Cümə günü, 09 oktyabr 2026
     

Təzə maşınlar bahalaşacaq, köhnə maşınların hissələri ucuzlaşacaq - bir şey başa düşdüz?

Image


Azərbaycanda avtomobil parkının yenilənməsi məqsədilə son illərdə müxtəlif addımlar atılmaqdadır. Belə addımlardan biri kimi cari il martın 29-da yaşı 10 ili aşan minik avtomobillərinin Azərbaycana gətirilməsinə dair yeni qərar qəbul edilib.

Qərara görə, buraxılış tarixi 10 ili keçən elə avtomobillərin gətirilməsi məhdudlaşdırılırıb. Yeni qaydalar imzalandıqdan 30 gün sonra - aprelin 28-də qüvvəyə minən həmin qərar ölkədə avtomobil parkının köhnəlməsi, eləcə də havanın çirklənməsi ilə əsaslandırılıb.

Rəsmi rəqəmlərə görə, bu ilin əvvəlinə ölkədəki 1.3 milyon minik avtomobilinin cəmi 5 faizinin istismar müddəti beş ildən azdır. Avtomobillərin 83 faizinin istismar müddəti 10 ili aşıb. Bəs, yeni qaydaların qüvvəyə minməsi Azərbaycana gətirilən avtomobil sayına necə təsir göstərib? Dövlət Gömrük Komitəsinin açıqladığı bilgilərə görə, bu ilin ilk beş ayında Azərbaycana toplam 37 min 394 minik avtomobili gətirilib. Onların toplam dəyəri 549 milyon dollar olub. Ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə gətirilən minik avtomobillərinin sayı təxminən 11 min ədəd və ya 41 faiz artıb. Dəyər baxımındansa avtomobil idxalının həcmi iki dəfə yüksəlib. Məsələ ilə bağlı, “Azadlıq” radiosunun məlumatına əsasən, öncəki aylarla müqayisədə apreldə idxal təxminən 2 min ədəd və ya 32 faiz yüksələrək 8 min 325-ə yüksəlib. Nazirlər Kabinetinin qərarında bildirilirdi ki, martın 29-dək pulu ödənilən avtomobillər qadağadan sonra da ölkəyə buraxılacaq. Bu baxımdan, apreldə qeydə alınan kəskin artımın səbəblərindən biri də, çox güman, idxal bazarında sözügedən qərarın qəbulu ilə bağlı öncədən gözləntilərin olmasıdır. Maraqlıdır ki, avtomobil idxalı ilə bağlı yeni qadağaların tam qüvvəyə mindiyi may ayında Azərbaycana gətirilən minik avtomobillərinin sayı bir qədər də çoxalıb. Ötən ay ölkəyə 9 min 805 ədəd minik avtomobili idxal edilib. Bu, martla müqayisədə 55 faiz, aprellə müqayisədə 18 faiz artım deməkdir. Yeni qaydaların tətbiqindən sonra ölkəyə gətirilən avtomobillərin orta qiymətinin artması da diqqət çəkir. Bu ilin mayında gətirilən bir avtomobilin orta idxal qiyməti 17 min dollar olub. Bu, il ərzində bir ayda qeydə alınan ən yüksək nəticədir. Aprel ayında belə avtomobillərin orta idxal qiyməti mayla müqayisədə 36 faiz ucuz - 12 min 541 dollar idi. İlin ilk rübündə sözügedən qiymət 14 min 435 dollar olmuşdu. Beləcə, aydın olur ki, avtomobil idxalı ilə bağlı yeni qaydaların tətbiqindən sonra ölkəyə gətirilən avtomobil sayı artıb. Ancaq daha yeni avtomobillər ölkəyə gətirildiyindən orta idxal qiymətində də ciddi artım qeydə alınıb. Yeni dəyişikliklərin Azərbaycana gətirilən hibrid mühərrikli avtomobil sayına təsiri də xüsusi maraq doğurur. Son illər ölkəyə belə avtomobillərin idxalı kəskin artıb. Məsələn, 2020-ci ildə ölkəyə 5 min hibrid mühərrikli avtomobil gətirilmişdisə, 2021-ci ildə bu rəqəm 2.6 dəfə artaraq 13 minə yüksəlib. Düzdür, ötən il bir qədər azalaraq 11 min 337-ə enib. Dövlət Gömrük Komitəsinin açıqladığı rəqəmlərdən aydın olur ki, yeni qaydaların tətbiqindən sonra ölkəyə gətirilən hibrid avtomobil sayında ciddi  dəyişiklik baş verməyib. Əgər apreldə Azərbaycana 1 min 427 hibrid avtomobil gətirilmişdisə, ötən ay bu rəqəm 1 min 410 ədəd olub. Say elə dəyişməsə də, hibrid avtomobillərin toplam idxaldakı payı azalıb. Mart-aprel aylarında Azərbaycana gətirilən avtomobillərin 18.3 faizi hibrid avtomobillər idisə, mayda bu göstərici 14.4 faizə enib.

Bu il Azərbaycana gətirilən elektromobil sayında isə kəskin artım baş verib. Bu ilin ilk beş ayı boyunca ölkəyə 812 ədəd elektrik mühərrikli maşın gətirilib. Ötən ilin eyni dövründə bu say 130 idi. Deməli, son bir ildə ölkəyə idxal edilən elektrik mühərrikli avtomobillərin sayı altı dəfədən çox artıb. Bu il elektrik mühərrikli avtomobillərin idxalı ölkəyə 34.3 milyon dollara başa gəlib. Ötən il eyni avtomobillərin idxalına cəmi 3.7 milyon dollar xərclənmişdi. Bu arada qeyd edək ki, işlənmə müddəti dörd ildən artıq olan avtomobillərin utilizasiyaya cəlb edilməsi idxal avtomobillərinin xərcini artıracaq. Xatırladaq ki, Azərbaycana idxal ediləcək köhnə avtomobillər üçün utilizasiya haqları açıqlanıb. 1-3 il istehsal müddəti olan avtomobillər üçün, ümumiyyətlə, utilizasiya haqqı nəzərdə tutulmayıb. 4 ildən 7 ilə qədər istehsal müddəti olan avtomobillər üçün 400 manat, 7 ildən yuxarı avtomobillər üçün isə 700 manat utilizasiya haqqı nəzərdə tutulur. Gələn ildən tətbiq ediləcək rüsumlar avtomillərin idxalına çəkilən xərcləri xeyli artıracaq. Amma utilizasiya proqramının həyata keçirilməsi yaxınlaşdıqca, ölkədə ikinci əl avtomobillər üçün satılan ehtiyat hissələrinin qiyməti kəskin enəcək. Çünki park yenilənirsə, təbii ki, ikinci əl ehtiyat hissələrinə artıq ehtiyac qalmayacaq. Ölkədə avtomobil qəbiristanlıqlarının sayı və köhnə ehtiyat hissələrinin idxalı azalacaq.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - FOTO

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ