Cümə günü, 06 noyabr 2026
     

Zəngəzur dəhlizində neft kəmərinin son mənzili - konqresmen “oxu atıb yayı gizlətdi”...

Image


ABŞ konqresmeni Abraham Hamade Ermənistanla Azərbaycan arasında sülh prosesinin gözləniləndən daha sürətlə irəlilədiyini və yekun sülh sazişinin Donald Trampın hazırkı prezidentlik müddəti başa çatmadan, hətta daha tez imzalana biləcəyini düşünür.

Hamade TRIPP marşrutunu yalnız nəqliyyat və iqtisadi layihə deyil, Azərbaycan və Ermənistanı siyasi, diplomatik və iqtisadi baxımdan bir-birinə bağlayacaq strateji təşəbbüs kimi qiymətləndirir. Onun fikrincə, layihə Azərbaycanı Ermənistan ərazisindən Naxçıvanla birləşdirəcək və Orta Asiya–Xəzər–Cənubi Qafqaz–Türkiyə–Avropa xəttində yeni nəqliyyat və ticarət imkanları yaradacaq.

Konqresmenin mövqeyinə görə, TRIPP-in reallaşması Cənubi Qafqazda ABŞ-ın mövqelərini gücləndirəcək, Rusiyanın təsirini zəiflədəcək və bölgəyə Qərb sərmayələrinin cəlb olunmasını sürətləndirəcək. O, Rusiyanın layihə ilə bağlı təhlükəsizlik və hərbi baza iddialarını “dezinformasiya” kimi qiymətləndirir.

Hamade, həmçinin, ABŞ-ın Cənubi Qafqazdakı rolunun yalnız Tramp administrasiyası ilə məhdudlaşmayacağını, bu siyasətin Konqresdə həm demokratlar, həm də respublikaçılar arasında dəstək qazana biləcəyini bildirir.

Zəngəzur dəhlizi çərçivəsində neft və qaz kəmərlərinin çəkilməsi nəzərdə tutulursa, bu infrastrukturun əsas məqsədi nə olacaq və həmin kəmərlər Azərbaycanın enerji resurslarının Naxçıvana, Türkiyəyə və Avropa bazarlarına daşınması baxımından hansı strateji əhəmiyyət daşıya bilər?

Abutalıb Səmədov: “Alternativ qaz xəttinin olması Gürcüstanı da daha məsuliyyətli davranmağa məcbur edə bilər”

İki

Politoloq Abutalıb Səmədov məsələ ilə bağlı “Bakı-Xəbər” qəzetinə müsahibəsində bildirib ki, Zəngəzur dəhlizi yalnız dəmir yolu və avtomobil yolundan ibarət olmayacaq. Onun sözlərinə görə, dəhliz boyunca müxtəlif kommunikasiya xətlərinin, o cümlədən elektrik və fiberoptik kabellərinin, gələcəkdə isə neft və qaz kəmərlərinin çəkilməsi perspektivi mövcuddur.

Politoloq qeyd edib ki, hazırda neft və qaz kəmərlərinin çəkilməsi ilə bağlı konkret razılaşma yoxdur. Bunun üçün ilk növbədə Azərbaycanla Ermənistan arasında müvafiq razılaşmalar əldə edilməli, eyni zamanda Ermənistanın qaz tələbatı və Azərbaycanın gələcək ixrac imkanları dəqiq qiymətləndirilməlidir. Əgər Azərbaycan qazının potensial alıcıları yaranarsa və onlar yeni kəmərin maliyyələşdirilməsində iştirak etməkdə maraqlı olarsa, belə bir layihənin reallaşması mümkündür. Hazırda isə bu məsələ daha çox ideya səviyyəsindədir.

Abutalıb Səmədovun sözlərinə görə, Azərbaycan ötən il 25,2 milyard kubmetr qaz ixrac edib və bunun 12,8 milyard kubmetri Avropanın 12 ölkəsinə çatdırılıb. Hazırda mövcud imkanlardan yüksək səviyyədə istifadə olunsa da, ölkənin əlavə qaz potensialı var. Yeni yataqların istismara verilməsi gələcəkdə Azərbaycanın həm Avropaya, həm də digər bazarlara qaz ixracını artırmasına imkan yarada bilər.

“Bu baxımdan Zəngəzur dəhlizindən qaz kəmərinin çəkilməsi Azərbaycan, Ermənistan və Avropa üçün mühüm əhəmiyyət daşıya bilər. İlk növbədə isə Naxçıvanın Azərbaycandan birbaşa qaz almasına imkan yaranar. Bu, Naxçıvanın enerji təminatının şaxələndirilməsi baxımından mühüm addım olar”, – deyə politoloq bildirib.

Onun fikrincə, Ermənistan üçün də belə bir qaz kəmərinin yaradılması strateji əhəmiyyət daşıyır. Hazırda Ermənistanın qaz bazarında Rusiyadan asılılığı yüksəkdir və ölkə ildə təxminən 2,2–2,5 milyard kubmetr Rusiya qazı alır. Rusiya ilə münasibətlərdə yaranacaq hər hansı problem, o cümlədən qiymət artımı və ya tədarükün məhdudlaşdırılması Ermənistan üçün ciddi iqtisadi risk yarada bilər.

Politoloq hesab edir ki, Ermənistanın Rusiya qazından tam və ya qismən imtina etməsi halında alternativ mənbələrə ehtiyacı yaranacaq və coğrafi baxımdan ən yaxın potensial mənbələrdən biri Azərbaycan ola bilər. Lakin hazırda bunun üçün həm infrastruktur, həm də qaz resursları baxımından müəyyən məhdudiyyətlər mövcuddur.

“Hazırda Azərbaycanın Ermənistana qaz satması üçün boru infrastrukturu yoxdur. Azərbaycan maye qaz ixrac edən ölkə də deyil. Bundan başqa, ölkənin mövcud qaz balansında Ermənistana əlavə həcmdə qaz ayırmaq imkanları məhduddur. Lakin gələcəkdə yeni yataqların istismara verilməsi əlavə qaz hasilatına imkan yaradacaq. Bu isə Ermənistan üçün Azərbaycan qazını alternativ mənbə kimi nəzərdən keçirməyə şərait yarada bilər”, – deyə Səmədov vurğulayıb.

Politoloq əlavə edib ki, Zəngəzur dəhlizindən keçəcək qaz kəməri Azərbaycanın Avropaya qaz ixrac imkanlarını da genişləndirə bilər. Onun fikrincə, alternativ ixrac marşrutlarının yaranması Azərbaycanın enerji siyasəti baxımından mühüm üstünlükdür.

“Azərbaycanın Avropaya qaz ixracında əsas marşrut Gürcüstan ərazisindən keçir. Gürcüstanla Azərbaycan arasında münasibətlər ümumilikdə yaxşı olsa da, zaman-zaman müəyyən problemlər yaranır. Alternativ qaz xəttinin olması isə Azərbaycanın tranzit imkanlarını artırmaqla yanaşı, Gürcüstanı da daha məsuliyyətli davranmağa məcbur edə bilər”, – deyə politoloq bildirib.

Abutalıb Səmədov neft kəməri məsələsinin isə qaz kəmərindən fərqli olduğunu deyib. Onun sözlərinə görə, Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin illik ötürücülük qabiliyyəti 58,4 milyon ton, gündəlik potensialı isə 1,2 milyon barel (160 min ton) təşkil edir. Hazırda Azərbaycan bu gücün təxminən yarısından istifadə edir və ölkənin neft ixracı əvvəlki illərlə müqayisədə azalır.

“Bu şəraitdə Azərbaycandan yalnız öz neftinin ixracı üçün ikinci böyük neft kəmərinin çəkilməsinə nə dərəcədə ehtiyac olduğu və belə bir layihəni kimin maliyyələşdirəcəyi ciddi müzakirə mövzusudur. Düşünmürəm ki, Azərbaycan Bakı-Tbilisi-Ceyhan layihəsində olduğu kimi yeni kəmərin bütün maliyyə yükünü öz üzərinə götürmək istəsin”, – deyə politoloq qeyd edib.

Bununla belə, Səmədov hesab edir ki, gələcəkdə Zəngəzur dəhlizindən keçən neft kəməri Mərkəzi Asiya ölkələri üçün də əhəmiyyətli ola bilər. Hazırda Qazaxıstan və Türkmənistanın müəyyən həcmdə neftinin Bakı-Tbilisi-Ceyhan vasitəsilə dünya bazarlarına çıxarıldığını xatırladan politoloq gələcəkdə bu həcmlərin artmasının mümkün olduğunu bildirib.

Onun fikrincə, belə bir kəmər Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətini daha da yüksəldə bilər. Zəngəzur dəhlizi yalnız Azərbaycan məhsullarının və enerji resurslarının xarici bazarlara çıxarılması üçün deyil, həm də Mərkəzi Asiya ölkələrinin, Çin və digər dövlətlərin Avropa ilə əlaqələrinin gücləndirilməsi baxımından mühüm marşruta çevrilə bilər.

Politoloq hesab edir ki, dəhliz boyunca dəmir yolu, avtomobil yolu, enerji və digər kommunikasiya xətlərinin yaradılması Azərbaycanın həm Cənubi Qafqazda, həm də bütövlükdə regionda iqtisadi və geosiyasi çəkisini artıracaq.

“Zəngəzur dəhlizi Azərbaycan və Ermənistanla yanaşı, Mərkəzi Asiya dövlətləri, Çin və digər ölkələr üçün də böyük əhəmiyyət daşıyan beynəlxalq nəqliyyat marşrutudur. Dəhliz nə qədər tez fəaliyyətə başlasa, ondan istifadə edəcək ölkələrin iqtisadi maraqları da bir o qədər sürətlə reallaşacaq. Burada həm dəmir yolu və avtomobil yollarının, həm də gələcəkdə boru kəmərləri və digər kommunikasiya vasitələrinin yaradılması nəzərdə tutula bilər”, – deyə Abutalıb Səmədov bildirib.

Politoloqun sözlərinə görə, bu prosesin sürətləndirilməsində region ölkələri ilə yanaşı, beynəlxalq aktorların da marağı var. O, Zəngəzur dəhlizi ilə bağlı üzərinə öhdəlik götürən ABŞ-ın prosesin reallaşmasına töhfə verəcəyinə və işlərin ləngiməyəcəyinə ümid etdiyini bildirib.

Dəniz NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ