Cümə günü, 06 noyabr 2026
     

Türkiyədən Bakıya çox asan görünən təklifin qəliz gizlinləri var...

Image


BTC-nin 1 milyon barellik gücü Azərbaycan üçün yeni gəlir və tranzit imkanları yaradacaq

Türkiyənin Bakı–Tbilisi–Ceyhan (BTC) neft kəmərinin gündəlik ötürücülük imkanlarından daha geniş istifadə olunması ilə bağlı təklifi Azərbaycanın enerji siyasəti baxımından yeni imkanlar yarada bilər. Hazırda kəmərlə gündə təxminən 500–600 min barel neft nəql olunur. Türkiyə isə bu göstəricinin 1 milyon barelə çatdırılmasını və kəmərin layihə gücünə daha yaxın səviyyədə işlədilməsini istəyir. Türkiyənin energetika naziri Alparslan Bayraktar da bu məsələnin Azərbaycanla müzakirə edildiyini açıqlayıb.

BTC-nin daha yüksək yüklənməsi ilk baxışdan Azərbaycanın neft ixracının artırılması kimi qiymətləndirilə bilər. Lakin məsələnin iqtisadi əhəmiyyəti bundan daha genişdir. Çünki Azərbaycanın öz neft hasilatının uzunmüddətli perspektivdə əvvəlki səviyyələrdə qalacağına zəmanət yoxdur. Buna görə də kəmərin 1 milyon barellik potensialının reallaşdırılması üçün əsas istiqamətlərdən biri Xəzərin şərq sahilində yerləşən ölkələrin neftinin Azərbaycan üzərindən dünya bazarlarına çıxarılmasıdır.

Hazırda BTC ilə əsasən Azərbaycanın Azəri–Çıraq–Günəşli yataqlarından hasil olunan neft, Şahdəniz kondensatı və SOCAR-ın nefti nəql edilir. Eyni zamanda Qazaxıstan və Türkmənistan kimi Xəzəryanı ölkələrin nefti də bu marşrutdan istifadə edir. 2025-ci ildə BTC ilə 27,18 milyon ton neft nəql olunması və bunun 84,8 faizinin Azərbaycan, 15,2 faizinin isə tranzit neft olması göstərir ki, kəmərin tranzit potensialının daha da genişləndirilməsi üçün kifayət qədər imkan mövcuddur.

Burada Azərbaycanın əsas üstünlüyü ondan ibarətdir ki, ölkə yalnız öz neftini ixrac edən tərəf olmaqdan çıxaraq Xəzər hövzəsinin enerji resurslarının beynəlxalq bazarlara daşınmasında mühüm tranzit mərkəzinə çevrilə bilər. Xüsusilə Qazaxıstan neftinin BTC vasitəsilə daha böyük həcmdə nəql edilməsi Azərbaycanın regional enerji xəritəsində əhəmiyyətini artırar. Mərkəzi Asiyanın enerji resurslarının Xəzər dənizi üzərindən Azərbaycan ərazisinə, oradan isə Aralıq dənizinə çıxarılması həm ixrac marşrutlarının şaxələndirilməsinə, həm də region ölkələrinin Rusiya marşrutlarından asılılığının müəyyən qədər azalmasına xidmət edə bilər.

Azərbaycan üçün bunun birbaşa iqtisadi nəticəsi tranzit gəlirlərinin artması olacaq. Kəmərdən keçən hər əlavə neft həcmi nəqliyyat və tranzit xidmətlərindən əlavə gəlir formalaşdırır. Bununla yanaşı, Ələt limanı, dəmir yolu, avtomobil yolları və digər logistika infrastrukturu da əlavə yüklərdən faydalana bilər. Beləliklə, BTC-nin daha yüksək yüklənməsi yalnız bir boru kəmərinin gəlirlərinin artması ilə məhdudlaşmır, bütövlükdə Azərbaycanın tranzit-logistika sektorunun inkişafına stimul verə bilər.

Bununla belə, 1 milyon barellik göstəriciyə çatmaq üçün yalnız siyasi razılaşma kifayət etmir. Kəmərin real texniki imkanlarının, nasos stansiyalarının, boru kəməri sisteminin və digər infrastruktur elementlərinin bu həcmdə davamlı nəqli təmin edib-etmədiyi ayrıca qiymətləndirilməlidir. Əgər əlavə investisiya tələb olunursa, onun maliyyələşdirilməsi məsələsi də ön plana çıxır.

Azərbaycan üçün burada əsas prinsip izafi gəlirlə əlavə xərc arasındakı nisbətin qorunması olmalıdır. Əgər BTC-nin gücünün artırılmasına böyük investisiya qoyulacaqsa, həmin sərmayənin nə qədər müddətə geri qayıdacağı və Azərbaycanın bundan nə qədər əlavə gəlir əldə edəcəyi əvvəlcədən hesablanmalıdır. Xüsusilə əlavə güc əsasən Mərkəzi Asiya neftinin tranzitinə xidmət edəcəksə, bütün maliyyə yükünün Azərbaycanın üzərinə düşməsi iqtisadi baxımdan əsaslandırılmış yanaşma olmaz. Bu xərclərin kəmərin operatoru, iştirakçı şirkətlər, tranzitdən istifadə edən neft hasilatçıları və digər maraqlı tərəflər arasında bölüşdürülməsi daha məntiqli görünür.

Digər mühüm məsələ uzunmüddətli neft bazarının perspektividir. Dünyada enerji keçidi sürətləndikcə neftə olan tələbin gələcək dinamikası ilə bağlı qeyri-müəyyənlik artır. Buna görə də BTC-nin ötürücülük imkanlarının genişləndirilməsi uzunmüddətli müqavilələr və real tranzit həcmləri ilə təmin olunmalıdır. Sadəcə kəmərin texniki olaraq 1 milyon barel ötürə bilməsi onun hər gün bu həcmdə neftlə doldurulacağı anlamına gəlmir.

Bu baxımdan Azərbaycan üçün ən optimal model yalnız kəmərin maksimum gücə çatdırılması deyil, həmin gücün iqtisadi baxımdan davamlı şəkildə təmin edilməsidir. Əgər Qazaxıstan, Türkmənistan və digər Xəzər hövzəsi ölkələrindən kifayət qədər uzunmüddətli neft həcmləri cəlb edilərsə, BTC-nin yüklənməsinin artırılması Azərbaycanın tranzit strategiyası üçün ciddi nəticələr verə bilər. Əks halda böyük investisiyalar hesabına yaradılan əlavə gücün tam istifadə olunmaması riski yaranır.

Əslində BTC məsələsinə yalnız neft kəməri kimi yanaşmaq düzgün olmaz. Bakı–Tbilisi–Ceyhan xətti Azərbaycanın Xəzər ilə Avropa arasında yaratdığı enerji və nəqliyyat bağlantılarının mühüm hissəsidir. Kəmərin daha çox tranzit nefti qəbul etməsi Azərbaycanın regional enerji dəhlizlərindəki rolunu gücləndirə və ölkəni Mərkəzi Asiya enerji resurslarının Qərb bazarlarına çıxarılmasında əsas qovşaqlardan birinə çevirə bilər.

Bu səbəbdən Azərbaycanın əsas qazancı yalnız öz neftinin satışından əldə edilən gəlirin artması deyil. Daha böyük strateji qazanc Xəzərin şərq sahilindəki resursların Azərbaycan ərazisindən keçməklə dünya bazarlarına çıxarılmasından formalaşan davamlı tranzit gəlirləri, logistika imkanları və geoiqtisadi üstünlüklər ola bilər. BTC-nin 1 milyon barellik potensialının reallaşdırılması məhz bu baxımdan Azərbaycanın enerji ixracatçısından regional enerji tranzit mərkəzinə çevrilməsini daha da sürətləndirə bilər.

Akif NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ