Bazar günü günü, 20 sentyabr 2026
     

Ermənistanın və Gürcüstanın turizmi böyüyür, bizdə 11- 30 faiz azalma var... Səbəb...

Image


Rəsul Cahangirli “Azərbaycanda hotel, restoran və digər xidmətlərin qiymətləri region ölkələri ilə müqayisədə yüksəkdir”

2026-cı ildə Azərbaycana gələn turistlərin sayında azalma qeydə alınıb. Rəsmi statistikaya əsasən, ölkəyə səfər edən turistlərin sayı ötən dövrlə müqayisədə 11 faiz azalıb. Bakıdakı hotellərdə isə azalmanın 30 faizdən çox olduğu bildirilir. Bu ilin ilk 6 ayında Gürcüstan və Ermənistanda isə turist sayı ötən illə müqayisədə artıb.

Gürcüstanla sərnişinlərin dəmir yolu əlaqəsi də quruldu, amma turist sayı artmadı, əksinə azaldı. Deyirlər ki, Yaxın Şərqdəki vəziyyət buna mənfi təsir edir. Belədirsə niyə bəs bu, eyni regionda yerləşən Gürcüstan və Ermənistanda turist sayına təsir etmir?

Sözügedən məsələyə aydınlıq gətirən ekspert Rəsul Cahangirli baki-xeber.com-a açıqlamasında bildirdi ki, 2026-cı ildə Azərbaycana gələn turistlərin sayında müşahidə olunan azalma təkcə bir amillə izah oluna bilməz: “Bu əslində daha geniş iqtisadi və turizm siyasəti ilə bağlı məsələdir. Bəli, Yaxın Şərqdəki gərginlik turist axınına müəyyən təsir göstərir, amma düşünürəm ki, bu amili əsas səbəb kimi təqdim etmək tam obyektiv yanaşma deyil. Doğrudur, Azərbaycan son illərdə Körfəz ölkələri, İsrail və digər Yaxın Şərq bazarlarından turist cəlb edilməsinə xüsusi diqqət yetirib. Regionda baş verən münaqişələr, hava məkanlarının qismən bağlanması, bəzi aviareyslərin ləğvi və səyahət risklərinin artması həmin bazarlardan gələn turist axınına istər-istəməz mənfi təsir göstərib. Lakin turist axınının azalmasına səbəb təkcə budursa eyni geosiyasi şərait Gürcüstan və Ermənistana da təsir etməli idi. Halbuki hər iki ölkədə turist sayının artması göstərir ki, təkcə regional təhlükəsizlik faktoru ümumi mənzərəni izah etmir. Konkret rəqəmlərə baxaq. Məsələn, Gürcüstana İrandan gələn ziyarətçilərin sayı 2026-cı ilin I rübündə təxminən 48,8%, II rübdə isə 48,6% azalıb. İsraildən gələnlərin sayı I rübdə 17,5%, II rübdə isə 11,6% azalıb. Amma maraqlı məqam ondan ibarətdir ki, Gürcüstan bu itkiləri digər bazarlar hesabına kompensasiya edə bilib. Belə ki, eyni dövr ərzində Gürcüstana Səudiyyə Ərəbistanından gələn turistlərin sayında 36,6% artım var. Ümumi Körfəz ölkələrindən gələn turist sayında isə 8,2% artım olub. Paralel olaraq Çin, Aİ ölkələri, Ukrayna və Rusiyadan da artım qeydə alınıb. Ermənistanda da vəziyyət demək olar ki, oxşardır. 2026-cı ilin ilk yarısında Ermənistana gələn turistlərin sayı 14,8% artıb. Ən maraqlı məqamlardan biri odur ki, bu müddətdə İrandan gələn turistlərin sayı da azalmayıb, əksinə I rübdə 1,7% artıb. Ümumiyyətlə isə İran hələ də Ermənistanın əsas turizm bazarlarından biri olaraq qalır və ümumi turistlərin təxminən 8%-ni təşkil edir. Burada diqqət yetirilməli olan əsas məsələlərdən biri turizm bazarlarının diversifikasiyasıdır. Gürcüstan uzun illərdir Avropa, Yaxın Şərq, Mərkəzi Asiya və qonşu ölkələrdən turist qəbulunda daha balanslı struktur formalaşdırıb. Ermənistan da son dövrlərdə xüsusilə Hindistan, İran və Avropa bazarlarında aktiv marketinq aparır. Yəni hansısa bir regionda tələbin azalması digər bazarlardan gələn turistlərlə müəyyən qədər kompensasiya olunur. Azərbaycanda isə bəzi bazarlardan asılılığın daha yüksək olması riskləri artırır. Digər mühüm amil qiymət siyasətidir. Son illərdə həm xarici turistlər, həm də beynəlxalq turizm platformalarının araşdırmaları Azərbaycanda hotel, restoran və digər xidmətlərin qiymətlərinin regionun bir sıra ölkələri ilə müqayisədə yüksək olduğunu göstərir. Əgər turist eyni büdcə ilə Tbilisidə və ya İrəvanda daha uzun müddət qala bilirsə, seçim zamanı onlara üstünlük verməsi təbiidir. Yəni başqa sözlə qiymət amili mühüm rol oynayır. Xüsusilə qlobal iqtisadi qeyri-müəyyənliyin davam etdiyi dövrdə turistlər daha münasib qiymət təklif edən istiqamətlərə üstünlük verirlər”.

Ekspert onu da qeyd etdi ki, Bakı hotellərində azalmanın ümumi turist axınından daha yüksək olması da əslində qiymətlərlə bağlı deyilənləri təsdiq edir: “Yəni ümumi turist sayında cəmi 11 faiz azalma olmasına baxmayaraq hotellərdə 30 faiz azalma qiymətlərin yüksək olmasından qaynaqlanır. Hotellərin qiymət siyasəti isə doluluq səviyyəsinə birbaşa təsir göstərən amillərdəndir. Bu o deməkdir ki, ya turistlərin səfər müddətində qısalma var, ya da turistlər oteldənsə daha ucuz alternativ yerləşmə vasitələrinə üstünlük verirlər. Azərbaycan üçün əsas vəzifə xarici amillərə istinad etməklə kifayətlənməmək, turizm sektorunun rəqabət qabiliyyətini artıracaq struktur addımları gücləndirməkdən ibarət olmalıdır”.

Vidadi ORDAHALLI



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

SON XƏBƏRLƏR

20.09.2026 / 08:23
Tramp daha üç media qurumuna qarşı savaş açdı - CNN, MS NOW, Politico…

20.09.2026 / 07:54
Xəzərdə iki nəfər batıb - axtarışlar davam edir …

20.09.2026 / 07:40
Ağ Ev Moskva ilə iqtisadi əməkdaşlığı irəlilətmək niyyətindədir - müharibəyə son qoyulmasa da…

20.09.2026 / 07:24
“ Süni İntellektin Gücü” adlı qurum yaranır - Tramp anons etdi

20.09.2026 / 07:15
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

19.09.2026 / 22:15
Amerika kəşfiyyatının süni intellekt xətası ABŞ-Çin müharibəsinə səbəb olacaqdı – iki ölkə müharibənin bir addımlığından döndü…

19.09.2026 / 21:59
Qrenlandiya sazişi ilə bağlı əsl həqiqət ortaya çıxdı - Tramp adaya nəzarətin ABŞ-a keçdiyini iddia etmişdi…

19.09.2026 / 21:30
Ermənistan və ABŞ MN-ləri arasında protokol imzalandı

19.09.2026 / 21:08
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 20:43
Əski Şınıx-Başkənd yurdları uğrunda I Vətən müharibəsinin tarixi səhifələri...

19.09.2026 / 19:48
Vüqar Rəhimzadə: Türk Dövlətləri Təşkilatı qlobal arenada yeni geosiyasi güc mərkəzinə çevrilir

19.09.2026 / 19:40
Yunus Oğuzun “Əmir Teymur və Qara Yusif – Son vəsiyyət” əsəri Türkiyədə çapdan çıxıb

19.09.2026 / 19:18
Rusiya Qara dənizdə Ukrayna tankeri və yük gəmisini vurdu

19.09.2026 / 18:30
Türk Dünyası Bəstəkarlar Birliyi yaradıldı - Bakı Bəyannaməsi imzalandı...

19.09.2026 / 18:06
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 17:20
Ermənistan şirkətlərinin Rusiyaya 770 milyon dollar borcu yaranıb – səbəb…

19.09.2026 / 16:48
Medvedev sanksiyalara cavab olaraq Rusiyadakı xarici aktivlərin müsadirə edilməsini təklif etdi...

19.09.2026 / 16:30
Ermənistan Rusiyada seçkiləri müşahidə edən KTMT missiyasına daxil edilmədi…

19.09.2026 / 16:09
Türkiyə İranın ən böyük özəl banklarından birinin lisenziyasını ləğv etdi – işdə ABŞ izi göründü...

19.09.2026 / 15:52
ABŞ İranla müharibə xərclərini açıqladı – azı 45 milyard dollar, hələ dəyən ziyanlar hesablanmır…

19.09.2026 / 15:14
Paşinyan bilsin ki, əgər Ermənistanda "o od bir də qalansa…" - Aydın QULİYEV yazır…

19.09.2026 / 14:30
“Formula 1”lə əlaqədar bu marşrutların hərəkət sxemi dəyişdirilir...

19.09.2026 / 14:11
Prezident neft sənayesi işçilərini təltif etdi

19.09.2026 / 14:05
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edildi

19.09.2026 / 13:42
Ombudsman erməniəsilli məhkumlarla bağlı iddiaları rədd etdi - heç bir əsası yoxdur...

19.09.2026 / 13:15
Tramp oğlunun toy xərclərini ödəyən rusiyalı oliqarxın pulunu qaytaracağını deyir…

19.09.2026 / 12:56
Tramp Rusiya neft-qaz alıcılarına 100 faiz tarif tətbiq edəcək - Çin və Hindistan hədəfdə…

19.09.2026 / 12:33
Tramp Azərbaycan-Ermənistan razılaşmasını 25 nailiyyəti siyahısına daxil etdi...

19.09.2026 / 12:08
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının açılış mərasimi keçirildi

19.09.2026 / 11:22
DİN antiterror tədbirlərindən real döyüş kadrları yaydı - VİDEO

19.09.2026 / 11:19
Husilər Səudiyyədə İtaliyanın Eurofighter F-2000 qırıcısını vurdu…

19.09.2026 / 10:25
Bir gündə 83 cinayətin üstü açıldı

19.09.2026 / 09:47
Tramp inanılmaz bir qərar verdi - CNN və daha iki kanalın Ağ Evə girməsini qadağan etdi…

19.09.2026 / 09:22
İranla müharibədə ölən ABŞ əsgərlərinin sayı rəsmi rəqəmlərdən daha çoxdur – İDDİA…

18.09.2026 / 23:05
Müharibədə təhlükəli vəziyyət - Kursk nüvə stansiyası vuruldu…

18.09.2026 / 22:51
Rusiya XİN Ermənistanı hədələdi – bunlar cavabsız qalmayacaq…

18.09.2026 / 22:17
Tramp Moskvaya, Tehran və Aİ-yə yeni təzyiq alətini işə salır - prosesdə Azərbaycanın da adı hallanır...

18.09.2026 / 21:48
Moskva İrəvana qarşı açıq təhdidlərə keçdi, müdaxilə istisna deyil

18.09.2026 / 21:30
“Prokuror olacam, prokurorların pulu çox olur” - Uşaq arzusu və prokurorluq orqanlarına ağır mesaj...

18.09.2026 / 21:12
Yaraşıqlı qadınların “mənə takib atın, sizi arayacam” mesajı kişilərə tələdir - Ayıq olun...

18.09.2026 / 20:58
Vüqar Rəhimzadə: Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır

18.09.2026 / 20:16
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar

18.09.2026 / 20:03
Ermənistan yeni Konstitusiyaya və yeni sərhədlərə hazırlaşır...

18.09.2026 / 19:24
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək - FOTO/VİDEO

18.09.2026 / 18:59
Ramil Usubov müasir təhdidlərin qabaqlanmasında TDT-nin çevik mexanizmlərindən danışdı...

18.09.2026 / 18:54
Fransa Azərbaycana səyahət xəbərdarlığı etdi, rəsmi Bakıdan da tutarlı cavab aldı...

18.09.2026 / 18:53
BMT missiyası Birləşmiş Ştatların İranda hərbi cinayətlər törətdiyini bəyan etdi...

18.09.2026 / 18:53
ABŞ BMT İnsan Hüquqları Şurasındakı üzvlüyünə rəsmən son qoydu

18.09.2026 / 18:50
Ermənistan Rusiyanın onu KTMT-dən qovmasını gözləyir...

18.09.2026 / 18:38
Netanyahu BMT tədbirində iştirak üçün ABŞ-a gedir - Baş nazirin həbsinə qarşı tədbirlər pik həddə…

18.09.2026 / 18:37
Azərbaycanın BMT-yə qarşı maddi və mənəvi təzminat davası açmaq hüququ var… Prezident Əliyev tam haqlıdır...

18.09.2026 / 18:22
Əliyev haqlı çıxdı - Bu boyda təşkilat ildə bir dəfə Zirvə toplantısı ilə hara qədər gedə bilər?!...

18.09.2026 / 18:11
Türk dövlətləri ilə ikitərəfli əməkdaşlıq formatı TDT-də Azərbaycanın tapıntısıdır...

18.09.2026 / 18:02
Qarabağ xristianlarının 1-ci Pyotra və Potyomkinə məktublarında qabarıq alban ruhu...

18.09.2026 / 17:56
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək

18.09.2026 / 17:44
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını qınadı

18.09.2026 / 17:33
Türk dünyasında yeni oyanış – qısa müddətdə din və təhlükəsizlik xadimlərinin Bakı zirvələri çox şey deyir...

18.09.2026 / 17:26
Putin Duma seçkilərində onlayn səs verdi - növbəti dəfə…

18.09.2026 / 17:14
Rusiyada Dövlət Dumasına namizəd yoxa çıxdı

18.09.2026 / 16:58
Türk dövlətlərinin dünyada yeni siyasət kursunun anonsu Bakıdan verildi...

18.09.2026 / 16:48
Xankəndidə TDT-yə üzv dövlətlərin insan resurslarının inkişafı üzrə V Görüşü keçirilib - FOTO

18.09.2026 / 16:43
Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır - Vüqar Rəhimzadə

18.09.2026 / 16:40
Azərbaycan QHT-ləri Ermənistanda başlanmış kampaniya əleyhinə bəyanat yaydı

18.09.2026 / 16:24
Avropa Birliyi Paşinyanın qarşısına rus sərhədçilərlə bağlı şərt qoyub...

18.09.2026 / 16:15
Azərbaycanda işğala gec son qoyulmasının bütün məsuliyyətini BMT daşıyır...

18.09.2026 / 16:15
Əliyev türk dövlətlərinin gəncləri üçün yeni fəallıq yolu açdı...

18.09.2026 / 16:07
Türk dövlətlərində antimilli qüvvələrin marjinallaşması ümumi proses kimi təqdim edildi...

18.09.2026 / 15:56
"Qərbi Azərbaycan" Ermənistanın təhlükəsizliyinə təhdiddir - Paşinyanın əlində "sülh və qisas qarpızı"...

18.09.2026 / 15:41
Pezeşkian və Araqçi Nyu Yorka gedir - ABŞ viza verir…

18.09.2026 / 15:28
Ukrayna Rostovda hərbi aerodromu ikinci dəfə vurdu - üç qırıcı və üç hərbi helikopter məhv edildi…

18.09.2026 / 15:03
"Yeni Parti" ad dəyişməsi tələbilə üz-üzə - Özəl "...dəyişməyəcəyik" deyir...

18.09.2026 / 14:53
Ermənistandakı Rusiya şirkətləri təhlükədə - Moskva İrəvana xəbərdarlıq etdi…

18.09.2026 / 14:52
"Kurtlar Vadisi"ndəki "Erdoğan" yazılı məzar daşı istintaq materiallarına əlavə edildi - İlginc...

18.09.2026 / 14:43
Pakistanda məscid yaxınlığında güclü partlayış - 15 nəfər həlak olub

18.09.2026 / 14:38
Alban-Udi xristian dini icması Ermənistanın revanşist münasibətini pislədi

18.09.2026 / 13:52
ABŞ Səudiyyə Ərəbistanına 48 ədəd qabaqcıl F-35 qırıcı təyyarəsi satacaq - Çinə rəğmən…

18.09.2026 / 13:32
Paşinyan Rusiyaya rəsmən qapını göstərdi - Bizə sizin bazanız lazım deyil… bizi hədələməyin…

18.09.2026 / 13:08
“ASAN xidmət”də Milli Musiqi Günü qeyd olunub

18.09.2026 / 12:33
Saxlanılan şəxslər Azərbaycanda dini xadimlərə qarşı sui-qəsd hazırlayıblar - DTX

18.09.2026 / 12:30
İran Hörmüzdən keçməyə çalışan daha bir tankeri vurdu…

18.09.2026 / 12:16
“Məhəllə dərslərindən ölkə arenasına” — Teacher Haydar ilə müsahibə.

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ