Cümə günü, 09 oktyabr 2026
     

Toylarda israfçılıq əti bahalaşdıran ən böyük səbəbdir...

Image


Məlum olduğu kimi, bu günlərdə Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. Belə ki, sümüklü ətin qiyməti 50 qəpik – 1 manat artıb. Ötən həftə 14 manata satılan mal əti hazırda bazara 15-16 manata çıxarılır.

Mal ətinin son bir həftə ərzində bahalaşmasını ot və yem qiymətlərinin artması ilə əlaqələndirirlər. Qeyd edək ki, mal ətinin qiymətində bahalaşma olsa da, qiymət artımı qoyun ətinə hələlik təsir etməyib.

Beləliklə, yay mövsümündə ətin ucuzlaşmasına adət edən insanlar bu il əksi ilə qarşılaşıb. Sosial şəbəkə və cəmiyyətdə ilin sonuna ətin qiymətinin 20-25 manat olacağı kimi müzakirələr gedir. Ümumiyyətlə, son illər Azərbaycanda həm ətin qiyməti, həm də idxalı artır. İdxalda artım həm diri heyvanlar, həm də ət şəklində müşahidə olunur. Bununla paralel tez-tez “ətin dadı və keyfiyyəti əvvəlki kimi deyil” şikayətləri də eşidilir. Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, bu ilin yanvar-iyul aylarında Azərbaycana 24.3 min ton ət idxal edilib. İdxal edilən ətin dəyəri 46.9 milyon dollar olub. Ötən ilin eyni dövründə ölkəyə 39.8 milyon dollar dəyərində 23.5 min ton ət gətirildiyi açıqlanmışdı. Diri heyvanlara gəlincə, bu ilin yeddi ayında ölkəyə 51 milyon 224 min dollarlıq diri heyvan idxalı reallaşıb. Ötən ilin eyni dövründə bu rəqəm 29 milyon 420 min dollar təşkil etmişdi. Yəni, ötən illə müqayisədə artım 74.1 faiz çoxdur. Ekspertlər bildirir ki, yerli istehsal daxili tələbatı ödəmək üçün kifayət etmir. Düzdür, əvvəllər də ət xaricdən idxal olunurdu. İndi isə idxal daha da artıb və bununla əlaqədar ətin qiymətində də artım var. Buna paralel, inflyasiya da ölkəyə idxal olunur. O da faktdır ki, Azərbaycanda istehsal olunan ətin keyfiyyəti ölkəyə gətirilən ətin keyfiyyətindən daha yüksəkdir. Kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmov  “Azadlıq” radiosuna bildirib ki, Azərbaycanda ətin bahalaşmasının heç bir iqtisadi əsası yoxdur: “Rəsmi statistikaya baxsaq, Azərbaycanda ət istehsalında 3 faizə qədər artım göstərilir. Ölkəyə ətin idxalında keçən ilə nisbətən artım var. Digər tərəfdən, ölkəyə kəsim üçün gətirilən diri heyvanların dəyərində 74 faiz artım var. Bu isə o deməkdir ki, çəkidə də o qədər artım müşahidə olunur. Lakin dünya bazarlarında ətin qiymətində artım yoxdur”. 2022-ci ildə ən çox ətin Ukraynadan idxal olunduğunu vurğulayan iqtisadçının sözlərinə görə, ölkəyə ət dondurulmuş formada gətirilir: “İdxal olunan ətin növləri fərqlidir. Orada həm mal əti, həm qoyun əti var. Bunların əksəriyyətinin keyfiyyəti standartlara uyğundur. Gətirilən ət, əsasən, ictimai-iaşə obyektlərində istifadə olunur”.

İdxalın artım səbəbinə gəlincə, ekspertlər qeyd edir ki, Azərbaycanda heyvan sayı ildən-ilə azalmaqdadır. Yeddi il öncə ölkədə 2 milyon 703 min baş iribuynuzlu mal-qara vardı, indi bu rəqəm 2 milyon 545 min olub. Beləliklə, 2016-cı ildən bəri ölkədə iribuynuzlu mal-qara sayca 160 min başa yaxın azalıb. Qoyun və keçi sayında azalma daha çoxdur. Əgər 2016-cı ilin sonunda ölkədə 8 milyon 677 min baş qoyun-quzu vardısa, hazırda bu rəqəm 7 milyon 322-yə enib. Azı, 1 milyon 300 min başdan çox azalma var.

Ekspertlər Azərbaycanda heyvan sayının azalmasının əsas səbəblərindən biri kimi ölkədə otlaq qıtlığını göstərirlər. Yaylaqlarla zəngin Qarabağ bölgəsinin 30 ilə yaxın Ermənistan işğalında qalması ölkənin kənd təsərrüfatında da ciddi problemlər doğurub. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycanda qoyunçuluğun durumunu araşdırarkən həddindən artıq istifadədən otlaqların aşınmasını heyvan sayının azalmasının başlıca səbəblərindən biri sayıb. Digər əsas səbəb kimi Ermənistan işğalı üzündən Qarabağdakı otlaqlara yetərli çıxışın olmaması göstərilib. Amma artıq üç ilə yaxındır ki, Qarabağ bölgəsinin böyük bölümü Azərbaycanın nəzarətinə qayıdıb. Müharibədən qısa müddət sonra bölgəyə heyvandarlıq təsərrüfatlarının köçürülməsinə başlanılıb. Kənd Təsərrüfatı Nazirliyinin açıqlamasına görə, bu il 3 min 700-ə yaxın təsərrüfat mövsümü Laçın, Kəlbəcər, Qubadlı, Füzuli, Xocavənd, Cəbrayıl və Zəngilan rayonlarının yaylaq ərazilərində keçirib. Yaylaqlarında ən çox təsərrüfat qəbul edən rayon Kəlbəcərdir. Bu il Kəlbəcər yaylaqlarında 748, Laçın yaylaqlarında 429 qoyunçuluq təsərrüfatı minalardan təmizlənmiş ərazilərdə yerləşdirilib. Laçın və Kəlbəcər yaylaqlarına toplam 311 minə yaxın xırdabuynuzlu heyvan aparılıb. Əvvəlki illərdə olduğu kimi, ən çox xırdabuynuzlu heyvan Kəlbəcər yaylaqlarındadır və 195 min 936 baş olub. Laçın yaylaqlarına 114 min 970 baş xırdabuynuzlu heyvan aparılıb. Bu, həm də o deməkdir ki, ölkədəki xırdabuynuzlu heyvanların təxminən 4 faizə yaxını yaylağı Qarabağda keçirib. Bunlar fonunda yerli istehsalda müəyyən artım gözlənilir. Lakin bu vaxt apardığından ət qiymətində artımın davam etməsi istisna olunmur.  Bununla yanaşı, israf faktoru da göz ardı edilməməlidir. Ümumiyyətlə, ət məhsullarından ən çox istifadə edən ölkələrdən biri Azərbaycandır. Amma burada çox ciddi israfçılıq var. Xarici ölkələrdə heyvanlar müəyyən normalar, çəkilər əsasında yetişdirilir və ondan sonra kəsimə verilir. Ancaq bizdə əksər insanlar istəyirlər 8-10 kiloluq quzu əti, az çəkidə olan dana ətin yesinlər. Ona görə də körpə heyvanlar bazara çıxarılır və gündə minlərlə belə heyvan kəsilir. Ancaq bu heyvanlar müəyyən qaydada yetişdirilsə, yəni xırda buyunuzlu heyvan 20-25 kilo həcmində yetişdirilib bazara çıxarılsa sözsüz ki, burada üç qat artım olacaq.  Bundan başqa, restoranlar, şadlıq sarayları da bu məhsulların istifadəsində çox ciddi israfçılığa yol verir. Toylarda verilən ətin çoxu stolun üstündə qalır. Bir adama bir neçə növdə - toyuq əti, mal əti, quzu əti, kolbasa məhsulları və ət məhsulları təklif olunur. Bu yeməklərin çoxu stolun üstündə qalır və tullantıya çevrilir. Bunlar heyvandarlıq təsərrüfatına çox ciddi zərbədir.  Hesab edilir ki, belə halların qarşısının alınmasına da artıq xüsusi diqqət olunmalıdır.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ