Yunanıstanın Qavdos adası sahillərində miqrant qayığının aşması nəticəsində ən azı bir nəfər ölüb, 25 nəfər itkin düşüb.
"France-Presse" agentliyinin Yunanıstan Sahil Mühafizəsinə istinadən verdiyi məlumata görə, gəmidə 77 nəfər olub. Yaxınlıqdakı iki gəminin heyəti 51 nəfəri xilas edib.
BMT-nin məlumatına görə, 2026-cı ilin əvvəlindən bəri Yaxın Şərq, Asiya və Afrikadan 22 mindən çox qanunsuz miqrant Yunanıstana daxil olub, 2025-ci ildə isə bu rəqəm təxminən 49 min olub. Onların təxminən yarısı Liviyadan gəlib Krit adasına keçib. Onların bir çoxu Yunanıstanı tərk edərək digər Avropa ölkələrinə getmək istədiklərini bildirib.
Tahir TAĞIYEV