Cümə günü, 09 oktyabr 2026
     

Rusiya-Ukrayna savaşına görə yeni problem - Azərbaycana da dəxli var...

Image


Rusiya və Ukrayna arasında davam edən müharibə qlobal miqyasda taxıl təminatına da ciddi təsir edir. Artıq Afrika ölkələrinin bir çoxu bundan təsirlənir. Qeyd edək ki, dünyada ixrac edilən taxılın təxminən üçdə biri Rusiya və Ukraynanın payına düşür. Amma ötən ilin fevralında Rusiyanın Ukraynaya hücumu bu sahədə mürəkkəb vəziyyətin yaranmasına səbəb olub. Qara dəniz vasitəsilə Ukraynadan taxıl daşımalarının dayanması durumu daha da pisləşdirir.

Bunlar fonunda Rusiya Odessa vilayətində taxıl anbarlarına zərbə endirib. Bildirilir ki, Rusiya hərbçiləri Odessa vilayətində taxıl anbarlarına və istehsal-boşaltma kompleksinə pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirib. PUA-lar Azov dənizinin şərq sahilindən qaldırılıb. Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri “Şahed-136/131” tipli 9 pilotsuz uçuş aparatlarını məhv edib. Məlumatda deyilir: “Düşmən Dunay regionunda taxıl anbarlarına və istehsal-boşaltma kompleksinə zərbələr endirib. Anbarlarda yanğın baş verib, yanğın tez bir zamanda lokallaşdırılıb. Yanğınsöndürənlər işlərini davam etdirirlər. Mülki əhali arasında itki yoxdur”. Qeyd edək ki, Rusiya “Taxıl sazişi”ndən geri çəkildikdən sonra Ukrayna limanlarını və taxıl infrastrukturunu aktiv şəkildə atəşə tutur. “The Financial Times” qəzeti yazır ki, “Taxıl sazişi”nin dayandırılmasının nəticələri fəlakətli ola bilər. Ümumdünya Ərzaq Proqramının baş iqtisadçısı Arif Hüseyn nəşrə deyib ki, “Taxıl sazişi”indən imtina bütün dünya üçün risq yaradır. Ekspertin sözlərinə görə, Qara dənizdə Rusiya və Ukrayna taxılına əvəz mövcud deyil. Digər analitiklər hesab edirlər ki, Qara Dəniz Taxıl Təşəbbüsünün dayanması dünya bazarında taxılın qiymətlərinin artmasına səbəb ola bilər. Bu da Rusiyaya sanksiyalardan dəyən ziyanı kompensasiya edə bilər. CRU konsaltinq firmasının kənd təsərrüfatı və gübrə üzrə analitiki Entoni Rizzo hesab edir ki, əgər Rusiya Ukrayna taxılını bazardan yığışdıra bilsə, o zaman onun böyük fürsəti olacaq. Baş verənlər Azərbaycanda da diqqətlə izlənilir. Ölkəmiz taxıla, xüsusən də buğdaya olan tələbinin bir hissəsini hələlik heç bir problem yaşamadan Rusiyadan alır. Yerli istehsal da diqqət mərkəzindədir. Amma Dövlət Statistika Komitəsinin (DSK) ötən illə bağlı ərzaq balansı göstəricilərini açıqlaması bu sahədə hələ də istənilən nəticənin olmadığını göstərir. Belə ki, Azərbaycanın özünü buğda ilə təminat səviyyəsi bir qədər də aşağı enib və 2021-ci ildəki 61.5 faizdən 56.7 faizə düşüb. Bu, son illər ölkədə buğda ilə təminat baxımından ən aşağı göstəricidir. Ötən il digər dənli bitkilərlə bağlı təminat səviyyəsi də aşağı düşüb. Ən ciddi azalma qarğıdalı ilə bağlıdır. İki il öncə Azərbaycanda yerli istehsal qarğıdalıya ehtiyacı 94 faizi təmin etmişdisə, ötən il bu rəqəm 78 faizə enib. Bütün dənli bitkiləri götürəndə ölkə özünütəminat səviyyəsini ötənilki 74 faizdən 69 faizə endirib. Ərzaqlıq buğda ilə təminat səviyyəsi daha aşağı – 25 faiz civarındadır. Yerli istehsalın keyfiyyətcə yetərsizliyi üzündən yerli buğda, əsasən, heyvandarlığın yem tələbatının ödənilməsinə sərf edilir. Ötən il Azərbaycanda buğdayla təminat məsələsi tez-tez gündəmə gəlib və bu, başlıca olaraq, Rusiya-Ukrayna savaşından qaynaqlanıb. DSK-nın açıqladığı rəqəmlərdən bilinir ki, ötən il ölkədə ən çox bahalaşan azuqə çörək olub. Buğda və unun bahalaşması çörəyin orta bazar qiymətini 50 faizdən çox artırıb.

Taxıl bazarındakı problemlər Azərbaycanın idxal göstəricilərinə də təsirsiz ötüşməyib. “Azadlıq” radiosunun məlumatına görə, ötənilki "taxıl böhranı" Azərbaycanın buğda ilə təminatında Rusiyanın payını nisbətən azaldıb. Əvəzində Qazaxıstandan buğda idxalı kəskin artıb. Di gəl, Azərbaycanın buğda ilə təminatında Rusiya hələ də çox böyük paya sahibdir. Ötən il Qazaxıstandan 280 min ton buğda gətirilib. Bu, 2021-ci ilin göstəricisindən 5.3 dəfə çoxdur. 2022-ci ildə Rusiyadan buğda idxalı, əksinə, 8 faiz azalaraq 1 milyon ton olub. Şimal qonşusundan buğda idxalının həcmi 8 faiz azalsa da, bahalaşma üzündən ötən il Azərbaycan buğda gətirdiyinə görə 2021-ci illə müqayisədə Rusiyaya 17 faiz daha çox – 337.5 milyon dollar ödəməli olub. Beləcə, 2022-ci ilin nəticələrinə görə, ölkəyə buğda idxalının 78 faizi Rusiyanın, 22 faizi Qazaxıstanın payına düşüb. Başqa sözlə, il ərzində Rusiyanın Azərbaycanın buğda idxalındakı payı 95 faizdən 78 faizə geriləyib. Ekspertlərin fikrincə, Azərbaycanın buğda ilə təminatında Rusiyanın bu qədər böyük paya sahib olması iqtisadi risklərlə yanaşı, siyasi risklər də doğurur. Ötən il Azərbaycanda buğdayla təminat səviyyəsinin aşağı düşməsinin əsas səbəbi ölkədə daha az taxıl yetişdirilməsidir. DSK-nın açıqladığı rəqəmlərə görə, 2022-ci ildə ölkədə buğda istehsalı 1 milyon 736 min ton olub. 2021-ci ildə bu rəqəm 1 milyon 885 min ton idi. Bu isə buğda istehsalında 149 min ton və ya 8 faizə yaxın azalma deməkdir. Açıqlanan göstəricilərdən aydın olur ki, buğda istehsalının azalması məhsuldarlığın aşağı düşməsi və buğda əkinləri sahəsinin azalması ilə bağlıdır. Belə ki, 2022-ci ildə ölkədə buğda əkinlərində məhsuldarlıq hər hektarda 31.9 sentner olub. 2021-ci ildə bu rəqəm 32.9 sentner idi. Deməli, ötən il fermerlər hər hektardan 1 sentner daha az buğda yığa bilib. Məhsul toplanan sahə həcmi də həmin müddət ərzində 572 min hektardan 547 min hektara geriləyib. Ötən il Kənd Təsərrüfatı Nazirliyi açıqlamışdı ki, Azərbaycandakı kəskin quraqlığa görə təxminən 100 min hektar ərazidə taxıl əkinləri məhv olub. Bu baxımdan, heç şübhəsiz, taxılla özünütəminatın azalması həm də ölkədə su çatışmazlığından qaynaqlanıb. Aqrar Tədqiqatlar Mərkəzinin açıqladığı rəqəmlərdə vurğulanır ki, Azərbaycanda buğda əkilən ərazilərin 64 faizində su çatışmazlığı var. Ölkə üzrə toplam buğda əkinlərinin təqribən 38 faizi dəmyə ərazilərdir. Suvarılan sahələrin cəmi 5 faizində müasir suvarma sistemləri tətbiq edilir. Bu baxımdan, su çatışmazlığı və suvarmada itkilərin böyük olması probleminin aradan qaldırılması ölkədə kənd təsərrüfatının məhsuldarlığının artırılmasına təkan verən amillərdən biri ola bilər. Ötən il ərzində taxıl istehsalının artırılması ilə bağlı bir sıra addımlar atılıb. Məsələn, prezident “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” fərman imzalayıb. Burada təklif edilən yeniliklərdən biri məhsul subsidiyaları ilə bağlıdır. Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanacaq müqaviləyə əsasən, ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslərin yetişdirdiyi, eləcə də Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilən ərzaqlıq buğdaya subsidiya veriləcək. Ancaq bu yenilikdən təkcə müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlar yararlana biləcək. Hər halda məsələnin həllini tapması hökumətin əsas prioritetlərindən biridir.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ