Cümə günü, 09 oktyabr 2026
     

Banklardan sonra növbə bank olmayan kredit təşkilatlarına çatdı...

Image


Azərbaycanda maliyyə sektorunda bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyəti həmişə xüsusi diqqət mərkəzində oub. Qeyd edək ki, BOKT xüsusi lisenziya əsasında kreditlərin verilməsi və qanunda nəzərdə tutulan fəaliyyət növlərini həyata keçirən ixtisaslaşmış kredit təşkilatıdır.

BOKT Mərkəzi Bankdan aldığı lisenziya əsasında təminatlı və təminatsız kreditlər vermək imkanına malikdir. Lisenziyası ləğv edilmiş bəzi banklar da sonradan BOKT kimi fəaliyyətlərini davam etdiriblər. Amma reallıq göstərir ki, müəyyən BOKT-lar fəaliyyətlərində çətinliklər yaşayır. Bu səbəbdən bəzi BOKT-ların fəaliyyətini dayandırması tamamilə gözləniləndir. Ümumiyyətlə, ölkədə 4 illik fasilədən sonra BOKT-ların sayı yenidən azalmağa başlayıb. Azərbaycan Mərkəzi Bankı son bir ildə 4 BOKT-un - "Union Kredit" ASC-nin, "Omni Finance", "Gold Finance" və "Viza Kredit" MMC-lərin lisenziyalarını ləğv edib, əvəzində isə yeni yaradılmış heç bir BOKT-a lisenziya verməyib. Hazırda ölkədə 52 BOKT var. Mərkəzi Bank bu xüsusda atdığı addımarı da  şərh edib. Qurumdan “report”a bildirilib ki, BOKT-ların dayanıqlı idarəetməsi mütəmadi nəzarətdə saxlanılır və qanunvericiliyə müvafiq tədbirlər görülür: "Bu ilin ilk yarısında AMB-nin İdarə Heyətinin müvafiq qərarları ilə “Bank olmayan kredit təşkilatları haqqında” qanuna əsasən fəaliyyətində yol verilmiş pozuntuların aradan qaldırılması barədə nəzarət orqanının göstərişlərinə əməl edilməməsi ilə əlaqədar 3 BOKT-un lisenziyası ləğv edilib. Bununla belə BOKT sektorunun inkişafı diqqət mərkəzindədir və onların fəaliyyətinə dəstək göstərilir. Bu çərçivədə BOKT-lərin inkişafı strategiyasının formalaşdırılması istiqamətində zəruri tədbirlər həyata keçirilir, eləcə də sektorun nümayəndələri ilə qarşılıqlı dialoq formatında sektorun inkişaf perspektivləri, problemlər və onların həlli yolları mütəmadi müzakirə edilir. AMB cari çağırışları nəzərə alıb bu sahədə qabaqcıl ölkələrin müsbət təcrübələri əsasında “Bank olmayan kredit təşkilatları haqqında” qanuna dəyişikliklər layihəsini qanunvericilik hakimiyyəti orqanına təqdim edib və artıq həmin layihə 3-cü oxunuşda qəbul edilib. Layihədə, BOKT-lara yeni xidmətlərin həyata keçirilməsi imkanının verilməsi ilə bərabər, yeni normativ tələblər və fəaliyyətlərinin daha institusional qurulması çərçivəsində digər tələblər müəyyən edilib".hesab edilir ki, yeni tələblər müəyyən edildikdən sonra zəif BOKT-ların sıradan çıxması qaçılmaz olacaq. Yəni, ölkədə banklar kimi BOKT-larında sayında ciddi azalma gözlənilir. Məsələ ilə bağlı iqtisadçı-ekspert Rəşad Həsənov bildirir ki, Azərbaycanda BOKT-ların böyük əksəriyyəti kredit verilməsində məsuliyyətli dövr zamanı rəqabət aparmaq qabiliyyəti olmayan təşkilatlar idi və demək olar ki, bankların nəzdində fəaliyyət göstərirdi: “Həmin bankların bağlanması bəzi BOKT-ların da sonunu gətirdi. Eyni zamanda problemli kreditləri olan müştərilərin sayı həddindən artıq çoxdur. Bəzi BOKT-larda problemli aktivlərin xüsusi çəkisi 40-50 %-ə çatır, onların belə şəraitdə fəaliyyət göstərməsi mümkün deyil. BOKT-ların güzəştli kredit mexanizmlərindən istifadəsi də məhduddur. Bütün bunlar onların fəaliyyətinə səmərəsiz şərait yaradır. Banklar da əvvəlki dövrlə müqayisədə daha rəqabətli kredit siyasəti həyata keçirdiyi üçün məhdud imkanlara sahib olan BOKT-lar sıradan çıxır". Hesab edilir ki, BOKT-lar yalnız daha ucuz kredit verdikləri halda fəaliyyətlərini davam etdirə bilər. Amma buna BOKT-ların bir çoxunun imkanı yoxdur. O səbəbdən onların sayında azalma qaçılmaz sayılır.

Burada o da qeyd edilməlidir ki, BOKT-ların böyük əksəriyyəti bir qayda olaraq vəsaitləri banklardan cəlb edirlər. Belə olan halda onların kredit faizləri banklara nisbətən daha yüksək olur. Faizin çox olması o deməkdir ki, başqa banklardan kredit götürə bilməyənlər məcburən bu kredit təşkilatlarına müraciət edirlər. Deməli, həmin şəxslərin ödəniş qabiliyyəti daha aşağı olur. Bu da ölkədə problemli kreditlərin miqdarını artırır. Bu mənada bütövlükdə BOKT-lar üzərində nəzarətin gücləndirilməsi də zəruri hesab edilir. Banklar daha çox Mərkəzi Bankın təlimatlarına, normativ aktlarına əsasən kreditləşməni həyata keçirirlər və burada kreditləşmə ilə bağlı tələblər daha sərtdir. Çünki banklar öz vəsaitləri ilə yanaşı, əhalinin depozitləri hesabına da kreditləşmə həyata keçirirlər. BOKT-larda isə kreditləşmə zamanı daha çox səhmdar kapitalından istifadə olunur. Doğrudur, burada da normativ tələblər gözlənilir. Lakin BOKT-larda daha çox istehlak kreditləri və mikro kreditlər üstünlük təşkil edir. Vətəndaşlar həm banklardan, həm BOKT-lardan, həm də lombardlardan kredit götürə bilərlər. Lakin indi banklar daha məsuliyyətli kredit siyasəti həyata keçirdiklərindən onlara üz ttanların sayı artır. Bu şəraitdə BOKT-ların müştəriləri azaldığından onlara müraciət sayı da aşağı düşür. Belə vəziyyətdə daha çox sayda BOKT-un fəaliyyətini dayandırması istisna olunmur.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ