Cümə günü, 09 oktyabr 2026
     

Jurnalistlər üçün ucuz mənzil ipotekası başladı - banklar yenə pozucu rolda, azı 1100 manat maaş...

Image


Məlum olduğu kimi, ötən ilin fevralından jurnalistlər də güzəştli ipotekadan yararlanan şəxslərin siyahısına daxil ediliblər. Bununla bağlı Prezident “İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmana əsasən, gənc ailənin üzvü olan, azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malikdir.

Ancaq maraqlı məqam ondan ibarətdir ki, banklar jurnalistin aldığı əməkhaqqını yetərli hesab etmədiyi üçün onlara güzəştli şərtlərlə ipoteka krediti vermir. Bank bildirir ki, ən azı 1100-1200 manat əmək haqqı almaq lazımdır ki, şəxsə kredit ayrılsın. Əks halda bu mümkün deyil. Beləliklə, bankların şərti ilə jurnalistlər güzəştli ipoteka kreditindən yararlana bilmir.

  • Azər Həsrət: “Bankların güzəştli şərtlərlə ipoteka üçün 1100 manatdan yuxarı əmək haqqı şərti irəli sürməsi birbaşa “vermirəm” deməkdir”

Mövzu ilə bağlı fikir bildirən Mətbuat Şurasının İdarə Heyətinin üzvü, media sahəsi üzrə ekspert Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, jurnalistlərin əməkhaqqı yüksək deyil. Bu danılmaz faktdır. Yüksək əməkhaqqı alan media təmsilçilərinin sayı azdır. Bu səbəbdən də bankların belə bir tələb irəli sürməsi düzgün deyil: “Onu da nəzərə almaq lazımdır ki, ipotekaya müraciət edən şəxslər ehtiyac içində olanlardır. Ehtiyac içində olanın da əməkhaqqı yüksək olmur. Ona görə də elə bir şərt irəli sürülməlidir ki, heç olmasa 500-600 manat əməkhaqqı alan jurnalist ipoteka ilə mənzil ala bilsin. Yoxsa 1100 manatdan yuxarı əmək haqqı şərti irəli sürmək birbaşa “vermirəm” deməkdir. Belə bir tələbin qoyulması o deməkdir ki, biz jurnalistləri diqqətdən kənarda saxlayırıq, onlara heç bir yardım etmirik. Bu problem başqa yollarla həll olunmalıdır”.

Media eksperti xüsusi olaraq vurğuladı ki, mənzil problemi yaşayan jurnalistlərə güzəşt edilməlidir.

  • Seymur Verdizadə: “Mənzil şəraiti ağır olan jurnalistlərin güzəştli şərtlərlə ipoteka ilə ev alacağına inanmıram, şərtlər onların əleyhinədir”

Jurnalist Araşdırmaları Mərkəzinin (JAM) sədri Seymur Verdizadə “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu gün çox ağır şəraitdə kirayədə yaşayan jurnalistlər var: “Mən kirayədə yaşayan, o cümlədən mənzil şəraiti ağır olan jurnalistlərin güzəştli şərtlərlə ipoteka ilə ev alacağına inanmıram. Şərtlər jurnalistlərin əleyhinədir. Əgər belə olmasaydı, evsiz jurnalistlər güzəştli ipoteka yolu ilə problemlərini həll edərdilər. Bu təşəbbüs imitasiya xarakteri daşıyır və jurnalistlərin problemlərinin həllinə xidmət etmir. Jurnalistlərin MİDA-dan ev ala biləcəyi də inandırıcı deyil. Əvvəla, MİDA-da satış prosesi şəffaf qurulmayıb. İkincisi, texniki problemlər var, hansısa jurnalistin 7-8 saniyəyə ev qapması mümkün deyil. Bu işi ancaq İP mütəxəssisləri həll edə bilər. Biz isə jurnalistik, İT mütəxəssisi deyilik. Belə çıxır ki, kiminsə saqqalının altından keçməliyik ki, ildırım sürəti ilə bizə ev alsın. Bir ziyalını, bir jurnalisti bu duruma salmaq doğru deyil”.

S.Verdizadə hesab edir ki, jurnalistlərin mənzil probleminin həllinin çox asan yolu var: “Bildiyiniz kimi, Bayıl qəsəbəsində jurnalistlər üçün 255 mənzillik bina tikilib. Həmin evləri açıq, şəffaf və ədalətli şəkildə mənzilə ehtiyacı olan jurnalistlər arasında bölməklə bu problemi həll etmək mümkündür”.

  • Əkrəm Həsənov: “Dövlət öz gəlirləri hesabına jurnalistlərə kömək göstərə bilər”

Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov da “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, jurnalist əmək haqqısı ilə ipoteka krediti götürmək mümkün deyil: “Onlar bu halda kredit götürə bilmirlər. Amma dövlət öz gəlirləri hesabına jurnalistlərə kömək göstərə bilər. İpoteka vermək bankın və ya krediti verən hər hansı fond, reyestr, agentliyin bir nömrəli borcudur. Krediti verəni onun qaytarılması məsələsi maraqlandırır. Kredit götürənin özü və himayəsindəki şəxslərin gəlir səviyyəsinin təminatı nəzərə alınır. İpotekaya ödəniş ediləndə ailənin özünə maaş yetməyəcəksə, kredit verilmir.  Gərək kredit müddətini uzatsınlar, hər ay cüzi miqdarda ödəniş edilsin. Məsələn, 50 illik ipoteka krediti təqdim etmək qeyri-realdır. Nəzərə alsaq ki, krediti ən azı 20 yaşdan yuxarı şəxslər götürür, 50 ilə insan ömrü yetərmi, yetməzmi, məlum deyil. Yaxud da dövlət kreditin bir hissəsini öz hesabına verməlidir. Belə olduğu halda qaydanın özündə dəyişikliklərə ehtiyac var. Çox yaxşı anlayıram ki, jurnalistlərin çoxunun maaşı kifayət etmir. Bu halda kredit götürə bilmirlər. Amma dövlət öz gəlirləri hesabına jurnalistlərə kömək göstərə bilər".

Günel CƏLİLOVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - FOTO

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ