Cümə axşamı günü, 26 noyabr 2026
     

Növbəti söküntü bumu Bakıda mənzilləri sürətlə bahalaşdırır

Image


Bakıda köhnə binaların, müəyyən həyət evlərinin sökülməsi, demək olar ki, vaxtaşırı qeydə alınan prosesdir. Onların əvəzinə adətən çoxmərtəbəli binalar tikilir, müəyyən hallarda da parklar salınır. Prosesin hələ müəyyən müddət davam etməsi gözlənilir.

Bu arada Bakıda söküntü-tikinti bumuna yenidən start verilməsi də müşahidə olunur. Bir neçə ay əvvəl Alatava-1, Alatava-2 qəsəbələri, indi isə şəhərin mərkəzində “Kubinka” adlanan ərazidə söküntü işləri başlayıb. Sakinlərə ya kompensasiya, ya da yeni tikilən evlərdə mənzil təklif olunur. Bəsi sakinlər isə deyir ki, yeni tikililərə etibarları yoxdur. Amma Nazirlər Kabinetinin qərarı ilə bütün köhnə binaların sökülməsi və onların yerində çoxmərtəbəli evlərin tikilməsi nəzərdə tutulur. Burada bir məqamı da qeyd edək ki, hələ ötən dövrdən istismarına icazə verilməyən binalar qalıb. Bəzi istismara verilməyən binalarda yaşayış da var. Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən “Turan” agentliyinə bildirilib ki, 2019-cu ilə qədər ölkədə əhalinin məskunlaşdığı, lakin istismarına rəsmi icazə verilməyən 475 bina-kompleks olub: “Bir il ərzində görülən işlər nəticəsində həmin binalardan 408-nin istismarına icazə verildi... 67 binanı istismara vermək mümkün olmayıb. Həmin binalarda tikinti və norma qaydalarını təsdiqləyən sənəd olmayıb, əsas problem isə yanğın təhlükəsizliyi ilə əlaqədardır”. Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev isə “Azadlıq” radiosuna bildirib ki, qanunvericiliyə görə, bina tikilməzdən əvvəl layihə çəkilir, onun düzgünlüyü yoxlanılır, daha sonra təsdiqlənir. Tikinti şirkəti tikintiyə başladığı zaman bünövrədən tutmuş, dam örtüyünə qədər hər mərtəbədə  Fövqəladə Hallar Nazirliyinin nümayəndələri orada istifadə olunan betonun keyfiyyətini, markasını, armaturun qalınlığını və digər məqamları yoxlayır, daha sonra növbəti mərtəbənin tikintisinə icazə verilir. Ekspertin sözlərinə görə, binalar bir-birinə yaxın tikilə, binaların sənədləşməsində yubanma ola bilər, amma keyfiyyətə nəzarət güclüdür: “Azərbaycanda yaşayış olan, amma istismara verilməyən binalar da az deyil. Məsələn, bəzi binalara qaz verilməməsinə baxmayaraq, insanlar uzun müddətdir orada məskunlaşıblar. Əksər hallarda tikinti şirkətləri tikinti zamanı nöqsanlara yol verdiyinə görə aidiyyəti qurumlar bunları təhvil almır”. Ekspertin fikrincə, problem ondadır ki, Azərbaycanda daşınmaz əmlak sahəsində pərakəndəlik hökm sürür: “Sənədi verən bir, icazə verən başqa, tikintiyə nəzarət edən üçüncü qurumdur. Bunlar bir-birinə bağlı olmayan dövlət qurumlarıdır. Qanun dəyişikliyi olmalıdır, tikinti agentliyi yaranmalıdır ki, bu sahəyə aidiyyəti olan məsələlər orada birləşsin, vətəndaş da bir problem yarananda həmin quruma getsin. Hazırda boşluqlar həddindən artıq çox olduğuna görə problemlər də boşluqlar qədər çoxdur”. Hələlik isə müşahidə edilən odur ki, əksər hallarda sökülən yerlərin sakinlərinə pul deyil, tikilən binalardan daha böyük və tam təmirli mənzillər verilir.  Həmçinin, bina tikilib başa çatana qədər mənzil sahiblərinə kirayə pulları ödənilir. Bu, mənzil sahiblərinə daha sərfəlidir. Çünki bəzi ərazilər var ki, oradakı mənzillərin, xüsusən də fərdi həyət evləri və ya ikimərtəbəli binalardan ibarət olan mənzillərin bazar dəyəri olmur, alıcılıq qüvvəsi aşağıdır. Belə durumda mənzilləri satmaqda çətinlik çəkirlər və layihələr üzərində söküntü işləri onlar üçün sərfəlidir. Əksər insanların evlərinin ümumi sahəsi kiçik olduğuna görə onlara verilmiş kompensasiya ilə mənzil ala bilmirlər. Bu baxımdan daha çox mənzillə əvəzləyirlər. Ona görə də artıq ödəmə ilə bağlı problemlər yaşanmır.

Araşdırmalar göstərir ki, artıq köhnə binaların hər kvadratmetri əraziyə görə dəyişir. Bəzi kənar ərazilərdə hər kvadrata görə 1000-1500 manat, mərkəz ərazilərdə isə 2500-3000 manata qədər pul ödənilir. Söküntü işləri zamanı əksər insanlar narazı qalmır. Narazılığın böyük əksəriyyəti həyətyanı sahələrə görə daha çox pul ala bilməməkdən yaranır. Tikinti şirkətlərinə sərf etmədiyi üçün bu cür problemlər qeydə alınır. Vətəndaşlara daha çox mənzil verildiyinə görə, bu, əmlak bazarında ciddi qiymət artımına gətirib çıxarır. Elə indi də yeni söküntü fonunda əmlak bazarında yenidən bahalaşma gözlənilir. Çünki köhnə binaların sökülməsi bazara müəyyən yeni alıcı qrupunun girməsinə səbəb olur. Bu da qiymət artımına təsir edir. Qeyd edilənlərlə yanaşı, bahalaşmanın digər səbəbləri də mövcuddur. Məsələn, burada ipoteka kreditlərinin həcminin artımı, ölkənin bəzi hissəsində aparılan yenidənqurma işləri də böyük paya malikdir. Ekspertlər hesab edir ki, işğaldan azad edilmiş ərazilərin bərpasına yönəldilən vəsaitlərin bir hissəsi daşınmaz əmlak bazarına yönəlir və nəticə etibarilə pul axını bazarda qiymət artımına gətirib çıxarır. Eyni zamanda, baş verən iqtisadi-siyasi-hərbi amillər fonunda Ukraynadan, Rusiyadan ölkəyə insan və pul axını nəticəsində ölkənin istehlak bazarında qiymət artımları, inflyasiyanın yüksəlməsi və digər səbəblər bütövlükdə qiymətin artımasına təsir göstərir. Payız və qış aylarında qiymətlərdə növbəti artımın olması da proqnozlaşdırılır.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...

26.11.2026 / 10:12
Su Ehtiyatları Agentliyinə ayrılan pullar yoxlanıldı – nöqsanlar aşkarlandı...

26.11.2026 / 10:03
Putinlə gizli təmasın SENSASİYALI DETALLARI – iki Avropa ölkəsi Kremli sakitləşdirməyə çalışdı...

26.11.2026 / 09:46
“Azeri Light” bahalaşdı - Azərbaycan neftinin bir barreli 100 dolları keçdi

26.11.2026 / 09:23
Ukraynadan Rusiyanın enerji sisteminə ağır zərbə – Şimali Qafqazın əsas elektrik stansiyası vuruldu...

26.11.2026 / 09:15
Qazaxda evdə qaz partlayışı - ana və oğul xəsarət aldı, yaralı oğul Bakıya gətirilir

26.11.2026 / 08:29
Zelenskidən Lukaşenkoya sərt cavab - “Mən çemodan deyiləm” -

25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır – Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...

25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi – Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı

25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu – “O, məndən nə etməyimi istəyir?”

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama – ondan sonra Belarusu kim idarə edəcək...

25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu - SİYAHI

25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...

25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin... - VİDEO

25.11.2026 / 17:10
Rusiyanın "Merkuri" gəmisi inanılmaz əməliyyatla vuruldu - şok detallar...

25.11.2026 / 16:57
Milyondan çox pensiyaçının gözlədiyi xəbər – pensiyalar artırılır...

25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi

25.11.2026 / 16:37
Sumqayıtda marketdə ahıl qadının pul kisəsi belə oğurlandı - VİDEO

25.11.2026 / 16:29
Paşinyan Putinlə mürəkkəb "dəmiryolu danışıqlarına" gedir... Kritik görüş...

25.11.2026 / 16:02
İran liderlərinə qarşı ABŞ-İsrail cəza terrorunun yeni dalğası müzakirə olunur...

25.11.2026 / 15:46
Azərbaycanın bu şəhəri erməniləri əvvəl “sevindirmişdi”, sonra bellərini qırdı...

25.11.2026 / 15:33
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan

25.11.2026 / 15:05
Prezident İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

25.11.2026 / 14:35
Lukaşenko: “Avropa təhlükəsizliyinin gələcək arxitekturası avropalıların özlərinin iştirakı olmadan müzakirə edilə bilməz və Kreml bunu başa düşür”

25.11.2026 / 14:29
Peskov ABŞ-ın Rusiya ilə danışıqlara yanaşmasındakı dəyişikliyə münasibət bildirməkdən imtina etdi

25.11.2026 / 14:17
Lukaşenko Rusiyanın nüvə silahlarının Belarusdan çıxarılmasına icazə verdi

25.11.2026 / 14:12
Xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydaları hazırlanacaq

25.11.2026 / 14:10
MSK-nın nümayəndə heyəti beynəlxalq seçki forumunda iştirak edib

25.11.2026 / 14:05
ABŞ generalından dəhşətli xəbərdarlıq... NATO Rusiyanın zərbələrinə hazır deyil – Avropa şəhərləri Ukrayna kimi bombalana bilər...

25.11.2026 / 13:57
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü

25.11.2026 / 13:50
ABŞ Ukraynada böyük təhlükə gözləyir? – Səfirlikdən təcili xəbərdarlıq…

25.11.2026 / 13:33
Zəngəzurda dəmiryolunun çəkiləcəyi dəqiq vaxt deyildi...

25.11.2026 / 13:24
Gələn il 61 dövlətin lideri Bakıya gələ bilər...

25.11.2026 / 13:17
Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradıldı - FƏRMAN

25.11.2026 / 13:10
Əvvəl sabiq nazir, indi sədr müavini – Fond qalmaqalı AK Partidə istefa dalğası yaratdı…

25.11.2026 / 12:55
Ukraynadan Rusiyanın neft sənayesinə növbəti ağır zərbə – “Rosneft”in iki nəhəng zavodu vuruldu…

25.11.2026 / 12:42
Zelenski onu Moskvaya dəvət edən Lukaşenkoya cavab verdi – Putini də götür, Kiyevə gəl…

25.11.2026 / 12:39
Naxçıvanda fəxri adlara görə aylıq təqaüdlə bağlı dəyişiklik...

25.11.2026 / 12:25
Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib - FOTO

25.11.2026 / 12:03
Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladı

25.11.2026 / 11:49
Hörmüz boğazında minaya düşən iki tanker alov aldı...

25.11.2026 / 11:36
Vasif Talıbovun imzaladığı 47 fərman ləğv olundu

25.11.2026 / 11:27
İslam Kərimovun qızı Gülnarənin 252,5 milyon dollarlıq sərvəti aşkarlandı – pullar Özbəkistana qaytarılır...

25.11.2026 / 11:06
Xətainin heykəlinin lövhəsindəki yazı ilə bağlı ekspert qrupu yaradıldı

25.11.2026 / 10:42
Azərbaycanda qədim yaşayış məskəni tapıldı

25.11.2026 / 10:38
Naxçıvan Qaz İstismar Xidməti ləğv edildi

25.11.2026 / 10:25
“Giləzi-Quşçuluq”da dəhşətli faktlar üzə çıxdı – 400 tondan çox təhlükəli toyuq əti aşkarlandı... Şirkətdə həbslər aparıldı...

25.11.2026 / 09:48
Türkiyədə məşhurlara qarşı genişmiqyaslı əməliyyat – Özcan Deniz və digər tanınmış simalar saxlanıldı...

25.11.2026 / 09:12
Cared Kuşnerin babasının partizanlıq qeydləri Belarusda dərc olundu

25.11.2026 / 09:05
Kəlbəcər Şəhəri Günü qeyd olunur

25.11.2026 / 08:58
Kadırovun oğlu soyadını dəyişib Serbiya vətəndaşlığı aldı - sanksiyalardan yayınmanın unikal yolu…

25.11.2026 / 08:51
Konqres üzvləri Trampı Putinin G20-yə dəvətini ləğv etməyə çağırdı

24.11.2026 / 23:25
Vaşinqtondan ŞOK SSENARİ... Trampın gizli planı üzə çıxdı – İranın rəhbər şəxslərinə sui-qəsd hazırlanır...

24.11.2026 / 22:49
Britaniyanı qarışdıran ŞOK QALMAQAL – Ukraynaya ABŞ-dan alınmış tonlarla saxta partlayıcı göndərildi...

24.11.2026 / 22:23
İrandan dünyaya neft şoku xəbərdarlığı – müharibə başlasa, neft bazarında fəlakət yaşanacaq...

24.11.2026 / 22:05
Dövlətlər BCM-dən çıxır - Trampın çağırışı ilə yox, başqa səbəbdən...

24.11.2026 / 21:49
Paşinyan erməni tarixindən “4 çarlığı” silib atdı...

24.11.2026 / 21:35
Respublikaçı konqresmenlər indidən Trampın üzünə durmağa başlayıblar...

24.11.2026 / 21:21
Ermənistanın yeni Konstitusiya layihəsi məhkəmə sistemində ajiotaj yaratdı...

24.11.2026 / 21:10
Ali Şura Zəngəzur dəhlizini Hörmüzə bənzədib hədələdi...

24.11.2026 / 20:53
Ermənistan Konstitusiyasının müzakirəsi 6 ay uzanacaq - Şübhəlidir...

24.11.2026 / 20:38
TRİPP - bu sayaq açılışı məqbul saymaq olar?

24.11.2026 / 20:25
COP 31-ci addımında Türkiyədə iflasa uğradı...

24.11.2026 / 20:17
Trampın İran uğursuzluğunun səbəbi Demokratlar Partiyasının seçki qələbəsi imiş...(?)

24.11.2026 / 19:54
Bakıdan TRIPP-lə bağlı İrəvan və Vaşinqtona mühüm mesaj - Azərbaycanın mövqeyi nəzərə alınmalıdır...

24.11.2026 / 19:33
"Gürcüstan-Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə komissiya fəaliyyətini davam etdirir" - Maka Boçorişvili

24.11.2026 / 19:27
COP31 iqlim sammiti 192 ölkəni birləşdirmək əvəzinə parçaladı...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ