Hindistanda keçirilən 18-ci BRICS Liderlər Zirvəsində qonaq liderlər və mətbuat üçün hazırlanmış menyunun tamamilə vegetarian olması mübahisələrə səbəb oldu. Bəzi liderlərin otellərinə qayıtdıqdan sonra ət yeməkləri sifariş etdiyi ortaya çıxıb.
Liderlər üçün hazırlanmış qala şam yeməyinin tamamilə vegetarian olması mübahisələrə səbəb olub.
Hindistanda yerləşən ANI xəbər agentliyinin məlumatına görə, menyuda ölkənin müxtəlif bölgələrindən çoxsaylı vegetarian yeməkləri yer alıb. Yeməklərə "Khandvi Mille-Feuille" (noxud unu ilə hazırlanır), "Khumb Galouti" (göbələk kababı), "Paneer Lababdar" (pendirli yemək), "Gucchi Marmik" (qulançar və badamla hazırlanır), tərəvəz güveçi, sarı mərciməkli pomidor şorbası və darı plovu daxil olub. Menyunun Hindistanın regional kulinariya mədəniyyətini nümayiş etdirmək üçün yaradıldığı bildirilir. Lakin menyunun tamamilə vegetarian olması da tənqidlərə səbəb oldu. Konqres Partiyasının liderləri Hindistanda milyonlarla insanın ət istehlak etdiyini qeyd edərək, qala menyusunu tənqid ediblər. Konqres lideri Pavan Khera hakim BJP-nin öz pəhriz seçimlərini başqalarına tətbiq etdiyini iddia edib,
Bu arada, sosial mediada yayılan bir videoda, sammitdə iştirak edən liderlərin otellərinə qayıtdıqdan sonra ət yeməkləri sifariş etdikləri görünür. Sosial mediada tez bir zamanda səs-küyə səbəb olan iddia ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Tahir TAĞIYEV