Cümə axşamı günü, 26 noyabr 2026
     

Aqrar inkişaf xüsusi diqqət mərkəzindədir, amma gübrə məsələsi işi korlayır...

Image


Məlumdur ki, kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatında mühüm rol oynayır. O, iqtisadi inkişaf və qeyri-neft sektorunun şaxələndirilməsinə böyük töhfə verir. Bu, həm də iş yerlərinin yaradılması üçün vacibdir.

Hazırda hökumət ölkədə bu sektorun inkişafına xüsusi diqqət edir. Lakin bir sıra faktorların kənd təsərrüfatına mənfi təsirləri də getdikcə artır. Məsələn, qlobal iqlim dəyişikliyi regiondakı digər ölkələr kimi Azərbaycanın da kənd təsərrüfatı sektoruna təsir edir. Temperaturun yüksəlməsi, su çatışmazlığı, torpağın deqradasiyası timsalında bu dəyişikliklər özünü qabarıq büruzə verir. Ona görə də sektor bu təsirlərə hazırlaşmalıdır. Mövcud şəraitdə aqrar sektordan istənilən məhsuladarlığın alınmasına təsir edən məqamlardan biri gübrə təminatı ilə bağlıdır. Lakin qlobal miqyasda bu xüsusda ciddi problemlrin olması və qymət artımı Azərbaycana da təsir edir. Hazırda dünyada gübrə çatışmazlığı və qiymət yüksəlişi müşahidə olunur. Buna səbəb Rusiya-Ukrayna müharibəsi, şimaal qonşumuza tətbiq edilən sanksiyalardır. Xatırladaq ki, Rusiya və Ukrayna müharibəyə qədər əsas gübrə ixracatçıları olub. Düzdür, qiymətlər son vaxtlar yenidən aşağı düşsə də, əvvəlkindən xeyli yüksəkdir. Özü də bu, təkcə əmtəə qiymətlərinə deyil, həm də gübrə kimi idxal mallarına aiddir. Keçən il gübrə qiymətləri pik həddə çatıb, yenidən aşağı düşdü. Lakin bu, hələ iki il əvvəl olduğundan təxminən iki dəfə bahadır. Ümumiyyətlə, Rusiya-Ukrayna müharibəsi dövründə ölkəmizə idxal edilən bir neçə məhsulun qiymətində artımın müşahidə edilməsi də göz önündədir. Qeyd edək ki, 2022-ci ildə dünyada ərzaq qiymətləri 2021-ci illə müqayisədə 18 faiz, gübrə qiymətləri isə 63 faiz artıb. Ümumdünya Ticarət Təşkilatının araşdırmasına əsasən, ərzaq qiymətləri 2022-ci ildə xeyli bahalaşıb, yanvar-may ayları arasında 19 faiz artıb. May ayından dekabra qədər 15 faiz ucuzlaşma baş verib. Ərzaq məhsullarının qiymətləri 2021-ci illə müqayisədə illik müqayisədə 18%, o cümlədən taxılın qiymətləri 21 faiz artıb. Gübrələrin dəyəri il ərzində daha da artıb və artım 63 faiz təşkil edib. Belə vəziyyətdə ərzaq məhsullarının qiymətlərinin yüksək olması kənd təsərrüfatı istehsalının artımını stimullaşdırmalıdır. Bunun üçün əsas məsələlərdən biri də gübrə təminatıdır. Amma qeyd edək ki, Hesablama Palatası ötən il dövlət büdcəsindən kənd təsərrüfatı üçün istifadə edilən xərcləri araşdırarkən bəlli olub ki, Azərbaycanda həm gübrə, həm də keyfiyyətli toxun sortlarından yararlanma baxımından ciddi çatışmazlıqlar var. Palatanın açıqladığı rəqəmlərdən görünür ki, ötən il 1 milyon 344 min hektarlıq əkin sahəsinə gübrə verilib və bu zaman 122 min ton gübrədən istifadə edilib. Bu göstəricilərə dayanan hesablamaya əsasən, hər hektara təxminən 91 kiloqram gübrə verilib. Palata bildirib ki, həmin göstərici məhsuldarlığın artırılması üçün tələb olunan aqrotexniki normalardan kəskin ölçüdə azdır.

Gübrəyə tələbatın necə qarşılanması da diqqət çəkir. Təqdim edilən bilgilərə əsasən hesablanıb ki, ötən il ölkədə 338 min ton gübrəyə ehtiyac varmış, ancaq 122 min ton gübrədən istifadə o deməkdir ki, tələbatın cəmi 36.1 faizi qarşılanıb. Bu da torpağın verimliliyini azaldıb və dolayısıyla, idxaldan asılılığı artırıb. Son illər mineral gübrə bazarında qlobal dəyişikliklər baş verdiyini də gözardı etmək olmaz. Nəticədə, gübrələrin qiyməti kəskin yüksəlib. Beləcə, ərzağın da qiyməti bahalaşıb. Başqa sözlə, ərzaq məhsullarında qiymət artımlarının sürətlənmə səbəblərindən biri də gübrələrin daha baha əldə edilməsidir. Bunu nəzərə alan Hesablama Palatası öz araşdırmasında bildirib ki, hökumət həmin yöndə fəaliyyətini gücləndirməlidir. Çünki tələbata uyğun gübrə gətirilsə, verimlilik artsa, kənd təsərrüfatı məhsullarının idxalına da ehtiyac azalar. Qeyd edık ki, bəzi strateji məhsulların idxaldan asılılığı iqtisadi risklərlə yanaşı, siyasi risklər də doğurur. Bu, özəlliklə taxıl məhsullarına aiddir. Rəsmi rəqəmlər göstərir ki, ötən il qlobal taxıl böhranının baş verməsi Azərbaycanın bu məhsula xərclədiyi vəsaiti də çoxaldıb. Azərbaycana 2021-ci ildə xaricdən 1 milyon 148 min ton buğda gətirilmiş və buna toplam 332 milyon dollar xərclənmişdi. O vaxt buğdanın hər tonuna, ortalama, 289 dollar ödənmişdi. Ötən il bu rəqəm 338 dollara yüksəlib. Deməli, xaricdən gətirilən buğdanın tonu 17 faiz bahalaşıb. 2021-ci ilə aid rəqəmlərə görə, Azərbaycan idxal etdiyi buğdanın 95.3 faizini təkcə Rusiyadan gətirmişdi. “Azadlıq” radiosunun mlumatına əsasən, ötən il Qazaxıstandan 280 min ton buğda gətirilib və bu 2021-ci ilin göstəricisindən 5.3 dəfə çoxdur. Rusiyadan gətirilən buğda həcmi isə 8 faiz azalaraq, 1 milyon tona enib. Rusiyadan buğda idxalı 8 faiz azalsa da, bahalaşma üzündən, ötən il Azərbaycan Rusiyaya 2021-ci illə müqayisədə 17 faiz daha çox – 337.5 milyon dollar ödəyib. Beləcə, 2022-ci ilin nəticələrinə görə, Azərbaycana buğda idxalının 78 faizi Rusiyanın, 22 faizi Qazaxıstanın payına düşüb. Deməli, il ərzində Azərbaycanın buğda idxalında Rusiyanın payı 95 faizdən 78 faizə geriləyib. Hesablama Palatasının araşdırması yüksək keyfiyyətli toxumlarla təminat baxımından da çətinlikləri üzə çıxarıb. Ötən il dövlət büdcəsindən “toxum və ting istehsalının dəstəklənməsi” istiqamətində 8.4 milyon manat vəsait ayrılıb. İl boyunca bu vəsaitin cəmi 7.4 milyon manatından istifadə edilib. Xərclənən vəsaitin 89 faizi buğda və arpa toxumuna verilən subsidiyadır. Bu baxımdan, Hesablama Palatasının fikrincə, ölkəni yüksək keyfiyyətli toxumla təminat istiqamətində hökumətin fəaliyyəti yaxşılaşdırılmalıdır. Belə toxumlardan istifadə məhsuldarlığın artırılmasında şərtdir. Əks halda idxaldan asılılıq azalmaz və ərzaq güvənliyi artmaz. Açıqlanan məlumatlar göstərir ki, ərzaq təhlükəsizliyi baxımından önəmli sayılan buğda, arpa, kartof kimi məhsulların yüksək keyfiyyətli toxumlarına tələbat yerli istehsal hesabına ödənilə bilmir.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

26.11.2026 / 10:35
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçiriləcək

26.11.2026 / 10:23
Misirdə avtomobil qəzası dəhşətli yanğınla nəticələndi – 30 nəfər öldü, 15 yaralı var...

26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...

26.11.2026 / 10:12
Su Ehtiyatları Agentliyinə ayrılan pullar yoxlanıldı – nöqsanlar aşkarlandı...

26.11.2026 / 10:03
Putinlə gizli təmasın SENSASİYALI DETALLARI – iki Avropa ölkəsi Kremli sakitləşdirməyə çalışdı...

26.11.2026 / 09:46
“Azeri Light” bahalaşdı - Azərbaycan neftinin bir barreli 100 dolları keçdi

26.11.2026 / 09:23
Ukraynadan Rusiyanın enerji sisteminə ağır zərbə – Şimali Qafqazın əsas elektrik stansiyası vuruldu...

26.11.2026 / 09:15
Qazaxda evdə qaz partlayışı - ana və oğul xəsarət aldı, yaralı oğul Bakıya gətirilir

26.11.2026 / 08:29
Zelenskidən Lukaşenkoya sərt cavab - “Mən çemodan deyiləm” -

25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır – Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...

25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi – Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı

25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu – “O, məndən nə etməyimi istəyir?”

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama – ondan sonra Belarusu kim idarə edəcək...

25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu - SİYAHI

25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...

25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin... - VİDEO

25.11.2026 / 17:10
Rusiyanın "Merkuri" gəmisi inanılmaz əməliyyatla vuruldu - şok detallar...

25.11.2026 / 16:57
Milyondan çox pensiyaçının gözlədiyi xəbər – pensiyalar artırılır...

25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi

25.11.2026 / 16:37
Sumqayıtda marketdə ahıl qadının pul kisəsi belə oğurlandı - VİDEO

25.11.2026 / 16:29
Paşinyan Putinlə mürəkkəb "dəmiryolu danışıqlarına" gedir... Kritik görüş...

25.11.2026 / 16:02
İran liderlərinə qarşı ABŞ-İsrail cəza terrorunun yeni dalğası müzakirə olunur...

25.11.2026 / 15:46
Azərbaycanın bu şəhəri erməniləri əvvəl “sevindirmişdi”, sonra bellərini qırdı...

25.11.2026 / 15:33
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan

25.11.2026 / 15:05
Prezident İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

25.11.2026 / 14:35
Lukaşenko: “Avropa təhlükəsizliyinin gələcək arxitekturası avropalıların özlərinin iştirakı olmadan müzakirə edilə bilməz və Kreml bunu başa düşür”

25.11.2026 / 14:29
Peskov ABŞ-ın Rusiya ilə danışıqlara yanaşmasındakı dəyişikliyə münasibət bildirməkdən imtina etdi

25.11.2026 / 14:17
Lukaşenko Rusiyanın nüvə silahlarının Belarusdan çıxarılmasına icazə verdi

25.11.2026 / 14:12
Xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydaları hazırlanacaq

25.11.2026 / 14:10
MSK-nın nümayəndə heyəti beynəlxalq seçki forumunda iştirak edib

25.11.2026 / 14:05
ABŞ generalından dəhşətli xəbərdarlıq... NATO Rusiyanın zərbələrinə hazır deyil – Avropa şəhərləri Ukrayna kimi bombalana bilər...

25.11.2026 / 13:57
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü

25.11.2026 / 13:50
ABŞ Ukraynada böyük təhlükə gözləyir? – Səfirlikdən təcili xəbərdarlıq…

25.11.2026 / 13:33
Zəngəzurda dəmiryolunun çəkiləcəyi dəqiq vaxt deyildi...

25.11.2026 / 13:24
Gələn il 61 dövlətin lideri Bakıya gələ bilər...

25.11.2026 / 13:17
Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradıldı - FƏRMAN

25.11.2026 / 13:10
Əvvəl sabiq nazir, indi sədr müavini – Fond qalmaqalı AK Partidə istefa dalğası yaratdı…

25.11.2026 / 12:55
Ukraynadan Rusiyanın neft sənayesinə növbəti ağır zərbə – “Rosneft”in iki nəhəng zavodu vuruldu…

25.11.2026 / 12:42
Zelenski onu Moskvaya dəvət edən Lukaşenkoya cavab verdi – Putini də götür, Kiyevə gəl…

25.11.2026 / 12:39
Naxçıvanda fəxri adlara görə aylıq təqaüdlə bağlı dəyişiklik...

25.11.2026 / 12:25
Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib - FOTO

25.11.2026 / 12:03
Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladı

25.11.2026 / 11:49
Hörmüz boğazında minaya düşən iki tanker alov aldı...

25.11.2026 / 11:36
Vasif Talıbovun imzaladığı 47 fərman ləğv olundu

25.11.2026 / 11:27
İslam Kərimovun qızı Gülnarənin 252,5 milyon dollarlıq sərvəti aşkarlandı – pullar Özbəkistana qaytarılır...

25.11.2026 / 11:06
Xətainin heykəlinin lövhəsindəki yazı ilə bağlı ekspert qrupu yaradıldı

25.11.2026 / 10:42
Azərbaycanda qədim yaşayış məskəni tapıldı

25.11.2026 / 10:38
Naxçıvan Qaz İstismar Xidməti ləğv edildi

25.11.2026 / 10:25
“Giləzi-Quşçuluq”da dəhşətli faktlar üzə çıxdı – 400 tondan çox təhlükəli toyuq əti aşkarlandı... Şirkətdə həbslər aparıldı...

25.11.2026 / 09:48
Türkiyədə məşhurlara qarşı genişmiqyaslı əməliyyat – Özcan Deniz və digər tanınmış simalar saxlanıldı...

25.11.2026 / 09:12
Cared Kuşnerin babasının partizanlıq qeydləri Belarusda dərc olundu

25.11.2026 / 09:05
Kəlbəcər Şəhəri Günü qeyd olunur

25.11.2026 / 08:58
Kadırovun oğlu soyadını dəyişib Serbiya vətəndaşlığı aldı - sanksiyalardan yayınmanın unikal yolu…

25.11.2026 / 08:51
Konqres üzvləri Trampı Putinin G20-yə dəvətini ləğv etməyə çağırdı

24.11.2026 / 23:25
Vaşinqtondan ŞOK SSENARİ... Trampın gizli planı üzə çıxdı – İranın rəhbər şəxslərinə sui-qəsd hazırlanır...

24.11.2026 / 22:49
Britaniyanı qarışdıran ŞOK QALMAQAL – Ukraynaya ABŞ-dan alınmış tonlarla saxta partlayıcı göndərildi...

24.11.2026 / 22:23
İrandan dünyaya neft şoku xəbərdarlığı – müharibə başlasa, neft bazarında fəlakət yaşanacaq...

24.11.2026 / 22:05
Dövlətlər BCM-dən çıxır - Trampın çağırışı ilə yox, başqa səbəbdən...

24.11.2026 / 21:49
Paşinyan erməni tarixindən “4 çarlığı” silib atdı...

24.11.2026 / 21:35
Respublikaçı konqresmenlər indidən Trampın üzünə durmağa başlayıblar...

24.11.2026 / 21:21
Ermənistanın yeni Konstitusiya layihəsi məhkəmə sistemində ajiotaj yaratdı...

24.11.2026 / 21:10
Ali Şura Zəngəzur dəhlizini Hörmüzə bənzədib hədələdi...

24.11.2026 / 20:53
Ermənistan Konstitusiyasının müzakirəsi 6 ay uzanacaq - Şübhəlidir...

24.11.2026 / 20:38
TRİPP - bu sayaq açılışı məqbul saymaq olar?

24.11.2026 / 20:25
COP 31-ci addımında Türkiyədə iflasa uğradı...

24.11.2026 / 20:17
Trampın İran uğursuzluğunun səbəbi Demokratlar Partiyasının seçki qələbəsi imiş...(?)

24.11.2026 / 19:54
Bakıdan TRIPP-lə bağlı İrəvan və Vaşinqtona mühüm mesaj - Azərbaycanın mövqeyi nəzərə alınmalıdır...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ