Cümə günü, 06 noyabr 2026
     

Ermənistan Avropa İttifaqı ilə Rusiyanın yeni döyüş meydançasına çevrilir

Image


Avropa iqtisadiyyatının hərbiləşməsi prosesinin yeni vüsət alması müşahidə olunur. Bu hal, xüsusən də Rusiya və Ukrayna arasında artıq 5 ilə yaxındır davam edən savaş kontekstində özünü qabarıq şəkildə büruzə verir. Ötən dövrlərlə müqayisədə Avropa İttifaqına üzv ölkələrin müdafiə xərclərini artırması, hərbi sənayenin genişləndirilməsi və iqtisadi siyasətin təhlükəsizlik amilləri ilə daha sıx əlaqələndirilməsi artıq daha çox diqqət çəkir. Amma bu proses yalnız Avropa İttifaqı ölkələri ilə məhdudlaşmır, onun təsirləri qurumun sərhədlərindən də kənara çıxaraq, bir sıra digər ölkələri də əhatə edir. Ermənistanın timsalında bunu görmək mümkündür.

Avropa öz sərhədlərindən kənarda da Rusiyaya qarşı platsdarmların formalaşmasına xüsusi diqqət etməkdədir. Bu hal Ermənistanın timsalında Cənubi Qafqazda da özünü qabarıq büruzə verir. Ermənistanın son illərdə Qərblə siyasi, hərbi və iqtisadi əlaqələrini genişləndirməsi regionda yeni geosiyasi reallıqlar formalaşdırır. Bu fonda görünən odur ki, Avropa İttifaqı Ermənistanı təkcə Moskvanın təsir dairəsindən uzaqlaşdırmaqda maraqlı deyil, həm də bu ölkəni Rusiyaya qarşı mübarizə platsdarmına çevirmək niyyətindədir. Rusiya Beynəlxalq Məsələlər Şurasının prezidenti Dmıtrı Trenin qeyd edir: “Bu gün Qərblə Rusiya arasında müharibə gedir. Ermənistan isə Rusiyaya qarşı cəbhə açmaq üçün daha bir platformadır. Qərb Ermənistanda bu istiqamətdə işləməyə hazır olan qüvvələrin olduğunu görür və bu qüvvələrlə fəal şəkildə əməkdaşlıq edir, onlarla qarşılıqlı əlaqədədir. Ermənistandakı vəziyyət Rusiyanın nöqteyi-nəzərindən mənfi istiqamətdə dəyişməyə davam edir. Ermənistan Qərb üçün geosiyasi mübarizə kontekstində Rusiyaya qarşı açıla biləcək başqa bir cəbhə kimi maraq doğurur. Ermənistan da bu mübarizədə Avropa İttifaqının piyadası olmağa can atır”. Ermənistanın xarici siyasətində baş verən dəyişikliklər təsadüfi hesab edilmir və məqsədyönül addımların nəticəsi kimi qəbul olunur. Ermənistan uzun illər Rusiya ilə hərbi-siyasi və iqtisadi əlaqələrə ciddi şəkildə bağlı olub. Lakin son dövrdə İrəvan Qərb dövlətləri və Avropa strukturları ilə münasibətlərini intensivləşdirir. Avropa İttifaqının Ermənistanla əməkdaşlığının genişlənməsi, müxtəlif təhlükəsizlik təşəbbüsləri və hərbi sahədə əlaqələrin inkişafı Moskva ilə İrəvan arasındakı münasibətlərə də təsir göstərir. Artıq bir çox ekspertlər, əksər siyasi dairələr bu prosesi Ermənistanın Rusiyaya qarşı istifadə edilə biləcək geosiyasi forposta çevrilməsi cəhdi kimi qiymətləndirir. Bu halın yarada biləcəyi təhdidlərə rəğmən, Ermənistanın belə bir rolu tam şəkildə könüllü qəbul etdiyi də diqqətdən yayınmır. Ermənistanlı politoloq Benyamin Matevosyan bildirir: “Avropa İttifaqı və onun müttəfiqləri Rusiya ilə birbaşa hərbi qarşıdurmaya sistemli və ciddi şəkildə hazırlaşırlar. Bu şəraitdə Moskva İrəvanın Avropaya can atmasını sadəcə Baş nazir Nikol Paşinyanın siyasi manevrləri kimi deyil, həm də Ermənistanın Rusiya ilə müharibə üçün açıq şəkildə yenidən təşkilatlanan blokun orbitinə birbaşa daxil olması kimi qəbul edir. Moskvanın ayrı-ayrı dövlətlərin Avropaya inteqrasiyasına laqeyd münasibəti keçmişdə qalıb. Bu gün Kreml Avropa İttifaqına inteqrasiyanı Rusiyanın düşmənlərinin hərbi-sənaye əməkdaşlıq şəbəkəsinə qoşulması kimi qəbul edir. Ermənistan da burada istisna deyil”. Hazırda Ermənistan Rusiya ilə münasibətlərini kəskin şəkildə zəiflətməklə yanaşı, Qərblə yaxınlaşmasını sürətləndirir. Düzdür, İrəvan özü məsələni fəqrli prizmadan izah etməyə çalışır. Ermənistan öz təhlükəsizlik və iqtisadi maraqlarını təmin etmək, alternativ tərəfdaşlar əldə etmək və xarici siyasətdə manevr imkanlarını artırmaq istədiyi üçün Qərblə əməkdaşlığa xüsusi önəm verdiyini bildirir. Amma bu arqumentləri də Moskva qəbul etmir. Hətta Kreml üçün bu məsələ Ermənistanla qarşılıqlı münasibətlər siyasətindən qlobal təhlükəsizlik sahəsinə keçib. Rusiya Qərbin Ermənistanda mövqelərini gücləndirməyə qətiyyən yol vermək niyyətində deyil. Bu səbəbdən Moskva tərəfindən İrəvana faktiki olaraq xarici siyasətini yenidən nəzərdən keçirmək üçün ultimatum verilib. Hətta Rusiya tərəfindən tez-tez Ermənistanın yadına Ukraynanın aqibəti salınır. Bu da Rusiyanın Ermənistana qarşı hansı əlavə addımlar ata biləcəyinin siqnalı kimi qəbul olunur. Amma Avropa İttifaqı da geri çəkilmək niyyətində deyil. Görünən odur ki, qarşıdakı dövrdə Ermənistan böyük güclərin geosiyasi mübarizəsində əsas çəkişmə meydanlarından biri olacaq.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ