Beynəlxalq Valyuta Fondu (BVF) makroiqtisadi siyasətin və onun əsaslarının təkmilləşdirilməsi və institutların möhkəmləndirilməsi məsələlərində Azərbaycana kömək edə bilər. Bunu Trend-ə BVF-nin Azərbaycan üzrə missiyasının rəhbəri Məhəmməd əl-Qorçi deyib.
Onun sözlərinə görə, bu kömək BVF-nin ölkə hökuməti ilə əməkdaşlığı yolu ilə edilə bilər.
M.əl-Qorçi qeyd edib ki, böyük ölçüdə özəl qeyri-neft sektorunun artımına əsaslanan yeni iqtisadi modelə keçid mal bazarlarının, işçi qüvvəsinin və məhsulların tam liberallaşdırılmasını, idarəetmənin yaxşılaşdırılması üzrə səylərin aktivləşdirilməsini tələb edir.
O əlavə edib ki, fond makroiqtisadi siyasətin təkmilləşdirilməsinə və institutların möhkəmləndirilməsinə dəstək verə bilər.
Bu arada BVF hesabatında Azərbaycanda inflyasiya üzrə proqnoz səviyyəsini 2016 və 2016-cı illər üçün müvafiq olaraq 10,2 və 8,5 faizə qədər yaxşılaşdırıb.
Yenilənmiş hesabata əsasən, BVF 2018-ci ilə Azərbaycanda inflyasiyanın 4,2 faizədək kəskin azalacağını gözləyir, sonra isə getdikcə 2019-cu ildə 4,1 faizədək, 2020-ci ildə isə 4 faizədək azalacaq.