Cümə günü, 06 noyabr 2026
     

İrandan Azərbaycana bahalıq gəlir - proses başlayıb...

Image


Akif Nəsirli: “Bəzi məhsullar üzrə təklif azalır və bu da qiymətlərin yüksəlməsinə səbəb ola bilər”

İranda son aylarda müşahidə olunan siyasi gərginlik, təhlükəsizlik problemləri və iqtisadi çətinliklər ölkənin xarici ticarətinə də ciddi təsir göstərir. Yaranmış vəziyyət istehsal və logistika zəncirində problemlər yaradaraq İran məhsullarının həm qiymətinə, həm də xarici bazarlardakı əlçatanlığına mənfi təsir etməkdədir. Malların daşınması prosesində ləngimələr müşahidə olunur.

O da məlundur ki, Azərbaycanla iqtisadi-ticarət əlaqələrində İran müəyyən paya malikdir. Bəs bu proses Azərbaycan bazarında satılan İran mənşəli məhsullara necə təsir göstərəcək? Qeyri-müəyyənlik davam edərsə, bu, ölkəmizə hansı formada təsir edə bilər?

Sözügedən məsələyə aydınlıq gətirən iqtisadçı-ekspert Akif Nəsirli baki-xeber.com-a açıqlamasında İranda baş verənlərin Azərbaycana təsirləri ilə bağlı bir sıra məqamlara toxundu: “İranda son aylarda müşahidə olunan siyasi gərginlik, təhlükəsizlik riskləri və iqtisadi çətinliklər təbii olaraq ölkənin xarici ticarətinə də təsirsiz ötüşmür. İstehsal müəssisələrinin fəaliyyətində yaranan fasilələr, logistika marşrutlarında təhlükəsizlik problemləri, sığorta və daşınma xərclərinin artması ixrac prosesini əvvəlki dövrlə müqayisədə daha mürəkkəb və bahalı edir. Belə şəraitdə İran məhsullarının xarici bazarlara çatdırılma müddəti uzanır, bəzi məhsullar üzrə təklif azalır və bu da qiymətlərin yüksəlməsinə səbəb ola bilər. Azərbaycan İranla geniş ticarət əlaqələrinə malik ölkələrdən biridir. Xüsusilə meyvə-tərəvəz, tikinti materialları, məişət malları, kimya sənayesi məhsulları və bəzi kənd təsərrüfatı məhsulları üzrə İran Azərbaycan bazarında müəyyən paya sahibdir. Buna görə də İranda yaranan hər hansı iqtisadi və ya siyasi problem müəyyən gecikmə ilə Azərbaycan bazarında da hiss oluna bilər.

Əgər qeyri-müəyyənlik uzun müddət davam edərsə, ilk növbədə İran mənşəli məhsulların idxal həcminin azalması ehtimalı yüksələcək. Bu isə həmin məhsulların qiymətlərində artım yarada bilər. Xüsusilə alternativ təchizat mənbələrinin məhdud olduğu məhsul qruplarında bahalaşma riski daha yüksək olacaq. Digər tərəfdən, logistika xərclərinin artması da son satış qiymətlərinə birbaşa təsir edən amillərdən biridir. Daşıma marşrutlarının dəyişməsi, yük avtomobillərinin sərhəddə daha uzun müddət gözləməsi və sığorta haqlarının yüksəlməsi idxalçıların xərclərini artıracaq və bu əlavə xərc son nəticədə istehlakçının ödədiyi qiymətdə öz əksini tapa bilər”.

A.Nəsirli onu da qeyd etdi ki, bütün bunlarla yanaşı Azərbaycanın idxal bazarı əvvəlki illərlə müqayisədə daha şaxələndirilmiş vəziyyətdədir: “Bir çox məhsullar Türkiyə, Rusiya, Çin, Mərkəzi Asiya ölkələri və digər bazarlardan da gətirilir. Bu amil İran məhsullarının tədarükündə yaranacaq mümkün boşluqların müəyyən qədər kompensasiya edilməsinə imkan verir. Yəni İranla bağlı problemlərin Azərbaycan bazarında kəskin məhsul qıtlığı yaratmaq ehtimalı yüksək deyil. Lakin bəzi məhsullar üzrə qiymət artımı və tədarük müddətinin uzanması mümkündür. Digər mühüm məsələ ondan ibarətdir ki, İran Azərbaycanın mühüm tranzit tərəfdaşlarından da biridir. Əgər regionda təhlükəsizlik riskləri artarsa, bu, yalnız İran məhsullarının deyil, İran üzərindən daşınan digər yüklərin logistikasına da təsir göstərə bilər. Belə vəziyyətdə alternativ nəqliyyat marşrutlarına ehtiyac yaranacaq ki, bu da daşınma müddətini və xərclərini artıracaq. Uzunmüddətli perspektivdə qeyri-müəyyənliyin davam etməsi Azərbaycan sahibkarlarını idxal mənbələrinin daha da şaxələndirilməsinə sövq edə bilər. Bu, bir tərəfdən risklərin azaldılması baxımından müsbət addım sayılsa da, digər tərəfdən yeni təchizat zəncirlərinin qurulması əlavə maliyyə və vaxt tələb edəcək. Ümumilikdə, mövcud vəziyyət Azərbaycan iqtisadiyyatı üçün kritik təhlükə yaratmasa da, İran mənşəli məhsulların qiymətlərinə, tədarük müddətinə və bəzi məhsul qrupları üzrə bazar təklifinə müəyyən təsir göstərə bilər. Təsirin miqyası isə əsasən İranda siyasi və təhlükəsizlik vəziyyətinin nə qədər davam edəcəyindən, logistika marşrutlarının fəaliyyətindən və Azərbaycanın alternativ idxal kanallarını nə dərəcədə operativ şəkildə işə sala bilməsindən asılı olacaq”.

Vidadi ORDAHALLI



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ