Cümə günü, 09 oktyabr 2026
     

Şəkər tozunun bahalaşmasının mövsümlə nə əlaqəsi?

Image


Azərbaycanda şəkər tozunun qiymətinin bahalaşması ilə bağlı məlumatlar son günlərdə gündəmdə yer alan əsas mövzulardan birinə çevrilib. Hətta bu fonda şəkər tozu ilə bağlı müəyyən qıtlıq yaşandığı bildirilir. Son günlər mağazalarda şəkər tozunun bir kiloqramı 1.6 manatdan 1.8-1.9 manata yüksəlib.

Ötən il də Azərbaycanda eyni vaxtda oxşar problem yaranmışdı və şəkər tozunun 50 kiloqramlıq kisəsinin qiyməti 67 manatdan 75 manata qalxmışdı. Onda bunu həm yayda şəkər tozuna tələbatın artması, həm də dünya bazarında onun qiymətində artımının müşahidə olunması ilə izah etmişdilər. Üstəlik bildirildi ki, Azərbaycan özünün bu məhsula tələbatını yerli istehsal hesabına tam ödəmir. Elə indi də satıcılar şəkərə tələbatın artması mövsüm ilə əlaqəli olduğunu bildirir. Belə ki, qış fəslinə hazırlıq görmək üçün insanlar kompot, mürəbbə bişirmək üçün şəkəri kisə ilə alır. Bu da qiymətə təsir edir. Məsələ ilə bağlı açıqlama verən iqtisadçı ekspert Eyyub Kərimli bildirib ki, şəkər tozunun qıtlığı müvsümi amillərlə bağlıdır: “Hazırda meyvənin bol vaxtıdır. Sahibkarlıq subyektləri və insanlarımız qışa hazırlıq məqsədilə kompotlar, mürəbbələr və digər şirniyyat vasitələri hazırlayırlar. Bu da şəkər tozuna tələbatı artırır. Marketlərdə şəkər tozunun qıtlığı yaşanır”. Ekspert bildirib ki, bu ilin beş ayında ölkəmiz şəkər tozunun ixracatını artırıb: “Bu da onu deməyə əsas verir ki, ölkəmizdə şəkər tozunun təminatında problem yoxdur. Ümumi götürsək, dünyada şəkər tozunun qiymətində bahalaşma müşahidə olunur. Belə ki, şəkər qamışı və tozunun böyük istehsalçıları olan Hindistan, Misir ixraca müəyyən məhdudiyyətlər tətbiq ediblər. Bunun əksinə olaraq böyük şəkər tozu ixracatçısı Braziliya ixracatı artırıb. Yaxın aylarda şəkər tozunun qiymətinin stabilləşməsinin şahidi olacağıq”. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-aprel aylarında Azərbaycanda 99.2 min ton qənd və şəkər tozu istehsal edilib. 2022-ci ilin analoji dövründə bu göstərici 99.5 min ton təşkil edib. Yəni əvvəlki ilin eyni dövrü ilə müqayisədə qənd və şəkər tozunun istehsalı 0.3 min ton azalıb. Rəsmi statistikaya əsasən, Azərbaycanda şəkərdən ərzaq məhsulu kimi istifadə illik 260-270 min ton təşkil edir. İxraca gəlincə isə, 2023-cü ilin yanvar-aprel aylarında Azərbaycan 18 min 581 ton şəkər ixrac edib. 2022-ci ilin eyni dövründə Azərbaycan xaricə 14 min 448 ton şəkər satmışdı. Bu isə o deməkdir ki, ölkədən şəkərin ixracı 28.6 faiz (4 133 ton) artıb. Azərbaycanda şəkər üçün xammal olan şəkər çuğunduru da istehsal olunur. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə Azərbaycanda 222.7 min ton şəkər çuğunduru istehsal olunub. Bu da 2021-ci illə müqayisədə 15.3 faiz çoxdur.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən isə bildirilib ki, hazırda şəkər tozu da daxil olmaqla, Azərbaycanda strateji istehlak məhsullarının ehtiyatlarında hər hansı çatışmazlıq müşahidə edilmir: “Bu məhsulun ölkədə ehtiyatının formalaşmasına ciddi diqqət ayrılır”. Xidmətdən əlavə edilib ki, Azərbaycanda şəkər tozunun qiymətini dövlət tənzimləmir: “Bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq, tələb-təklif əsasında və şəkər tozunun dünya bazarındakı, o cümlədən, əsas idxal bazarlarındakı qiymətinə görə formalaşır”. Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov isə qeyd edir ki, Azərbaycanda şəkərlə bağlı vəziyyət heç də ürəkaçan deyil: “Azərbaycan şəkərin xammalına olan tələbatının 95 faizini idxal edir. Biz cəmi 5 faiz xammal istehsal edirik. Dünya bazarında isə son vaxtlar şəkərin qiymətində nisbətən artım var. Düzdür, həmin artım Azərbaycandakı kimi kəskin deyil, amma Azərbaycana təsiri var. Azərbaycan özü yetərincə şəkərin xammalını istehsal edə bilmir, alıb gətirdiyi xam şəkəri ölkə daxilində emal edib ondan şəkər əldə edir. Bu da baha başa gəlir”. V.Məhərrəmov vurğulayıb ki, Azərbaycanda şəkər çuğundurunun istehsalı üçün münbit şərait var: “Bizdə məhsuldarlıq azdır. Bizimkilər buna bir müddət əvvəl cəhd etdilər, amma alındıra bilmədilər”. Ekspert bunun səbəblərini belə izah edir: “Kadrlarda, istehsal vasitələrinin təminatında, gübrənin qiymətində, suvarma suyu ilə bağlı ciddi problemlər var. Bu problemlər aradan qaldırılmalıdır ki, fermer istehsalda maraqlı olsun”. Ekspertlərə  görə, daxili bazarda sabitliyin yaranması və şəkər tozunun qiymətinin yüksəlməsinin qarşısını almaq üçün yerli istehsalı artırmaq lazımdır. Bu sahəyə yenidən investisiya qoyulmalı, yerli istehsalın artırılması ilə bağlı hökümətin qarşıya qoyduğu planlar yerinə yetirilməlidir. Daxili tələbatı ödəmək üçün İmişli Şəkər Zavodunun potensialından istifadə olunmalıdır. Bahalaşmanın qarşısını ancaq yerli istehsalla almaq mümkündür. Əks təqdirdə şəkər tozunun qiyməti mövsümi faktordan asılı olaraq qalxacaq. Hələlik isə ölkəyə şəkər tozunun əksər hissəsi xaricdən gətirilir, burada qablaşdırılır və əmtəə bazarına çıxarılır. Ölkəmiz şəkəri əvvəllər əsasən Ukraynadan alırdı. Məlum müharibə səbəbindən Ukraynadan ölkəyə xammal gətirilməsi dayandırılıb. Rusiyadan da şəkər tozunun alınmasında vaxtaşırı müxtəlif problemlər yaşanır. Bu səbəbdən də bazarda şəkər tozunun qiymətində artım müşahidə olunur. Amma yerli istehsal hesabına bu problemi çözmək mümkündür.

Leyla QARAXANLI



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - FOTO

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ