Cümə günü, 09 oktyabr 2026
     

Neft 400 dollara qalxacaq...

Image


Yaxın Şərqdə baş verən silahlı toqquşma dünya bazarında neftin bir barrelinin qiymətini 150 dollara kimi yüksəldə bilər. Bunu ekspertlərə istinadən “Bloomberg” agentliyi bildirib. Qeyd olunur ki, hərbi əməliyyatların aparılması üçün daha çox yanacaq tələb olunur. Dünya bazarına çıxarılan neft tez bir zamanda alınır.

Neft alınması üçün sifarişlər artır ki, bu da təbii olaraq qiymətin yüksəlməsinə səbəb olur. Tələb təklifi üstələyəndə qiymətlərin artımı qaçılmazdır. Lakin bu qiymət artımı dünya iqtisadiyyatına mənfi təsir göstərir. Mütəxəssislərin hesablamalarına əsasən, gələn il dünya iqtisadiyyatı 1,7 faiz geriləyəcək.

Rusiyalı ekspert Maksim Kanişev isə hesab edir ki, Yaxın Şərq münaqişənin bəzi ssenariləri dünya bazarında neftin qiymətini 4 dəfə, yəni “Brent” markalı neftin təxminən 400 dollara yüksəlməsinə gətirib çıxara bilər: “1973-cü ildə oxşar vəziyyətdə İsrailin Suriya və Misirlə müharibəsi zamanı İraq, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ də daxil olmaqla, bütün neft hasil edən ərəb ölkələri İsraili dəstəkləyən ölkələrə, o cümlədən ABŞ, Böyük Britaniya və Kanadaya neft tədarükünə embarqo qoydular. Bunun nəticələri neftin qiymətinin dörd dəfə artması və böyük enerji böhranı oldu”. O qeyd edir ki, nə ABŞ-ın, nə də Avropa İttifaqının belə bir çatışmazlığı əvəz edəcək mənbələri var və Amerikanın strateji neft ehtiyatları minimum səviyyədədir: “Embarqo vəziyyətində Qərb ölkələrində istehsal və nəqliyyat sadəcə olaraq dayanacaq. Bu ssenarinin nə dərəcədə real olduğunu təxmin etmək mümkün deyil, lakin gözləntilərin özü artıq neftin qiymətini yüksəldir və münaqişə nə qədər uzun sürərsə, bu təsir bir o qədər güclü olacaq”. Xatırladaq ki, İsrail və Fələstin neft istehsalçısı deyil. Lakin Yaxın Şərq regionu qlobal tədarükün, demək olar ki, üçdəbirini təşkil edir. Enerji üzrə analitik Saul Kavonik BBC-yə deyib: “Neft üzrə risq amilləri İran və Səudiyyə Ərəbistanı kimi yaxınlıqdakı böyük neft hasilatçısı ölkələrə yayıla biləcək daha geniş bir yanğın perspektivi səbəbindən artır. Əgər münaqişə HƏMAS hücumlarını dəstəkləməkdə ittiham olunan İranı əhatə edərsə, qlobal neft tədarükünün 3 faizi risq altında olacaq”. Ekspertin sözlərinə görə, münaqişənin qızışacağı təqdirdə, qlobal neft tədarükünün təxminən beşdəbiri təhlükə altında olacaq, eyni zamanda, Hörmüz boğazından keçən mühüm neft ticarəti marşrutu fəaliyyətini dayandıracaq. Hörmüz boğazı iqtisadiyyatları neft və qaz hasilatı üzərində qurulan Körfəz regionunda əsas neft ixracatçıları üçün həlledici əhəmiyyətə malikdir. HSBC bankından Ceyms Çeo bildirib ki, hadisələrin yaxın günlərdə necə inkişaf edəcəyi ilə bağlı qeyri-müəyyənlik ABŞ Xəzinədarlıq istiqrazlarına və investorların ənənəvi olaraq böhran zamanı satın aldıqları dollara sərmayənin həcmini artıra bilər: “İndiki mərhələdə bir az əsəbi mühit var. İnvestorlar iqtisadi məlumatlar və geosiyasi qeyri-müəyyənliklə bağlı inkişaflar üzrə vəziyyətin daha aydın olmasını istəyirlər”.  Ankara Yıldırım Beyazit Universitetinin iqtisadiyyat müəllimi ekspert  Kənan Aslanlı Yaxın Şərqin qlobal neft istehsalının üçdəbirini təşkil etdiyini və bu səbəbdən regionda baş verən gərginliklərin neft qiymətinə həm birbaşa, həm də dolayı təsiri olduğunu deyir: “Chevron” şirkəti həm İsraildən Misirə qaz ixracatını dayandırıb, həm də İsrailin Aralıq dənizindəki qaz yataqlarındakı istehsalını dayandırıb. Bu cür birbaşa təsirlər də ola bilər, dolayı təsirlər də ola bilər. Dolayı təsirlər daha çox dünya neft bazarındakı treyderin gözləntiləri ilə bağlıdır”. Hal-hazırda münaqişənin genişləməsi ilə bağlı narahatlıqların olduğunu qeyd edən iqtisadçı əlavə edir ki, baş verdiyi halda bu, neft qiymətinə təsirsiz ötüşməyəcək. Xüsusən də, hər kəsin diqqəti münaqişəyə cəlb olunacağı halda İrana qarşı sanksiyaların sərtləşməsi və yaranmış vəziyyət nəticəsində Səudiyyə Ərəbistanının neft istehsalının azaltması ehtimalına yönəlib: “Bildiyimiz kimi, Amerikanın vasitəçiliyilə İsrail və Səudiyyə Ərəbistanı arasında yeni bir sazişin, anlaşmanın, diplomatik yumşalmanın yeni mərhələsinin başlayacağı ilə bağlı siqnallar var idi. Hətta üçlü bir saziş də ortaya çıxa bilərdi. Hətta Amerika Səudiyyə Ərəbistanı arasında təhlükəsizlik paktı da ortaya çıxa bilərdi. Fərqli ssenarilər danışılırdı. Məhz bu HƏMAS hücumlarından qısa müddət öncə Amerikanın bu jestinə cavab olaraq, Səudiyyə Ərəbistanı tərəfi də müsbət münasibətlərini göstərmək üçün, bir növ diplomatik jest olaraq, neft hasilatını və neft ixracının azalması ilə bağlı qərarlarını yenidən nəzərdən keçirə biləcəklərini bəyan etmişdi. Dolayısıyla, bu münaqişədən sonra bu məsələnin də artıq bu cür olmayacağını, Səudiyyə Ərəbistanının əvvəl elan etdiyi neft ixracında azalma siyasətinə davam edəcəyini artıq biz görürük”.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının könüllü olaraq sutkada 1 milyon barrel hasilat kəsintisini bu ilin sonuna qədər uzatmaq qərarı və OPEC+ ölkələri arasında hasilat hədəflərinin azaldılmasına dair razılaşma 2023-cü ilin ikinci yarısında qlobal neft ehtiyatlarının sutkada 200 min barrel azalacağını göstərir. Beləliklə, qlobal neft hasilatı istehlakdan azdır və bu, xam neft qiymətlərinin artmasına səbəb olacaq. ABŞ-ın Enerji İnformasiya Administrasiyası qeyd edib ki, OPEC+ razılaşması 2023-cü ildə xam neft hasilatını sutkada 1,4 milyon barrel azaldacaq və bu, qeyri-OPEC istehsalçıları tərəfindən gündəlik 2,7 milyon barrellik hasilat artımını qismən kompensasiya edəcək. Agentlik, həmçinin 2024-cü ildə OPEC+ alyansı ölkələrinin xam neft hasilatının orta hesabla gündəlik əlavə 300 min barrel azalacağını proqnozlaşdırır. Bu da qiymət artımına əlavə təkan verəcək. Neftin Azərbaycan büdcəsinin formalaşmasında da əhəmiyyətli rola malik olduğunu nəzərə alsaq, neft qiymətlərin artımı ölkənin gəlirinin artması ilə nəticələnəcək. Amma iqtisadçılar xəbərdarlıq edir ki, neft qiymətlərinin artmasının Azərbaycana təsiri yalnız müsbət olmayacaq. Təbii ki, dünyada enerji qiymətlərinin qalxması, Azərbaycanın resurs gəlirlərini artırır. Amma digər tərəfdən onu da nəzərə almaq lazımdır ki, bu qiymət artımları eyni zamanda qlobal inflyasiyanın artmasına gətirib çıxarır. Nəzərə alsaq ki, Azərbaycan bir çox məhsulun, xüsusən də qida məhsullarının idxalçısıdır, bu, əhalinin sosial rifahına müsbət təsir etməyəcək.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 21:14
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdi belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ