Cümə günü, 09 oktyabr 2026
     

Mərkəzi Asiya dövlətləri üçün Azərbaycanın əsas tranzit mövqeyi daha da möhkəmləndi...

Image


Məlum olduğu kimi, Vətən müharibəsi nəticəsində ərazilərini işğaldan azad etdikdən sonra Azərbaycan bölgədə yeni reallıqlar yaratmaqdadır. Elə bu fonda  Mərkəzi Asiya ölkələrinin də təmsil olunduğu Türk Dövlətləri Təşkilatının Cənubi Qafqaza inteqrasiyası güclənməkdədir. Yeni İpək Yolunun Orta Dəhlizinə çevrilən Azərbaycan Şərq-Qərb nəqliyyat magistralının əsas nöqtələrindən biri olan Mərkəzi Asiya ilə əlaqələri də gücləndirir.

Dünyada yeni geosiyasi reallıqlar fonunda da Mərkəzi Asiya yeni ixrac imkanları əldə etmək üçün Azərbaycanla əməkdaşlığa indi xüsusi ehtiyac duyurar. Söhbət ilk növbədə Qazaxıstan, Özbəkistan, Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən gedir. Məsələnun bə tərəfinə toxunan “Eurasianet” nəşri də bu günlərdə yayaımlanan analizində bildirmişdi ki, ilk növbədə Qazaxıstan Rusiyadan yan keçən nəqliyyat dəhlizindəki problemlərin aradan qaldırılması üçün yeni səylərə başlayıb, Azərbaycan və Gürcüstanla birgə logistika şirkəti yaratmaq barədə razılığa gəlib: “Şirkətin yaradılmasında məqsəd Çin və Avropa arasında yüklərin daşınması prosesini və hesablaşma prosesini sadələşdirmək olacaq. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu və ya Orta Dəhliz perspektivlərinin pessimist təhlili tez-tez yüklərin bir çox dövlət sərhədlərini keçməli olduğuna işarə edir. Azərbaycan-Gürcüstan-Qazaxıstan logistika şirkəti bu maneəni aradan qaldırmağın bir yolu kimi görünür. Artıq malların keçidinin asanlaşdırılmasında mühüm irəliləyiş əldə olunub. Qazaxıstan Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyi bildirib ki, Çindən Transxəzər marşrutu ilə malların Avropaya çatdırılma müddəti son bir ildə 53 gündən 18-23 günə enib. Məqsəd bu rəqəmi daha da azaldıb, 10-15 günə salmaqdır. Yüklərin fiziki həcmləri nisbətən kiçik olsa da, tendensiya müsbətdir”. Qeyd olunur ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Assosiasiyasının baş katibi Qaydar Abdikerimov Xəzərin tranzit potensialını ən çox məhdudlaşdıran “darboğaz”ın Cənubi Qafqaz olduğunu deyib: “Onun sözlərinə görə, zəif liman infrastrukturu imkanları məhdudlaşdırır və tıxaclara səbəb olur. Gürcüstanın Baş naziri İrakli Qaribaşvili də İsmayılovla görüşü zamanı bu problemi etiraf edib: “Biz marşrutdakı darboğazları aradan qaldırmaq və Orta Asiya, Çin və ümumilikdə digər Asiya ölkələri üçün Orta Dəhlizi daha da cəlbedici etmək üçün əməkdaşlıq edirik”. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qeyd edir ki, artıq ortamüddətli perspektivdə Transxəzər marşrutu üzrə yükdaşımalarının həcmi 5 dəfə artırıla bilər: “Transxəzər marşrutu bizim tranzit potensialımızın gücləndirilməsində mühüm rol oynayacaq. Ortamüddətli perspektivdə bu dəhlizlə yükdaşımaların həcmi 5 dəfə artırıla bilər. Bunun üçün tərəfdaş ölkələrlə - Çin, Azərbaycan, Gürcüstan, Türkiyə ilə gücümüzü birləşdirməliyik”. Onun sözlərinə görə, qarşıda “Baxtı” keçidində yeni “quru limanının” tikilməsi, Aktauda konteyner qovşağının tikintisinin sürətləndirilməsi, Orta Dəhliz boyunca Qara dənizdə limanların gücünün artırılması vəzifələri durur. Artıq Çinin Sian və Gürcüstanın Poti limanlarında Qazaxıstanın terminallarının tikintisinə başlanılıb:  “Bu, Çinin “Bir kəmər, bir yol” meqalayihəsinin bizim milli təşəbbüslərimiz ilə birləşməsinin real örnəkləridir”. Qazaxıstanın dövlət başçısı, həmçinin dəniz infrastrukturunun inkişafı üzrə Kurık limanına xüsusi rol ayrılacaq və Aktau kimi tam logistika klasterinə çevriləcək hərtərəfli planın zəruri olduğunu bildirib. Xatırladaq ki, Orta Dəhliz  Asiya və Avropanı birləşdirən, regionunu bir neçə ölkəsinin ərazisindən keçən nəqliyyat və ticarət marşrutudur. Çindən başlayan bu marşrut Mərkəzi Asiya ölkələri – Qazaxıstan, Özbəkistan və Türkmənistanın ərazilərindən keçir, sonra Xəzər dənizi ilə Azərbaycana, oradan isə Gürcüstana, Türkiyəyə uzanır və Avropaya çatır.

Bu arada Qazaxıstanın “Semurg Invest” şirkəti Birləşmiş Ərəb Əmirliklərinin “AD Ports Group” şirkəti ilə Kurık limanında taxıl terminalının və “Sarja” çoxfunksiyalı dəniz terminalının tikintisi üzrə qarşılıqlı fəaliyyəti nəzərdə tutan əsas əməkdaşlıq şərtləri barədə saziş imzalayıb. Layihənin icrası Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun yükaşırma qabiliyyətinin ildə 10 milyon ton artırılmasına şərait yaradacaq. Hazırda Orta Dəhlizdə Özbəkistan da xüsusi maraqlı tərəf kimi çıxış edir. Özbəkistanlı ekspert Oleq Qolişnikov bu xüsusda bildirir: “Özbəkistan və Azərbaycan arasında ikitərəfli əməkdaşlığın ən perspektivli istiqamətlərindən biri sabit təchizat zəncirinin və möhkəm nəqliyyat infrastrukturunun inkişafı, daha dəqiq desək, Transxəzər beynəlxalq nəqliyyat marşrutunun potensialının daha da genişləndirilməsi ilə nəqliyyat və logistikadır. Bu sahənin iki ölkə arasında iqtisadi-ticari əlaqələri əhəmiyyətli dərəcədə genişləndirməsi gözlənilir". Ekspertin fikrincə, Özbəkistanın xarici siyasəti praqmatik maraqlara əsaslanır: “Buna görə də rəsmi Daşkənd beynəlxalq arenada və xüsusən də Mərkəzi Asiyada əsas diqqəti iqtisadi faydaya yönəldərək praqmatik əməkdaşlığı gücləndirir. Eyni hal Özbəkistanın bir çox ölkə və beynəlxalq təşkilatla, o cümlədən Özbəkistan və Azərbaycanın digər türk dövlətləri ilə birlikdə tamhüquqlu üzv olduğu Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığına da aiddir. Fikrimcə, konseptual baxımdan Daşkənd bu gün təkcə Özbəkistanın öz rolunu yox, həm də “Şərq-Qərb” və “Şimal-Cənub” kimi dəhlizlər də daxil olmaqla beynəlxalq daşımalar üçün tranzit mərkəzi kimi bütün Mərkəzi Asiyanın rolunu artırmağa çalışan “nəqliyyat plüralizmi”ni təbliğ edir. Bu fonda Daşkənd üçün müxtəlif istiqamətlərdə nəqliyyat və logistika zəncirlərinin inkişafı mühüm əhəmiyyət kəsb edir. Belə ki, Özbəkistan şimal (ənənəvi) istiqamətin inkişafı ilə yanaşı, şərqdə (Özbəkistan-Qırğızıstan-Çin dəmir yolu layihəsi), cənubda (Özbəkistan-Əfqanıstan-Pakistan dəmir yolu layihəsi), qərb və cənub-qərb istiqamətlərində (Özbəkistan-Türkmənistan-İran dəhlizi və Transxəzər beynəlxalq nəqliyyat marşrutu) əsas layihələrin təşviqinə xüsusi diqqət yetirir”. Onu da bildirək ki, Azərbaycan Orta Dəhlizin Cənubi Qafqaza və qərbə Avropaya kimi genişləndirilməsi üçün ticarət və investisiya əlaqələrini inkişaf etdirən hərəkətverici qüvvədir. Avropa İttifaqı Orta Dəhlizi Transaropa Nəqliyyat Şəbəkəsi ilə inteqrasiya baxımından ən perspektivli adlandırır. İlkin qiymətləndirmələrə görə, perspektivdə fasiləsiz tədarükü təmin etməsi üçün marşrutun inkişafına 18,5 milyard avro tələb olunacaq. Yatırımların əhəmiyyətli hissəsini Avropa İttifaqı öz üzərinə götürməyə hazırdır. İnvestisiyalar, o cümlədən dəmir yolu və avtomobil dəhlizlərinin bərpası və yenidən qurulması, limanların ötürücülük qabiliyyətinin artırılması və sərhədlərdə infrastrukturun inkişafı üçün tələb olunur.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ