Cümə günü, 09 oktyabr 2026
     

Azərbaycanın neft-qaz gəlirləri fantastik artacaq…

Image


Dünyanın iki ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanı və Rusiya hasilat ixtisarını daha da dərinləşdirərək neftin qiymətində artıma nail olublar. “Reuters” agentliyi yazır ki, bu, qlobal iqtisadi yavaşıma və ABŞ Federal Ehtiyatları tərəfindən faiz dərəcələrinin artırıla biləcəyi ehtimalından qaynaqlanan narahatlıq şəraitində baş verir.

Səudiyyə Ərəbistanı bildirib ki, günə 1 milyon barrel könüllü hasilat ixtisarını avqustadək uzadıb.  Səudiyyə Ərəbistanı Energetika Nazirliyi qeyd edir  ki, bu ilin iyulunda qüvvəyə minən neft hasilatının könüllü ixtisarı qərarı OPEC+ alyansı ölkələrinin neft bazarlarının sabitliyini və tarazlığını dəstəkləmək məqsədi ilə göstərdiyi ehtiyat tədbirlərini gücləndirmək məqsədi daşıyır: “Səudiyyə Ərəbistanı Krallığı iyul ayında həyata keçirilən gündəlik 1milyon barrel könüllü azaldılmanı daha bir ay uzadacaq. 2023-cü ilin avqustunda gündəlik hasilat təqribən 9 milyon barrel olacaq”. Nazirlik qeyd edib ki, bu ixtisar Krallığın 2023-cü ilin aprelində elan etdiyi və 2024-cü ilin dekabr ayının sonuna qədər davam edəcək könüllü azaltma təşəbbüsünə əlavədir. İyun ayında Səudiyyə Ərəbistanının enerji naziri şahzadə Əbdüləziz bin Salman “Əl Ərəbiyyə” telekanalına müsahibəsində bildirmişdi ki, Krallıq OPEC+ görüşündən sonra iyulda dərin hasilatı azaldacaq. O əlavə etmişdi ki, zərurət yaranarsa, Ər-Riyad tərəfindən hasilatın gündəlik 1 milyon barrel azaldılması iyuldan sonra da uzadıla bilər. Ər-Riyad bəyan edir ki, bu ixtisar avqustdan sonra da davam edə bilər. Səudiyyənin bu bəyanatından bir neçə saat sonra Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib ki, Moskva avqust ayında hasilatı günə 500 min barrel ixtisar edəcək. İxtisarlar qlobal təchizatın 1.5 faizini təşkil edir və OPEC+ qrupunun toplam ixtisarını günə 5.16 milyon barrelə çatdırır. OPEC+ hazırda günə 3.66 milyon barrel hasilat ixtisarına əməl edir. Bu, ötən il razılaşdırılmış günə 2 milyon barrel ixtisarla birlikdə qlobal təchizatın 3.6 faizini təşkil edir. Aprel ayında razılaşdırılmış və 2024-cü ilin dekabrınadək davam edəcək günə 1.66 milyon barrel könüllü hasilat ixtisarı da bura daxildir. Bu xəbərlərin dərhal ardınca Brent markasından olan neftin qiyməti artaraq bir barrel üçün 77 dollara qalxıb.  Xatırladaq ki, OPEC və onun bu təşkilata daxil olmayan müttəfiqlərinin OPEC+ qrupu dünyada xam neftin 40 faizini hasil edir. Sözügedən alyans Çinin zəif tələbatına və ABŞ-dan artmaqda olan təchizata cavab olaraq könüllü ixtisar barədə razılaşmanı ötən noyabrda əldə edib. Buna baxmayaraq, neftin qiymətini 70-80 dollar civarından yuxarı qaldırmaq hələ ki mümkün olmayıb. Amma yeni ixtisarlar fonunda vəziyyətin dəyişməsi gözlənilir. Bu hal hasilatçıların neft satışından daha çox vəsait əldə etməsini təmin edir və həmi sıraya Azərbaycan da daxildir. Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barrelinin qiyməti artıq 80 dollara çatır. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb. Azərbaycanın dövlət neft-qaz şirkəti olan SOCAR neftin cari qiymətlərini ortamüddətli planlaşdırma üçün qənaətbəxş hesab edir. SOCAR-ın vitse-prezidentinin müavini Vitali Bəylərbəyov bu günlərdə bildirib ki,  şirkət kifayət qədər aşağı qiymətlər də daxil olmaqla, müxtəlif qiymət şərtlərində uğurla işləyib: “Hazırda ortamüddətli planlaşdırma baxımından indiki qiymətlər tamamilə qənaətbəxşdir”. Azərbaycanın OPEC+ çərçivəsində fəaliyyətinə toxunan SOCAR-ın nümayəndəsi qeyd edib ki, ölkə bu təşkilatın apardığı siyasəti dəstəkləyir. Onun sözlərinə görə, neftin n qiymətinin yenidən artacağı ilə bağlı gözləntiləri var: “Hesab edirəm ki, bununla bağlı tendensiya yuxarıya doğru istiqamətlənəcək. Əgər belə olarsa, o zaman neft hasilatında ciddi azalmanın olacağını gözləmirəm”.

Beləliklə, hadisələrin inkişaf axarı bu il də Azərbaycanın neft satışından gəlirlərinin nəzərdə tutulduğundan yüksək olacağını göstərir. Qlobal iqtisadiyyatda və əmtəə bazarlarında hökm sürən qeyri-müəyyənliklər fonunda neft və təbii qaz qiymətləri proqnozları üstələyir.  Enerji daşıyıcılarının yüksək qiymətləri əsasən Rusiya və Ukrayna arasında hərbi toqquşmaların baş verməsi, münaqişə səbəbindən sanksiyaların, ixrac və qiymət məhdudiyyətlərinin tətbiq olunması, eləcə də OPEC+ ölkələri arasında neft hasilatı səviyyəsinin azaldılmasına dair razılığın əldə edilməsi ilə bağlıdır.  Bu arada qeyd edək ki, 2022-ci il üzrə Dövlət Neft Fondunun büdcəsində profisit yaranıb. Neftin satış qiymətinin proqnoza nisbətdə 31.1 dolları artıq olması ilə bağlı mənfəət nefti və qazın satışından 11 milyard 587.6 milyon dollar gəlirinin yaranması aktivlərin həcmində artıma səbəb olub. Cari ildə də yüksək profisitin yaranması gözlənilir. Beynəlxalq bazarlarda xam neftin qiymətinin fondun büdcəsində nəzərdə tutulmuş orta illik ixrac qiymətilə müqayisədə yüksək olması, xərclərin isə təsdiq edilmiş büdcə göstəricilərinə nisbətən əhəmiyyətli dərəcədə aşağı səviyyədə icra edilməsi, vəsaitlərin idarəedilməsindən əldə olunan gəlirlərin zərərlə və büdcədənkənar xərclərin olmasına baxmayaraq, qurumun valyuta ehtiyatlarının artmasına şərait yaradır. Qışda təbii qazın qiymətində gözlənilən artım da fondun daha çox pul qazanmasına gətirib çıxaracaq.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ