Avstriya, ABŞ-ın təzyiqindən sonra İranın Atom Enerjisi Təşkilatının (AEOI) rəhbəri və ölkənin vitse-prezidenti Məhəmməd Eslaminin MAQATE-nin baş konfransında çıxış etməsi üçün ölkəyə girişinə icazə verməyib.
“Bloomberg agentliyinin ABŞ rəsmisinə istinadən verdiyi məlumata görə, Eslami bazar ertəsi günü Vyanada çıxış etməli idi, lakin Avstriya ona giriş icazəsi verməyib.
"Adının çəkilməsini istəməyən bir məmurun sözlərinə görə, Eslamiyə Avstriyaya daxil olmağa icazə verən BMT güzəştinin verilməsindən imtina edilməsi, ABŞ-dan gələn zənglərdən sonra baş verib", - “Bloomberg” yazır.
Tahir TAĞIYEV