Cümə axşamı günü, 26 noyabr 2026
     

Bakıda və regionlarda aqrar məhsulların qiymət fərqi yenə fantastik həddə...

Image


Məlumdur ki, Azərbaycan üçün kənd təsərrüfatı sahəsinin inkişaf etdirilməsi çox önəmli məsələdir və dövlət aqrar sektora ciddi dəstək verir. Bundan başqa, kənd təsərrüfatında məhsuldarlığın artırılması da xüsusi diqqət mərkəzində yer alır. Ölkənin ərzaq təhlükəsizliyini təmin etmək baxımından da bu, mühüm əhəmiyyət kəsb edir.

Bunlar fonunda kənd təsərrüfatı məhsullarının satış kanallarında çoxsaylı halqalar mövcuddur. Amma Bakıda və regionlarda aqrar məhsulların qiymət fərqi də diqqətdən yayınmır. Bu hal fermerlər arasında narazılıq yaradır. Çünki yerlərdə onlardan məhsullar çox ucuz qiymətə alınır. Halbuki, kənd rayonları ilə Bakının bazarlarında meyvə-tərəvəzin qiymətlərində kəskin fərq var. Məsələn, xiyarın bir kiloqramının qiyməti bəzi rayonlarda 10 qəpik olsa da, paytaxtda bu məhsul 1 manata yaxındır. Bəzi rayonlarda bir kiloqramı 30-40 qəpiyə təklif edilən pomidoru isə Bakının bir sıra satış məntəqələrində 1 manatdan ucuz almaq mümkün deyil. Paytaxt və əyalətlər arasında digər meyvə-tərəvəzin qiymətlərində də ciddi fərq müşahidə edilir. Bakının mərkəzində yerləşən bazarlarda qeyd edilir ki, topdansatış məntəqəsindən xiyarı 0,6-0,7 manatdan, pomidoru isə 0,8-1 manatdan alırlar ki, bu da son nəticədə qiymətlərə təsir edir.

Kənd Təsərrüfatı Nazirliyindən isə bildirilib ki, qiymət tənzimlənməsi nazirliyin səlahiyyətində deyil və qurumun belə bir funksiyası yoxdur. Nazirlikdən əlavə olunub ki, bazarda qiymətlər tələb-təklif qanunu əsasında formalaşır. Həmçinin qeyd olunub ki, tez-tez Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil edilir. Nazirlikdən vurğulanıb ki, yarmarkaların əsas məqsədi yerli fermerlər üçün alternativ satış kanalı yaratmaq, eyni zamanda şəhər sakinlərini təbii, mövsümi və sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir: “Fermerlər yarmarkada tamamilə ödənişsiz şəkildə iştirak edir. Onlar piştaxta, tərəzi, soyuducu və digər lazımi avadanlıqlarla təmin olunur. Məhsullarının daşınmasında çətinlik çəkən fermerlərə loqistik dəstək göstərilərək məhsulları təsərrüfatlarından birbaşa yarmarka keçirilən ünvana qədər daşınır”. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məzahir Əfəndiyev “Turan” agentliyinə mövzu ilə bağlı açıqlamasında kənddə fermerlərin yetişdirdiyi məhsulların ucuz, Bakıda isə dəfələrlə baha satıldığı barədə fikirlə razı olduğunu bildirib. Onun sözlərinə görə, həmin məsələ parlamentdə də müzakirə olunub və keçən ildən öz aktuallığını itirməyib: “Müzakirə zamanı müəyyən olunub ki, ortada bir neçə broker şirkətlər var ki, onlar kəndlidən istehsal etdikləri məhsulları çox ucuz qiymətə alır, həmin məhsulların çeşidləməsini, soyuducularda saxlanılmasını təmin edir, sonra da Bakıya daşınmasını təşkil edir. Burada da əlavə xərclər var. Bununla da qiymətdə artım olur”. Deputatın deməsinə görə, bu sahədə hansısa nizamlayıcı mexanizmə ehtiyac var ki, kənddə istehsal olunan əmtəə şəhər bazarlarına çatanda o qədər də yüksək qiymətə satılmasın: “Xərclərin harada daha çox qeydə alındığı nəzərdən keçirilməli və o sahədə boşluq varsa, onun aradan qaldırılması üçün əlavə tədbirlər görülməlidir”. Kənd təsərrüfatı məsələlər üzrə ekspert Vahid Məhərrəmov isə “Azadlıq” radiosuna bildirib ki, kəndli öz məhsulunu böyük bazara çıxara bilmir: “Ölkədə bir topdansatış bazar var. Bu bazar da istehsalla bağlı vəziyyəti izləyir və qiyməti onlar müəyyən və diktə edir. Həmin bazardan bütün supermarketlərə, xırda ticarətlə məşğul olan məntəqələrə gedir”.

Ekspert hesab edir ki, bu halı aradan götürmək üçün Bakıda ən azı 3 belə topdansatış bazarı olmalıdır: “Onların arasında rəqabət olmalıdır”. Onun fikrincə, hökümət indiki vəziyyətdə kənddən şəhərə fermerlərin məhsullarının çatdırılmasını təmin və əhalinin sıx yaşadığı yerlərdə satışını təşkil etməlidir: “Hökümət hətta bəzi xərclərini öz üzərinə götürə bilər. Bununla da kəndli gəlir əldə edər və məhsulun istehsalında maraqlı olar. Əkin sahələri azalır. Ona görə azalır ki, kəndli məhsulunu sata bilmir, mal qaldıqca xarab olur və kəndli ziyana düşür”. Digər mütəxəssislərin rəyinə görə, burda bir neçə vacib məqam var. Birincisi, bölgədəki məhsulun ucuz olması mövsümidir. Az vaxt keçdikdən sonra qiymətlər regionlarda da qalxacaq. İkincisi, mərkəzi şəhərlərdəki iri ticarət mərkəzinə girmək heç də asan deyil. İri ticarət şəbəkələrinin bir qismi öz mağazalarında istehlakçıya yalnız özlərinə məxsus aqroparklarda yetişdirilən məhsulları satır. Və bu zaman da qiyməti öz istəklərinə uyğun müəyyən edir. Digər iri ticarət şəbəkələri isə mal sahiblərindən depozit tələb edirlər. Bir çox fermerlərin də bu depoziti ödəmək imkanı olmur. Ona görə də fermerlər iri ticarət mərkəzlərinə girməkdə çətinlik çəkirlər. Hesablamalara əsasən, Azərbaycanda təqribən 500 min fermer fəaliyyət göstərir. Ölkədə istehsal olunan meyvə-tərəvəz, ümumiyyətlə, kənd təsərrüfatı məhsulları 500 min istehsalçıdan formalaşır. Bu, kifayət qədər böyük rəqəmdir və bu istehsalçıların məhsulunu gətirib Bakı şəhərinə və yaxud da ki, hansısa iri şəhərlərə çatdırmaqda ticarətçilər böyük rol oynayırlar. İndi ticarətçilərin qiymət siyasətinə nəzarət artırılsa, regionlarla Bakı arasında məhsulun satış dəyərindəki fərq də azalar.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...

26.11.2026 / 10:12
Su Ehtiyatları Agentliyinə ayrılan pullar yoxlanıldı – nöqsanlar aşkarlandı...

26.11.2026 / 10:03
Putinlə gizli təmasın SENSASİYALI DETALLARI – iki Avropa ölkəsi Kremli sakitləşdirməyə çalışdı...

26.11.2026 / 09:46
“Azeri Light” bahalaşdı - Azərbaycan neftinin bir barreli 100 dolları keçdi

26.11.2026 / 09:23
Ukraynadan Rusiyanın enerji sisteminə ağır zərbə – Şimali Qafqazın əsas elektrik stansiyası vuruldu...

26.11.2026 / 09:15
Qazaxda evdə qaz partlayışı - ana və oğul xəsarət aldı, yaralı oğul Bakıya gətirilir

26.11.2026 / 08:29
Zelenskidən Lukaşenkoya sərt cavab - “Mən çemodan deyiləm” -

25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır – Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...

25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi – Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı

25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu – “O, məndən nə etməyimi istəyir?”

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama – ondan sonra Belarusu kim idarə edəcək...

25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu - SİYAHI

25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...

25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin... - VİDEO

25.11.2026 / 17:10
Rusiyanın "Merkuri" gəmisi inanılmaz əməliyyatla vuruldu - şok detallar...

25.11.2026 / 16:57
Milyondan çox pensiyaçının gözlədiyi xəbər – pensiyalar artırılır...

25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi

25.11.2026 / 16:37
Sumqayıtda marketdə ahıl qadının pul kisəsi belə oğurlandı - VİDEO

25.11.2026 / 16:29
Paşinyan Putinlə mürəkkəb "dəmiryolu danışıqlarına" gedir... Kritik görüş...

25.11.2026 / 16:02
İran liderlərinə qarşı ABŞ-İsrail cəza terrorunun yeni dalğası müzakirə olunur...

25.11.2026 / 15:46
Azərbaycanın bu şəhəri erməniləri əvvəl “sevindirmişdi”, sonra bellərini qırdı...

25.11.2026 / 15:33
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan

25.11.2026 / 15:05
Prezident İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

25.11.2026 / 14:35
Lukaşenko: “Avropa təhlükəsizliyinin gələcək arxitekturası avropalıların özlərinin iştirakı olmadan müzakirə edilə bilməz və Kreml bunu başa düşür”

25.11.2026 / 14:29
Peskov ABŞ-ın Rusiya ilə danışıqlara yanaşmasındakı dəyişikliyə münasibət bildirməkdən imtina etdi

25.11.2026 / 14:17
Lukaşenko Rusiyanın nüvə silahlarının Belarusdan çıxarılmasına icazə verdi

25.11.2026 / 14:12
Xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydaları hazırlanacaq

25.11.2026 / 14:10
MSK-nın nümayəndə heyəti beynəlxalq seçki forumunda iştirak edib

25.11.2026 / 14:05
ABŞ generalından dəhşətli xəbərdarlıq... NATO Rusiyanın zərbələrinə hazır deyil – Avropa şəhərləri Ukrayna kimi bombalana bilər...

25.11.2026 / 13:57
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü

25.11.2026 / 13:50
ABŞ Ukraynada böyük təhlükə gözləyir? – Səfirlikdən təcili xəbərdarlıq…

25.11.2026 / 13:33
Zəngəzurda dəmiryolunun çəkiləcəyi dəqiq vaxt deyildi...

25.11.2026 / 13:24
Gələn il 61 dövlətin lideri Bakıya gələ bilər...

25.11.2026 / 13:17
Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradıldı - FƏRMAN

25.11.2026 / 13:10
Əvvəl sabiq nazir, indi sədr müavini – Fond qalmaqalı AK Partidə istefa dalğası yaratdı…

25.11.2026 / 12:55
Ukraynadan Rusiyanın neft sənayesinə növbəti ağır zərbə – “Rosneft”in iki nəhəng zavodu vuruldu…

25.11.2026 / 12:42
Zelenski onu Moskvaya dəvət edən Lukaşenkoya cavab verdi – Putini də götür, Kiyevə gəl…

25.11.2026 / 12:39
Naxçıvanda fəxri adlara görə aylıq təqaüdlə bağlı dəyişiklik...

25.11.2026 / 12:25
Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib - FOTO

25.11.2026 / 12:03
Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladı

25.11.2026 / 11:49
Hörmüz boğazında minaya düşən iki tanker alov aldı...

25.11.2026 / 11:36
Vasif Talıbovun imzaladığı 47 fərman ləğv olundu

25.11.2026 / 11:27
İslam Kərimovun qızı Gülnarənin 252,5 milyon dollarlıq sərvəti aşkarlandı – pullar Özbəkistana qaytarılır...

25.11.2026 / 11:06
Xətainin heykəlinin lövhəsindəki yazı ilə bağlı ekspert qrupu yaradıldı

25.11.2026 / 10:42
Azərbaycanda qədim yaşayış məskəni tapıldı

25.11.2026 / 10:38
Naxçıvan Qaz İstismar Xidməti ləğv edildi

25.11.2026 / 10:25
“Giləzi-Quşçuluq”da dəhşətli faktlar üzə çıxdı – 400 tondan çox təhlükəli toyuq əti aşkarlandı... Şirkətdə həbslər aparıldı...

25.11.2026 / 09:48
Türkiyədə məşhurlara qarşı genişmiqyaslı əməliyyat – Özcan Deniz və digər tanınmış simalar saxlanıldı...

25.11.2026 / 09:12
Cared Kuşnerin babasının partizanlıq qeydləri Belarusda dərc olundu

25.11.2026 / 09:05
Kəlbəcər Şəhəri Günü qeyd olunur

25.11.2026 / 08:58
Kadırovun oğlu soyadını dəyişib Serbiya vətəndaşlığı aldı - sanksiyalardan yayınmanın unikal yolu…

25.11.2026 / 08:51
Konqres üzvləri Trampı Putinin G20-yə dəvətini ləğv etməyə çağırdı

24.11.2026 / 23:25
Vaşinqtondan ŞOK SSENARİ... Trampın gizli planı üzə çıxdı – İranın rəhbər şəxslərinə sui-qəsd hazırlanır...

24.11.2026 / 22:49
Britaniyanı qarışdıran ŞOK QALMAQAL – Ukraynaya ABŞ-dan alınmış tonlarla saxta partlayıcı göndərildi...

24.11.2026 / 22:23
İrandan dünyaya neft şoku xəbərdarlığı – müharibə başlasa, neft bazarında fəlakət yaşanacaq...

24.11.2026 / 22:05
Dövlətlər BCM-dən çıxır - Trampın çağırışı ilə yox, başqa səbəbdən...

24.11.2026 / 21:49
Paşinyan erməni tarixindən “4 çarlığı” silib atdı...

24.11.2026 / 21:35
Respublikaçı konqresmenlər indidən Trampın üzünə durmağa başlayıblar...

24.11.2026 / 21:21
Ermənistanın yeni Konstitusiya layihəsi məhkəmə sistemində ajiotaj yaratdı...

24.11.2026 / 21:10
Ali Şura Zəngəzur dəhlizini Hörmüzə bənzədib hədələdi...

24.11.2026 / 20:53
Ermənistan Konstitusiyasının müzakirəsi 6 ay uzanacaq - Şübhəlidir...

24.11.2026 / 20:38
TRİPP - bu sayaq açılışı məqbul saymaq olar?

24.11.2026 / 20:25
COP 31-ci addımında Türkiyədə iflasa uğradı...

24.11.2026 / 20:17
Trampın İran uğursuzluğunun səbəbi Demokratlar Partiyasının seçki qələbəsi imiş...(?)

24.11.2026 / 19:54
Bakıdan TRIPP-lə bağlı İrəvan və Vaşinqtona mühüm mesaj - Azərbaycanın mövqeyi nəzərə alınmalıdır...

24.11.2026 / 19:33
"Gürcüstan-Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə komissiya fəaliyyətini davam etdirir" - Maka Boçorişvili

24.11.2026 / 19:27
COP31 iqlim sammiti 192 ölkəni birləşdirmək əvəzinə parçaladı...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ