şənbə günü, 15 avqust 2026
     

Azərbaycan-Pakistan iqtisadi əlaqələrində dinamik yüksəlişin yeni mərhələsi başlanır...

Image


Azərbaycanın milli aviadaşıyıcısı oaln AZAL sentyabrın 20-dən etibarən Pakistana müntəzəm uçuşlar yerinə yetirməyə başlayacaq. Reyslər Pakistanın paytaxtı İslamabad, eləcə də onun ən böyük şəhərləri - Lahor və Kəraçi şəhərinə həyata keçiriləcək. Sözügedən üç şəhər Pakistanın mühüm tarixi və mədəniyyət mərkəzləridir ki, bu da onları ziyarət etmək üçün çox maraqlı məkana çevirir.

Ekspertlər hesab edir ki, AZAL-ın yeni reyslərinin açılması Azərbaycan və Pakistan arasında münasibətlərin inkişafına, turizmin, beynəlxalq daşımaların təşviqinə və diplomatik əlaqələrin möhkəmlənməsinə töhfə verəcək. Ümumiyyətlə, iki ölkə arasında münasibətlər sürətlə inkişaf edir. Pakistanlı ekspert, Pakistan-Azərbaycan Məzunlar Assosiasiyasının təsisçisi Kayser Nəvab bildirir ki, iki ölkə arasında bir çox sahələrdə, ilk növbədə enerji və infrastruktur sahəsində əməkdaşlıq üçün böyük potensial var: “Pakistanın artan enerji tələbatı isə Azərbaycanın enerji şirkətləri üçün perspektivli bazar yaradır. Bundan başqa, buraya kənd təsərrüfatı, informasiya texnologiyaları, səhiyyə, təhsil, eləcə də qida və toxuculuq sənayesi daxildir”. Ekspert iki ölkə arasında müdafiə sahəsində səmərəli əməkdaşlığı xüsusilə qeyd edib: “Birgə hərbi təlimlər və yüksək səviyyəli görüşlər hər iki ölkənin müdafiə sahəsində əməkdaşlığı gücləndirmək öhdəliyini təsdiq edir, regional sabitlik və təhlükəsizliyin vacibliyini vurğulayır”. Hazırda turizm sektorunda əlaqələr də münasibətlərin inkişafına yeni təkan verir. Artıq Pakistandan Azərbaycana gələnlərin sayında artım gözə çarpır. Rəsmi rəqəmlərə görə, bu il Pakistandan Azərbaycana 27 min nəfərə yaxın şəxs gəlib. Bu göstərici ilə Pakistan vətəndaşları Azərbaycana səfər edən ölkələr arasında 7-cidir. İlboyu Pakistana gedən azərbaycanlıların sayı isə cəmi 111 nəfərdir.  İndiyədək Azərbaycana səfərləri Pakistan aviaşirkətləri təşkil edib. Bu ilin ilk 7 ayında Pakistandan Azərbaycana 58 reys gerçəkləşib. Amma artıq AZAL da bu istiqamətdə fəaliyyətə başlayır. Dövlətlər arasında iqtisadi əlaqələrin durumunu göstərən əsas göstərici ticarət dövriyyəsidir. Bu baxımdan bəlli olur ki, hazırda Azərbaycan və Pakistan arasında ticarət əlaqələri müvafiq potensialı əks etdirmir. Dövlət Gömrük Komitəsinin rəqəmlərinə görə, ilk yarımildə Azərbaycan və Pakistanın ticarət dövriyyəsi cəmi 13 milyon dollar olub. Bunun da əsas hissəsi Pakistanın payına düşüb. Belə ki, ilin ilk altı ayında Pakistan Azərbaycana 12 milyon dollarlıq, Azərbaycansa Pakistana cəmi 1 milyon dollarlıq məhsul göndərib. Müqayisə üçün qeyd edək ki, Pakistanla qonşuluqda yerləşən və münasibətlərin rəvan olmadığı, son dövrlərdə Ermənistana silah satması ilə də Azərbaycan rəsmilərinin tənqid hədəfinə tuş gələn Hindistanla Azərbaycanın ticarət dövriyyəsi 700 milyon dolları aşır. Bunun əsas səbəbi Hindistanın Azərbaycandan enerji məhsulları idxal etməsidir. Digər tərəfdən, Azərbaycan da Hindistandan ilk yarımildə 100 milyon dollardan çox dəyərdə məhsullar idxal edib. Hindistan Azərbaycanın ən çox ticarət etdiyi yeddinci ölkədir. Azərbaycanın Pakistandan idxal etdiyi əsas məhsul “Azadlıq” radiosunun məlumatına görə, kartofdur. İlin ilk yarısında Azərbaycan Pakistandan 3 milyon dollarlıq kartof gətirib. Bu, Azərbaycanın Pakistandan toplam idxalının 25 faizi deməkdir. Azərbaycan Pakistandan təxminən 1 milyon dollar dəyərində də düyü idxal edib. Düyünün Pakistanın Azərbaycana ixracında böyük yer tutması səbəbsiz deyil, axı ötən ilin noyabrında Azərbaycanın Nazirlər Kabineti Pakistandan Azərbaycana düyü idxalını gömrük rüsumlarından azad etməklə bağlı qərar çıxarmışdı. Gömrük rüsumlarından azad olması Pakistan düyüsünun Azərbaycan bazarında rəqabət imkanlarını artırır.

Azərbaycanın Pakistana ixracı isə, demək olar, yalnız iki məhsuldan ibarətdir. Bu ilin altı ayında Azərbaycan Pakistana 567 min dollarlıq azot gübrələri, 382 min dollarlıq kerosin yanacağı ixrac edə bilib.  Bu ilin iyununda Pakistanın baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycana səfər edib. Həmin səfər zamanı verilən açıqlamalarda iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı ilə də bağlı məqamlar gözə çarpır. Pakistanın hökumət başçısının açıqlamalarından bəlli olur ki, ölkə Azərbaycanla enerji sahəsindəki əməkdaşlığı artırmaq niyyətindədir. Bu baxımdan, Məhəmməd Şahbaz Şərif öz açıqlamasında bildirib: “Biz çox bahalı idxala bağlı olan ölkəyik. Bu, bizə çox baha başa gəlir. Ötən il bu sahəyə 27 milyard ABŞ dolları xərcləmişik. Biz bunun öhdəsindən gələ bilmirik, çünki müxtəlif çağırışlarla üz-üzəyik. İnflyasiya, idxal olunan neftin qiymətinin qalxması və Ukrayna münaqişəsi səbəbindən bizim ölkəmiz böyük təzyiqlə üz-üzədir. Təsəvvür edin, ona görə biz enerjiyə 27 milyard ABŞ dolları xərcləmişik. Maşallah, Azərbaycanın bu sərvəti var və biz Azərbaycanla, eyni zamanda, neft-kimya məhsulları sahəsində əməkdaşlıq etmək istəyirik”. Sözügedən səfərdən bir müddət sonra, yəni  iyulun 24-də Azərbaycan və Pakistan arasında LNG (maye qaz) tədarükünə dair saziş imzalanıb. Pakistanın Lahor şəhərində imzalanan saziş LNG-nin tədarükü ilə məşğul olan dövlət qurumu “Pakistan LNG Limited” (PLL) ilə Azərbaycanın SOCAR şirkəti arasında baş nazir Şahbaz Şərifin iştirakı ilə imzalanıb. Sənədə əsasən, Azərbaycan Pakistana ildə 12 LNG tankeri tədarük edəcək. Bu müqavilənin müddəti bir ildir və onu daha bir il müddətinə uzatmaq olar. Son illər hər iki ölkə biznesmenlərinin ölkələrə qarşılıqlı səfərləri və biznes forumlara qatılması da təşkil edilib. Bu səfərlərin əsas məqsədi biznesmenləri potensial investisiya imkanları ilə tanış etməkdir. Açıqlanan bilgilərdən pakistanlı sahibkarların Azərbaycanda əczaçılıq və bərpaolunan enerji sektoruna daha çox maraq göstərdiyi bilinib. Bu baxımdan ayın olur ki, hazırda Azərbaycan və Pakistan arasında ticarət dövriyyəsi çox kiçik olsa da, qarşıdakı illərdə ciddi artımın baş vermək ehtimalı yüksəkdir. Xüsusən də Azərbaycan ilə Pakistan arasında enerji sahəsində əməkdaşlıq haqqında saziş ölkələrin ikitərəfli münasibətlərində daha bir mühüm mərhələdir. Azərbaycandan mayeləşdirilmiş təbii qazın alınması Pakistanın enerjiyə olan tələbatını böyük ölçüdə ödəməyə kömək edəcək, eyni zamanda Azərbaycana bu ölkənin idxal bazarında yer tutmağa şərait yaradacaq. Bu, həm də enerji sahəsində gələcək əməkdaşlığa yol açır.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

15.08.2026 / 17:56
E3 ölkələri Ukrayna ilə bağlı mümkün Tramp-Putin razılaşmasına qarşı hərəkətə keçdi - Avropanın Moskva əlaqə qurmaq cəhdləri alınmır…

15.08.2026 / 17:32
İran iqtisadiyyatı çökür… Pezeşkiandan şok etiraf - gəlirlərimiz azalıb, neft sata bilmirik…

15.08.2026 / 17:17
İrandan müharibə ilə bağlı şok açıqlama - 3 pilotumuz Qətər tərəfindən əsir götürülüb...

15.08.2026 / 16:03
Bakıda narkotiklərin dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

15.08.2026 / 15:37
Rusiya Xəzər vasitəsilə İrana yeni hərbi təchizat marşrutu yaradıb - "Xəzər Ekspresi"...

15.08.2026 / 15:15
Senatorlar Trampdan izahat istədilər - Rusiyaya qarşı müntəzəm sanksiyalar nə vaxt bərpa ediləcək…

15.08.2026 / 14:21
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı

15.08.2026 / 14:09
Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı məlumat yaydı

15.08.2026 / 13:54
Saakaşvili həmvətənlərinə çağırış etdi - “Payıza qədər… dayanmaq vaxtı deyil!”

15.08.2026 / 12:51
İmişlidə 10 kiloqramdan artıq narkotik aşkarlandı

15.08.2026 / 12:25
Britaniya Netanyahunun "İslam Respublikası" sözlərinə görə İsraildən izahat istədi…

15.08.2026 / 11:43
Bakıda mağazanın tavanı uçdu, bir nəfər dağıntı altında qaldı - VİDEO

15.08.2026 / 11:35
Tramp Hörmüzü "Amerika ərazisi" elan edəcəyini dedi, İrandan sərt reaksiya gəldi - məğlubiyyətinizi etiraf edin...

15.08.2026 / 11:09
İndoneziyada 7,7 bal gücündə zəlzələ - ölənlərin sayı 20-yə çatdı…

15.08.2026 / 10:53
Rusiya Azərbaycandan üzərindən Ermənistana 8 vaqon buğda göndərdi

15.08.2026 / 10:35
Kilsə və monastırları soyan iki erməni saxlandı

15.08.2026 / 10:18
Hörmüzdə daha bir gəmi vuruldu…

15.08.2026 / 08:15
FAZ müxbirinə Rusiyada cinayət işi açıldı - “Milli zəmində düşmənçilik çağırışı…”

15.08.2026 / 07:50
Türkiyə Rusiya limanlarından neft alışını azaldır - dronlar üzündən…

15.08.2026 / 06:55
Yaponiya Müdafiə naziri militarizm simvolu məbədi ziyarət etdi

15.08.2026 / 06:44
Lavrovdan Serbiya prezidentinə mesaj - “AB onu lağa qoyur…”

15.08.2026 / 06:33
Ardıcıl istefalar İYİ Partiya liderini özündən çıxardı - “siyasi şərəfsizlik bataqlığında boğulacaqsınız…”

15.08.2026 / 06:18
Lavrov ABŞ-dan cavab gözləyir - sərt ritorika da öz yerində…

15.08.2026 / 06:11
Rusiya Avropa ilə müharibəyə hazırlaşır: “ Gəmiləri hədəf alacağıq”…

15.08.2026 / 05:56
Tramp Hörmüz boğazını ABŞ ərazisi elan edəcək - müharibə bitdikdən sonra…

15.08.2026 / 05:47
Dünyanın ilk ən böyük elektrik təyyarəsi uçuşda - 27 dəqiqəyə 5 dollarlıq yanacaq…

14.08.2026 / 22:54
Türkiyənin BƏƏ ilə S-400 danışıqları dalana dirəndi… ABŞ-dan qəti mesaj - S-400-dən qurtulmadan F-35 olmayacaq…

14.08.2026 / 22:10
Londonla Təl-Əviv arasında gərginlik artır - Netanyahu Britaniyanı "Britaniya İslam Respublikası" adlandırdı...

14.08.2026 / 21:26
Zəngəzur dəhlizinə görə İran Ermənistana hərbi zərbələr endirəcək...

14.08.2026 / 20:53
Azərbaycanın 1-ci Ali hərbi Ordeni “Xətai”nin tarixində acı-şirin faktlar...

14.08.2026 / 20:27
Azərbaycan Rusiyanın ərzaq bazarında Ermənistanın mövqelərini tam ələ keçirdi – rəqəmlər açıqlandı…

14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...

14.08.2026 / 19:24
Naxçıvanın üstündən 15 milyon ton yük keçəcək-az qaldı, hədəf bəllidir...

14.08.2026 / 19:06
ABŞ qalmaqala səbəb olan nəhəng təyyarə gəmisini Yaxın Şərqdən geri çəkir…

14.08.2026 / 18:37
Hörmüz boğazında gərginlik yenidən artır - BƏƏ-nin iki tankeri vuruldu…

14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...

14.08.2026 / 18:10
Ukraynanın taleyi Ermənistan mediasında dərin məyusluq doğurub...

14.08.2026 / 17:55
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi

14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq - müxalifət TRİPP-i radikal hədəfə aldı...

14.08.2026 / 17:10
Hörmüz boğazına kimin nəzarət etdiyi bilinmir - Trampla İranın söz davası qızışır...

14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...

14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu

14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir - ya çox yeyirik, ya qazanc azdır...

14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır... Plan...

14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur - səfirdən sensasiya...

14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...

14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi - Şübhəli mesajlara inanmayın!

14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir - 2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...

14.08.2026 / 14:15
Xorvatiya alovlar içində - dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…

14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix - Troya

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı

14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi

14.08.2026 / 13:07
NATO qırıcıları Latviyanın hava məkanını pozan dronu vurdu…

14.08.2026 / 12:50
Xəyalları ölümsüzlüyə qovuşan şəhid Xəyal...

14.08.2026 / 12:35
"Vətən müharibəsindən sonra mina partlayışları nəticəsində 73 nəfər həlak olub, 363-ü xəsarət alıb" - Baş Prokurorluq

14.08.2026 / 12:22
Naxçıvanda külli miqdarda saxta aksiz markalı alkoqollu içkilər aşkarlandı

14.08.2026 / 11:50
Norveçdən Trampı özündən çıxaracaq açıqlama - İranla müharibə məqsədlərinə çatmadı…

14.08.2026 / 11:33
Trampın Yaxın Şərqə göndərdiyi təyyarə gəmisində baş verənlər ABŞ-ı ayağa qaldırdı – silahlı qarşıdurma, intiharlar… çox sayda ölü, və yaralı var…

14.08.2026 / 10:42
Kəlbəcərdə minaya düşən şəxsin ayağı amputasiya olunub, vəziyyəti orta ağırdır

14.08.2026 / 10:20
Bölgələrdə yanğın törədən 5 nəfər məsuliyyətə cəlb olundu

14.08.2026 / 10:08
Azərbaycan Pakistanı Müstəqillik Günü münasibətilə təbrik etdi

14.08.2026 / 09:10
Xankəndiyə növbəti köç yola salındı

14.08.2026 / 08:21
Yaponiya Putinə “əks-həmlə” hazırlayır - mövzu Kurildir

14.08.2026 / 08:09
ABŞ İranla müharibədə MQ-9 Reaper dronlarının dörddə birini itirib - The Washington Post

14.08.2026 / 07:54
Moskva və Tokio arasında “Kuril mübahisəsi” yenidən qızışır

14.08.2026 / 07:21
Odessa bölgəsində "Şahed" pilotsuz təyyarəsi 340 sərnişin daşıyan qatara çırpılıb - ölənlər var…

13.08.2026 / 23:22
Rum patiarxının saxta fikirlərini partiya funksioneri yenidən səsləndirdi

13.08.2026 / 22:57
Lazarev Klubu Patriarx Kirill və Papanı bütün ermənilərin katolikosunun müdafiəsinə çağırdı - Paşinyanı “hakimiyyətin qəsbi”ndə suçladı

13.08.2026 / 22:49
Ağ ayını oyatdı, 50 min cərimə ödədi - Norveçdə…

13.08.2026 / 22:41
Macarıstanda Yupiterə həsr olunmuş qurbangah aşkarlandı

13.08.2026 / 22:09
Tahirov Vüsal Mehdi oğlunun orden və medalları

13.08.2026 / 21:44
Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

13.08.2026 / 21:26
Zelenski ABŞ-dan “Patriot” ehtiyatlarının 5 faizini istədi - Onda qışdan sağ çıxarıq...

13.08.2026 / 21:10
Zəngəzur Elektrik Dəhlizi - Metsamor Atom stansiyası mütləq bağlanacaq...

13.08.2026 / 20:31
Tərtər sakini Kəlbəcərdə minaya düşdü...

13.08.2026 / 20:16
Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

13.08.2026 / 19:58
"PKK qanunu" Türkiyə siyasətini parçaladı - beynəlxalq reytinqçilər inamsız yanaşır...

13.08.2026 / 19:41
İrandan Azərbaycana narkotik keçirməyə cəhd göstərən şəxs saxlandı

13.08.2026 / 19:25
İran generalı TRIPP layihəsi ilə bağlı Ermənistanı hədələdi - heç bir razılıq yoxdur...

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ