ehtiyatlarının həcminin 3 milyard dollardan çox artması məlumdur. İlin sonuna kimi bu göstəricinin 4 milyard dollara çatması proqnozlaşdırılır. Gələn il ərzində isə valyuta ehtiyatlarında daha çox artım gözlənir. Elə Beynəlxalq Valyuta Fondu (BVF) da 2017-2018-ci illərdə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının artacağını proqnozlaşdırır. BVF-nin proqnozlarına əsasən, 2017-ci ilin yekunları üzrə AMB-nin valyuta ehtiyatları cari ildə 20% artacaq. 2018-ci ildə isə AMB-nin valyuta ehtiyatları 5,7 milyard dollara qədər artacaq. Bu da 2017-ci illə müqayisədə 18,8% artım deməkdir. Dövlət Neft Fonduna da daha çox həcmdə valyuta ehtiyatlarının cəmləşməsi gözlənir.

Hesab edilir ki, neftin qiymətinin artması fonunda valyuta ehtiyatlarının həcmində daha çox artım olacaq. Neftin qiyməti isə  müəyyən hadisələr fonunda qalxmaqda davam edir. Bu, ilk növbədə OPEK və qeyri-OPEK ölkələri arasında əldə edilən razılaşma ilə bağlıdır. Artıq Səudiyyə Ərəbistanının energetika naziri Xaled ben Abdel al-Faleh OPEK və qeyri-OPEK ölkələrini (OPEK+) neft ehtiyatlarının azaldılması istiqamətində intensiv fəaliyyəti davam etdirməyə çağırıb. “Missiya, yəni hasilatın ixtisarı başa çatmayıb, biz bunun üçün çox iş görməliyik”. Onun sözlərinə görə, sazişin iştirakçısı olan bütün ölkələr etiraf edir ki, zəruri iş heç də axıradək yerinə yetirilməyib. Xatırladaq ki, mövcud razılaşmanın müddəti 2018-ci il martın 31-də başa çatır. Amma artıq məlumatlar var ki, razılaşmanın müddəti 2018-ci ilin sonuna kimi uzadılacaq. Artıq bu xəbərlər bazarlara təsir edərək neft qiymətlərini yüksəldir. Bundan başqa, məlumdur ki,  ABŞ-da aktiv neft quyularının sayı, son məlumatlara əsasən, daha  8 ədəd və ya 1,09% azalaraq 729 ədəd təşkil edib. Hazırda aktiv quyuların sayında müşahidə olunan azalmanın səbəbi kimi baş vermiş qasırğalar göstərilir. Elə bu da neftin qiymətini artıran daha bir faktor qismində çıxış edir.

Daha bir məqam Səudiyyə Ərəbistanında son dövrlərdə baş verənlərdir. Burada şahzadələrin, bir neçə sabiq və fəaliyyətdə olan nazirin həbs edilməsi dünya mətbuatının xüsusi gündəmindədir. Kral ailəsinin üzvləri arasından həbs olunanların sayı artıq 30-a çatıb. “Əl-Həyat” kanalı bildirib ki, kral Salman Korrupsiyaya Qarşı Mübarizə Komitəsi yaradaraq oğlu Məhəmməd bin Salmanı həmin qurumun rəhbəri təyin edib. Komitənin yaradılmasından bir neçə saat sonra həbslər başlayıb. Həbs olunanlar korrupsiya və rüşvətxorluqda, çirkli pulların yuyulmasında ittiham olunur.

Ölkəni tərk etmək cəhdlərinin qarşısının alınması üçün Səudiyyə Ərəbistanının hava limanlarında nəzarət gücləndirilib. Artıq baş verənlərin  Səudiyyə Ərəbistanında neft hasilatına ciddi təsir göstərəcəyi barədə rəylər var. Elə bu amil də neftin qiymətini durmadan artıran faktorlardan biri sayılır. Bundan əlavə, Yaxın Şərqin neftlə zəngin ölkələri də neftin qiymətinin qalxması üçün birgə fəaliyyət göstərmək niyyətindədir. Çünki aşağı qiymət olması halında burada maliyyə böhranı başlayacağı proqnozlaşdırılır. Fars körfəzi ölkələrinin valyutalarının ABŞ dollarına bağlı olması amili isə neftin qiymətinin düşməsi zamanı önəmli iqtisadi çətinlik yaradır. Qeyd edək ki, neftin hazırkı qiyməti də bəzi ölkələrin büdcəsinin balanslaşdırılmasına kömək etmir. Belə ki, Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, Səudiyyə Ərəbistanı üçün balanslaşdırılmış büdcə olması məqsədilə neftin qiyməti 73,1 dollar, Bəhreyn üçün 99 dollar olmalıdır. Fars körfəzinin digər ölkələri üçün də minimal qiymət 70-80  dollar arasında dəyişir. İndi bu ölkələrin birgə fəaliyyəti neftin qiymətinin yaxın tezlikdə 70 dollarıq həddi də keçməsinə gətirib çıxara bilər.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

20.10.2026 / 17:02
Yeni nəsil üçün hibrid – real və virtual kənd kitabxana-klub modeli”... YYSİB-nin yeni kreativ layihəsi

20.10.2026 / 16:48
ATMU professoru Məhərrəm Zülfüqarlının “Ucar tarixi” kitabı nəşr olunub

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

20.10.2026 / 10:15
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir

20.10.2026 / 09:26
Vens açıq danışdı – Ukrayna NATO-da olmamalıdır...

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

19.10.2026 / 16:11
Adnan Əhmədzadədən yeni xəbər var - məhkəmə qarşısına çıxarıldı...

19.10.2026 / 15:55
Zelenski Trampı sərt tənqid etdi - bizi Putinə təslim olmağa məcbur edir...

19.10.2026 / 15:41
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - FOTO

19.10.2026 / 15:26
Sahibə Qafarova Qırğızıstan Joqorku Keneşin sədri ilə görüşdü...

19.10.2026 / 15:12
İran ilk ağır qırıcı təyyarəsini sınaqdan keçirməyə hazırlaşır...

19.10.2026 / 14:44
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradıldı FOTO

19.10.2026 / 14:17
Prezident bir qrup energetiki təltif etdi

19.10.2026 / 13:59
Fransanın daxili işlər naziri polisin böyük şəhərlərdə vəziyyətə nəzarəti itirdiyini etiraf etdi...

19.10.2026 / 13:41
Kreml Kiyev danışıqlarda olmadan Ukraynada sülhü mümkünsüz hesab edir...

19.10.2026 / 13:04
Bu şəxslərin pensiyaları aylıq əlavələrlə artırılacaq...

19.10.2026 / 12:30
AKP-nin bu qədər korrupsiyaya qurşanmış üzvlərini kim himayə edir - 5 TUTARLI FAKT…

19.10.2026 / 12:12
Məktəb direktorunun maşınının yandırılması ilə bağlı daha bir nəfər saxlandı - VİDEO

19.10.2026 / 12:08
Yeni səhiyyə naziri Anar Bayramov KİMDİR? - DOSYE

19.10.2026 / 11:57
Rusiya Qara dənizdə daha bir yük gəmisini vurdu...

19.10.2026 / 11:45
Rubio ABŞ-ın Kiyevə kəşfiyyat dəstəyinin dayandırılmadığını deyir – Zelenski bu məlumatı haradan alıb bilmirəm...

19.10.2026 / 11:42
Baş nazirin müavinlərinin sayı 4-ə çatdı

19.10.2026 / 11:33
Anar Bayramov səhiyyə naziri təyin edildi

19.10.2026 / 11:31
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM

19.10.2026 / 11:29
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - FƏRMAN

19.10.2026 / 11:27
Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü 20 sutka həbs olundu

19.10.2026 / 11:12
Fransada etirazlarda saxlananların sayı 2 mini keçdi – DİN naziri istefa ərizəsi yazdı, Makron qəbul etmədi…

19.10.2026 / 10:54
Əraqçi ABŞ-a xəbərdarlıq etdi - diqqətli olun: bizim də yarımçıq qalmış işlərimiz var…

19.10.2026 / 10:39
Tramp Rusiyaya niyə əlavə sanksiyalar tətbiq etmədiyini açıqladı – onları masadan uzaqlaşdırmaq istəmirəm…

19.10.2026 / 10:30
Rusiya Kiyev metrosunu vurdu - bir nəfər həlak oldu…

19.10.2026 / 10:19
Azərbaycandan Ermənistana ixrac olunan məhsulların SİYAHISI AÇIQLANDI...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ