Cümə günü, 09 oktyabr 2026
     

İqtisadi tərəqqiyə regionların töhfəsi artır

Image


Regionların sosial-iqtisadi inkişafı əhalinin həyat keyfiyyətinin yaxşılaşdırılmasının mühüm prosesi hesab olunur.

Azərbaycanda sosial-iqtisadi inkişafın prioritet hədəflərinə regionlarda ümumi daxili məhsulun artımı, əhalinin gəlirlərinin, doğum səviyyəsinin, gözlənilən ömür uzunluğunun yüksəldilməsi, səhiyyənin, təhsilin keyfiyyətinin yaxşılaşdırılması, ekoloji vəziyyətin yaxşılaşdırılması və digər belə faktorlar daxildir. Son illər regionların sosial-iqtisadi inkişafına ekoloji amillər böyük təsir göstərir.

  • Regionlar mərkəzi büdcə asılılığından xilas olur

Ekoloji məhdudiyyətlər ilk növbədə ərazinin xüsusiyyətləri, iqtisadi funksiyası və seçilmiş təbiətdən istifadə sistemi ilə əlaqələndirilir. Mövcud ekoloji proqramlar çərçivəsində müəyyən ərazilərdə və ya ayrı-ayrı ekosistemlərdə ekoloji məhdudiyyətlər sistemi iqtisadiyyatın struktur transformasiyasına və regionların davamlı inkişafına kömək edir.

Nəzərə alınmalıdır ki, Azərbaycanda regionların böyük əksəriyyəti əlverişli coğrafi mövqeyə, zəngin təbii sərvətlərə və turizmin inkişafı üçün potensiala malikdir. Bu şəraitdə regionların öz potensialından səmərəli şəkildə istifadə edərək inkişafı mühüm əhəmiyyət  kəsb edir. Regionların bütün ehtiyatlarının, o cümlədən təbii, maddi, əmək, maliyyə, informasiya, resurs və iqtisadi fəaliyyət məhsullarından istifadəsi belə vəziyyətdə ön plana çıxır. Region iqtisadiyyatının operativ və strateji idarə olunması, sosial proseslərə təsiri, müvafiq proqramların icrası inkişafa birbaşa təsir edir. Regionların bu şəkildə inkişafı onların mərkəzi büdcə dəstəyindən, digər növ yardımlardan imtina etməsi demək deyil. Bununla belə, bu istiqamətdə hərəkət etmək hökumətin regionlar qarşısında müəyyənləşdiridiyi mühüm vəzifədir. Özünütəminata keçid inkişafın bilavasitə məqsədidir və regionun büdcədən, hökumətin digər ayırmalarından maliyyə müstəqilliyinə nail olmasə deməkdir. Ölkə ərazisində məhsuldar qüvvələrin bölüşdürülməsi də eyni məqsədə xidmət edir. Təbii ki, regionların özünüinkişafının təmin edilməsində maliyyə-büdcə mexanizminin oynadığı rol çox böyükdür. Bu fonda regionların sosial-iqtisadi inkişafının təhlili üçün vergi, büdcə, qiymət, pul, sosial siyasət, hüquqi, sosial təminat və digər amillər mütləq nəzərə alınır. Bunlar regional problemləri həll etmək üçün istifadə olunur. Fiskal alətlər bu gün regional səviyyədə əsas tənzimləmə alətlərindən biridir. Milli iqtisadiyyat səviyyəsində müəyyən edilmiş fiskal iqtisadi siyasətin parametrləri bütövlükdə iqtisadiyyata tələbi tənzimləməyə imkan verir, lakin onlar müxtəlif regionlara fərqli təsir göstərir. Bununla əlaqədar olaraq, iqtisadiyyatın regional diferensiallaşdırılmasına ehtiyac yaranır. Məhz bunlar müvafiq dövlət proqramlarında nzəərə alınır. Bu vaxta qədər regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramlarında, regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı prezident İlham əliyevin sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə, əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan verib. Hazırda bunun davamlı xarakteri əsas vəzifə hesab olunur. Hazırda “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası həyata keçirilir və nəticələr də yüksəkdir. Məsələn, təkcə bir faktə qeyd etmək olar ki, həmin proqramın ötən il üçün nəticələrinə əsasən, prezident İlham Əliyev Bakı şəhəri ilə yanaşı bölgələrə - Abşeron, Ağcabədi, Ağdam, Ağsu, İsmayıllı, Oğuz, Qobustan, Qubadlı, Şabran, Şəki, Füzuli, Göygöl, Şuşa, Kəlbəcər, Laçın, Cəbrayıl, Zəngilan, Tərtər və Xızı rayonlarına, eləcə də Gəncə, Sumqayıt şəhərlərinə etdiyi səfərlər çərçivəsində 160-dan çox obyektin - istehsal müəssisələri, yollar, elektrik təchizatı obyektləri, su təchizatı layihələri, səhiyyə və təhsil müəssisələri - açılış və təqdimat mərasimlərində iştirak edib. Bunlar artıq yüksək göstəricilər hesab olunur.

  • Bölgələrin rəqabət qabiliyyəti yüksəlir

Azərbaycan regionlarının inkişafının xüsusiyyətləri, istehsalın müxtəlifliyi, müxtəlif bölgələrdə ehtiyatların səviyyəsi, müxtəlif islahatlar ölkənin ümumi iqtisadi tərəqqisinə mühüm təkan verir. Regional iqtisadiyyat milli iqtisadiyyat makrosisteminin alt sistemi olaraq artıq öz sözünü deyir. Mahiyyət etibarı ilə konkret regionun səmərəli inkişafı bazar iqtisadiyyatı şəraitində dəyər yaratmaq yolu ilə müəyyən amillərdən və potensiallardan istifadə etmək deməkdir. Lakin bütün region üçün vahid inkişaf strategiyasının olması mümkün deyil. Çünki hər bölgənin özünəməxsus inkişaf şəraiti, iqtisadi və sosial potensialı var. Ona görə də konkret regionun iqtisadiyyatının inkişafında bu faktor nəzərə alınır.

Ölkəmizdə regional siyasətinin əsas vəzifəsi bazar iqtisadiyyatı şəraitində bölgələrin rəqabət qabiliyyətini, onların istehsal və resurs potensialından tam istifadə etməklə region əhalisinin məşğulluğunu və həyat səviyyəsini artırmaqdır. Nəticədə bu gün Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı əvvəlki illərlə müqayisədə xeyli yüksəkdir. Bu, o deməkdir ki, ayrı-ayrı regionların inkişafı ölkənin həyat keyfiyyətinin, məşğulluğun yüksəlməsi, iqtisadi tərəqqi deməkdir. Təcrübə göstərir ki, regionların uğurlu sosial-iqtisadi inkişafı həm də dövlət idarəçiliyinin təşkilindən, qanunvericilik və icra hakimiyyətinin strukturundan asılıdır. Regional səviyyədə sosial-iqtisadi inkişafın idarə edilməsinin məzmunu və onun alətləri bir tərəfdən milli iqtisadi siyasətlə, digər tərəfdən isə regional siyasətin xüsusiyyətlərini nəzərə alan regional faktorlarla müəyyən edilir. Regionların inkişafında Azərbaycan dövləti bütün bunları nəzərə alır və elə bu səbəbdəndir ki, bölgələrin iqtisadi inkişafda rolu artır.

Ramil QULİYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ