Cümə günü, 09 oktyabr 2026
     

Neft Azərbaycana hələ çox milyardlar qazandıracaq...

Image


Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) son hesabatında bildirilir ki, qarşıdakı illərdə də “qara qızıl” istifadə edilən əsas yanacaq mənbəyi olacaq. OPEC bəyan edir ki, 2045-ci ilədək gündəlik neft tələbatı 2022-ci ildəki 99,6 milyon barreldən 116 milyon barrelə çatacaq.

Bildirilir ki, həmin dövrədək neftə olan tələbat 23 faiz artacaq. Bununla yanaşı, 2045-ci ilədək bərpa olunan enerjinin ümumi istehsalda payı 11,7 faiz olacaq. Ötən il bu rəqəm cəmi 2,7 faiz olub.

Hesabatda qeyd olunub ki, neft, əvvəllər olduğu kimi, 29,5 faizlik payı ilə ən mühüm enerji mənbəyi olacaq. Onun hasilatı gündəlik 20 milyon barrel ekvivalent artımla 87 milyon barrelə çatacaq. Eyni zamanda, daş kömürə tələbatın azalması fonunda qazıntı yanacağına tələb hazırkı 80 faiz səviyyəsindən 69 faizə düşəcək. Neft və qazın enerji bazarındakı ümumi payı isə 54 faiz olacaq. OPEC hesab edir ki, uzunmüddətli perspektivdə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı regionunda neftə tələbat azalacaq. Bununla yanaşı, 2028-ci ildə qlobal neft tələbatı 2022-ci illə müqayisədə 10,6 milyon barrel artaraq 110,2 barelə çatacaq. Yaxın müddətdə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələrində də gündəlik tələbat 500 min barrel artacaq, lakin 2045-ci ildə bu rəqəm gündəlik 9,3 milyon barrel azalacaq. Hesabatda qeyd olunub ki, qarşıdakı illərdə neftə ən çox tələbat Hindistanda olacaq. 2045-ci ildə bu ölkədə neftə tələbatın gündəlik 6,6 milyon barrel, digər Asiya ölkələrində gündəlik 4,6 milyon barrel, Çində gündəlik 4 milyon barrel, Afrika qitəsində gündəlik 3,8 milyon barrel, Yaxın Şərqdə isə gündəlik 3,6 barrel artacağı gözlənilir. Uzunmüddətli neft tələbi proqnozunun yerinə yetirilməsi üçün OPEC neft sektoruna 14 trilyon dollar və ya ildə orta hesabla təxminən 610 milyard dollar sərmayə tələb olunacağını bildirib. Qrup bu investisiyaların həm istehsalçılar, həm də istehlakçılar üçün faydalı olduğunu bildirərək, sərmayələrin həyati əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd edək ki, OPEC-in proqnozları keçən ay dünyanın hazırda qazıntı yanacağı dövrünün “sonunun başlanğıcında” olduğunu bildirən Beynəlxalq Enerji Agentliyinin  proqnozları ilə kəskin şəkildə ziddiyyət təşkil edir. Belə ki, agentliyin icraçı direktoru Fatih Birol “Financial Times”da dərc olunan məqaləsində kömür, neft və qaza tələbatın 2030-cu ilə qədər pik həddinə çatacağını, sonra isə iqlim siyasətlərinin qüvvəyə minməsi ilə qazıntı yanacağı istehlakının azalacağı proqnozlarını təqdim edib. Onun qiymətləndirməsi Beynəlxalq Enerji Agentliyinin  oktyabrda dərc olunacaq nüfuzlu hesabatı olan Dünya Enerji Vizyonuna əsaslanır. Beynəlxalq Enerji Agentliyinin  rəhbəri bu proqnozu “tarixi dönüş nöqtəsi” kimi qiymətləndirib, lakin açıq şəkildə bildirib ki,  proqnozlaşdırılan azalma dünyanı qlobal istiləşməni sənayedən əvvəlki səviyyələrdən 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaq yoluna çıxarmaq üçün kifayət etməyəcək.

Hələlik isə neft əsas yanacaq növü kimi istofadı olunmaqda, hasilatçı ölkələrə, o cümlədən Azərbaycana böyük həcmdə vəsait qazandırmaqdadır. Burada xatırladaq ki, sentyabrın sonunda neftin qiyməti 100 dollara yaxınlaşmışdı. Lakin sonradan korreksiya qiymətlərinin aşağı enməsi müşahidə olundu. İsrail-Fələstin toqquşması fonunda  isə neft uenidən bahalaşır. İqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, neftin qiymətinin artma səbəbi tələb və təklif, istehsalın həcmi kimi fundamental faktorlardan qaynaqlanır: “Bu parametrlərə görə neft bazarında çatışmazlıq var. Dünyanın gündəlik neft tələbatı təqribən 100 milyon, hasilatı isə 98 milyon barreldir. Onsuz da 2 milyon barrelə yaxın çatışmazlıq vardı və qiymətlərin artımı üçün yeni dalğa gözlənilirdi. İsrail və Fələstin arasında alovlanan münaqişənin neftin qiymətinə təsir etməsinin səbəblərindən biri neft hasil edən bəzi ölkələrə çox yaxın olmasıdır. Digəri isə bu məsələdə bəzi ölkələrin Fələstini dəstəkləməsidir ki, bu da başqa bir problem yarada bilər”. İqtisadçının sözlərinə görə, korporativ və böyük şirkətlər 70-ci illərin ortalarında məhz İsrail-Fələstin qarşıdurmasından sonra ərəb və Qərb ölkələri arasında neftin hasilatı və satışı ilə bağlı problem yaşandığını və embarqolar tətbiq olunduğunu xatırlayır: “Ozamanki göstəricilərə görə neftin qiyməti yüksək həddə çatmışdı. Həmin dövrün alıcılıq qabiliyyətini nəzərə alsaq, bu qiymət 40 dollardan çox artmışdı. Bugünkü 1 dolların alıcılıq qabiliyyəti ilə bu qiymət 200 dollardan yuxarıdır. Sanki treyderlər tarixi hadisələri yada salaraq qiymətin artacağı ehtimalı ilə daha çox neft fyuçerslərinin alınmasına başladılar. Bu da tələbi yüksəltdi. Tələb yüksələn kimi hasilat artmırsa, onda qiymət də yüksəlir. Əgər münaqişə uzun müddət davam edərsə, yaxın həftələrdə neftin qiymətinin yenidən 100 dollara çatmasını, hətta 100 dolları ötməsini görə bilərik”. Qeyd edək ki, dünya bazarında”Azeri Light” markalı Azərbaycan neftinin 1 barrelinin qiyməti 3,19  dollar, yaxud 3,5 % artaraq 94,42  dollar təşkil edib. Bu, büdcə qiymətindən xeyli yüksəkdir. Yeri gəmişkən qeyd edək ki, Azərbaycanın 2024-cü il üçün icmal və dövlət büdcələrinin layihələri hazırlanarkən “Azeri Light” markalı neftin 1 barrelinin qiyməti 60 ABŞ dolları götürülüb. Bu, 2023-ci illə müqayisədə eynidir.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ