Cümə günü, 09 oktyabr 2026
     

Azərbaycan regionda iqtisadi liderliyini saxladı

Image


Məlum olduğu kimi, Cənubi Qafqaz iqtisadiyyatının mühüm hissəsi Azərbaycana məxsusudur. Son onilliklər ərzində iqtisadi artıma yönəlik siyasətin reallaşdırılması Azərbaycan iqtisadiyyatının xeyli dərəcədə böyüməsinə şərait yaradıb. Bu, ilk növbəsdə uğurlu  neft strategiyasının reallaşdırılması ilə bağlıdır.

Neft strategiyasının reallaşdırılması həm iqtisadi inkişafa, həm ordu quruculuğuna, həm də ərazilərimizn işğaldan azad olunmasına xeyli dərəcədə dəstək vermiş oldu. Eyni zamanda Azərbaycan vaxtında həyata keçirilən islahatlar və məqsədyönlü siyasət sayəsində dünyanın əksər karbohidrogen ehtiyatları ilə zəngin ölkələrinin üzləşdikləri “neftdən asılılıq” sindromundan yan keçməyi bacarıb.

Azərbaycan iqtisadiyyatı müstəqilliyin, demək olar ki, bütün dövrü ərzində dayanıqlılıq və artım nümayiş etdirir. Hazırda ölkədə qeyri-neft sektoru da sürətlə inkişaf edir. Eyni zamanda Azərbaycanın dünyada əsas qaz tədarükçülərindən birinə çevrilməsi də ölkənin iqtisadi gücünü daha böyük sürətlə artırır. O da nəzərə alınmalıdır ki, Azərbaycanın yerləşdiyi strateji bölgə Avropa və Asiya qitələrinin mərkəzində yerləşir. Buna görə də Azərbaycan tranzit ölkə kimi iqtisadi dividendlər qazanmaqdadır. Digər tərəfdən birbaşa xarici invenstisiyalarla ölkəmizə transfer olan texnologiyalar bütün istiqamətlər üzrə, o cümlədən sənaye, kənd təsərrüfatı üzrə daha yüksək məhsuldar fəaliyyəti təmin edir ki, bütün bu faktorlar ölkə iqtisadiyyatının dayanıqlılığını səciyyələndirəcək istiqamətlərdəndir. Təbii, belə vəziyyətdə Azərbaycanın regionda iqtisadi mövqeyi daha da güclənir. Yeri gəlmişkən qeyd edək ki, bu ilin ilk yarısına aid rəqəmlər Güney Qafqaz ölkələri arasında ixracdan ən çox gəlir götürən ölkənin Azərbaycan olduğunu göstərir. Hesabat dövründə ixrac 17.9 milyard dollar təşkil edib. Eyni göstərici Ermənistanda 3.2 milyard, Gürcüstanda 3.1 milyard dollardır. Deməli, Azərbaycanın ixracdan əldə etdiyi gəlir Ermənistan və Gürcüstanla müqayisədə təxminən 6 dəfə çoxdur. Bu baxımdan, Azərbaycanın ixrac gəlirləri təkcə mütləq müqayisədə deyil, adambaşına ixrac göstəricisi baxımından da digər iki qonşusundan yüksəkdir. Güney Qafqaz ölkələrinin ixracında əsas yeri tutan dövlətləri gözdən keçirəndə fərqlər müşahidə edilir. Bu ilin ilk yarısında Azərbaycanın ən çox ixrac gerçəkləşdirdiyi ölkə İtaliyadır. Bölgə olaraq Avropa İttifaqının Azərbaycanın ixracında ön plana çıxmasının səbəbi bu bölgənin Azərbaycanın enerji idxalında əsas yer tutmasıdır. Azərbaycanın ixracında təkcə İtaliyanın payı 46.5 faizdir. İxrac da ikinci yeri Türkiyə tutur - 15.4 faiz. Yunanıstan (4.5 faiz), İspaniya (3.6 faiz) və İsrail də (3.5 faiz) Azərbaycanın ən çox ixrac gəliri əldə etdiyi ilk beş ölkə arasındadır. Gürcüstanın ixracında ilk yeri tutan ölkə isə Ermənistandır. 2023-cü ilin ilk altı ayında Gürcüstanın ixrac gəlirlərinin 14.4 faizi Ermənistan hesabına formalaşıb. Gürcüstanın ixracında ikinci yeri Azərbaycan tutur. Azərbaycanın Gürcüstanın toplam ixracında payı 13.5 faizdir. Rusiya (11.3 faiz), Qazaxıstan (9.8 faiz) və Qırğızıstan (9.2 faiz) da Gürcüstanın ən çox məhsul göndərdiyi ilk beş ölkə arasındadır. Bu baxımdan, aydın olur ki, Gürcüstanın ixracı əsas keçmiş sovet respublikaları ilə bağlıdır. İxracın 63 faizi keçmiş sovet respublikaları ilə ticarət hesabına formalaşıb. Gürcüstan kimi, Ermənistanın da ixracında əsas yeri keçmiş sovet respublikaları tutur. Bu ölkənin ixracında həmin bölgənin payı 56 faizə yaxındır. Ayrılıqda Ermənistanın ən çox məhsul ixrac etdiyi ölkə Rusiyadır. Oraya ixrac Ermənistanın toplam ixracının təxminən yarısı qədərdir. Burada diqqət çəkən məqam Ukrayna ilə müharibə başladıqdan və Rusiyaya sanksiyalar tətbiq edildikdən sonra Ermənistanın Rusiyaya ixracının kəskin artmasıdır. İki il öncə ilə müqayisədə hazırda Ermənistanın Rusiyaya ixracı iki dəfəyə yaxın artıb. Eyni dövr ərzində Ermənistanın Gürcüstana ixracı 208 milyon dollar civarındadır. Bu, ölkənin toplam ixracının təxminən 6 faizi deməkdir. Avropa Birliyi ölkələrinin Ermənistanın ixracındakı payı isə təxminən 11 faizdir.

Bu ilin ilk yarısında Azərbaycanın ən çox idxal gerçəkləşdirdiyi ölkə, “Azadlıq” radiosunun məlumatına görə, ənənəvi olaraq, Rusiyadır. Rusiyadan məhsul alışına toplam 1.5 milyard dollar ödənilib. Bu, Azərbaycanın toplam idxalının 18.8 faizi deməkdir. Rusiyadan sonra Azərbaycan idxal üçün ən çox vəsaiti Çinə ödəyib. Altı ay ərzində Azərbaycan Çindən 1.2 milyard dollarlıq mal gətirib. Bu, Azərbaycanın toplam idxalının 15.4 faizi deməkdir. Azərbaycanın idxalında üçüncü yeri tutan Türkiyənin toplam idxaldakı payı 13.9 faizdir. İl ərzində Azərbaycan Türkiyədən 1.1 milyard dollarlıq idxal həyata keçirib. Gürcüstanın ən çox məhsul idxal etdiyi ölkə isə Türkiyədir. Bu ilin ilk altı ayı ərzində Gürcüstan Türkiyədən 1.2 milyard dollarlıq məhsul idxal edib. Türkiyənin Gürcüstanın idxalındakı payı 17.3 faizdir. Gürcüstanın idxalında ikinci yeri Rusiya tutur. Bu ilin ilk altı ayında Gürcüstan Rusiyadan 927 milyon dollarlıq idxal gerçəkləşdirib. Rusiyanın Gürcüstanın idxalındakı payı 12.9 faizdir. Gürcüstanın idxalında üçüncü ölkə ABŞ-dır. İlk yarımildə Gürcüstan ABŞ-dan 775 milyon dollarlıq məhsul gətirib. ABŞ-ın Gürcüstanın idxalındakı payı 10.7 faizdir. İxracda olduğu kimi, idxalda da Ermənistanın əsas ticarət partnyoru Rusiyadır. Bu ilin ilk altı ayında Ermənistan Rusiyadan toplam idxalın 25 faizi qədər - 1.4 milyard dollarlıq məhsul gətirib. Ermənistan daha 1 milyard dollarlıq idxalı Avropa İttifaqı ölkələri hesabına gerçəkləşdirib (18 faiz). Çinin Ermənistanın idxalındakı payı da 804 milyon dollardır (14 faiz). Onu da qeyd edək ki, Azərbaycanın hazırki reallıqda tranzit qovşağı olaraq investisiyalar üçün cəlbedici ölkədir. Bu, Azərbaycaan daha çox sərmayə axını olacağından xəbər verir. Təbii ki, bütün bunlar regionda Azərbaycanın iqtisadi müstəvidə mövqeyinin daha da möhkəmlənməsini şərtləndirir.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ