Cümə günü, 09 oktyabr 2026
     

Azərbaycan - Asiyanın və Avropanın bir saylı nəqliyyat qovşağına çevrildi...

Image


Dünya boyu artan geosiyasi ziddiyyətlər ənənəvi daşınma marşrutlarıa da ciddi şəkildə təsir edib. Elə bundan irəli gəlir ki? artıq yüklərin daşınması üçün yeni marşrutlar daha çox diqqət mərkəzindədir. Elə bu fonda Azərbaycanın tranzit imkanları Avrasiya miqyasında xüsusi diqqət mərkəzinə gəlib.  

Avropa Yenidənqurma və İnkişaf Bankının bu xüsusda apardığı yeni araşdımadan bəlli olur ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) əhəmiyyətinin artması fonunda Azərbaycan üzərindən yükdaşımalar daha da artacaq. Qurum bildirir ki, Orta Dəhlizə yatırılan yeni sərmayələr onun cəlbediciliyini daha da artıracaq. Bu xəttin istənilən həddə yaxşılaşdırılması üçün tələb olunan ümumi investisiya təxminən 18,5 milyard avro həcmində qiymətləndirilir. Sözügedən  investisiya ehtiyacları avtomobil və dəmir yolları şəbəkəsinin bərpası və modernləşdirilməsi, vaqonların sayının artırılması, limanların ötürücülük qabiliyyətinin artması, Mərkəzi Asiyanın beş ölkəsinin hamısında sərhəd keçid məntəqələrinin, multimodal logistika mərkəzlərinin və köməkçi şəbəkə əlaqələrinin təkmilləşdirilməsi ilə əlaqəlidir. Avropa və Asiya arasında quru nəqliyyat dəhlizlərinin tədqiqatına əsasən demək olar ki, Avropa İttifaqı (Aİ) ilə Mərkəzi Asiya arasında ümumi ticarət son 10 ildə 38,8 % artaraq 2012-ci ildəki 34,2 milyard avrodan 2022-ci ildə 47,5 milyard avroya çatıb. Özü də burada ümumi ticarətin üçdə ikisini Aİ-nin idxalı təşkil edir. Avropa Yenidənqurma və İnkişaf Bankının araşdırmasında deyilir: “Avropa və Mərkəzi Asiya arasında ticarətin artmasına baxmayaraq, Çin Avropa və Asiya arasında ən böyük mal tədarükçüsüdür. O, həmçinin Aİ-nin iki ən böyük ticarət tərəfdaşından biridir. Tarixən Avropa və Çin arasında mal ticarətinin böyük hissəsi dəniz yolu ilə həyata keçirilib (Aİ ilə Çin arasında bütün ticarətin təxminən 80-85 %-i olduğu hesab edilir), quru nəqliyyatının və hava nəqliyyatının payına isə təxminən 10 % düşüb”. Asiya ilə Avropa arasında quru nəqliyyatı üç əsas dəhliz üzrə həyata keçirilir. Bunlardan biri olan, Asiya ilə Avropanı birləşdirən Şimal Dəhlizi Çindən başlayır, Qazaxıstan, Rusiya və Belarusdan keçərək Polşa vasitəsilə Aİ-yə daxil olur. Qatarlar, həmçinin Monqolustandan və ya Trans-Sibir dəmir yolu ilə birbaşa Rusiyadan keçir. Bu marşrutun uzunluğu təxminən 10 min km, malın yolda olma müddəti isə orta hesabla 14 gün təşkil edir. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Asiya və Avropanı Qazaxıstan və Xəzər dənizi vasitəsilə birləşdirir. Mallar Bakı limanı vasitəsilə Qafqaza daxil olur və Gürcüstana doğru yola davam edir, oradan isə Bolqarıstan və ya Rumıniya vasitəsilə Aİ-yə çatmazdan əvvəl iki alternativ yol var: Türkiyədən keçməklə quru yolu və Qara dənizdən keçməklə dəniz yolu. Avropa Yenidənqurma və İnkişaf Bankının analitikləri qeyd edirlər ki, o, Şimal Dəhlizindən daha  qısa (7 min km) olsa da, hazırda özündə 14 gündən 45 gün arasında dəyişən, lakin şəraitdən asılı olaraq 60 günə qədər davam edə bilən gözlənilməz yolda olma müddəti ehtiva edir. Cənub Dəhlizi Bolqarıstan və ya Yunanıstan vasitəsilə Avropaya çatmazdan əvvəl Qırğızıstan və ya Tacikistan, Özbəkistan, Türkmənistan, İran və Türkiyədən keçir. Tədqiqatda qeyd edilir ki, Cənub Dəhlizi boyunca digər potensial marşrut Əfqanıstan və Mərkəzi Asiyadan keçərək Qafqaz vasitəsilə Aİ-yə keçir, lakin bu variant geosiyasi səbəblərdən bu tədqiqatın məqsədləri üçün qiymətləndirilməyib. Bu, avtomobil daşıyıcılarının daha çox üstünlük verdiyi quru dəhlizdir, çünki o, Xəzər dənizi ilə kəsişmədən, onunla bağlı problemlərlə, o cümlədən limanların qeyri-səmərəliliyi və məhdud və gözlənilməz tranzit vaxtları ilə üzləşmədən malların daşınmasını təmin edir. Qeyd olunur ki, Aİ-yə daxil olmayan təyinat nöqtələri üçün tranzit vaxtı təxminən 14-20 gün təşkil edir, lakin 60 gün və ya daha çox da çəkə bilər.

Qiymətləndirməyə əsasən, Orta Dəhliz Avropa və Mərkəzi Asiya arasında ən dayanıqlı nəqliyyat əlaqəsi kimi müəyyən edilib: “Orta Dəhliz ikisəviyyəli əhatə dairəsi (300 km şimala və cənuba) sayəsində Mərkəzi Asiyanın bütün əsas iqtisadi və əhali mərkəzlərini əhatə edir və əsas nəqliyyat şəbəkələri vasitəsilə region daxilində və Avropa ilə əlaqəni təmin edir. Bu marşrut gələcək inkişaf üçün ən böyük potensiala malik olanıdır, çünki o, nəinki nəqliyyat şəbəkəsini inkişaf etdirməyə imkan verir, həm də Mərkəzi Asiyada regional inkişafı dəstəkləyə bilər. Bu region geniş nəqliyyat şəbəkəsinə malikdir və bu, gələcək regional əməkdaşlıq və layihələrin koordinasiyalı şəkildə həyata keçirilməsi üçün əsas ola bilər”. Xatırladaq ki, Orta Dəhliz beynəlxalq nəqliyyat marşrutu 2014-cü ilin fevralında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Daha sonra layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstandan keçməklə Avropaya uzanır. 2022-ci ildə Xəzər dənizi ilə Orta Dəhliz vasitəsilə 1,5 milyon ton yük daşınıb. Bu yüklər Qazaxıstanın Kurık və Aktau, Azərbaycanın Ələt və Hövsan limanları vasitəsilə daşınıb. Bu fonda onu da qeyd edk ki, Azərbaycan yalnız beynəlxalq nəqliyyat dəhlizlərinin qovşağında yerləşən bir ölkə deyil, həm də genişmiqyaslı infrastruktur quruculuğunu həyata keçirən, 400 hektara yaxın ərazidə yaradılmış Ələt Azad İqtisadi Zonasının yerləşdiyi ölkədir. Zonanın mövqeyi elə seçilib ki, bütün nəqliyyat növlərinin, müxtəlif yolların, fərqli marşrutların kəsişməsində yerləşir. İstər Şimal-Cənub, istərsə də Şərq-Qərb marşrutları, eləcə də Orta Dəhliz Ələtdə “kəsişir”. Bu isə həm də regional inkişaf baxımından dəhlizlərdən yararlanmaq imkanı yaradır.  Bütün bunlar indi dünya miqyasında da yüksək qiymətləndirilir.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ