Cümə günü, 09 oktyabr 2026
     

Azərbaycanda yeni dəbdəbə vergisi və maliyyə amnistiyası...

Image


Son illərdə dünyanın bir çox ölkəsində dəbdəbə vergisinin tətbiqi geniş vüsət almaqdadır. Artıq gələn ildən Qazaxıstanda dəbdəbə vergisi tətbiq ediləcək. Bunu İqtisadiyyat naziri Alibek Kuantirov deyib. Bu norma Vergi Məcəlləsinə dəyişikliklər edildikdən sonra işləyəcək.

İki və ya daha çox mülkə, lüks avtomobil və əşyalara sahib olanlar üçün tariflərin qalxması ehtimal olunur. Bəzi ekspertlər deyir ki, bu verginin köməyi ilə Qazaxıstan hakimiyyəti Milli Fonddan transferlərə əl atmadan büdcədəki boşluqları düzəltməyə çalışır. İndi Qazaxıstanda sabit gəlir vergisi dərəcəsi var. Hər bir vətəndaş, gəlirindən asılı olmayaraq, qazancının 10 faizini dövlətə ödəməyə borcludur. Bu, dünyada ən aşağı göstəricilərdən biridir. Üstəgəl, əlavə dəyər vergisi 12 faizdir, bu da yüksək yük hesab edilmir. Hakimiyyət və bir sıra ekspertlər hesab edirlər ki, dəbdəbə vergisi cəmiyyətdəki bərabərsizliyin səviyyəsini azalda bilər: indi sosial gərginliyin səbəbi məhz budur. Düzdür, heç kim təminat vermir ki, varlı insanlar yeni verginin tətbiqi ilə varlı hesab edilməmək və əmlakı qohumlarına ötürmək üçün boz sxemlər düşünməyə başlamayacaqlar. Qazax iqtisadçı Arman Beysembayev bu xüsusda qeyd edir: “Elə bir boşluq tapa bilərsiniz ki, şərti olaraq evi rəsmi gəliri olmayan hansısa kasıb qohumun adına yazırsınız. Buna uyğun olaraq o nə ödəyəcək? O, heç nə ödəməyəcək. İnstitusional cəhətdən səmərəsiz mühitimizdə, çox güman ki, bizim zəngin insanlar toxunulmaz bir kasta olaraq bu artan vergiləri ödəməyəcəklər”. 2025-ci ildə Qazaxıstan iqtisadiyyatının fiskallaşdırılması planlaşdırılır: hər bir vətəndaşdan vergi bəyannaməsi təqdim etmək tələb olunacaq. Bunun həm də vergi sisteminin daha səmərəli olması üçün edildiyi bildirilir. Bununla belə, bəzi ekspertlər, məsələn, analitik Andrey Çebotaryov tariflərin təkcə zənginlər deyil, bütün digər vətəndaşlar üçün də arta biləcəyini istisna etmir: hər şey büdcənin doldurulmasından asılı olacaq. Bundan başqa, Qazaxıstan parlamenti “Qanunsuz əldə olunmuş aktivlərin dövlətə qaytarılması haqqında” qanunu ikinci oxunuşda qəbul edib. Qanundan əsas məqsədin qanunsuz əldə olunmuş aktivlərin aşkar edilməsi və Qazaxıstan xalqının hüquqlarının bərpa edilməsi, qanunun aliliyi və sosial ədalətin təmin edilməsi üçün bu vəsaitlərin ölkəyə qaytarılması olduğu bildirilir. Qazaxıstan Məclisinin spikeri Yerlan Koşanov “Azattıkın” radiosonun suallarına cavab olaraq deyib ki, hazırda ən ümdə məsələ ölkədən qanunsuz çıxarılmış aktivlərin qaytarılmasıdır. Qanuna görə, aktivlərini könüllü şəkildə qaytaranlar üçün məsuliyyət nəzərdə tutulmayacaq. Spikerin sözlərinə görə, bu, aktivlərin ölkəyə qaytarılması prosesini sürətləndirəcək. Əks halda bu adamlar vəkil tutacaq və məhkəmələrdə müdafiə olunacaqlar. Koşanov bunu da bildirib ki, qanunsuz aktivlərin reyestrinin tərtibinə məmurlar və dövlət orqanlarının əməkdaşlarından başqa, ictimaiyyətin də nümayəndələri daxil ediləcək. Özü də reyestr ictimaiyyət üçün açıq olacaq.

Qeyd edək ki, hələ ötən ay Qazaxıstan parlamenti komissiyalarda işlənməsi üçün bir neçə layihə sənədi qəbul etmişdi. Bu qanun layihələrinin hamısı ölkədən qanunsuz çıxarılmış aktivlərin qaytarılması barədədir. Yeni qanunun qəbulundan sonra ölkə Baş Prokurorluğunda “qanunsuz çıxarılmış aktivlərin qaytarılması” üzrə iş üçün xüsusi departamentin işə başlayacağı gözlənilir. Bundan başqa qaytarılan aktivlərin toplanması və idarə olunması üçün xüsusi fondun yaradılması nəzərdə tutulub. Bundan əvvəl Baş Prokurorluq bildirmişdi ki, indiyədək Qazaxıstana 760 milyard tenge və ya 1,69 milyard dollar məbləğində aktiv qaytarılıb. Bununla belə, açıq mənbələrdə bu aktivlərin kimə məxsus olması barədə məlumat yoxdur. Onu da xatırladaq ki, baş vermiş qanlı yanvar hadisələrindən sonra prezident Kasım-Jomart Tokayev dəfələrlə bildirib ki, ölkə sərvətinin böyük bir hissəsini dar bir çevrəyə daxil adamlar mənimsəyib. “Tax justice” network təşkilatının məlumatına görə, son 25 ildə Qazaxıstandan xarici ofşorlara 140-160 milyard dollar köçürülüb. Bəzi ekspertlər bu məbləğin reallıqda daha çox olduğunu iddia edir. İndi hökumət həmin məbləği ölkəyə geri qaytarmaq niyyətindədir. Hesab edilir ki, belə təcrübələrin Azərbaycanda da tətbiqi mümkündür. Məsələn, Azərbaycanda çox varlı insanlara məxsus lüks mallara, bahalı villalara, avtomobillərə əlavə gəlir vergisinin qoyulması mümkündür. Çünki müxtəlif yollarla əlavə gəlirlər, pullar əldə edib belə lüks həyat yaşayan şəxslərin bu məhsullarına vergilər qoyulsa, dövlət büdcəsinə əlavə vəsait daxil ola bilər. Ekspertlərin fikrincə, belə qayda tətbiq olunarsa, həmin insanların bu cür bahalı lüks əşyaları necə və hansı yollarla aldıqları da müəyyən olunar. Bundan başqa, xaricə çıxarılan pulların qaytarılması da Azərbaycan üçün aktualdır. Bu xüsusda maliyyə amnistiyasının elan edilməsi hələ də aktualdır. Qeyri-qanuni yolla vəsait çıxaranlar xaricdə evlər, maşınlar, xidmət sahələri alır ki, onun Azərbaycana heç bir xeyri yoxdur. Qanunsuz pul köçürmələri ölkədən böyük məbləğdə valyuta sərvətlərinin nəzarətsiz şəkildə çıxarılmasına şərait yaratmaqla, ölkənin maliyyə-iqtisadi sabitliyinə zərbə vurmaqla yanaşı, “kölgə iqtisadiyyatı” və “çirkli pulların yuyulması” mexanizmlərinin genişlənməsinə səbəb olur.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir - FOTO

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ