Cümə günü, 09 oktyabr 2026
     

Rusiyada rubl böhranı başladı - Azərbaycan silkələnir...

Image


Son günlərdə şimal qonşumuzun milli valyutası ilə bağlı maraqqlı proseslərin cərəyan etdiyi müşahidə edilir. Rusiya rublunun dollar və avro qarşısında kəskin ucuzlaşmasının səbəbləri, bunun Azərbaycan manatına, istehlak bazarına təsiri yenidən geniş müzakirə predmetidir. Qeyd edək ki, Moskva birjasında 1 dolların qiyməti 100 rublu keçir. Bu, rublun 2022-ci ilin 23 martından bəri ilk belə ucuzlaşmasıdır. 1 avro isə 110 rubldan da bahadır.

RBK agentliyi ekspertlərinin fikrincə, rublun zəifləməkdə davam etməsinin əsas səbəbi ixracdan əldə olunan gəlirlərin azalmasıdır. Eyni zamanda idxalçıların və iri biznesin xarici valyutaya ehtiyacı var. Ekspertlərin rəyinə görə, rublu ucuzlaşdıran digər faktor rusiyalıların və qeyri-vətəndaşların Rusiyadakı aktivlərindən xarici valyutanı ölkədən çıxarması ilə bağlıdır. Rusiya Bankı sədrinin müavini Aleksey Zabotkin isə deyib ki, milli valyutanın zəifləməsində əsas rolu idxal-ixrac əməliyyatlarının dinamikası oynayıb. O qeyd edib ki, hazırda ixracın dəyəri ötən ilin ikinci yarısı ilə müqayisədə üçdə bir qədər azalıb, eyni zamanda idxal həcmləri artıb. Rusiya Mərkəzi Bankının mətbuat xidmətindən bildirilib ki, rublun əsas valyutalara nisbətdə ucuzlaşması səbəbindən maliyyə sabitliyinə heç bir təhlükə yoxdur. Bank izah edir ki, bu gün rublun məzənnəsinə təsir idxala tələbatın artması şəraitində ixracın dəyərinin əhəmiyyətli dərəcədə azalmasıdır: "Məzənnə çoxlu sayda amillərin təsiri altında formalaşır. İxracın dəyərinin əhəmiyyətli dərəcədə azalması ilə yanaşı, daxili tələbin aktiv artımı ilə bağlı idxalın genişlənməsi də müşahidə olunur”. Qurumun mətbuat xidməti xatırladıb ki, onun pul siyasəti üzrə hərəkətləri 2024-cü ildə inflyasiyanın 4%-lik hədəf səviyyəsində sabitləşdirilməsinə yönəlib: “İnflyasiyanın 4% sabitləşməsi üçün pul siyasətinin daha da sərtləşdirilməsi tələb olunur. Rusiya Bankı növbəti iclaslarda əsas faiz dərəcəsinin artırılmasının mümkünlüyünü etiraf edir”. Ekspertlər bildirirlər ki, rublu neft qiymətlərinin artması gücləndirə bilər, lakin bu, tezliklə gözlənmir. Rusiya prezidentinin köməkçisi Maksim Oreşkin isə rublun zəifləməsinə görə Rusiya Mərkəzi Bankını və onun “yumşaq maliyyə-kredit siyasətini” ittiham edib. Ötən həftə Mərkəzi Bank ilin sonunadək büdcə çərçivəsində xarici valyutanın alınmasını dayandırıb. Lakin ekspertlər bildirirlər ki, bu addım hələ ki, rublun məzənnəsinə təsir göstərməyib. Amma Rusiya Dövlət Duması maliyyə bazarları komitəsinin başçısı Anatoli Aksakov deyib ki, rusiyalıların əksəriyyəti dolların məzənnəsinə heç “tüpürmək də istəmir”: "Üzlərdə təbəssüm var. Heç kim dolların məzənnəsinin 100 dollara çatmasından narahat deyil”. Lakin Oreşkin bildirib ki, zəif rubl iqtisadiyyatın struktur transformasiyasını mürəkkəbləşdirir və əhalinin real gəlirlərinə mənfi təsir göstərir. “Reuters” agentliyi yazır ki, rublun təlatümlü məzənnəsini Ukraynadakı müharibə şərtləndirir. Müharibədən əvvəl 1 dollar 75 rubl idi. Londondakı “BlueBay Asset Management” firmasının aparıcı eksperti Timoti Eş deyib ki, rublun ucuzlaşmasının əsas səbəbi Moskvanın Ukraynada apardığı müharibədir: “Buna təkcə Avropada qaz bazarının itirilməsi ilə bağlı gəlirlərin azalması deyil, həm də “Böyük yeddilik” qrupunun Rusiya neftinə qoyduğu qiymət tavanı təsir edir”. Lakin moskvalı müstəqil ekspert İan Melkumov rublun zəif kursuna görə Mərkəzi Bankı günahlandırıb. O bildirib ki, Mərkəzi Bank vəziyyətə nəzarət edə bilmir. Ekspert deyib ki, bank rublun kursunu düzəltmək məqsədilə faiz dərəcəsini 20 faizədək artıra bilər, amma Mərkəzi Bank iqtisadiyyatı və biznesi ötən il olduğu kimi “öldürmək” istəmir.

Bunlar isə, yuxarıda qeyd olunduğu kimi, Azərbaycana da təsir edir. Çünki Rusiya hələ də ölkəmizin əsas ticarət tərəfdaşlarından biri olaraq qalır. Rublun ucuzlaşması ilə  Rusiya mallarının Azərbaycana ixracı getdikcə daha cəlbedici olacaq. Çünki Rusiya şirkətləri öz məhsullarını manatla satmaqla onları Rusiya biznesi üçün daha sərfəli qiymətə axtardıqları rubla dəyişmək imkanı əldə edirlər. Bəzi Rusiya şirkətləri Azərbaycan bazarında onlar üçün cəlbedici olan məhsulların payını artırmaq istədikləri üçün, yəqin ki, hətta mallarının qiymətini manatla dempinq etməyə üstünlük verəcəklər. Eləcə də Rusiya biznesinin Azərbaycanda mal və xidmətləri alması getdikcə baha başa gələcək, ona görə də, onların həcmi və Azərbaycandan mal idxalı azalacaq. Beləliklə, Rusiya pulunun manata nisbətən dəyər itirməsi Azərbaycanın ixrac edilən qeyri-neft məhsulların rubl ifadəsində bahalaşmasına səbəb olur. Bu isə qeyri-neft ixrac imkanları baxımından arzuolunan deyil. Bundan başqa, Rusiya Azərbaycanın qeyri-neft ixracatında ən böyük ticarət tərəfdaşıdır və bu baxımdan rublun zəifləməsi manatın nominal effektiv məzənnəsini daha da möhkəmləndirir. Bu isə o deməkdir ki, Azərbaycan qeyri-neft ixracat bazarlarının mümkün qədər daha tez diversifikasiyasına çalışmalıdır. Bütövlükdə, Rusiyanın valyuta gəlirlərinin azalması fonunda şimal qonşumuzun iqtisadiyyatındakı çağrışların dərinləşəcəyi gözləniləndir. Rusiyada fəaliyyətini davam etdirən Azərbaycanlı iş adamlarının da həm yığımlarını, həm də sərmayə qoyluşlarını şaxələndirmələri çox vacibdir.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ