Cümə axşamı günü, 26 noyabr 2026
     

Türkiyənin qaz habına çevrilməsində Azərbaycan əsas qüvvədir...

Image


Avropada Rusiya resurslarını əldə etmək istəyən hər kəs Türkiyədə qaz qovşağının yaradılmasında maraqlıdır. Bunu Rusiya prezidenti Vladimir Putin Rusiya Enerji Həftəsinin plenar iclasında bildirib. O, Rusiyanın Türkiyə vasitəsilə qaz nəqli imkanlarını genişləndirmək ideyasının olduğunu söyləyib.

Rusiya prezidenti Azərbaycanın Türkiyədəki qaz qovşağına maraq göstərdiyini qeyd edib. Bildirib ki, Türkiyədəki qaz qovşağına digər ölkələr də qoşula bilər: “Türkiyədə qaz qovşağı layihəsi ilk növbədə Avropaya qaz ticarəti üçün elektron platformanın yaradılması ilə bağlıdır”.  Qeyd edək ki, Türkiyənin qazpaylayıcı mərkəz tə üçün seçilməsi təsadüfi deyil, çünki onun Avropa üçün tranzit ölkə kimi rolu son vaxtlar xeyli artıb. Rusiya baş nazirinin müavini Aleksandr Novak bundan əvvəl Türkiyə üzərindən Avropaya qaz ixracı potensialının ildə 63 milyard kubmetr civarında olduğunu bildirib: “Biz ”Cənub axını”nı 63 milyard kubmetrlik ötürücülük gücünə uyğun layihələndirmişdik. Bu potensial tələb olarsa, Qara dəniz və Türkiyə vasitəsilə Avropaya çatdırıla bilər. Bunun üçün əsas şərt kəmərlərdə təhlükəsizliyin tam təmin olunmasıdır”.  Qeyd edək ki, “Cənub axını” Rusiyanın Ukraynadankənar ərazilərlə Avropaya qaz nəqli üçün yaratdığı kəmərdir. Avropa İttifaqının yaratdığı maneələr səbəbindən kəmərin Bolqarıstana deyil, daha az ötürücülük gücü ilə  Türkiyəyə çəkilməsinə qərar verilib. Azərbaycan da prosesdə maraqlıdır. Belə ki, Azərbaycanın Türkiyədə yaradıla biləcək qaz habından iki yolla qazanc əldə etməsi mümkündür. Bunlardan birincisi özünün getdikcə hasilat həcmi artan qazının satılmasıdır. İkinci yol isə Türkmənistan qazını öz üzərindən haba çatdırmaqdır. Azərbaycan yalnız öz qazının deyil, Türkmənistan qazının da Avropaya nəql olunmasında mühüm tranzit mövqeyə sahibdir. Məsələyə bu kontekstdən yanaşdıqda “Transxəzər” qaz kəmərinin çəkilişinin nə qədər aktual olduğunu gör mək olar. Gözlənilir ki, yaxın tezlikdə  Türkmənistan qazı bu kəmərlə Azərbaycana, buradan Türkiyəyə, oradan isə Avropaya nəql olunacaq. Hələ cari ilin fevralında Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının doqquzuncu iclasında enerji və təchizatın təhlükəsizliyi, “yaşıl enerji”yə keçidlə bağlı ümumi hədəflər əsasında Azərbaycanla Avropa İttifaqı arasında strateji enerji tərəfdaşlığı bir daha təsdiqləndi. Bu toplantı Avropada qaz böhranı zamanına təsadüf edirdi. Həmin vaxt Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrel bəyan etmişdi ki, Avropa İttifaqı və Azərbaycan hökuməti Cənub Qaz Dəhlizinin genişləndirilməsi barədə razılıq əldə etdilər. Təsadüfi deyil ki, Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson toplantıdan sonra bəyan etdi ki, Azərbaycan və Avropa İttifaqı strateji enerji tərəfdaşıdır. Beləliklə, regionda cərəyan edən proseslərə baxmayaraq Azərbaycan etibarlı tərəfdaş olduğunu təsdiqləyib. Bu fonda Azərbaycan üzərindən türkmən qazının alışı da aktuallaşır. Gözlənilir ki, yaxın tezlikdə Orta Asiya respublikalarında hasil olunan təbii qaz da Azərbaycan üzərindən və Azərbaycanın yaratdığı infrastrukturla tranzit olaraq Avropaya nəql ediləcək. Prosesdə Türkiyə də maraqlıdır.

İndi hesab edilir ki, qarşıdakı dövrdə Türkmənistan qazı da  Azərbaycan üzərindən Türkiyəyə çatdırılacaq. Bunun üçün mühüm təşəbbüslər də irəli sürülüb. “Türkmənqaz” Dövlət Konserninin rəhbəri Batır Amanov bəyan edib ki, Türkmənistan Avropaya qaz nəql etmək istəyir. Qeyd edək ki, bütün Xəzəryanı ölkələr tərəfindən qəbul edilmiş Xəzərin statusu haqqında Konvensiyaya əsasən, sahilyanı ölkələr arasında boru kəmərinin çəkilişi onların özlərilə razılaşdırılır. Boru kəməri yüksək ekoloji standartlara cavab verməlidir. Türkmənistanda təkcə kəşf edilmiş təbii qaz ehtiyatları 16 trilyon kubmetrdir. Bu da kifayət qədər böyük potensialdır. Bu potensialın Türkiyə üzərindən Avropaya çatdırılmasında Azərbaycan əsas rollardan birini oynayacaq.  Hələlik isə Azərbaycan Avropaya qaz nəqlini artırır. “Transadriatik” boru kəməri (TAP) ilə kommersiya fəaliyyətinə başladığı vaxtdan Avropaya 28 milyard kubmetrdən çox Azərbaycan qazı nəql edilib ki, bunun da 23,5 milyard kubmetrdən çoxu İtaliyaya ixrac edilib. “TAP AG” konsorsiumunun idarəedici direktoru Luka Skieppati bu xüsusda bildirir: “Biz İtaliya bazarını, eləcə də Balkan ölkələrinin, xüsusilə Yunanıstan və Bolqarıstan bazarlarını təmin edirik. İtaliyada son aylarda istehlakda bir qədər azalma müşahidə olunub, lakin İtaliyanın şaxələndirməyə davam etməsi və boru kəmərlərinin və uzunmüddətli müqavilələrin özündə etibarlı həllər təqdim etməsi vacibdir”. TAP-ın gücünün iki dəfə artırılmasına gəlincə, Skieppati boru xəttinin artıq çəkildiyini və ötürücülük gücünün ikiqat artırılması üzrə işlərin, ən azı İtaliya hissəsində, çox vaxt aparmayacağını söyləyib: “Bizim 3 məqsədimiz var: nəql imkanlarını və buna müvafiq olaraq qaz tədarükünü artırmaq; qaz turbinlərindən yox, elektrik avadanlıqlarından istifadə etmək və nəhayət, gələcəkdə “yaşıl” molekulları nəql etmək. Ona görə də karbon neytrallığına nail olmaq kimi məqsədimiz də var”.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

26.11.2026 / 08:29
Zelenskidən Lukaşenkoya sərt cavab - “Mən çemodan deyiləm” -

25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır – Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...

25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi – Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı

25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu – “O, məndən nə etməyimi istəyir?”

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama – ondan sonra Belarusu kim idarə edəcək...

25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu - SİYAHI

25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...

25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin... - VİDEO

25.11.2026 / 17:10
Rusiyanın "Merkuri" gəmisi inanılmaz əməliyyatla vuruldu - şok detallar...

25.11.2026 / 16:57
Milyondan çox pensiyaçının gözlədiyi xəbər – pensiyalar artırılır...

25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi

25.11.2026 / 16:37
Sumqayıtda marketdə ahıl qadının pul kisəsi belə oğurlandı - VİDEO

25.11.2026 / 16:29
Paşinyan Putinlə mürəkkəb "dəmiryolu danışıqlarına" gedir... Kritik görüş...

25.11.2026 / 16:02
İran liderlərinə qarşı ABŞ-İsrail cəza terrorunun yeni dalğası müzakirə olunur...

25.11.2026 / 15:46
Azərbaycanın bu şəhəri erməniləri əvvəl “sevindirmişdi”, sonra bellərini qırdı...

25.11.2026 / 15:33
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan

25.11.2026 / 15:05
Prezident İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

25.11.2026 / 14:35
Lukaşenko: “Avropa təhlükəsizliyinin gələcək arxitekturası avropalıların özlərinin iştirakı olmadan müzakirə edilə bilməz və Kreml bunu başa düşür”

25.11.2026 / 14:29
Peskov ABŞ-ın Rusiya ilə danışıqlara yanaşmasındakı dəyişikliyə münasibət bildirməkdən imtina etdi

25.11.2026 / 14:17
Lukaşenko Rusiyanın nüvə silahlarının Belarusdan çıxarılmasına icazə verdi

25.11.2026 / 14:12
Xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydaları hazırlanacaq

25.11.2026 / 14:10
MSK-nın nümayəndə heyəti beynəlxalq seçki forumunda iştirak edib

25.11.2026 / 14:05
ABŞ generalından dəhşətli xəbərdarlıq... NATO Rusiyanın zərbələrinə hazır deyil – Avropa şəhərləri Ukrayna kimi bombalana bilər...

25.11.2026 / 13:57
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü

25.11.2026 / 13:50
ABŞ Ukraynada böyük təhlükə gözləyir? – Səfirlikdən təcili xəbərdarlıq…

25.11.2026 / 13:33
Zəngəzurda dəmiryolunun çəkiləcəyi dəqiq vaxt deyildi...

25.11.2026 / 13:24
Gələn il 61 dövlətin lideri Bakıya gələ bilər...

25.11.2026 / 13:17
Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradıldı - FƏRMAN

25.11.2026 / 13:10
Əvvəl sabiq nazir, indi sədr müavini – Fond qalmaqalı AK Partidə istefa dalğası yaratdı…

25.11.2026 / 12:55
Ukraynadan Rusiyanın neft sənayesinə növbəti ağır zərbə – “Rosneft”in iki nəhəng zavodu vuruldu…

25.11.2026 / 12:42
Zelenski onu Moskvaya dəvət edən Lukaşenkoya cavab verdi – Putini də götür, Kiyevə gəl…

25.11.2026 / 12:39
Naxçıvanda fəxri adlara görə aylıq təqaüdlə bağlı dəyişiklik...

25.11.2026 / 12:25
Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib - FOTO

25.11.2026 / 12:03
Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladı

25.11.2026 / 11:49
Hörmüz boğazında minaya düşən iki tanker alov aldı...

25.11.2026 / 11:36
Vasif Talıbovun imzaladığı 47 fərman ləğv olundu

25.11.2026 / 11:27
İslam Kərimovun qızı Gülnarənin 252,5 milyon dollarlıq sərvəti aşkarlandı – pullar Özbəkistana qaytarılır...

25.11.2026 / 11:06
Xətainin heykəlinin lövhəsindəki yazı ilə bağlı ekspert qrupu yaradıldı

25.11.2026 / 10:42
Azərbaycanda qədim yaşayış məskəni tapıldı

25.11.2026 / 10:38
Naxçıvan Qaz İstismar Xidməti ləğv edildi

25.11.2026 / 10:25
“Giləzi-Quşçuluq”da dəhşətli faktlar üzə çıxdı – 400 tondan çox təhlükəli toyuq əti aşkarlandı... Şirkətdə həbslər aparıldı...

25.11.2026 / 09:48
Türkiyədə məşhurlara qarşı genişmiqyaslı əməliyyat – Özcan Deniz və digər tanınmış simalar saxlanıldı...

25.11.2026 / 09:12
Cared Kuşnerin babasının partizanlıq qeydləri Belarusda dərc olundu

25.11.2026 / 09:05
Kəlbəcər Şəhəri Günü qeyd olunur

25.11.2026 / 08:58
Kadırovun oğlu soyadını dəyişib Serbiya vətəndaşlığı aldı - sanksiyalardan yayınmanın unikal yolu…

25.11.2026 / 08:51
Konqres üzvləri Trampı Putinin G20-yə dəvətini ləğv etməyə çağırdı

24.11.2026 / 23:25
Vaşinqtondan ŞOK SSENARİ... Trampın gizli planı üzə çıxdı – İranın rəhbər şəxslərinə sui-qəsd hazırlanır...

24.11.2026 / 22:49
Britaniyanı qarışdıran ŞOK QALMAQAL – Ukraynaya ABŞ-dan alınmış tonlarla saxta partlayıcı göndərildi...

24.11.2026 / 22:23
İrandan dünyaya neft şoku xəbərdarlığı – müharibə başlasa, neft bazarında fəlakət yaşanacaq...

24.11.2026 / 22:05
Dövlətlər BCM-dən çıxır - Trampın çağırışı ilə yox, başqa səbəbdən...

24.11.2026 / 21:49
Paşinyan erməni tarixindən “4 çarlığı” silib atdı...

24.11.2026 / 21:35
Respublikaçı konqresmenlər indidən Trampın üzünə durmağa başlayıblar...

24.11.2026 / 21:21
Ermənistanın yeni Konstitusiya layihəsi məhkəmə sistemində ajiotaj yaratdı...

24.11.2026 / 21:10
Ali Şura Zəngəzur dəhlizini Hörmüzə bənzədib hədələdi...

24.11.2026 / 20:53
Ermənistan Konstitusiyasının müzakirəsi 6 ay uzanacaq - Şübhəlidir...

24.11.2026 / 20:38
TRİPP - bu sayaq açılışı məqbul saymaq olar?

24.11.2026 / 20:25
COP 31-ci addımında Türkiyədə iflasa uğradı...

24.11.2026 / 20:17
Trampın İran uğursuzluğunun səbəbi Demokratlar Partiyasının seçki qələbəsi imiş...(?)

24.11.2026 / 19:54
Bakıdan TRIPP-lə bağlı İrəvan və Vaşinqtona mühüm mesaj - Azərbaycanın mövqeyi nəzərə alınmalıdır...

24.11.2026 / 19:33
"Gürcüstan-Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə komissiya fəaliyyətini davam etdirir" - Maka Boçorişvili

24.11.2026 / 19:27
COP31 iqlim sammiti 192 ölkəni birləşdirmək əvəzinə parçaladı...

24.11.2026 / 19:21
Rusiya erməni terrorçusuna həsr olunan filmin nümayişinə qadağa qoydu

24.11.2026 / 19:07
"Gürcüstan vasitəsilə Ermənistana neft ixracı regional əməkdaşlığa mühüm töhfə verir" - Nazir

24.11.2026 / 19:04
Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirildi

24.11.2026 / 18:57
Yeni Konstitusiya sayəsində Paşinyan müxalifəti siyasi səhnədən birdəfəlik silə bilər...

24.11.2026 / 18:42
Ermənistan Paşinyan konstitusiyasından nə vaxtsa imtina edə bilər (?)...

24.11.2026 / 18:32
Mənzil satışı adı altında 172 nəfərə qarşı dələduzluq... şirkət direktoru məhkəmə qarşısına çıxarılır...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ