şənbə günü, 15 avqust 2026
     

Qiymətlər ucuzlaşır, uşaq qidaları niyə “od tutub yanır”?...

Image


Bu ilin yanvar-iyun aylarında lirənin və rublun dəyər itirməsi Azərbaycandakı istehlak qiymətlərinə xarici inflyasiya təzyiqlərini cilovlamağa imkan yaradıb, çünki Türkiyə və Rusiya ölkənin əsas idxal tərəfdaşlarıdır. Bu fikirlər Dünya Bankının iqtisadi bülleteninin avqust sayında yer alıb.

Sənədə əsasən, bu ilin ilk yarısında Azərbaycanda illik inflyasiya daha da yavaşlayaraq 10,7 faizə enib. İyul ayında da deflyasiya 0,9 faiz səviyyəsində qeydə alınıb, bu isə mövsümi amillərin təsiri ilə ərzaq qiymətlərinin 2,1 faiz aşağı enməsi nəticəsində olub.

Amma inflyasiyanın səngiməsi heç də bütün qida məhsullarında qeydə alınmayıb. Məsələn, ölkədə tələb səviyyəsi yüksək olan uşaq qidalarının qiyməti artan templə davam edir və son həftələr ərzində bu fərq özünü daha qabarıq göstərir. Satış nöqtələrində qiyməti 100 manatdan çox olan uşaq qidaları var. Valideynlər isə, qiymətlər artsa da, uşaq qidalarını məcbur qalıb alıdıqlarını bildirirlər. Çoxuşaqlı ailələrdə isə vəziyyət daha da çətinləşir. Hesab edilir ki, bu qidaların bahalaşmasının iki səbəbi var. Ekspertlərin fikrincə, əgər daxili tələbatı ödəmək üçün keyfiyyətli qidalar istehsal olunarsa, bu kimi problemlər aradan qalxa bilər. Həmçinin valideynlər də zərurət olmadığı təqdirdə təbii qidalara üstünlük verməli, sonrakı yaş dövrlərində isə hazır uşaq qidalarının istifadəsini azaltmalıdırlar. Çoxsaylı yeni araşdırmalar bir daha təsdiq edir ki, yeni doğulan körpələr üçün ən faydalı qida ana südüdür. Ana südü lazimi miqdarda qida maddələrinə malikdir və uşaq orqanizmində asanlıqla həzm olunur. Mütəxəssislər ana südü ilə qidalanmanı körpənin həyatı üçün ən yaxşı başlanğıc hesab edir. Bu, həm ana, həm də körpə üçün faydalıdır. Araşdırmalar ana südü ilə qidalanmanın ürək-damar və xərçəng kimi qeyri-infeksion xəstəlikləri azalda biləcəyini göstərir. Qeyd etmək lazımdır ki, körpələr bütün zəruri vitamin və mineralları anadan alır. Ana südü yeni doğulan körpəni infeksiya, allergiya və müxtəlif xəstəliklərdən qoruyur, zülal və vitamin ehtiyatını təmin edir. Aparılan araşdırmalar sübut edib ki, ana südü ilə bəslənən uşaqlar daha sakit və özünə inamlı böyüyür. Belə olan halda onlar xarici mühitə daha tez və rahat uyğunlaşır. Amma həkimlər onu da deyir ki, ana südü azdırsa, uşaq mütləq uşaq qidaları yeməlidir. Həkim-pediatr Nigar Abdullayeva “Turan”a bildirib ki, ana südü əvəzolunmaz bir qidadır və mütləq şəkildə hər bir uşaq minimum altı ay ana südü qəbul etməlidir: “Lakin bəzi hallar var ki, ananın südü yoxdursa və ya azdırsa, yaxud da ana südünün verilməsinə hər hansısa ciddi əks-göstəriş varsa, o zaman mütləq süni qidalardan istifadə olunmalıdır”. Lakin o qeyd edib ki, həkim məsləhəti olmadan bu qidaları vermək olmaz: “Hər altı ayda həkim tərəfindən uşağın çəkisi və boyu ölçülür. Uşaq normal çəki almırsa, yalnız həkim məsləhəti ilə süni qidalar verilir”. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev isə agentliyə bildirib ki, uşaq qidalarının bahalaşmasının səbəbləri araşdırılmalıdır: “Uşaq qidalarının satışı ilə məşğul olan şirkətlərə sorğu göndərmək olar. Həmin sorğuda həmin qidaların zavod qiymətləri, Bakıya çatdırılma şərtləri barədə suallar qoymaq olar. Onda bahalaşmanın dəqiq səbəbi üzə çıxacaq”. Deputatın fikrincə, xaricdəki inflyasiya burada öz rolunu oynaya bilər: “Avropada nominal inflyasiya minimum 6 faiz təşkil edir. ABŞ-da da mənzərə eynidir”.

Komitə üzvü hesab edir ki, qiymətlərin artmaması üçün ən doğru çıxış yolu Azərbaycanda uşaq qidalarının istehsalına başlanmasıdır: “Ərzaq məhsullarının yarısının ölkədaxili istehsal olunduğunu nəzərə alaraq uşaq qidaların istehsalına da başlamaq olar. Hətta bəzi inqrediyentlər Azərbaycana idxal olunsa belə, hər bir halda maya dəyəri düşəcək və qiymət daha ucuz olacaq”. İqtisadçı Zöhrab İsmayıl isə “Azadlıq” radiosuna bildirib ki, uşaq qidaları Azərbaycanda xarici ölkələrlə müqayisədə onsuz da 30-40 faiz baha idi: “İndi isə yenə bahalaşıb. Mümkündür ki, həmin qidalar idxal olunan ölkələrdə də bahalaşsın, amma 20 faiz orada bahalaşmaya mən inanmıram”. O, uşaq qidalarının ölkədə bahalaşmasını idxal siyasəti ilə əlaqələndirir: “Yəni həm əlavə dəyər vergisi (ƏDV), həm idxal rüsumu yüksəkdir”. Onun fikrincə, hökumət uşaq qidalarını ƏDV-dən və idxal rüsumundan azad etməlidir: “Təəssüf ki, biz nə Ümumdünya Ticarət Təşkilatının üzvüyük, nə də beynəlxalq azad ticarət müqavilələrinə imza atmışıq. Ona görə də bizdə ƏDV 18 faizə, idxal vergisi 15 faizə gəlib çıxır. Gürcüstan və Ukraynada isə bu, 5 faizdir, bəzi məhsullara bu rüsum 0 faiz səviyyəsində təsdiq olunub”. İstənilən halda isə uşaq orqanizminin hərtərəfli inkişafı və sağlamlığı üçün düzgün və səmərəli qidalanma ən vacib şərtlərdən biridir. Qeyri-düzgün və nizamsız qidalanma nəticəsində uşaqlar əqli və fiziki inkişafdan geri qalır, eləcə də çəki problemləri ilə qarşılaşırlar. Bu da gələcəkdə ciddi sağlamlıq problemlərinə yol açır.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

15.08.2026 / 17:32
İran iqtisadiyyatı çökür… Pezeşkiandan şok etiraf - gəlirlərimiz azalıb, neft sata bilmirik…

15.08.2026 / 17:17
İrandan müharibə ilə bağlı şok açıqlama - 3 pilotumuz Qətər tərəfindən əsir götürülüb...

15.08.2026 / 16:03
Bakıda narkotiklərin dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

15.08.2026 / 15:37
Rusiya Xəzər vasitəsilə İrana yeni hərbi təchizat marşrutu yaradıb - "Xəzər Ekspresi"...

15.08.2026 / 15:15
Senatorlar Trampdan izahat istədilər - Rusiyaya qarşı müntəzəm sanksiyalar nə vaxt bərpa ediləcək…

15.08.2026 / 14:21
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı

15.08.2026 / 14:09
Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı məlumat yaydı

15.08.2026 / 13:54
Saakaşvili həmvətənlərinə çağırış etdi - “Payıza qədər… dayanmaq vaxtı deyil!”

15.08.2026 / 12:51
İmişlidə 10 kiloqramdan artıq narkotik aşkarlandı

15.08.2026 / 12:25
Britaniya Netanyahunun "İslam Respublikası" sözlərinə görə İsraildən izahat istədi…

15.08.2026 / 11:43
Bakıda mağazanın tavanı uçdu, bir nəfər dağıntı altında qaldı - VİDEO

15.08.2026 / 11:35
Tramp Hörmüzü "Amerika ərazisi" elan edəcəyini dedi, İrandan sərt reaksiya gəldi - məğlubiyyətinizi etiraf edin...

15.08.2026 / 11:09
İndoneziyada 7,7 bal gücündə zəlzələ - ölənlərin sayı 20-yə çatdı…

15.08.2026 / 10:53
Rusiya Azərbaycandan üzərindən Ermənistana 8 vaqon buğda göndərdi

15.08.2026 / 10:35
Kilsə və monastırları soyan iki erməni saxlandı

15.08.2026 / 10:18
Hörmüzdə daha bir gəmi vuruldu…

15.08.2026 / 08:15
FAZ müxbirinə Rusiyada cinayət işi açıldı - “Milli zəmində düşmənçilik çağırışı…”

15.08.2026 / 07:50
Türkiyə Rusiya limanlarından neft alışını azaldır - dronlar üzündən…

15.08.2026 / 06:55
Yaponiya Müdafiə naziri militarizm simvolu məbədi ziyarət etdi

15.08.2026 / 06:44
Lavrovdan Serbiya prezidentinə mesaj - “AB onu lağa qoyur…”

15.08.2026 / 06:33
Ardıcıl istefalar İYİ Partiya liderini özündən çıxardı - “siyasi şərəfsizlik bataqlığında boğulacaqsınız…”

15.08.2026 / 06:18
Lavrov ABŞ-dan cavab gözləyir - sərt ritorika da öz yerində…

15.08.2026 / 06:11
Rusiya Avropa ilə müharibəyə hazırlaşır: “ Gəmiləri hədəf alacağıq”…

15.08.2026 / 05:56
Tramp Hörmüz boğazını ABŞ ərazisi elan edəcək - müharibə bitdikdən sonra…

15.08.2026 / 05:47
Dünyanın ilk ən böyük elektrik təyyarəsi uçuşda - 27 dəqiqəyə 5 dollarlıq yanacaq…

14.08.2026 / 22:54
Türkiyənin BƏƏ ilə S-400 danışıqları dalana dirəndi… ABŞ-dan qəti mesaj - S-400-dən qurtulmadan F-35 olmayacaq…

14.08.2026 / 22:10
Londonla Təl-Əviv arasında gərginlik artır - Netanyahu Britaniyanı "Britaniya İslam Respublikası" adlandırdı...

14.08.2026 / 21:26
Zəngəzur dəhlizinə görə İran Ermənistana hərbi zərbələr endirəcək...

14.08.2026 / 20:53
Azərbaycanın 1-ci Ali hərbi Ordeni “Xətai”nin tarixində acı-şirin faktlar...

14.08.2026 / 20:27
Azərbaycan Rusiyanın ərzaq bazarında Ermənistanın mövqelərini tam ələ keçirdi – rəqəmlər açıqlandı…

14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...

14.08.2026 / 19:24
Naxçıvanın üstündən 15 milyon ton yük keçəcək-az qaldı, hədəf bəllidir...

14.08.2026 / 19:06
ABŞ qalmaqala səbəb olan nəhəng təyyarə gəmisini Yaxın Şərqdən geri çəkir…

14.08.2026 / 18:37
Hörmüz boğazında gərginlik yenidən artır - BƏƏ-nin iki tankeri vuruldu…

14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...

14.08.2026 / 18:10
Ukraynanın taleyi Ermənistan mediasında dərin məyusluq doğurub...

14.08.2026 / 17:55
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi

14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq - müxalifət TRİPP-i radikal hədəfə aldı...

14.08.2026 / 17:10
Hörmüz boğazına kimin nəzarət etdiyi bilinmir - Trampla İranın söz davası qızışır...

14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...

14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu

14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir - ya çox yeyirik, ya qazanc azdır...

14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır... Plan...

14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur - səfirdən sensasiya...

14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...

14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi - Şübhəli mesajlara inanmayın!

14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir - 2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...

14.08.2026 / 14:15
Xorvatiya alovlar içində - dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…

14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix - Troya

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı

14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi

14.08.2026 / 13:07
NATO qırıcıları Latviyanın hava məkanını pozan dronu vurdu…

14.08.2026 / 12:50
Xəyalları ölümsüzlüyə qovuşan şəhid Xəyal...

14.08.2026 / 12:35
"Vətən müharibəsindən sonra mina partlayışları nəticəsində 73 nəfər həlak olub, 363-ü xəsarət alıb" - Baş Prokurorluq

14.08.2026 / 12:22
Naxçıvanda külli miqdarda saxta aksiz markalı alkoqollu içkilər aşkarlandı

14.08.2026 / 11:50
Norveçdən Trampı özündən çıxaracaq açıqlama - İranla müharibə məqsədlərinə çatmadı…

14.08.2026 / 11:33
Trampın Yaxın Şərqə göndərdiyi təyyarə gəmisində baş verənlər ABŞ-ı ayağa qaldırdı – silahlı qarşıdurma, intiharlar… çox sayda ölü, və yaralı var…

14.08.2026 / 10:42
Kəlbəcərdə minaya düşən şəxsin ayağı amputasiya olunub, vəziyyəti orta ağırdır

14.08.2026 / 10:20
Bölgələrdə yanğın törədən 5 nəfər məsuliyyətə cəlb olundu

14.08.2026 / 10:08
Azərbaycan Pakistanı Müstəqillik Günü münasibətilə təbrik etdi

14.08.2026 / 09:10
Xankəndiyə növbəti köç yola salındı

14.08.2026 / 08:21
Yaponiya Putinə “əks-həmlə” hazırlayır - mövzu Kurildir

14.08.2026 / 08:09
ABŞ İranla müharibədə MQ-9 Reaper dronlarının dörddə birini itirib - The Washington Post

14.08.2026 / 07:54
Moskva və Tokio arasında “Kuril mübahisəsi” yenidən qızışır

14.08.2026 / 07:21
Odessa bölgəsində "Şahed" pilotsuz təyyarəsi 340 sərnişin daşıyan qatara çırpılıb - ölənlər var…

13.08.2026 / 23:22
Rum patiarxının saxta fikirlərini partiya funksioneri yenidən səsləndirdi

13.08.2026 / 22:57
Lazarev Klubu Patriarx Kirill və Papanı bütün ermənilərin katolikosunun müdafiəsinə çağırdı - Paşinyanı “hakimiyyətin qəsbi”ndə suçladı

13.08.2026 / 22:49
Ağ ayını oyatdı, 50 min cərimə ödədi - Norveçdə…

13.08.2026 / 22:41
Macarıstanda Yupiterə həsr olunmuş qurbangah aşkarlandı

13.08.2026 / 22:09
Tahirov Vüsal Mehdi oğlunun orden və medalları

13.08.2026 / 21:44
Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

13.08.2026 / 21:26
Zelenski ABŞ-dan “Patriot” ehtiyatlarının 5 faizini istədi - Onda qışdan sağ çıxarıq...

13.08.2026 / 21:10
Zəngəzur Elektrik Dəhlizi - Metsamor Atom stansiyası mütləq bağlanacaq...

13.08.2026 / 20:31
Tərtər sakini Kəlbəcərdə minaya düşdü...

13.08.2026 / 20:16
Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

13.08.2026 / 19:58
"PKK qanunu" Türkiyə siyasətini parçaladı - beynəlxalq reytinqçilər inamsız yanaşır...

13.08.2026 / 19:41
İrandan Azərbaycana narkotik keçirməyə cəhd göstərən şəxs saxlandı

13.08.2026 / 19:25
İran generalı TRIPP layihəsi ilə bağlı Ermənistanı hədələdi - heç bir razılıq yoxdur...

13.08.2026 / 19:08
Naxçıvanın üzərindən Türkiyəyə və Avropaya elektrik ixrac olunacaq...

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ