Cümə günü, 09 oktyabr 2026
     

Manat dollardan baha oldu - ABŞ puluna tələb durmadan azalır...

Image


Son valyuta hərraclarında Azərbaycan banklarının dollara tələbinin kəskin şəkildə azalması müşahidə olunur. Məsələn, iyunun 22-də Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 20,5 milyon dollar təşkil edib və tam təmin olunub. Manatın ortaçəkili məzənnəsi isə hərracda yenə 1,7 səviyyəsində formalaşıb. Onu da qeyd edək ki, hərracda daha çox miqdarda dollar təklif olunsa da, buna tələb olmayıb.

Ümumiyyətlə, cari ilin 5 ayında Mərkəzi Bankda keçirilən valyuta hərraclarının 98 faizində tələb təklifdən az olub. 2018-ci ildən bəri ilk dəfədir cari ilin ötən dövründə banklar tərəfindən nağd dolların alışları satışları üstələyib. Bu dövrdə mütəşəkkil banklararası valyuta bazarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 45 faiz çox olub. Manatın nominal effektiv məzənnəsi 2022-ci ildə 8,4 faiz, 2023-cü ilin 5 ayında isə 5,1 faiz möhkəmlənib. Son aylarda mövsümi amillər də inflyasiyaya azaldıcı təsir göstərir. Beləliklə, manat nominal effektiv məzənnə baxımından dollar qarşısında möhkəmlənir. Hesab olunur ki, Mərkəzi Bank müdaxilə etməsə, Azərbaycanda dollar kəskin ucuzlaşa bilər. Ekspertlər 2017-ci ilin martından manatın məzənnəsinin inzibati yolla müəyyən edildiyini bildirir. Həmin dövrdən 1 dollar 1 manat 70 qəpiyə bərabərdir. Hökumət manatın “üzən məzənnə” siyasətinə 2016-cı ildən keçdiyini bildirsə də, artıq altı ildən çoxdur məzənnədə heç bir dəyişiklik olmur. Amma o da faktdır ki, Azərbaycanın milli valyutasının arxasında ölkənin əmtəələri dayanır. Belə ki, ölkənin ixracı nə qədər artırsa və strateji məhsullar nə qədər çoxalırsa, manat da o qədər möhkəmlənir. Qeyd edək ki, son zamanlar Azərbaycanın qeyri-neft sektorunun ixracı dəfələrə artıb.  Ötən il qeyri-neft ixracı 3 milyard  dolları ötüb. Bu artan dinamika üzrə gedir. Xatırladaq ki, bu ilin yanvar-may aylarında Azərbaycan 1 milyard 465,85 milyon  dollar dəyərində qeyri-neft məhsulları ixrac edib. Təkcə may ayında isə qeyri-neft ixracının dəyəri 278,25 milyon  dollar olub ki, bu da 1 il əvvələ nisbətən 25,8 % çoxdur. Son 5 il ərzində Azərbaycanın qeyri-neft məhsullarının ixracı 11,3 milyard  dollar təşkil edib. Bundan başqa, enerji məhsullarının qiyməti nəzərdə tutulduğundan hələ də yüksəkdir. Məsələn, son məlumatlara əsasən, dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 bar”elinin qiyməti 2,03  dollar, yaxud 2,59 faiz artaraq 80,28  dollar təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60  dollardan hesablanıb. Dolların xaricə çıxarılması məsələsində də nəzarət özü sözünü deyir. İqtisadçı Natiq Cəfərli  bildirir ki, dolların satışına və alışına, ölkədən çıxarılmasına hökumət məhdudiyyət qoyub: “Ölkədən dolların çıxarılmasına müəyyən məhdudiyyətlər var. 20 mindən yuxarı dollar köçürəndə o qədər sənəd tələb edirlər ki, o sənədlərin yığılması özü bir iş sayılır”. İqtisadçının sözlərinə görə, məhdudiyyətləri və manatın məzənnəsinin sabit qaldığını nəzərə alaraq əvvəllər öz yığımlarını valyutada saxlayan vətəndaşlar onu manata çevirməyə başlayıblar: “Bunun da ən böyük səbəblərindən biri o oldu ki, valyutada depozitlərdə faiz ortalama 1.5 civarındadır, amma manatla depozitlərdə ortalama 10 faizdir. Ona görə də insanlar dollarda olan vəsaitləri manata çevirib depozitə yerləşdirirlər. Bu da müəyyən təsir göstərir”. Ekspert deyir ki, Azərbaycanda valyutanın məzənnəsi inzibati qaydada tənzimlənir: “Mərkəzi Bank bir məsələdə haqlıdır ki, əgər Azərbaycan “üzən məzənnə”yə keçsəydi, manatın möhkəmlənməsini görə bilərdik. Amma “üzən məzənnə”yə keçmək üçün yüzlərlə valyuta alıb-satan oyunçu lazımdır. Bizdə isə bir oyunçu var, bu da Dövlət Neft Fondudur”.

Azərbaycan manatı möhkəmləndiyi halda qonşularımızda vəziyyət fərqlidir. Region valyutaları dəyər itirməkdədir. Son 1 ayda dollara nisbətən Türkiyə lirəsi 18,7 faiz, Rusiya rublu 5,9 faiz, Gürcüstan larisi 3,1 faiz, Qazaxıstan təngəsi isə 1,2 faiz ucuzlaşıb. ABŞ valyutasının qlobal bazarda güclənməsi region valyutalarına da təsirsiz ötüşmür. İqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, region valyutalarının ucuzlaşması fonunda istehlak bazarlarında da qiymət artımları müşahidə olunur. Rusiya rəsmi statistikasında şimal qonşumuzda inflyasiya səngiməsi görünsə də, rublun ucuzlaşması idxal olunan malların qiymətinə təsirsiz ötüşmür. Türkiyədə isə inflyasiya ilə mübarizə əsas hədəf olaraq qalmaqdadır. Bu fonda Türkiyənin Mərkəzi Bankı faiz dərəcəsini az qala iki dəfə artıraraq 15 faizə çatdırıb. Qeyd edək ki, Türkiyədə illik istehlak qiymətlərinin inflyasiyası son iki onillikdəki 85.5 faizdən düşüb, lakin may ayının məlumatına görə hələ də 39.6 faizdir.Türkiyə Mərkəzi Bankının bəyanatında deyilir ki, ölkədə inflyasiyanı artıran faktorlar qalır və buna görə də inflyasiyanın başqa ölkələrdə azalmasına baxmayaraq, Türkiyədə inflyasiya artır. Bu səbəbdən Türkiyə Mərkəzi Bankı faiz dərəcəsini artırır.  Bütün bu dəyişikliklər “Goldman Sachs” bankının keçmiş əməkdaşı Hafize Qaye Erkan Mərkəzi Banka rəhbər təyin ediləndən sonra baş verir. Bankın bəyanatında deyilir ki, faiz dərəcəsinin qaldırılmasından məqsəd inflyasiyanın mümkün qədər tez endirilməsidir. Bu da qeyd olunur ki, bu proses davam edəcək və nəticədə ölkənin inflyasiya perspektivlərində əhəmiyyətli yaxşılaşma baş verəcək. Hələlik isə qardaş ölkədə də dolların bahalşaması baş verir. Ölkəmizdə isə tədiyə balansında profisit və əsas tərəfdaş ölkələrdə kursun dəyişməsi manatın nominal effektiv məzənnəsini bu ilin 5 ayında 5,1 faiz möhkəmləndirib. Qeyd edək ki, tədiyə balansındakı profisitin əsas səbəbi enerji məhsullarının ixracatıdır. Qeyri-neft ixracatı üzrə əsas tərəfdaşlarımızda milli valyutaların ucuzlaşması isə Azərbaycanın enerjidən kənar məhsullarının həmin ölkələrdə bahalaşmasına səbəb olur. Qonşu ölkələrin valyuta bazarlarında baş verənlərin manatın məzənnəsinə təsirinə gəldikdə isə, hazırda valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ