Cümə günü, 09 oktyabr 2026
     

Azərbaycan Avropa ilə Asiyanın rəqəmsal yaxınlaşmasında da əsas qovşaq rolunu oynayacaq...

Image


Son dövrlərdə getdikcə aktuallaşan məsələlərdən biri də “Rəqəmsal İpək Yolu” layihəsidir. Bu məsələ Azərbaycanın Orta Asiya ilə dinamik inkişaf edən münasibətləri fonunda daha çox diqqət mərkəzinə gəlməkdədir.

Qeyd edək ki, “Rəqəmsal İpək Yolu” layihəsi bir nüçə gün əvvəl Bakıda keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasında təqdim olunub. Burada bir daha diqqətə çatdırılıb ki, “Rəqəmsal İpək Yolu” layihəsi çərçivəsində ölkə daxilidə, eləcə də Azərbaycanla Orta Asiya ölkələri arasında Xəzərin dibi ilə qurulacaq rəqəmsal infrastruktur Avropa ilə Asiya arasında yeni rəqəmsal telekommunikasiya dəhlizi  formalaşdıracaq. Avropa ilə Asiyanı birləşdirəcək “Rəqəmsal İpək Yolu” layihəsi çoxterabitli həcmdə məlumatların ötürülməsi, rəqəmsallaşmanın sürətlənməsinə verəcəyi töhfə ilə böyük bir regionun gələcəyinə əhəmiyyətli dərəcədə təsir göstərəcək. Məhz belə bir vaxtda “Qazaxtelekom” Səhmdar Cəmiyyəti Astanada keçirilən “Digital Bridge” ənənəvi illik IT-forumda Qazaxıstan üçün mühüm olan iki ən böyük layihəni təqdim edib. Xüsusilə, söhbət Azərbaycanın “AzerTelecom” şirkəti ilə birgə Xəzərin dibi ilə fiberoptik kabel xəttinin çəkilməsi və respublikada 5G – beşinci nəsil rabitə standartının tətbiqi üzrə layihədən gedir. Qeyd edək ki, Azərbaycanla Qazaxıstan arasında Xəzər dənizinin dibi ilə fiberoptik kabel magistralının çəkilməsi layihəsinin məqsədi Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrində internet bağlantısının keyfiyyətinin artırılması olan transmilli “Rəqəmsal İpək yolu”nun əsas komponentlərindən biridir. İki ölkəni dəniz dibi üzrə birləşdirən kabel xəttinin uzunluğu 380 kilometr təşkil edəcək, yeni magistralın keçirmə qabiliyyəti isə 400 saniyədə terabitə çatacaq. Xatırladaq ki, cari ilin avqust ayında Amsterdamda “AzerTelecom” və “Qazaxtelecom” xəttin çəkilməsi ilə birbaşa məşğul olacaq birgə şirkətin qeydiyyatı barədə sonuncu sənədi imzalayıblar. “Qazaxtelekom”un İdarə Heyətinin sədri Kuanışbek Yesekeyev məsələ ilə bağlı bildirib: “Hesab edirəm ki, Transxəzər fiberoptik kabel xəttinin işə salınması Avropa ilə Asiya arasında yeni rəqəmsal dəhliz yaratmağa imkan verəcək, alternativ marşrutun yaranması hesabına vətənimizin telekommunikasiya təhlükəsizliyinin təmin edilməsinə daha bir töhfəmiz olacaq, eləcə də Asiya ölkələrindən Qazaxıstan və Azərbaycan ərazisindən, daha sonra isə qlobal trafikin tranzitini Gürcüstan, Qara dəniz, Bolqarıstan vasitəsilə Avropaya çıxışını təmin edəcək. Bundan əlavə, sualtı xətt yüksək sürətli və təhlükəsiz məlumat ötürmə infrastrukturunun daha yüksək inkişaf səviyyəsinə çatmağımıza, ticarət və digər əlaqələri möhkəmləndirməyə kömək edəcək”. “Qazaxtelekom” şirkətlər qrupunun beşinci nəsil rabitə standartının tətbiqi üzrə digər vacib layihəsi “Digital Bridge” forumunun nümayəndələrinin diqqət mərkəzində olub. Kuanışbek Yesekeyev bu xüssuda qeyd edib: “Hazırda dünyada, dəqiq desək, 80 ölkədə artıq 200-dən çox mobil operator 5G kommersiya şəbəkəsini tətbiq edib, ötən ilin nəticələrinə görə isə istifadəçilərin sayı 1 milyard rəqəmini keçib. Eyni zamanda, ekspertlərin qiymətləndirmələrinə görə, 5G istifadəçilərinin artım tempi 33 faizi ötüb və yaxın 5–10 ildə texnologiyanın tətbiqi dünya üzrə 64 faiz təşkil edəcək, Qazaxıstanda isə, mənim fikrimcə, artıq 2030-cu ilə qədər 5G-nin əhatə dairəsi 70 faizə yaxınlaşacaq. Bütövlükdə hesab edirəm ki, 5G qısamüddətli və ortamüddətli perspektivdə həm dünyada, həm də ölkəmizdə mobil rabitənin əsas inkişaf texnologiyası olacaq və milli rəqəmsallaşdırma strategiyasının əhəmiyyətli hissəsi hesab olunacaq”. Qazaxıstanda 5G-nin uğurla tətbiqi üçün “Rəqəmsal İpək Yolu” layihəsinin uğurla reallaşması olduqca mühümdür.

Yuxarıda qeyd edildiyi kimi, “Rəqəmsal İpək Yolu” layihəsi Azərbaycandan keçməklə Orta Asiyaya uzanır. Avropa ilə Asiya arasında Azərbaycan vasitəsilə rəqəmsal telekommunikasiya dəhlizini formalaşdıracaq “Rəqəmsal İpək yolu layihəsi ölkəmizlə Orta Asiya ölkələri arasında iqtisadi əlaqələrin daha da genişlənməsi üçün yeni imkanlar yaradır. Hazırda həmin layihə regional və beynəlxalq təşkilatların diqqət mərkəzindədir. Layihədə nəzərdə tutulan tədbirlər başa çatdırılandan sonra yüksək sürətlə məlumatların ötürülməsi reallaşacaq və bununla da magistral rabitə xətləri Avropa və Asiya arasında rəqəmsal əlaqənin qurulmasını təmin edəcək. Beləliklə, Qafqaz, Mərkəzi və Cənubi Asiya da daxil olmaqla bütün regionda rəqəmsallaşma özünün ən yüksək inkişaf mərhələsinə daxil olacaq, eyni zamanda, belə bir mövcud vəziyyət bu cür müasir rabitənin daha geniş yayılmasında mühüm rol oynayacaq. Burada xatərladaq ki,  “2022-2026-cı illər üzrə Türk Dövlətləri Təşkilatı Strategiyası”nda da Xəzərin dibi ilə Transxəzər fiber-optik kabel xəttinin icrasının sürətləndirilməsi, Avropa ilə Asiya arasında yüksək ötürmə gücünə sahib olacaq fiber-optik internet xəttinin qurulması prioritet vəzifə olaraq qeyd olunub. Beləliklə, “Rəqəmsal İpək Yolu” layihəsi Avropa ilə Asiya arasında Azərbaycan vasitəsilə məlumat mübadiləsi ehtiyaclarını ödəyəcək region ölkələri üçün strateji əhəmiyyətli bir layihədir. Layihə ABŞ-da “Qlobal Strateji İnfrastruktur Liderlik Forumu”nda Asiyada beş ən yaxşı strateji infrastruktur layihəsindən biri seçilib.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 21:14
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdi belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ