Cümə günü, 09 oktyabr 2026
     

Balıqçılıq təsərrüfatımızda dərin tənəzzül...

Image


2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanda 70 milyard 372,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,7 faiz çox ümumi daxili məhsul istehsal olunub. Dövlət Statistika Komitəsi bildirir ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,2 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 3,4 faiz artıb.

ÜDM istehsalının 42,8 faizi sənaye, 9,4 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 6,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 4,9 faizi tikinti, 2,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6 faizi informasiya və rabitə sahələrinin, 17,7 faizi digər sahələrin payına düşüb.

Qeyd edilən məlumatlardan göründüyü kimi, ümumi daxili məhsulun artımında balıqçılıq da müəyyən rol oynayır. Amma real vəziyyət bu xüsusda son illər ərzində ciddi bir geriləmənin olduğunu da təsdiqləyir. Qeyd edək ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Azərbaycanda ölkəiçi balıq bazarını araşdırıb. Rəsmi rəqəmlər son illər Azərbaycanda balıq ovu həcminin azaldığını göstərir. 2017-cı ildə ölkədə 63.8 min ton balıq tutulub. Sonrakı illərdə bu göstərici azalaraq ötənilki 59.9 min ton səviyyəsinə enib. Beləliklə, beş il ərzində təxminən dörd min ton həcmində azalmadan söhbət gedir. Tutulmuş balığın illərə görə 96-98 faizi fiziki şəxslərin payına düşür. Bu isə o deməkdir ki, bazarda əsas oyunçu mikrooyunçulardır. Balıq istehsalında bu durumun əsas səbəblərindən biri balıqartırma müəssisələrinin sayca azalmasıdır. Ölkədə 2017-ci ilədək 12 balıqartırma müəssisəsi fəaliyyət göstərib. Sonrakı illərdə bu say 7-yə enib. Eyni dövrdə balıqların artırılmasına xərclənən vəsait də azaldılıb. Məsələn, 2017-ci ildə balıqların artırılıb qorunmasına 3.1 milyon manat xərclənmişdisə, 2021-ci ildə eyni rəqəm 1 milyon manata çatmayıb. Balıq körpələrinin su hövzələrinə buraxılması da 2018-ci ildən bəri çox ciddi ölçüdə azalıb. Məsələ ilə bağlı “Azadlıq” radiosu xatırladır ki, 2017-ci ildə Azərbaycandakı su hövzələrinə 437 milyon vətəgə əhəmiyyətli balıq körpələri buraxılmışdı. 2018-ci ildə bu say 45 milyona enib. Sonrakı illərdə bu göstərici daha da azalıb və 2021-ci ildə cəmi 7 milyon olub. Rəsmi rəqəmlərdən aydın olur ki, Azərbaycanda kvota üzrə ovlanan balıqlar arasında, əsasən, kilkə (siyənəkkimilər fəsiləsinə aid balıq növü) ilk yeri tutur. Kvota üzrə ovlanan balıqların 63 faizi kilkədir. Bu fonda qeyd edək ki, Azərbaycanda balıqçılıq təsərrüfatının ən yüksək məhsuldar dövrü keçən əsrin 80-ci illəri sayılır. Həmin dövrdə ölkə üzrə ildə təxminən 50-54 min ton kilkə balıqları ovlanırdı. Son dövrlərdə isə kilkə ovu bir-iki min tondur. Cari ildə kilkə kvotası beş min ton təyin edilib və demək olar ki, bu kvotanın hamısı mənimsənilir. Kütüm (8 faiz), kefal və siyənək (hər ikisi altı faiz) ovu da ilk üçlükdədir. Göl və nohurlardan ovlanan balıqlar arasında isə əsas pay çəki balığına aiddir. Ölkədə göl və nohurlarda ovlanan balığın 44 faizi məhz çəki balığıdır. Qızılxallı forel (21 faiz) və qalınalın (14 faiz) balıqları göl və nohurlarda ən çox ovlanan balıq növləri arasındadır. KOBİA-nın araşdırmasına görə, Azərbaycanda ovlanmış diri balıq həcminin 98 faizi dağınıq şəkildə fəaliyyət göstərən fiziki şəxslərin payına düşür. Regionlarda heç bir dövlət və ya qeyri dövlət orqanı bu işin bölgüsünü aparmır. Bu baxımdan, araşdırma zamanı balıq ovunun regional bölgüsü mediada dərc edilən bilgilər, bazar iştirakçıları və ekspertlərin fikri əsasında hesablanıb. Həmin hesablamaya görə, ölkədə ovlanan diri balığın 36 faizi Şirvan-Salyan iqtisadi rayonunun payına düşür və bu bölgə balıq ovuna görə liderdir. Adıçəkilən iqtisadi rayonun tərkibinə Şirvan şəhəri, eləcə də, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayonları daxildir. Diri balıq ovuna görə daxili bazarda ən çox paya sahib ikinci iqtisadi rayon Lənkəran-Astara (12 faiz), üçüncü isə Mil-Muğandır (9 faiz). Balıq yetişdirməklə daha çox Xəzər dənizi sahilində yerləşən bölgə və çayqırağı vətəqələrdə çalışan fiziki şəxslər məşğul olur.

Azərbaycanda balıq idxalı və ixracı ilə bağlı göstəricilərə baxdıqda aydın olur ki, ölkə balığın əsas idxalçısıdır. Azərbaycanda balıq idxalı, əsasən, İrandan gerçəkləşdirilir. Diri balıq olaraq, əsasən, forel və karp gətirilir. İxracsa yalnız qızılbalıqdan ibarətdir və onun da alıcısı yalnız Türkiyədir. 2021-ci ilin üzrə göstəricilərinə görə, ölkənin 444 tonluq diri balıq idxalının 402 tonu (91 faizi) İranın payına düşür. Növbəti iki yeri Gürcüstan (24 ton) və Türkiyə (17 ton) tutur. Dondurulmuş balıq idxalına görə ilk üç ölkə isə Rusiya, İslandiya və Yeni Zelandiyadır. Azərbaycana balıq filesi ən çox Çindən, qurudulmuş balıq Ukraynadan, konservləşdirilmiş balıq Rusiyadan gətirilir. Ölkənin özünə gəlincə, rəsmi rəqəmlər göstərir ki, ölkədə tükədilən balığın əsas hissəsi təzə, dondurulmuş və ya soyudulmuş haldadır. Bu da o deməkdir ki, balıq çox vaxt emal edilməmiş halda istehlak olunur. İxrac strukturuna baxılsa, Azərbaycandan sənaye üsulu ilə emal edilmiş balıq (məsələn, konservləşdirilmiş, duza qoyulmuş və ya hisə verilmiş) ixrac edilmir. Ölkə daxilində sənaye üsulu ilə emal edilmiş balıq daxildə istehlak edilir. Azərbaycanda emala yönəldilmiş balıq həcmi, hesablamalara əsasən, 4.4 tondur. Bu, bazar həcminin çox cüzi faizidir. Bu bazarda əsas istehlak idxal olunmuş məhsullar hesabına ödənilir. Azərbaycanda istehsal müəssisələrinin yüklənmə həcmi (balıq dondurma avadanlığından başqa), orta hesabla 60 faiz civarındadır. Bütün yuxarıda söylənilənlər nəzərə alınsa, Azərbaycanda sənaye üsulu ilə emala yönəlmiş balıq həcmi olduqca azdır və bu bazardakı böyük potensialdan yararlanmağa kəskin ehtiyac var. KOBİA-nın araşdırması çərçivəsində balıq məhsullarının istehlakı ilə bağlı sorğu da keçirilib. Sorğuya qatılanların 57 faizi ayda, ən azı, bir dəfə balıq yediyini deyib. Daha 36 faiz respondentsə, təxminən, hər üç ayda bir dəfə balıq yediyini söyləyib. Respondentlərin 7 faizi üç aydan da uzun müddətdən bir balıq yediyini bildirib. Araşdırmanın nəticələrinə görə, balıq istehlakı Azərbaycanda birbaşa fəsillərə bağlıdır. May-sentyabr aylarında balıq istehlakı azalır. Daha çox istehlak yanvar – mart və oktyabr – dekabr aylarında olur. Sözügedən sorğuya qatılanların cəmi 44 faizi yerli balıq məhsullarının keyfiyyətindən razı qaldığını dilə gətirib. Respondentlərin 56 faizi yerli balıq məhsullarının keyfiyyətindən razı deyil. Hazırda dünya üzrə adambaşına düşən balıq istehlakı 20,5, Azərbaycanda isə 7,6 kiloqramdır. Həm də bu həcm əsasən idxal olunan balıq məhsullarının hesabınadır.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ